Dərs 29. XOŞBƏXTLİK NƏDİR (6 saat)
Motivasiya.
Uşaqlar dairəvi formada dayanırlar. Müəllim onları təlimatlandırır:
– Mən “Xoşbəxtlik nədir?” – deyib əlimdəki topu birinizə atacağam. Topu alan şagird sualı
bir cümlə ilə cavablandıracaq, sonra topu yanındakı yoldaşına ötürəcək. Bu qayda ilə hər bir
şagird verilən sualı cavablandıracaq.
Yaxud:
– Bəzən küçədə xüsusi qayğıya ehtiyacı olan insanlara rast gəlirik. Bu cür adamlara
münasibətiniz necə olur?
Fərziyyələr söylənilir.
Tədqiqat sualı:
– Xüsusi qayğıya ehtiyacı olan adamlara necə kömək etmək olar?
Dostları ilə paylaş: