Tədqiqat sualı: – “Artıq tamah baş yarar” atalar sözünü necə başa düşürsünüz? Tədqiqatın aparılması. Dərsliklə iş. Dərsliyin 84-cü səhifəsindəki şeir oxunur, obrazlar
təhlil olunur, şagirdlər təmsildəki əsas fikrə münasibət bildirirlər.
Sözlükdəki “fərar etmək” ifadəsinin mənası açıqlanır, müəllim bu ifadənin “fərari” sözü ilə
məna yaxınlığını izah edir.
Tapşırıq 1. Cavab “B” variantıdır.
Tapşırıq 2. Şəkildə tülkü təsvir olunmayıb.
Məlumat mübadiləsi və müzakirənin təşkili. Aşağıdakı suallar ətrafında müzakirələr
aparılır:
– Sizcə, tülkü ovu götürüb aparandan sonra ayı və şir nə fikirləşdilər? – “Tamahkar” sözünün əksmənalı qarşılığını tapın. (səxavətli, əliaçıq, nəfsi tox və s.)
Şagirdlərin fikirləri dinlənilir və müzakirə olunur.
Nəticə: Tamahkar öz nəfsinin quludur. Tamahkarlıq başa bəladır. Səxavət dövlətdən deyil,
təbiətdəndir.