Azərbaycan Respublikası Təhsil Nazirliyi Bədən Tərbiyəsi və
İdman Akademiyası
Ad : Səbuhi
Soyad : Həziyev
Müəllim : Bəhruz Cabbarlı
Qrup :110A34
Mövzu : Hüquq tərbiyəsi və onun mahiyəti
Plan:
1)Hüququn əsas anlayışları
2)Tərbiyənin əsas anlayışları
3)Hüquq tərbiyəsi
Hüququn əsas anlayışları
Hüquq — pozitiv və normativ hüquq nəzəriyyəsinə görə ictimai münasibətləri tənzimləyən, dövlətin müəyyənləşdirdiyi və sanksiyalaşdırdığı, dövlət tərəfindən qorunan, ümumməcburi davranış qaydalarının məcmusu, liberal hüquq nəzəriyyəsinə görə isə hər bir şəxs üçün bərabər azadlıq və ədaləti özündə nəzərdə tutan norma və qaydaların məcmusudur.
"Hüquq" sözü ərəbcədən "haqq" sözünün çoxluğunu ifadə edir. Bu söz ingilis dilində "right" sözünə uyğun gəlir.Müasir hüquq ədəbiyyatında hüququn ümumi qəbul edilmiş anlayışı yoxdur. Müxtəlif nəzəriyyələrdə hüquqa fərqli tərif verilmişdir.
Cəmiyyət və dövlət ictimai münasibətlərin nizamlandığı, ictimai qaydalara riayət olunduğu şəraitdə normal fəaliyyət göstərə bilər. İctimai həyatın təşkilində, insanların davranışının və kollektivlərin fəaliyyətinin nizamlanmasında hüquq mühüm rol oynayır.
Hüquq anlayışı haqqında məsələ mübahisəlidir. Hüquq elminin müxtəlif sahələrinin nümayəndələrinin hüquqa vaxtilə vermiş olduqları və hal-hazırda verdikləri müxtəlif təriflər mövcuddur.Hüququn mahiyyəti ilə bağlı nəzəriyyələrdən biri olan təbii hüquq nəzəriyyəsi hesab edir ki, hüququn özündə ədalətin mütləq, dəyişməz başlanğıcı vardır, təbii olaraq mövcuddur, təbii hüquq, sanki müəyyən cəmiyyətdə mövcud olan hüquq normaları sisteminə (normativ hüquq adlandırılan) qarşı qoyulur.
Hüququn tarixi məktəbi hesab edir ki, hüquq tarixi təkamülün üzvi tərkib hissəsidir, torpağa atılan dən kimi o xalqın şüurunda yetişir, adətlər və qanunlar şəklində təzahür edir. Hüquq təbiətən meydana gəlmir, onun necəliyini müvafiq xalqın tarixi həyatı müəyyən edir.
Hüququn psixoloji məktəbi hüququn meydana gəlməsini və fəaliyyətini cəmiyyətin sosial iqtisadi həyatı ilə yox, şəxsiyyətin (şəxsin, qrupun) psixologiyası ilə izah edir. Hüquqa psixoloji vəziyyətin, həyəcanın, institutların məhsulu kimi baxılır.
Hüquq ədəbiyyatlarına əsaslanaraq hüquqa aşağıdakı tərifi vermək olar:Hüquq - dövlətin müəyyənləşdirdiyi və ya sanksiyalaşdırdığı və onun gücü ilə qorunan, hamı üçün ümumməcburi davranış qaydalarının (normaların) məcmusudur.
Bu zaman nəzərə almaq lazımdır ki, hüquq elmində «hüquq» anlayışı iki mənada işlədilir: a) obyektiv hüquq və ya obyektiv mənada hüquq;
Hüquq normaları sistemində ifadə olunan ümumməcburi davranış qaydalarının
məcmusu kimi hüquq obyektiv hüquqa aiddir;
b) subyektiv hüquq və ya subyektiv mənada hüquq.
Subyektiv hüquq və ya başqa sözlə «subyektin hüququ» - bu konkret şəxsə məxsus olan hüquq olur (məsələn, müəyyən əşyaya mülkiyyət hüququ).
