Dinləmə mətni: Xocalı faciəsini unutmuruq 26 fevral 1992-ci il. Quşbaşı qar yağan sərt qış gecəsi. Həmin gecə erməni quldurları Rusiya ordusunun Xankəndində yerləşən hərbi hissələrinin yardımı və iştirakı ilə Azərbaycanın Xocalı şəhərini məhv etdilər. Şəhər güclü top atəşinə tutuldu. Aeroport və ona yaxın olan evlər dağıdıldı. Təkcə aeroportun müdafiəsi zamanı rus alayının top atəşi ilə 150-yə yaxın adam öldürüldü. Buna baxma- yaraq, şəhərin qəhrəman müdafiəçiləri düşmənə inadlı müqavimət göstərirdilər. Düşmənlər şəhərə daxil olduqdan sonra da hər küçə, məhəllə, hər ev uğrunda döyüşlər davam edirdi. Xocalı sakinləri Vətən torpağını qəhrəmanlıqla qoruyur- dular. Erməni quldurları müdafiədə dayananları güllələyir, evlərdə əllərinə keçən nə varsa hamısını qarət edir, özləri ilə gətirdikləri yük maşınlarına yükləyir, Xankəndi tərəfə göndərirdilər. Ermənilər görünməmiş vəhşiliklə insanları məhv edir, evlərə-eşiklərə od vururdular. Aramsız güllə yağışından qurtulub ayağı yalın, başıaçıq halda meşələrə, dağlara üz tutanların çoxusu yolda dondu, qar uçqunlarına düşdü. Tarixin hələ indiyədək şahidi olmadığı bu müsibəti ancaq insanlığını, mərhəmət hissini itirən vəhşi ermənilər törədə bilərdilər. Bu vəhşilikləri heç nə ilə müqayisə etmək müm - kün deyil. 26 fevral bundan sonra Azərbaycan xalqının və dünyada bir çox insanların yaddaşında kədərli, matəmli bir gün kimi qalacaqdır. Erməni qaniçənlərin bu cinayəti xalqımıza qarşı törədilmiş dəhşətli soyqırımı günü kimi tarixə yazılmalıdır. Şagirdlər bir-birinə sual verməklə dinlədikləri mətndəki fikrin mahiyyətini aydınlaşdırırlar.
Şagirdlərə suallarla müraciət olunur:
– Xocalı camaatı düşmənə qarşı necə müqavimət göstərirdi? – Erməni quldurları Xocalıda hansı vəhşilikləri törədirdilər? – Erməni quldurlarının Xocalıda törətdiklərinə nə ad vermək olar? (vəhşilik, azğınlıq, qəddarlıq və s.) – Nə üçün Xocalı faciəsi xalqımızın tarixində soyqırımı kimi yadda qalacaqdır? Cavablardan sonra şagirdlər belə bir fikrə gəlirlər ki, Xocalı soyqırımı Azərbaycan xalqının
yaddaşından heç zaman silinməyəcək.