Tədqiqatın aparılması. Dərsliklə iş. Dərsliyin 76-cı səhifəsindəki mətn oxunur. Elanın
düzgün yazılış forması müəyyən olunur.
Lövhədən iki elan asılır:
Sual: – Elan mətnlərinin tərtibində hansı səhvlərə yol verilib? (1-cidə dəqiq vaxt və məkan
haqqında məlumat yoxdur, 2-cidə tədbirin adı göstərilməyib).
Qruplarla iş. Şagirdlər verilmiş suallar əsasında öz fikirlərini iş vərəqlərində qeyd edirlər.
I qrup. Bilik yarışması haqqında elan yazın. II qrup. Bayram tədbiri haqqında elan yazın. III qrup. Kukla teatrında tamaşaya dair elan yazın. IV qrup. Musiqi müsabiqəsində iştirak üçün elan yazın. Məlumat mübadiləsi və müzakirənin təşkili. Qrupların təqdimatları dinlənilir və müzakirə
olunur.
Nəticə: Elanlar nəzərdə tutulan tədbir haqqında məlumat vermək məqsədilə yazılır.
Elanın məqsədi insanları tədbirdə iştiraka cəlb etməkdir. Elanda tədbirin adı, vaxtı, yeri,
təşkilatçılar mütləq qeyd olunmalıdır. Bundan başqa, tədbir haqqında əlavə məlumat və ya
bu məlumatı almaq üçün əlaqələndirici şəxsin telefonu da göstərilə bilər.