Subyektiv hüquq şəxsiyyətin azadlığını, bu və ya digər davranışının mümkünlüyünü, sərbəstlik və təşəbbüskarlıq göstərmək imkanmı hüquqi cəhətdən təmin edir. Məsələn, hər bir Azərbaycan Respublikasının vətəndaşına məxsus olan əmək hüququ əməyə münasibətdə öz qabiliyyətindən sərbəst istifadə etmək, bu və ya digər peşəni, fəaliyyət sahəsini seçmək, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq və ya muzdla işləmək imkanını ifadə edir. Alimlərin əksəriyyəti bu fikirdə yekdildirlər ki, subyektiv hüquqda başlıcası, sərbəst fəaliyyət göstərmək, şəxsi davranış növünü və onun həddini sərbəst seçmək imkanıdır. Bununla bərabər, bəzi tədqiqatçılar hesab edirlər ki, subyektiv hüquqların bu xarakteristikasına əlavələr etmək lazımdır. Məsələn, onlar müəyyən sosial rifahlardan istifadə etmək imkanını, başqa şəxslərdən müvafiq davranışı tələb etmək imkanını, habelə dövlət orqanlarına təsir etmək üçün bu və ya digər qanunla yol verilən tədbirlərə əl atmaq imkanlarını göstərirlər. Lakin bu əlavələr subyektiv hüquqları xarakterizə edən başlıca əlamətləri nəzərə alır: subyektiv hüquq - qanun çərçivəsində hərəkət etmək, öz davranış növünü və həddini seçmək imkanıdır.
Əgər subyektiv hüquq bu və ya digər qanunauyğun davranışı seçmək imkanını ifadə edirsə, vətəndaşın üzərinə qoyulan qanunvericiliklə müəyyən olunan və dövlət tərəfindən təmin olunan hüquqi vəzifələr zəruri davranışı nəzərdə tutur.Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsinə görə hər kəs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına riayət etməli, başqa şəxslərin hüquq və azadlıqlarını pozmamalıdır.Hüquq da dövlət kimi, müəyyən mərhələlərdə cəmiyyətin inkişafının məhsuludur. Hüquq sıx qarşılıqlı əlaqədə olduğu dövlətlə birlikdə inkişaf edir. Bu qarşılıqlı əlaqə aşağıda göstərilənlərdə təzahür edir:
1. Hüquq dövlətsiz inkişaf edə və fəaliyyət göstərə bilməz, ona görə ki, dövlət elə bir siyasi mexanizmdir ki, o, hüququ ümumməcburi davranış qaydaları (hüquq normaları) şəklində formalaşdırır. Qanun - dövlətin müvafiq səlahiyyətli orqanlarının (parlament, hökumət və s.) hüquqyaratma fəaliyyətinin nəticəsidir.
2. Dövlət hüquq normalarının həyata keçirilməsini təmin edir, hüququ qoruyur. Hüququn keşiyində duran məhz dövlət mühafizəsi, dövlət məcburetmə imkanları hüquq normalarını cəmiyyətdə fəaliyyət göstərən digər sosial normalardan (məsələn, adət, əxlaq və s.) fərqləndirir.
3. Yalnız hüququn dövlətə ehtiyacı yox, həmçinin dövlətin də hüquqa ehtiyacı var. O hüquqa arxalanmadan normal və səmərəli fəaliyyət göstərə bilməz.Belə ki, dövlət aparatının fəaliyyəti qanunvericiliyin, hüququn möhkəmləndirilməsini tələb edir. Söhbət dövlət orqanları sisteminin daha əlverişli təşkilindən, onların səlahiyyət və fəaliyyətlərinin əsas istiqamətləri və prinsiplərinin müəyyən edilməsindən gedir.Bütün bunlar dövlət orqanlarının özbaşınalığını aradan qaldıran vacib şərtlərdir, cəmiyyətdə qanunçuluq rejiminin elementləridir, vəzifəli şəxslə vətəndaş arasında qarşılıqlı əlaqənin əsasıdır.
Tərbiyənin əsas anlayışları
İstənilən fəaliyyətdə, müəyyən mənada, müvəffəqiyyətin əsasını məqsəd aydınlığı təşkil edir. Aydın məqsəd hər bir işçiyə, istənilən sahədə fəaliyyət göstərənə işini səmərəli və düzgün təşkil etməyə imkan verir. Pedaqoji prosesdə də məqsəd aydınlığı böyük əhəmiyyət kəsb edir. Bu məqsədlər isə cəmiyyətin şəxsiyyət formalaşdırılması işinə verdiyi tələblərə əsasən müəyyən edilir. Klassik və müasir pedaqoqlar şəxsiyyət formalaşdırılması prosesində məqsəd aydınlığına yüksək qiymət verirblər. Məsələn K. D Uşinski məqsəd aydınlığını pedaqoji prosesin birinci və əsas məsələsi hesab edirdi. Onun fikrincə tərbiyənin məqsədi ictimai və xalq mənafeyini üstün tutan, həqiqətə, doğruluğa, xeyrixahlıqa can atan, bütün insanlığın mənafeyini xalqının və özünün mənafeyi ilə birləşdirməyi bacaran həqiqi insan yetişdirməkdir. (K.D.Uşinski, seçilmiş pedaqoji əsərləri, Azərnəşr, 1953, s111)Praqmatizm nümayəndələrindən biri, Amerika pedaqoqu D. Dyui iddia edirdi ki, eyni zamanda paralel şəkildə həm məqsəd, həm də tərbiyə prosesi mövcuddur. Onun fikrincə tərbiyə inkişafdır və o, heç bir xarici təsirə tabe deyildir. Bununla da o, tərbiyə prosesini elmilik, obyektivlik və məqsədyönlülükdən məhrum edirdi. O fərdi tərbiyəyə daha çox üstünlük verirdi. D.Dyuinin davamçıları müasir proqmatistlər iddia edirdilər ki, mənlik iddiası ilə doğulmuş hər kəs xarici təsirə qarşı əks təsir göstərir, o özünü yaradıcılıqda təsdiq edir. Əksinə, xaricdən göstərilən tərbiyəvi təsirlər insanlardakı müstəqilliyi, qabiliyyəti boğur, onun üzə çıxmasını, inkişafını ləngidir.4Məşhur Azərbaycan ədibi A. Bakıxanov hər şeydən əvvəl tərbiyənin məqsədini müəyyənləşdirməyə yüksək qiymət vermişdir. Onun fikrincə tərbiyənin məqsədi həqiqi insan yetişdirməkdir. O, əxlaq və əqli tərbiyəyə daha çox üstünlük verirdi. Tərbiyənin digər tərkib hassələrini də əxlaq tərbiyəsinin tərkib hissəsində (estetik, fiziki, əmək və s) verirdi.O, əxlaq tərbiyəsinə nəzakətlilik, təvözarkarlıq, səmimilik, doğruçuluq, düzlük, diqqətlilik, düşünərək danışmaq və hərəkət etmək, sərbəstlik, özüntənqid, təmkinlilik, ehtiyatlılıq, əməksevərlik, və s kimi sifətləri aid edirdi. Tərbiyənin məqsədi cəmiyyətin obyektiv inkişaf qanunları əsasında müəyyən edilir, məhsuldar qüvvələrin inkişafı ilə şərtlənir, onunla bərabər dəyişir.
İctimai iqtisadi quruluş dəyişdikcə tərbiyənin məqsədi də dəyişir. Ona görə müxtəlif ictimai iqtisadi quruluşlarda tərbiyə də müxtəlif məqsədləri yerinə yetirmişdir.Müasir dövrdə inkişaf etmiş demokratik ölkələrdə tərbiyənin məqsədi hərtərəfli tnktşaf etmiş insanlar yetişdirməkdən ibarətdir. Hərtərəfli insan idealı müxtəlif dövrlərdə insanları düşündürmüş, bu isə öz əksini xalqların yaradıcılığında dövrün mütəfəkkirlərinin əsərlərində tapmışdır. Hərtərəffli inkişaf etmiş insan idealı müxtəlif xalqların həm yazılı, həm də şiffahi xalq ədəbiyyatında əks olunmuşdur. Xalq yaradıcılığında təsvir edilən bu qəhrəmanlar fiziki cəhətdən sağlam, gözəl, əxlaqı təmiz, mərd, qorxmaz, döyüşkən, xalqını və vətənini sevən şəxslər kimi verilmişdir, vəsf edilmişdir.Zaman keçdikcə hərtərəfli inkişaf etmiş şəxsiyyət idealı reallaşmış, gündəlik tələbata çevrilmiş, zəruri həyatı keyfiyyətlər kimi formalaşdırılmağa başlanmışdır. Hərtərəfli inkişaf etmiş şəxsiyyət tələbi müasir dövrdə cəmiyyətin pedaqoji proses qarşısında qoyduğu əsas tələbdir. Bu tələb uyğun olaraq tərbiyə, təlim təhsilin insan formalaşdırılması işinin məqsədləri müəyyən edilir. Azərbaycanda tərbiyənin məqsəd və vəzifələri Azərbaycan Respublikasının Təhsil Qanununun 9-cu maddəsində öz əksini tapmışdır: dərin və hərtərəfli biliyə, bacarığa, praktik hazırlığa, yüksək mədəniyyətə, məsuliyyət hissəsinə, mütərəqqi dünyagörüşə malik olan və onu daim inkişaf etdirməyə çalışan şəxsiyyət formalaşdırmaq: soykökünə, Azərbaycan xalqının azadlıq və demokratiya ənənələrinə bağlı olan, xalqının milli, əxlaqi, humanist, mənəvi və mədəni dəyərlərinə dərindən yiyələnən, onu qoruyan və daim inkişaf etdirən, ailəsini, millətini, Vətənini sevən və daim ucaltmağa çalışan, ümumbəşəri dəyərlərə yiyələnən, insan hüquqları və azadlıqlarına hörmət edən, müstəqil və yaradıcı düşünən, biliyinə, yüksək əxlaqi və mənəvi keyfiyyətlərinə, demokratikliyinə görə dünyanın ən qabaqcıl ölkələrinin vətəndaşları səviyyəsində dura bilən sağlam yurddaşlar yetişdirmək və bununla yüksək sivilizasiyalı cəmiyyət qurmağa, azərbaycanı dünyanın ən inkişaf etmiş demokratik dövlətlərindən birinə çevirməyə qadir olan İnsan tərbiyə etməkdir. Bu deyilənlərə istinad edərək demək olar ki, Azərbaycan Respublikasında tərbiyənin məqsədi hərtərəfli inkişaf etmiş şəxsiyyətlər yetişdirməkdən ibarətdir. Hərtərəfli inkişaf etmiş şəxsiyyət dedikdə yuksək intelektual səviyəyə malik, zəruri əxlaqi keyfiyyətlərə yiyələnmiş, istehsalın əsas sahələri həqqında müəyyən biliklərə və əmək vərdişlərinə malik, gözəlliyi sevməyi, qiymətləndirməyi bacaran, yaşadığı dövrün ictimai-siyasi hadisələrinə obyektiv qiymət verən, dövlət və şəxsi hüquqları haqqında elmi məlumata malik, onu müdafiə edə bilən mübariz insanlar nəzərdə tutulur. Tərbiyənin bu məqsədinə müvafiq tərkib hissələri müəyyən edilir. Bunları aşağıdakı şəkildə qruplaşdırmaq olar:
1. Əqli təhsil və elmi dünyagörüş formalaşdırılması
2. Əxlaq tərbiyəsi
3. Əmək tərbiyəsi
