1. Budur, yenə qış necə ki var, gəlir,
Şaxta gəlir, soyuq gəlir, qar gəlir.
Səpir qarı ağaclara, kollara,
Dərələrə, təpələrə, yollara.
2. Budur, artıq qış gəlib. Hər tərəf ağappaq don geyinib. Şaxta, soyuq adamın iliyinə işləyir.
Suallar: – Bu mətnlər bir-birindən nə ilə fərqlənir?
– Şeirlə yazılmış mətnin hansı xüsusiyyətləri var?
Dərslikdə verilmiş “Dəvələr” şeiri və elmi-kütləvi mətni əsasında şeirlə nəsr əsəri
arasındakı fərqli cəhətlər araşdırılır. 89-cu
səhifədəki nəzəri hissə oxunur, şeir və hekayə
arasındakı fərqlər müəyyənləşdirilir. 2-7 və 9-cu tapşırıqlar yerinə yetirilir.
Tapşırıq 4. Şeirdə
on misra, hər misrada yeddi heca var.
Yəhər – fənər, gəzərlər –
dözərlər, uzunayaq – yekədodaq sözləri qafiyələnir.
Tapşırıq 9. Dəvə – nəvə, ayıq – qayıq, yovşan – dovşan, kol – qol (yol), çöl – göl.
Yazı. Dəvələr haqqında yazılmış şeir nəsrə çevrilib yazılır.
Nəticə:
Şeir misra-misra yazılır, misraların sonluqları qafiyələnir. Nəsr nağıl,
hekayə və
bu kimi başqa əsərlərin ümumi adıdır. Nəsr əsərləri abzaslara bölünür.
Ev tapşırığı:
– 1. Dəvə haqqında əlavə məlumat toplayıb dəftərinizə yazın.
2. Dər s li yin 89-cu səhifəsindəki 8-ci tapşırığı yazılı şəkildə yerinə yetirin.
3. Bir şeir öyrənin, həmin şeirdə bənd və misraların, hər misrada hecaların sayını, eləcə
də qafiyələnən sözləri müəyyən ləşdirin.
Dostları ilə paylaş: