İş dəftərinin 90-cı səhifəsindəki mövzu ilə bağlı tapşırıqlar yerinə yetirilir.
Nəticə: Başqasının əməyini mənimsəmək istəyən müftəxorlara heç kimin yazığı gəlmir.
Dil qaydaları. 5-ci tapşırıq yerinə yetirilir. Cavab “C” variantıdır.
Ev tapşırığı: – “Nə yoğurdu, nə yapdı, hazırca kökə tapdı” atalar sözünə uyğun gələn mətn qurun. Qiymətləndirmə. Təqdimata, diskussiyaya və tətbiqetmənin nəticələrinə əsasən aparılır.
Dərs 64. NİCAT VƏ DƏCƏL (4 saat)
Motivasiya. Müəllim: – İnsanla heyvanın dostluğu mümkündürmü? Fərziyyələr söylənilir.
“Bir qalanın sirri” filmindən fraqment. (Yaxud müəllim özü şifahi şərh edir.)
Sual: – Yallı ilə Xallı sahibini xilas etmək üçün nə edir? – Əsl dost necə olmalıdır? Dərslikdən mətnin 1-ci hissəsi oxunur. Baş qəhrəmanların dostluğunu sübut edən
hissələrə diqqət yetirilir.
Mətnin hissəsinə başlıq verilib plan tutulur: