Zərdab rayon Mədəniyyət və Turizm Şöbəsi Mərkəzləşdirilmiş Kitabxana Sistemi Metodika və biblioqrafiya şöbəsi Kitabxanaların diyarşünaslıq fəaliyyəti Metodik tövsiyələr
Diyarşünaslığın təbliği ilə əlaqədar kitabxanalarda
keçiriləcək tədbirlər
Kitabxanalar yarandığı gündən bu günə kimi insanların infopmasiya təlabatını ödəmək və informasiyanı gələcək nəsillərə ötürmək fuksiyasını yerinə yetirirlər.Bununla da onlar cəmiyyətin bütün unkişaf mərhələlərində elmi- texniki tərəqqiyə xidmət etmişdir.
Müasir dövrdə baş verən iqtisadi və sosial dəyişikliklər kitabxanaların fəaliyyətinə güclü təsir edir və onların qarşısında yeni vəzifələr qoymuşdur. Oxucuların informasiya təlabatlarını operativ və dolğun ödənilməsi kitabxanaçılardan peşəkar tələblər, oxuculara xidmət işinin təşkili və texnologiyasına mühüm dəyişikliklər edilməsini tələb edir.Kitabxana işinə yeni informasiya texnologiyaların tətbiqi kitabxanaçıların qarşısında geniş imkanlar açır, oxuculara xidmət işində,oxucuların təlabatının ödənilməsində yaranan problemləri asanlaşdırmağa, həll etməyə imkan verir.
Kitabxanalar ölkənin (regionun) tarixi və mədəni irsinin toplandığı xəzinənin qoruyucuları kimi oxucuların elmi dünyagörüşünün, siyasi süurunun formalaşmasında vacib rol oynayırlar. Hazırda kitabxanalarda diyarşünaslığı geniş təbiğ etmək ən vacib məsələlərdən biridir.
Kitabxanaların diyarşünaslıq fəaliyyətində əsas məqsəd regionumuzun tarixini, mədəniyyətini öyrənmək diyarşünaslıq biliyini təbliğ etməkdir.
Hər bir kitabxanaçının vəzifəsi oxucuları doğulduğu diyarın tarixinin öyrədilməsindən başlayaraq,ölkəmizin tarixi, onun görkəmli şəxsiyyətləri, etnoqrafiyası, mədəniyyəti, milli mənəvi dəyərləri və gələcək inkişaf perspektivləri barədə məlumatlandırmaqdan, onlarda doğma diyara, vətənə məhəbbət və qayğı ilə yanaşılmasını tərbiyə etməkdən ibarətdir.
Diyarşünaslıq - bir diyarın( geniş mənada ölkənin) təbii coğrafi şəraitinin, tarixinin və mədəniyyətinin, etnoqrafiyasının, adət və ənənələrinin öyrənilməsidir.
Diyarşünaslığı təbliğ etmək üçün ilk növbədə hər bir şəhər, kəhd kitabxana filialinin saytında həmin regionun tarixinə,mədəniyyətinə aid tarixi )sənəd (məlumat ) bazasının yaradılması vacibdir. Eyni zamada diyarşünaslığı təbliğ etmək məqsədilə hər bir şəhər, qəsəbə, kənd kitabxana filialında həmin bölgənin tanınmış görkəmli şəxsiyyətləri,ziyalıları və fəal oxucuları barədə” Məlumat guşələri “ , “Turizm informasiya “ masası təşkil olunmalıdır.
Kitabxanalarda diyarşünaslığı təbliğ etmək üçün əyani və şifahi təbliğatın müxtəlif formalarından: kitab sərgiləri, ədəbiyyata açıq baxış, məsləhət vitrinləri,kitab həftəsi, viktorinalar və s.tədbir formalarından geniş istifadə edərək bu sahəni təbliğ etməlidirlər.Tədbirləri aşağıdakı başlıqlar altında təşkil etmək olar: “Rayonumuz bu gün “,” Bura Vətəndir”,Zərdab: İnkişaf və tərəqqi yolunda “,” Zərdabi yurdunun qəhrəmanları “, ”Vurulur hüsnünə bir dəfə baxan”, “ Gözəllikdir baxsan hara “,“ Günü –gündən gözəlləşən Zərdabım “,” Həmişə bahardı mənim Zərdabım “, “ Zərdabi yurdunun fəxrləri ”, “ Qədim azərbaycan diyarı Zərdab”,“ Həsən bəy Zərdabinin vətəni Zərdab”, İllərin sınağından uğurla çıxmış Zərdabım”,” Zərdab qəhrəmanlar diyarıdır “, “Vətənimin seyrinə çağırıram elləri”, “ Rayonumuzun tarixi haqqında nə bilirik” və sair.
Diyarşünaslığın təbliğində ilk növbədə bütün kitabxanalarda kitab sərgiləri təşkil olunmalıdır.Kitab sərgiləri kitabxanada olan kitab və digər informasiya daşıyıcılarının daha cox effektli əyani təqdimetmə metodudur. Diyarşünaslığa dair belə sərgilər daimi fəaliyyət göstərməlidir .Qeyd etmək lazımdır ki, belə sərgilərin təşkilində kitablarla yanaşı qəzet və jurnal materialları da əks etdirilməlidir. Sərgidə sərginin məqsəd və məramını açmaq üçün sitat və izahlı mətnlərdən də istifadə olunmalıdır.Bu da həmin sərginin əhəmiyyətini xeyli artırır.Aşağıda sərginin təxmini nümunəsini veririk.
Nümunə üçün “Mənim doğma yurdum - Zərdabım” adlı sərginin sxemi verilir:
I Bölmə.Zərdabın keçmişi :İzahlı mətn:
Rayon ərazisində 40 yaşayış məntəqəsi vardır. İnzibati mərkəzi – Zərdab şəhəridir. Rayon Bəyimli qəsəbəsini və Bıçaqçı, Yuxarı Seyidlər, Sileyli, Körpükənd, Məlikli, Burunlu, Qoruqbağı, Sarıqaya, Məmmədqasımlı, Gödəkqobu, Yarməmmədbağı, Lələağacı, Pərvanlı, Gəlmə, Salahlı, Hüseynxanlı, Xaməmmədli, Əlibəyli, Allahqulubağı, Çallı, Məlikumudlu, Birinci Alicanlı , İkinci Alicanlı, Cülovxanlı, Dəliquşçu, Dəkkəoba, İsaqbağı, Qərəvəlli, Böyük Dəkkə, Nəzəralı, Şıxbağı, Gəndəbil, Ağabağı, Şahhüseynli, Şəftəhal, Aşağı Seyidlər, Əlvənd, Otmanoba kəndlərini özündə birləşdirir.
İqtisadi xarakteristikası:Rayonun iqtisadiyyatında kənd təsərrüfatı xüsusi rol oynayır. Kənd təsərrüfatının əsasını pambıqçılıq, taxılçılıq, baramaçılıq və heyvandarlıq təşkil edir. Rayonda pambıqtəmizləmə, konserv, çörək, kərpic, asfalt, süd zavodları fəaliyyət göstərir.
Sitat: Azərbaycan mənim ürəyimdir , Azərbaycan mənim həyatımdır . Azərbaycan haqqında hər bir vətəndaş öz ürək sözlərini deyə bilər . Mənim ürəyim öz doğma Vətənim Azərbaycanla bağlı , Azərbaycan haqqında hissiyyatlarla dolu olubdu . Bu hissiyyatları sözlə demək mümkün deyildir . Hətta böyük şairimiz Səməd Vurğunun dediyi sözlər də bunun hamısı deyil .
Heydər Əliyev
II Bölmə: Qəhrəman Zərdablılar .