4. Estetik tərbiyə
5. Fiziki tərbiyə
6. Hüquq tərbiyəsi
7. İdeya-siyasi tərbiyə
8. Ekoloji tərbiyə
Əqli təhsil və elmi dünyagörüş formalaşdırılması böyüyən nəslin, ümumiyyətlə insanların təbiət, cəmiyyət və insan təfəkkürünün obyektiv inkişaf qanunları haqqındakı elmi məlumatlara yiyələnməni əhatə edir. Bu prosesdə böyüyən nəsil sistemli təhsil müəssisələrində müxtəlif tədris fənləri vasitəsilə zəruri biliklərə yiyələndirilir və onlarda bu biliklərə müvafiq bacarıqlar, vərdişlər formalaşdırılır. Mənimsədilən həmin biliklər, elmi məlumatlar əsasında həyata baxış formalaşdırılır, dünyagörüş yaradılır. Beləki, elmlərin əsasına yiyələndikcə tərbiyə olunanlarda təbiət hadisələrinə, təbii möcüzələrin əsaslarına aid elmi münasibət yaranır, bu isə onlarda düzgün obyektiv dünyagörüş yaranmasına səbəb olur.Böyüyən nəslin zəruri elmi biliklərə yiyələnməsi həm də ictimai-iqtisadi tələbdir. Bu tələb cəmiyyətin, ictimai-iqtisadi quruluşun pedaqoji proses qarşısında qoyduğu əsas vəzifədir. Ona görə də müxtəlif ictimai-iqtisadi quruluşlu cəmiyyətlərdə tərbiyə məqsədi də müxtəlif olmuşdur. Buna səbəb həm də məhsuldar qüvvələrin inkişaf səviyyəsi, elmi-texniki tərəqqinin vəziyyəti olmuşdur. Müasir yüksək elmi-texniki inkişaf səviyyəli dövlətlərdə təhsilin müəyyən dövrü məcburidir. Bu insanların, xüsusən də yeniyetmə və gənclərin yaşadığı cəmiyyətin əsas iqtisadi inkişaf səviyyəsinə cavab verə biləcək vəziyyətə hazır olması tələbindən irəli gəlir. Elmi məlumatlara yiyələnmə, intellektual inkişaf hər bir şəxsə həyatda, quruculuq işində fəal iştirak etmə, təbiət və cəmiyyət hadisələrinə obyektiv qiymət vermə, əməyini və həyatını düzgün qurma, öz yaradıcılıq qabiliyyətlərini inkişaf etdirmə və s. bu kimi imkanlar verir. İnsanlar həyat və fəaliyyətlərinin müxtəlif dövrlərində elmi məlumatlara yiyələnmə zəruriyyəti qarşısında qalırlar. Bu istehsalatın və xalq təsərrüfatının digər sahələrindəki elmi yeniliklərin tədbiqi ilə bağlı olur.Əmək tərbiyəsi və politexnik təhsil böyüyən nəslin, ümumiyyətlə insanların əmək fəaliyyətinə həm nəzəri həm də təcrübi nöqteyi nəzərdən hazırlanmasını əhatə edir. Əmək tərbiyəsi əməyin elmi əsasları, onun elmi təşkili haqqında sistemli məlumatlar verir, zəruri əmək bacarıq və vərdişləri, əməyə, əmək adamlarına, öz əmək fəaliyyətinə münasibət formalaşdırır. Bu proses həm xüsusi dərslər, müxtəlif tip məşğələlər, həm də ayrı-ayrı fənlərin tədrisi vısitəsilə həyata keçirilir. Bu yolla insanlara onların yaşaması üçün əmək fəaliyyətinin birinci əsas şərt olduğu dərk etdirilir. Bu iş məktəbdənkanar tərbiyə müəssisələrində, mədəniyyət müəssisələri və digər tərbiyə müəssisələrində müxtəlif tipli çalışmalar, tədbirlər, dərnəklər vasitəsilə də həyata keçirilir. Mədəniyyət müəssisələrində müxtəlif texniki dərnəklərdə istehsalatdakı yeniliklər, texniki yeniliklərə aid elmi məlumatlar verilir., həm də yeni əmək bacarığı və vərdişi formalaşdırır. Azərbaycan mütəfəkkirlərinin əsərlərində əmək tərbiyəsinə, əməyin