Məlumat mübadiləsi və müzakirənin təşkili. Qrupların təqdimatları dinlənilir və müzakirə
olunur. Dərsliyin 133-cü səhifəsindəki şeir oxunur.
Nəticə: Lovğalıq da kobudluq kimi insanın mənfi xüsusiyyətidir. Ətrafdakılar onsuz da
insanın üstün cəhətlərini görürlər. Bununla öyünmək insanı hörmətdən salır.
Tətbiqetmə. Dərslikdən 2-4-cü tapşırıqlar yerinə yetirilir.
Tapşırıq 2. Kobud – mehriban, lovğa – təvazökar sözləri cümlədə işlədilir.
Tapşırıq 3. Kobudluğun və lovğalığın axırı sonda tək qalmaqla nəticələnir. Heç kəs kobud
və lovğa olanlarla dostluq etmək istəmir.
Əlavə tapşırıq: “Ağac bar verəndə başını aşağı salar” atalar sözünün izah edilməsi
şagirdlərə tapşırılır.
İş dəftərinin 92-ci səhifəsindəki mövzu ilə bağlı tapşırıqlar yerinə yetirilir.
Dil qaydaları. Tapşırıq: “Lovğa” şeirindən hərəkət bildirən sözlər seçilir və onlar gələcək
və indiki zamanda cümlələrdə işlədilir.
Ev tapşırığı: – “Lovğa” şeirini əzbərləyin, məzmununu öz sözlərinizlə dəftərə yazın. Qiymətləndirmə. Təqdimata, diskussiyaya və tətbiqetmənin nəticələrinə əsasən aparılır.
Dərs 68. DOSTLAR SƏFƏRDƏ (2 saat)