Bu bölmədə Zərdabın müharibə illərindəki fəaliyyətinə həsr olunmuş materiallar,eyni zamanda Vətən torpaqlarının erməni işğalçılarından müdafiə edilməsində gedən döyüşlərdə qəhrəmanlıqla vuruşan Zərdab şəhidləri haqqında materiallar əks etdirilməlidir .
Sitat: Vətən yolunda şəhid olanlar ölmürlər,xalqın qəlbində, ürəyində əbədi
yaşayırlar.Biz onların qəhrəmanlığı, şəhidliyi ilə fəxr edirik.Bu bizim
millətimizin iftixarıdır.
Heydər Əliyev
III Bölmə: Tanınmış Zərdablılar
Sitat:Fəxr edirəm ki, Zərdabi bütün Azərbaycanın, bütöv türk dünyasının övladıdır.Zərdablıların haqqı var ki, əldə bayraq dünyaya meydan oxusunlar.Bu haqqı onlara Həsən bəy Zərdabini və Məlik Məhərrəmovu yetirən torpaq verib.
Akademik Teymur Bünyadov .
Sitat:Bütün Azərbaycan ziyalıları Həsən bəy Zərdabiyə borcludur:biz ziyalılar üzü Həsən bəy Zərdabinin doğulduğu Zərdab torpağı tərəfə yatmalıyıq .Həsən bəy Zərdabinin doğulduğu Zərdab torpağı bizim qibləmizdir.
Akademik Fuad Qasımzadə
Bu bölmədə Zərdabın görkəmli şəxslərinə həsr edilmiş materiallardan istifadə olunmalı, onlar haqqında qısaca məlumat verilməli, Zərdabın şair və yazıçılarının əsərləri nümayiş etdirilməlidir.
IV Bölmə: Zərdab bu gün.
Sitat: “Zərdab rayonu inkişaf edir, burada quruculuq, abadlıq işləri görülür,Heydər Əliyev siyasəti yaşayır və davam etdirilir.
Bu bölmədə gündən-günə inkişaf edən Zərdab, onun səfalı guşələri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Zərdaba səfəri haqda olan materiallardan istifadə edə bilərsiniz.
Sitat: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları,işləri sizin köməyinizlə və dəstəyinizlə İlham Əliyev başa çatdıta biləcək.Mən ona özüm kimi inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm
Heydər Əliyev
İzahlı mətn:
Rayonun iqtisadiyyatında kənd təsərrüfatı xüsusi rol oynayır. Kənd təsərrüfatının əsasını pambıqçılıq, taxılçılıq, baramaçılıq və heyvandarlıq təşkil edir. Rayonda pambıqtəmizləmə, konserv, çörək, kərpic, asfalt, süd zavodları fəaliyyət göstərir.
Rayonda Hazırda rayonda 41 ümumtəhsil, o cümlədən 28 orta, 9 əsas,4 ibtidai, eyni zamanda 19 məktəbəqədər, 5 məktəbdənkənar təhsil müəssisəsi;
68 mədəni-maarif müəssisəsi; 21 mədəniyyət evi,2 kulub, 1 mərkəzi kitabxana,40 kənd kitabxanası, Heydər Əliyev mərkəzi, 3 muzey, uşaq incəsəhət məktəbi;52 abidə bunlardan, 2 - si ölkə əhəmiyyətlidir,
1 mərkəzi xəstəxana,5 sahəxəstəxanası, 12 kənd həkim ambulatoriyası,12 feldşer-mama məntəqəsi fəaliyyət göstərir.
