Tədqiqatın aparılması. Qruplarla iş. Şagirdlər verilmiş suallar əsasında öz fikirlərini iş
vərəqlərində qeyd edirlər.
I qrup. 1. Verilmiş adlar arasında elələrini tapın ki, onları cümlələrdə başqa mənada kiçik hərflə yazmaq mümkün olsun. (Müəllim özü bu adlar siyahısını verə bilər.)
2. Heyvanlara adlar verin. Onlar niyə böyük hərflə yazılır? İnək – At – İt – Pişik – Çap üçün deyil
II qrup. 1. Elə gül adları seçin ki, onlar həm də adam adı olsun. 2. Şəklə əsasən uşaqlara ad verməklə hekayə qurub yazın. (Şəkli müəllim seçə
bilər.)
III qrup. 1. Verilmiş adları aşağıdakı kimi qruplaşdırın. (Sözlər müəllim tərəfindən verilir)
2. Səhvləri düzəltməklə köçürün. Bizim ana vətənimiz azərbaycandır. Azərbaycanın paytaxtı bakı şəhəridir. Azərbaycanın gəncə, Sumqayıt, mingəçevir və başqa bu kimi gözəl şəhərləri də var. azərbaycanın mavi gözlü xəzəri, göygölü ona yaraşıq verir. babadağ, şahdağ kimi zirvələri buludlara dəyir. IV qrup. 1. Arif, Kamal, Mətin, Zaman, Qorxmaz adlarının mənalarını araşdırın və cüm - lədə kiçik hərflə işlənən söz kimi yazın. 2. Hansı sözlər böyük hərflə yazılmalıdır, hansı kiçiklə? Nə üçün? şəhər, salyan, xəzər, çay, araz, kür, oğlan, maralgöl, tərtər, rayon, əyriçay, bulaq, kənd, balakən, ölkə, türkiyə, iran, respublika, gürcüstan, şəki, bozdar, it, inək, məstan, yelqanad, at.