Yazı. Hüsnxət. “H” hərfi. İş dəftəri, səh. 53.
Ev tapşırığı. Şeirin məzmununu öz sözlərinizlə yazın.
Qiymətləndirmə. Muəllimin təlim nəticələri üzrə hazırladığı meyarlar əsasında aparılır.
Dərs 33. KOMPÜTER OYUNU (4 saat)
Motivasiya Müəllim şagirdlərdən hansı oyunları tanıdıqlarını və oynadıqlarını soruşur. Ehtimal ki,
uşaqların əksəriyyəti kompüter oyunlarını çox sevdiklərini bildirəcəklər. Müəllim suallar
verməklə kompüter oyununun müsbət və mənfi cəhətlətini araşdırır:
– Kompüterdə oyun oynamaq üçün nə qədər vaxt ayırmaq lazımdır? Nə üçün? Oxu (Proqnozlaşdırma)
Şagirdlərin yaradıcılığını inkişaf etdirmək məqsədi ilə proqnozlaşdırmanın “Əşyaların
canlandırılması” üsulundan istifadə oluna bilər. İş bütün siniflə aparılır. Şagirdlərə təklif olunur
ki, sinifdə olan əşyaları “canlandıraraq” onlar haqqında əhvalat fikirləşsinlər.
Bir neçə əşya haqqında əhvalat dinlənildikdən sonra mətnin birinci hissəsi oxunur.
Müəllim: – Sizcə, hadisələr necə davam edəcək? Şagirdlər öz versiyalarını söyləyirlər. Mətnin ikinci hissəsi oxunur. Şagirdlərin versiyaları
ilə müqayisə olunur.
Şagirdlər yenə də mətnin davamı ilə bağlı öz təxminlərini söyləyirlər.