Tədqiqat sualı: – Kobud olmağın nə kimi pis nəticələri ola bilər? Tədqiqatın aparılması: Qruplarla iş. Şagirdlər verilmiş suallar əsasında öz fikirlərini işçi
vərəqlərinə qeyd edirlər.
Mətnin hər bir hissəsi ayrıca yazılmış halda qruplara verilir.
I qrup. Vasif möhkəm bədənli, güclü oğlandır. Hamı ondan çəkinir. Beləsindən necə qorxmayasan! Yoldaşlarını vurur, qızların saçını dartır, itlə, pişiklə pis rəftar edir, hətta nənəsi ilə kobud danışır. Bir sözlə, Vasif heç kimdən qorxmur, heç nədən çəkinmir. Tapşırıq: – Vasifin hərəkətlərinə münasibət bildirin. II qrup. Bir gün Vasif yolda gördüyü hadisəni sinif yoldaşlarına danışmaq istədi. Amma oğlanlar ona qulaq asmaq belə istəmədilər. Vasif qızların yanına gəldi. O yaxın - la şan kimi qızlar oradan uzaqlaşdılar. Sual: – Vasifə uşaqların pis münasibətinin səbəbi nə idi? III qrup. Vasifin kefi pozuldu. Evə gələndə itlə oynamaq istədi. Amma Toplan onu görən kimi küçəyə qaçdı. Hələ Məstanı demirsən! Pişik şkafın üstünə çıxıb qəzəbli, yaşıl gözləri ilə ona baxırdı. Sual: – Heyvanlar insanlara qarşı çox mehriban olurlar. Vasif onlarla necə dost ola bilərdi? Bəs onlar niyə Vasifdən üz döndərdilər? IV qrup. Əlacı kəsilmiş Vasif nənəsinin yanına gəldi. Nənə nəvəsinin üzünə belə bax- madan sakitcə corab toxumağa davam etdi. Güclü, qorxmaz Vasif tək qalmışdı. Lap tək-tənha. Sual: – Vasif səhvini başa düşdümü?