Tədqiqatın aparılması.
Qruplarla iş. Şagirdlər verilmiş suallar əsasında öz fikirlərini iş
vərəqlərində qeyd edirlər. Qruplara
müxtəlif şəkillər verilir, yaxud adlar paylanır. Hər bir qrup
həmin canlıların yaşadığı mühit (su, meşə, səhra) haqqında danışır,
özünü qorumaq üçün
onların nə etdiklərini açıqlayır.
I qrup: balıqlar
II qrup: quşlar
III qrup: həşəratlar
IV qrup: bitkilər
V qrup: heyvanlar
Məlumat mübadiləsi və müzakirənin təşkili.
Qrupların təqdimatı dinlənilir və müzakirə
olunur.
Dərsliklə iş. Dərsliyin 85-ci səhifəsindən mətn hər şagird tərəfindən səssiz oxunur.
Müəllim təyin olunmuş vaxt müd dətində şagirdlərin oxu sürətini müşahidə edir. Mətnlə bağlı su-
allar verilir, mətn təhlil olu nur.
1-ci tapşırıq.
Pişik, it, keçi – ev heyvanları
Kirpi, pələng, tülkü –
vəhşi heyvanlar
İlan, buqələmun, kərtənkələ – sürünənlər
2-ci tapşırıq. Artıq söz “arı”dır, çünki o, həşərat, digərləri isə heyvandır.
3-cü tapşırığın yerinə yetirilməsi şüurlu oxunu yoxlamaq məqsədi daşıyır.
Nəticə:
Hər bir canlı yaşamaq üçün mübarizə aparmalıdır.
Dostları ilə paylaş: