Mətni davam etdir:
I qrup. Pərvizin Leyla ilə dialoqunu daha bir neçə cümlə ilə davam etdirin (nitq
etiketlərindən istifadə etməklə).
II qrup. Pərvizin nənə ilə dialoqunu daha bir neçə cümlə ilə davam etdirin (nitq
etiketlərindən istifadə etməklə).
III qrup. Pərvizin qardaşı ilə dialoqunu daha bir neçə cümlə ilə davam etdirin (nitq
etiketlərindən istifadə etməklə).
IV qrup. Təsəvvür edin ki, Pərviz qocaya minnətdarlığını bildirmək üçün onun yanına gəlir və qocanı orada görür. Tapşırıq 4. Cavab “C” variantıdır.
Suallar: – “Nəzakətli olun” ifadəsini necə başa düşürsünüz? – Kim özünü nəzakətli sayır? Nəyə əsasən belə düşünürsünüz? Tapşırıq. “Salam”, “sağ ol” sözlərinə yaxınmənalı sözlər deyin (burada da “söz assosia -
siyası”ndan istifadə oluna bilər).
– Xoş gördük. – Sabahınız xeyir. – Axşamınız xeyir. – Sağlıqla qalın. – Xoş gəldiniz. – Gecəniz xeyrə qalsın. – Görüşənədək və s. Müəllim: – Bu sözlərdən istifadə etməklə səhnəcik hazırlayın. “Bir oğlan yoldan keçən
qızdan saatı soruşmaq istəyir. Bunu nəzakətli şəkildə necə etsin?”
İki şagirdin iştirakı ilə səhnəcik qurulur:
– Sabahınız xeyir, deyə bilərsinizmi, saat neçədir?