Gülşən Orucova, Nərminə Qaragözova, Rafiq İsmayılov, Zahid Xəlilov



Yüklə 3,37 Mb.
Pdf görüntüsü
səhifə258/391
tarix30.12.2021
ölçüsü3,37 Mb.
#22836
1   ...   254   255   256   257   258   259   260   261   ...   391
Yazı. Hüsnxət. “M” hərfi. İş dəftəri, səh. 89.
Ev tapşırığı:
– Mətni oxuyun və növbəti dərs üçün mətni səhnələşdirin.
Qiymətləndirmə.
Təqdimata, diskussiyaya və tətbiqetmənin nəticələrinə əsasən aparılır.
Ad bildirən sözlər
Əlamət bildirən sözlər
Hərəkət bildirən sözlər
Dərslərin planlaşdırılması
YAXŞI NƏDİR, PİS NƏDİR
145
Çap üçün deyil


Dərs 63. İKİ GONBUL VƏ DOVŞAN (2 saat)
Motivasiya.
Müəllim: – Qarışqa zəhmət çəkir, zülmlə özündən on dəfə ağır yükü yuvasına
daşıyır. Yuvasına az qalmış bir sərçə uçub onun dənini aparır. Sərçə pırıltı ilə uçanda bir
budağa dəyib zədələnir. 
Sual: – Bu hekayədə kimə yazığınız gəlir?
Şagirdlərin fikirləri dinlənilir və müzakirə olunur.
Dərslikdən “İki gonbul” mətni tələffüz normalarına uyğun ifadəli, düzgün oxunur. 
2-ci tapşırıq. Yaxşı olar ki, şagirdlər mətnin sonundakı suala necə cavab vermək üçün
atalar sözlərinə müraciət etsinlər. (“Nə yoğurdu, nə yapdı, hazırca kökə tapdı”; “Əkəndə yox,
biçəndə yox, yeyəndə ortaq qardaş” və s.)
Sual: – Təmsildəki dovşan obrazını hansı sözlə xarakterizə etmək olar?
Müəllimin yönəldici sualları ilə şagirdlər “müftəxor” sözünün üzərində dayanırlar. Bu sözün
mənası izah olunur: özü zəhmət çəkməyib başqalarının hesabına yaşayan insan
Sual: – Bəs gonbullar haqqında nə deyə bilərsiniz? 
Tapşırıq 1. Mətnə uyğun şəkillərin ardıcıllığı müəyyən olunur: Ç, C, B, A. 
Yazı. Hər şəklə aid mətndən bir, yaxud iki cümlə tapılıb dəftərə köçürülür. 
Tapşırıq 3. Abzasın mətndəki yeri müəyyənləşdirilir.(“Bərk yapışın, buraxmayın!” – cüm -
lə sin dən sonra)
Müəllim şagirdlərin diqqətini mətndəki belə bir cümləyə yönəldir: – “Gonbullar yolu
hamarladılar. Kənarlara yol nişanları düzdülər”. Bu işləri etməkdə onların məqsədi nə idi?
Sual: – Hansı yol nişanlarını tanıyırsınız? Yol işarələrinin əhəmiyyəti nədədir? (tapşırıq 4)
Şagirdlərin cavablarından sonra müəllim belə bir açıqlama verə bilər: – Yollar rahat və
təhlükəsiz olmalıdır. Hər kəs yol hərəkəti qaydalarını bilməli, yol nişanlarını tanımalıdır. Əks
halda özümüz və başqaları üçün təhlükə yaradarıq. Səki ilə getməli, qadağan işarəsi olan
yerlərdən keçməməliyik. Belə işarələr qoyulmayan yerlərdə ehtiyatlı olmalıyıq. Yeraltı və
yerüstü keçidlər olan yerlərdə mütləq onlardan istifadə etməliyik. 

Yüklə 3,37 Mb.

Dostları ilə paylaş:
1   ...   254   255   256   257   258   259   260   261   ...   391




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin