“Mən nə edirəm?” oyunu. Uşaqlar dairəvi formada düzülürlər. Hər kəs jestlərlə müəyyən bir hərəkəti təqlid edir. Bir-
bir soruşurlar: “Mən nə edirəm?” Suala növbə ilə cavab verirlər. Cavab tapan şagird növbəti
jesti edir.
Tədqiqat sualı: – Əşyanın hərəkətini bildirən sözləri necə tanıyaq? Hərəkətin hansı za- mana aid olduğunu necə bilmək olar? Tədqiqatın aparılması. Qruplarla iş. Şagirdlər verilmiş suallar əsasında öz fikirlərini işçi
vərəqlərində qeyd edirlər.
I qrup. Mətndən hərəkət bildirən sözləri seçin. Onları cədvəl üzrə yazın və sual verin. II qrup. Gün rejimini yazın. Hərəkət bildirən sözləri seçin. Onları elə dəyişin ki, hərəkət keçmişdə baş versin. Onlara sual verin. III qrup. Peşə sahiblərinin hərəkətlərini (gördükləri işləri) yazın. Həkim – Müəllim – Bağban – Neftçi – Bərbər – Bənna – Dərzi – Yazdığınız sözləri elə dəyişin ki, hərəkət gələcəkdə baş versin. Onlara sual verin. IV qrup. – Heyvanlar və quşlar nə edir? Uyğun olaraq xətlərlə birləşdirin. Hərəkət bildirən sözlərə sual verin. sərçə hürdü pişik quruldadı it qarıldadı inək cikkildədi qurbağa böyürdü qarğa miyovuldadı Hərəkət bildirən sözləri elə dəyişin ki, onlar hərəkətin indi baş verdiyini bildirsin. Onlara sual verin.