Dil qaydaları. İmla mətni:
Yazı. Hüsnxət. “L” hərfi. İş dəftəri, səh. 85.
Ev tapşırığı: – Dərsliyin 122-ci səhifəsindəki 3-cü tapşırığı yazılı şəkildə yerinə yetirin. Mətnin qəhrə manlarına münasibət bildirin. Qiymətləndirmə. Təqdimata, diskussiyaya və tətbiqetmənin nəticələrinə əsasən aparılır.
Dərs 61. XOCALI FACİƏSİ (2 saat)
Motivasiya. Müəllim: – “Faciə” sözünü necə izah edərsiniz? – Hansı hadisələri faciə adlandırmaq olar? – Faciə dedikdə ilk ağlınıza gələn söz hansıdır? “Xocalı” cavabını alandan sonra bu hadisə haqqında şagirdlərin nə bildikləri soruşulur.
Dərslikdən şeir oxunur və təhlil olunur.
Suallar: – Şeirin ilk 4 misrasını necə başa düşürsünüz? – Nə üçün Xocalı müsibəti “görünməz müsibət” adlanır? 1-ci tapşırıq. Müəllimin yönəldici sualları ilə şagirdlər “Yerdə qalsa belə qan, Əl üzülər dünyadan” misralarını izah edirlər: Xocalı faciəsini bütün dünya tanımalıdır. Əgər erməni vəhşiliklərinə lazımi qiymət verilməsə, bu faciənin günahkarları cəzalanmasa, dünyada ədalətə inam yox olar. ÇOBANYASTIĞI (35 söz)
Çiçəklər çobanyastığı gülünə baxıb fikirləşirdi ki, nə üçün onun kirpikləri ağdır.
Bilmirdilər ki, günəş şüalarının sarı, qırmızı, narıncı, göy, çəhrayı rənglərinin içində
heç kəsin görmədiyi ağ rənglər də var. Çobanyastığı bu rəngi daha çox sevir.