insanın formalaşmasında oynadığı rola yüksək qiymət verilmişdir. Bu Nizami Gəncəvi əsərlərində xüsusilə geniş verilmişdir. Nizaminin fəkrincə «cəhənnəmdə əməklə məşğul olmaq cənnətdəki əməksiz həyatdan yaxşıdır».Politexnik təhsil böyüyən nəsli, təhsil alan şəxsləri istehsalın əsas prinsipləri ilə tanış edir, onlarda ən sadə əmək alətləri ilə rəftar etmə bacarığı formalaşdırır. Politexnik təhsil tərbiyə olunanlara şüurlu peşə seçməyə, zehni bilikləri ilə əməli fəaliyyətlərini əlaqələndirməyə, peşələrini istədiyi vaxt dəyişməyə, elmi-texniki yenilikləri işinə tətbiq etməyə imkan verir. Politexnik təhsil sistemli təhsil müəssisələrində ayrıca fənn şəklində tədris edilmir. O, müxtəlif fənlərin tədrisi prosesində həyata keçirilir. Politexnik təhsil peşə təhsili ilə də qarşılıqlı əlaqədədir. Peşə təhsili xüsusi gimnaziya, seminariyalar, litseylər, texnikum və s. orta-ixtisas müəssisələlq təsərrüffatının müxtəlif sahələrində çalışa biləcək şəxslər formalaşdırır. Ali təhsil müəssisələrində isə yüksək ixtisaslı, ali hazırlıqlı, hərtərəfli inkişaf etmiş və müəyyən sahə üzrə formalaşmış yüksək ixtisaslı şəxslər hazırlanır.Əxlaq tərbiyəsi böyüyən nəslə cəmiyyətdə mövcud olan əxlaq normaları, davranış qaydaları, onların mahiyyəti haqqında nəzəri məlumatlar vermək, müvafiq əxlaqi adətlər formalaşdırmaqdan ibarət uzun müddətli bir prosesdir. Əxlaq tərbiyəsi vasitəsilə böyüyən nəsil zəruri əxlaqi anlayışları mənimsəyir, əxlaqi keyfəyyətlərə yiyələnir, bəşəri və sosial birgəyaşayış normaları ilə tanış olur. Bu prosesdə onlarda cəmiyyətə, insanlara, ailəyə, hər kəsin özü-özünə münasibəti formalaşdırılır. Əxlaq tərbiyəsi demək olar ki, insanın ömrünün sonuna qədər davam edir. İnsan həyatının müəyən dövründən sonra əxlaqi keyfiyyətlər formalaşdırılması işi məktəbdənkanar tərbiyə, mədəniyyət və digər müəssisələrdə icra edilir. Bu müəssisələrdə aparılan tərbiyə tədbirləri cəmiyyətin aktual tərbiyə problemlərinə həsr edilir.Yəni ayrı-ayrı istehsal sahələrinin tələb etdiyi zəruri əxlaqı münasibətlərin təcrübi cəhətdən mahiyyəti açılır, insanlar arasındakı rəsmi iş, etik və s. münasibətlərin istehsala, kollektivin fəaliyyətinə təsiri izah edilir. Digər tərəfdən cəmiyyətdəki dəyişikliklərlə əlaqədar olan yeni münasibət, yeni vəziyyətdə işçilərin və digər şəxslərin riayət etməli olduqları qayda və normalar izah edilir. Məsələn, sahibkarlığa istinad edən cəmiyyətdə yeni istehsal – iş münasibətləri meydana çıxır. Bu isə insanlardan fəaliyyətə yeni münasibətlə yanaşmağı tələb edir. Belə ki, əvvəllər sosial yarışları qarşılıqlı yardım və köməyə əsaslanırdısa indiki istehsal rəqabətə istinad edir. Rəqabət isə hər bir işçi işini yaxşı, elmi əsaslarla, keyfiyyətli qurmağa, iş və
