Tədqiqatın aparılması. Qruplarla iş. Şagirdlər verilmiş suallar əsasında öz fikirlərini işçi
vərəqlərində qeyd edirlər. 87-ci səhifədəki 2-ci tapşırığı yerinə yetirmək üçün şagirdlər A, B,
C, Ç, D qruplarına bölünürlər. Müəllim onların hər birinə mətnin müvafiq hissəsini verir və bu
hissənin hansı şəklə aid olduğunu müəyyənləşdirməyi tapşırır.
Məzmun standartları Təlim məqsədləri 2.2.1. Müvafiq mətnləri müəyyən olunmuş
tə ləb lərə uyğun sürətli, düzgün, şüurlu,
ifadəli oxu yur.
Mətni düzgün, şüurlu oxuyaraq məlumatları
araşdırır.
3.1.2. Çap hərfləri ilə yazılmış mətni
üzündən köçürür.
Seçilmiş mətni üzündən köçürür.
4.1.3. Rast gəldiyi yeni sözlərin yazılış və
tələffüz qaydalarını müəyyənləşdirmək
üçün lüğətdən istifadə edir.
İmla yazısındakı deyilişi və yazılışı
fərqlənən sözlərin düzgün yazılışını lüğətin
köməyi ilə müəyyənləşdirir.
4.1.5. Sözləri qrammatik mənasına görə
qruplaşdırır.
Əlamət bildirən sözləri fərqləndirir.