ЩЕЙВАНЛАР ВЯ ГУШЛАР 2-ci tapşırıq. Mətnin ikinci abzası “Heyvanlar necə qorunurlar” mətninin məzmununa
uyğundur.
İş dəftərinin 70-ci səhifəsindəki mövzu ilə bağlı tapşırıqlar yerinə yetirilir.
Dil qaydaları. Mətndən hərəkətin indi baş verdiyini bildirən sözləri seçin, onlara sual verin.
Həmin sözləri gələcək zamana çevirib cümlələrdə işlədin və dəftərə yazın.
Dinləmə QAPLAN Qaplan bizdə daha çox bəbir adı ilə tanınır. Şirdən, pələngdən kiçik olsa da, qaplan heç də onlardan az qorxulu deyil. O, balaca bir kolun da dalında gizlənə bilir. Güclü eşitmə qabiliyyəti olan qaplan çox cəlddir, bir göz qırpımında ağaca dırmanır, enli çayları asanlıqla üzüb keçir. O, saatda 120 kilometr sürətlə qaça bilir. Ov dalınca qaçanda hər addımı 12 metrə çatır. Bu yırtıcı pişik çox təhlükəlidir. Lakin buna baxmayaraq, insanlar bu vəhşi pişikləri qoruyur, onların nəslinin kəsilməsinə yol vermirlər. Dinlədiyi mətndəki əsas məlumatları necə mənimsədiyini yoxlamaq məqsədi ilə şagirdlərə
aşağıdakı tapşırıqlar verilir:
1.Qaçma bacarığına görə qaplan aşağıdakılardan hansına yaxındır? A) ayıya B) tülküyə C) dəvəquşuya 2. Hansı daha kiçikdir? A) qaplan B) pələng C) dovşan 3. Qaplanın cəldliyini bildirən cümləni seç. A) Enli çayları asanlıqla üzüb keçir. B) Balaca kolun dalında gizlənə bilir. C) Bir göz qırpımında ağaca dırmanır. İş dəftərinin 70-ci səhifəsindəki dil qaydaları ilə bağlı tapşırıqlar yerinə yetirilir.