Sərginin daha zəngin və maraqlı təsir bağışlaması üçün, həm çinin rayonun özünün və ya abidələrin maketlərindən, kiçik formada düzəldilmiş modellərdən də istifadə etmək olar. Sərgidə kitabxananın fondunda olan digər kitabların siyahısını da (zərf yerləşdirib siyahını onun içinə qoymaq olar) yerləşdirmək tövsiyə olunur. Sərgi elə təşkil edilməlidir ki, rayona gələn hər bir qonaq rayonu gəzmədən belə, rayonun tarixi ilə tanış ola bilsin. Sərgi rayonun tarix-diyarşünaslıq muzeyinin köməyi ilə, birgə təşkil olunsa daha maraqlı olardı. Sərginin təşkilində rayonun fərqləndirici xüsusiyyətləri, orada yerləşən tarixi abidələr və onların spesifik xüsusiyyətləri nəzərə alınmalıdır.
Kitabxanalarda diyarşünaslığın təbliği ilə əlaqədar keçirilən hər hansı tədbirin kitabxana fəaliyyətinin bir forması kimi reklama ehtiyacı var.Hər tədbirə maraq reklamdan başlatır.Reklam məlumatının ən geniş yayılmış forması elandır.Elan bu və ya digər məlumatı insanlara qabaqcadan çatdırmaqla təşkiledici missiyanı yerinə yetirir. Məlumatı hazırlayərkən məlumatın mahiyyəti, məzmunu aydın qeyd olunmalıdır.Məlumatın vaxtı, saatı dəqiq göstərilməli,tədbirin keçiriləcəyi yer dəqiq qeyd edilməlidir.Eyni zamanda elanın kim tərəfindən verilməsi göstərilməlidir.
Oxucuları tədbirə cəlb etmək üçün tədbirə maraqlı, könül oxşayan ad seçilməlidir. Elanın nümunəsini veririk:
Elan:
12 iyun 2016- cıil tarixdə saat 12 .00- da Gəndəbil kənd kitabxana filialında
Rayonumuzun tarixinə, inkişaf və tərəqisinə həsr edilmiş “ Həsən bəy Zərdabinin vətəni Zərdab” adlı sərginin açılışı olacaqır.
Gəndəbil Kənd kitabxana filialı
Tədbir haqqında reklam məlumati kitabxananın saytında da yerləşdirmək yaxçı olar.
Kitabxana xidmətində kompyuter texnologiyalarının tətbiqi müasir dövrün tələbidir. Hazırda bunun üçün kitabxanalarımızda şərait var . Kitabxanaçılar keçirilən tədbir haqqında məlumatın, başlıqların,sitat və illüstrasiyaları tərtibində kompyuter texnologiyasından istifadə etməlidirlər.
Kitabxanaların diyarşünaslıq fəaliyyətində diyarşünaslığa həsr olunmuş kartotekaların da təkil edilməsi vacibdir. Kartotekaları”Günü –gündən gözəlləşən Zərdabım”,“ Qədim azərbaycan diyarı Zərdab“ və s. başlıqlar altında hazırlamaq olar.
Kitabxanalarda diyarşünaslığın təbliği ilə əlaqədar oxucularla söhbət , Və yaxud anket sorğusu da keçirmək yaxşı olar. Bu tədbirlər vasitəsilə oxucuları rayonumuzun tanınmış görkəmli şəxsiyyətləri, tarixi abidələri haqqında məlumat vermək olar.
Kitabxanalarda diyarşünaslığı təbliğ etmək üçün“Öz diyarını kim daha yaxşı tanıyır?” adlı inşa və rəsm müsabiqələri təşkil olunması məsləhətdir. Həmçinin, yerli yazıçıların, şairlərin kitablarının ənənəvi və elektron təqdimatı, məşhur həmyerlilərlə görüşlərin keçirilməsi də tövsiyə olunur.
Kitabxanada məşhur həmvətənlərimizin xatirəsinə həsr olunmuş ədəbiyyatı təbliğ etmək üçün diyarşünaslıq həftəsi keçirilməsi də tövsiyə olunur. Diyarşünaslıq ədəbiyyatının təbliğində əsas yeri diyarşünaslıq kartotekaları tutur. Diyarşünaslıq kartotekası - diyarşünaslıq soraq-biblioqrafiya aparatının mühüm tərkib hissəsidir. Onda diyar haqqında yerli kitabxanalarda olan müxtəlif məzmunlu, müxtəlif tip və növlərdə çap məhsulu tam əks olunur Həmin kartotekada kitabxananın fondunda yerləşməsindən asılı olmayaraq şəhər və rayon haqqında materiallar daha dolğunluqla əks olunur. Kitabxanada olmayan diyarşünaslıq nəşrlərinin harada (filial kitabxanası, Heydər Əliyev Mərkəzi, ərazidə yerləşən digər kitabxana, qonşu rayon kitabxanaları, iri kitabsaxlayıcılar, şəxsi kitabxanalara və s. isnad olunur) olması kartoçkada qeyd edilir.
Kartoteka üçün məlumatın toplanmasının müxtəlif üsulları vardır. Təcrübədə daha çox yayılmış üsul MKS-nin fondunda olan diyarşünaslıq ədəbiyyatının siyahısının əlaqədar kitabxanalara göndərilməsidir . Kartotekada ədəbiyyat Kitabxana Biblioqrafiya Təsnifatının (KBT) kütləvi kitabxanalar üçün qısaldılmış variantı əsasında qruplaşdırılır. Ədəbiyyatın analitik təsviri AZS 754-2013 İnformasiya, Kitabxana və nəşriyyat içi üzrə standartlar sistemi. Biblioqrafik yazı. Biblioqrafik təsvir. Azərbaycan Respublikasının Dövlət Standartı əsasında həyata keçirilir. Diyarşünaslıq biblioqrafiyasında analitik təsvirdən geniş istifadə olunur
Kartotekaların tərtibində rubrikalardan istifadə olunur. Bütün rubrikalarda (bədii ədəbiyyatdan başqa) materialların kartoçkaları daxilində təsvirlər nəşrin növlərinə görə qruplaşdırılır, bölmələr daxilində qruplaşmış kartoçkalar əks xronologiya (kartotekanın əvvəlində yeni, sonra isə köhnə ədəbiyyat) üzrə düzülür. Belə düzülüş yeni ədəbiyyatı (materialı) oxucuya tövsiyə etmək üçün daha əlverişlidir. Hər ilin materialı xüsusi ayrıc altında məsələn: “2014”, “2013” və s. düzülür ki, bu da sonralar köhnəlmiş kartoç kaların kartotekadan çıxarılmasını asanlaşdırır. Bədii ədəbiyyat bölməsini iki hissədə “Rayonumuz bədii ədəbiyyatda” və “Yerli yazıçılar” adlı ayrıclarla vermək olar. “Yerli yazıçılar” bölməsində hər bir yazıçı haqqındakı materiallar soyadların əlifbası ilə, rubrikada ilk növbədə yazıçının əsərləri, seçilmiş əsərləri, sonra isə ayrı-ayrı əsərləri sərlövhə üzrə əlifba sırası ilə düzülür. Yazıçının bədii irsindən sonra həyat və yaradı cılığı haqqında materiallar xüsusi rubrikada, müəlliflərin əlifbası üzrə yerləşdirilir. Kitabların təsvirini əks etdirən kartoçkalar məqalələrdən əvvəl düzülür. Rayon görkəmli adamları haqqında materiallar sahələr üzrə xüsusi ayrıcda - “Rayonumuzun görkəmli şəxsləri”, “Rayonumuzun şəhidləri” və s. adlı ayrıclarda şəxslərin adlarının əlifbası üzrə düzülür da kartotekada toplanır. Əgər material həmin kitabxanada yoxdursa, kartoçkanın sağ tərəfində (yuxarı hissəsində) “kitabxanada yoxdur” qeydi yazılır, materialın hansı kitabxanada olması haqqında yenə də həmin yerdə qeyd edilir. Kartotekanı təkmilləşdirmək üçün yerli mətbuatdan, şəhər və rayon haqqında məlumat verən respublika qəzetlərindən istifadə etmək olar.
Oxuculara operativ xidmət göstərmək üçün kartotekalar hər il müəyyən redaktə prosesindən keçir ki, bunlar da aşağıdakılardır: hər gün ortaya çıxan yeni bir sahə və aktual məsələlərin kartotekada öz əksini tapmalıdır və yeni rubrikalar (bölmə, yarımbölmə) açılmalıdır. Kitabxana təcrübəsində qəbul olunmuş normaya görə hər bölmənin daxilində 40-50 kartoçka olması məsləhətdir.
Diyarşünaslığın təbliğinin mühüm formalarından biri yeni alınan ədəbiyyatlar haqqında məlumat bülletenlərinin hazırlanmasıdır . Belə bülletenlər aylıq və rüblük tərtib olunur.Məlumat bülletenlərini hazırlayıb abonementdə və ya oxu zalında, həmçinin yerli qəzetdə çap erdirməklə və ya kitabxananın saytında əks etdirilməklə oxuculara təqdim edilir. Bu tədbir geniş oxucu kütləsinə kitabxanaya daxil olan yeni ədəbiyyat haqqında məlumat vermək məqsədilə həyata keçirilir və bu zaman kitabxananın bütün oxucularına bu ədəbiyyatlardan istifadə etmək imkanı yaradılır, eyni zamanda kitabxanaya yeni oxucular cəlb edilir.
Diyarşünaslıq nəşrlərinin təbliğinin formalarından biri də xülasələrdir. Diyarşünaslıq ədəbiyyatı üzrə keçirilən xülasələri aşağıdakı kimi qruplaşdırmaq olar: Yeni nəşrlərin xülasəsi; mütəxəssis günlərində; əlamətdar və tarixi günlərlə əlaqədar keçirilən mövzu xülasələri; kitabxananın diyarşünaslıq fondu və ya onun ayrı-ayrı hissələri üzrə xülasə- ekskursiya; ən əhəmiyyətli müxtəlif diyarşünaslıq nəşrlərinin xülasəsi və s. Kitablar haqqında xülasə mövzu və janr üzrə yaxın olan bir neçə əsərin xarakteristikasıdır. Xülasədə kitablardan biri haqqında müfəssəl danışmaq, başqaları haqqında qısa məlumat vermək olar.. Tövsiyə siyahısında əsər haqqında məqalələr, resenziyalar göstərilir. Həmçinin, haqqında məlumat verilən nəşrlərin oxucular tərəfindən necə əldə edilməsi, yerləşdiyi kitabxanalar, elektron versiyasının mövcud olduğu saytlar barədə də məlumat verilir.
Kitabxanalarda diyarşünaslığın təbliği ilə əlaqədar oxucularla söhbət də keçirmək yaxşı olar. Bu tədbir vasitəsilə oxuculara rayonumuzun tanınmış görkəmli şəxsiyyətləri, tarixi abidələri haqqında məlumat vermək olar.
Kütləvi tədbirlərin forma və metodları rənga-rəngdir.Kitabxanalar bu tədbir formalarından istifadə edərək regionumuz haqqında olan ədəbiyyatı oxucular arasında geniş təbliğ etməlidirlər.
Keçirilən tədbirlərdə əsas məqsəd oxucuların regionumuz haqqında olan biliklərini daha da artırmaq , yurdumuzun gözəllikləri , tarixi ilə oxucuları tanış etmək, oxucuların öz rayonunun, kəndinin tarixi, müasir vəziyyəti və gələcək inkişafı barədə məlumatlandırılması, onlarda doğma diyara qarşı maraq oyatmaq, vətənlərinə məhəbbət və qayğı ilə yanaşmanı tərbiyə etməkdir
Tərtib etdi : Metodia və biblioqrafiya şöbəsinin müdiri : G. Qasımova
Redaktor : Metodika və biblioqrafiya şöbəsinin böyük metodisti: M. Əhmədova