Məlumat mübadiləsi və müzakirənin təşkili. Qrupların təqdimatları dinlənilir və müzakirə
olunur. Aşağıdakı suallar verilir:
– Kobudluğun nəticəsi nə olur? – Görəsən, tək qalmış Vasif nə düşündü? – Vasifə nə məsləhətlər verərdiniz? Tapşırıq 1. Smayliklərlə yerinə yetirilir.
Nəticə: Kobudluq edən şəxs tək qala bilər. Tək adam isə həyatda zəif adamdır.
Tətbiqetmə. Cütlərlə iş. “Nə olardı, əgər...” – Vasif yoldaşları ilə nəzakətlə davransaydı, nə olardı? – Vasif itlə mehriban rəftar etsəydi, nə olardı? – Vasif pişiklə mehriban davransaydı, nə olardı? – Vasif nənəsi ilə səmimi, xoş rəftar etsəydi, nə olardı? – Yoldaşları Vasifə qulaq assaydılar, nə olardı? Ev tapşırığı: – Vasifə məktub yazın. Məktubda ona öz məsləhətlərinizi verin. Qiymətləndirmə. Təqdimata, diskussiyaya və tətbiqetmənin nəticələrinə əsasən aparılır.
KOBUD
Dərslərin planlaşdırılması
YAXŞI NƏDİR, PİS NƏDİR
151
Çap üçün deyil