Gülşən Orucova, Nərminə Qaragözova, Rafiq İsmayılov, Zahid Xəlilov



Yüklə 3,37 Mb.
Pdf görüntüsü
səhifə197/391
tarix30.12.2021
ölçüsü3,37 Mb.
#22836
1   ...   193   194   195   196   197   198   199   200   ...   391
Köməkçi sual: – Sadaladıqlarımız nədir?
Tədqiqat sualı:
– Quşlar haqqında nə bilirik?
Tədqiqatın aparılması.
Qruplarla iş. Şagirdlər verilmiş suallar əsasında öz fikirlərini iş
vərəqlərində qeyd edirlər.
I qrup. Ev quşlarını tanıyırsınızmı? Onların faydası nədir?
II qrupQuşların adlarını xanalara yazın.
III qrup. Çöl quşları haqqında nə bilirik?
IV qrup. Çöl quşlarının təbiətə nə faydası var?
Məlumat mübadiləsi və müzakirənin təşkili.
Qrupların təqdimatı dinlənilir və müzakirə
olunur. Dərsliklə iş. Dərslikdən mətn oxunur.  
– Baba nə üçün kolluqda gizlənib bildirçin səsi çıxarırmış?
– Quşlar bir-birinə təhlükə barədə necə xəbər verirlər?
Dərsliyin 90-91-ci səhifələrindəki 1-5-ci tapşırıqlar yerinə yetirlir. 
Dinləmə mətni.
Kamal meşəyə getmişdi. Meşədə “tak, tak, tak” səsləri eşidib ayaq saxladı.
Meşəyə səs salan quşun nazik, uzun, möhkəm dimdiyi var idi. Bu quş ağac
oyuqlarından ziyankar həşəratları çıxarıb yeməklə ağacı xəstəlikdən qoruyurdu.
O elə bil həkimlik edirdi. Sonra Kamal bərkdən “qarr, qarr” səsləri eşitdi. Bu, qara
bir quş idi. Kamal bu quşu da tanımırdı. O, evə qayıdanda  televizorda quşlar
haqqında veriliş göstərilirdi. Kamal verilişdə maraqlı bir quş gördü. O, çox böyük
idi, sanki dəvə boyda. Amma çox ağır olduğundan uça bilmirdi.
Suallar:
– Kamala kömək edin. Siz bu quşları tanıdınızmı? 
– Meşə həkimi kim idi?
– “Qarr, qarr” edən qara quş hansı quşdur? 
– Uça bilməyən böyük quşu tanıyırsınızmı?
– Bu quşlar haqqında daha nə öyrənə bilərik?
Müəllim dərsliyin 91-ci səhifəsində quşlar haqqında verilən mətnləri təyin olunmuş vaxt
müddətində sürətli, düzgün oxumağı tapşırır. Vaxt bitdikdən sonra suallar verilir: 
– Ağacdələn haqqında nə öyrəndiniz?
– Qarğa haqqında nə öyrəndiniz?
– Dəvəquşu haqqında nə öyrəndiniz?
Bülbül gözəl oxuyur,
Sərçə yurda bağlıdır.
Qaranquş yaz qoxuyur,
Göyərçin sülh məramlıdır.
Qartal yeldən sürətli,
Turac şirin ətlidir.
Dəvəquşu böyüksə,
Kolibri çox kiçikdir.
1
B
Ü
L
B
Ü
L
2
X
O
R
U
Z
3
Q
A
R
A
N
Q
U
Ş
4
G
Ö
Y
Ə
R
Ç
İ
N
5
T
U
T
U
Q
U
Ş
U
6
A
Ğ
A
C
D
Ə
L
Ə
N
1. Gözəl səsli quş
2. Ay pipiyi qan ...
3. Yazın elçisi
4. Sülh quşu
5. Danışan quş
6. Meşə həkimi

Yüklə 3,37 Mb.

Dostları ilə paylaş:
1   ...   193   194   195   196   197   198   199   200   ...   391




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin