Tədqiqatın aparılması. Qruplarla iş. Şagirdlər verilmiş suallar əsasında öz fikirlərini iş
vərəqlərində qeyd edirlər.
I qrup. Verilən əşyaların əlamətlərini yazın və onlardan 3-nü cümlədə işlədin. II qrup. Verilən rəngdə olan mümkün qədər çox əşya adı yazaraq onları fərqləndirin. Sarı – limon, günəş, cücə, ... (bu, nümunədir) Ağ – … , … Qırmızı – … , … III qrup. Şəkillərin əlamətlərini yazın. Günəş, limon, qarpız, qar şəkilləri. Onlardan birinin şəklini çəkin və fərqləndirin. IV qrup. Verilmiş mətndə əlamət bildirən sözlərin altından xətt çəkin və həmin sözlərə sual verin (mətn müəllim tərəfindən verilir). Onları forma, rəng, ölçü, dad və s. bildirməsinə görə fərqləndirin.