Tədqiqatın aparılması. Dərsliklə iş. Sinfin səviyyəsindən asılı olaraq mətnin (dərslik,
səh. 92) oxunması üçün vaxt təyin edilir. Şagirdlər həmin vaxt ərzində mətni oxuyub oradakı
məlumatları mənimsədiklərini nümayiş etdirirlər. Aşağıdakı suallar ətrafında müzakirələr
aparılır:
– Mətndə təsvir olunan heyvanlarla insanlar arasında hansı oxşar cəhətlər var? – “Ölüm-dirim savaşı” ifadəsini necə başa düşürsünüz? – Toyuq ilə ququ quşunun oxşar və fərqli cəhətlərini söyləyin. – Ana toyuq öz balalarını necə qoruyur? – Canavarlar öz balalarının necə qayğısına qalırlar? – Pələnglər balalarına qayğılarını necə göstərirlər? – Hansı heyvanlar balalarının qayğısına qalmır?