kollektiv daxili normalara ciddi riayət etməyə məcbur edir. Əks halda işçi işsiz qala bilər. Bu yeni tələb təlim-tərbiyə müəssisələri ilə yanaşı mədəniyyət və incəsənət müəssisələrində də insanlara izah edilir, mənimsədilir.Fiziki tərbiyə fiziki cəhətdən sağlam, bədəncə möhkəm, çevik, dözümlü, əmək qabiliyyətli şəxsiyyətlər yetişdirməyə xidmət edir. Fiziki tərbiyə vasitəsilə həmçinin insanlarda müsbət iradi keyffiyətlər də təşəkkül tapır. Fiziki tərbiyə insanları Vətəni müdafiə etməyə hazırlayır. Bunun üçün təlim müəssisələri xüsusi proqram əsasında fəaliyyət göstərir. Fiziki tərbiyə həmçinin əqli inkişaf vasitəsidir. Belə ki, fiziki cəhətdə zəif və nöqsanlı insanların əqli inkişafında da çatışmamazlıq və ya nöqsanlar mövcud olur. Bu nöqteyi nəzərdən H. Zərdabi fiziki tərbiyəni hərtərəfli və harmonik şəxsiyyət formalaşdırmanın əsas şərtlərindən biri hesab edirdi. Onun fikrincə, fiziki tərbiyə əqli və əxlaq tərbiyəsinin müvəffəqiyyətlə həyata keçirilməsi üçün mühüm əhəmiyyətə malikdir.Görkəmli fransız pedaqoqu P. F. Lesqaft da fiziki tərbiyəni yüksək qiymətləndirmiş, onu iradə və xarakterin formalaşmasında əxlaq tərbiyəsində əqli qabiliyyətləri, fikri fəallığın bədii zövqlərin yaranmasında, tərbiyəsində mühüm amil, vasitə hesab etmişdir.Estetik tərbiyə insanları gözəllik aləminə yaxınlaşdırır, estetik zövqlər yaradır, gözəlliyi görmə, qavrama, dərk edərək qiymətləndirmə bacarığı formalaşdırır, yaradıcılıq qabiliyyətlərini inkişaf etdirir. Estetik tərbiyə insanlarda gözəl hisslər yaratmaqla onları həyata gözəllik ünsürləri daxil etməyə təhrik edir. Tərbiyənin digər tərkib hissələri kimi estetik tərbiyə də əxlaq, əqli, fiziki, əmək, hüquq və s. kimi keyfiyyətlərlə qarşılıqlı əlaqədədir. Hüquq tərbiyəsi də tərbiyənin tərkib hissələrindən biridir. Hüquq tərbiyəsi vasitəsilə insanlar hüquqi biliklərə yiyələnir cəmiyyətdə mövcud olan hüquq normaları, onların mahiyyəti, hüquqi pozuntularının konkret nəticəsini öyrənirlər. İnsanlar cəmiyyətdə vətəndaşın hüquqları haqqında zəruri biliklərə yiyələnirlər. Hüquq tərbiyəsi vasitəsilə tərbiyə olunanlarda cəmiyyətdə mövcud huquq normalarına münasibət formalaşdırılır.İdeya – siyasi tərbiyə də hərtərəfli şəxsiyyət formalaşdırılması işinin mühüm cəhətlərindən biridir. İdeya siyasi tərbiyə vasitəsilə ictimai-siyasi hadisələrə obyektiv yanaşma və qiymətləndirmə bacarığı formalaşdırılır. Bu yolla yeniyetmə və gənclərdə düzgün münasibət, yüksək əhval ruhiyyə, mübarizlik, düzgün, obyektiv ictimai-siyasi mövqe tərbiyə olunur. İdeya siyasi tərbiyə təlim prosesində müxtəlif fənlərin tədrisi prosesində həmçinin sinifdən və məktəbdənkənar tədbirlər vasitəsilə aşılanır. İdeya siyasi tərbiyə işində mədəniyyət müəssisələri, ədəbiyyat və incəsənət, kütləvi informasiya vasitələri əhəmiyyətli yer tutur. Həmin vasitələrlə insanlar mövcud ictimai-siyasi hadisələrin mahiyyəti ilə tanış olur, siyasi cərəyanlar, partiyaların yaranma şəraiti, səbəbi, məqsədi, prinsipləri ilə tanış olurlar. Siyasi hadisələrlə kortəbii və şüurmuz qoşulma hallarını təhlil edərək, siyasi siyasi hadisələrin mahiyyəti haqqında müqayisələr apararaq, həm siyasi biliklərə yiyələnirlər, həm də bu hadisələri düzgün qiymətləndirə bilirlər. Bu isə onlarda fəal həyat mövqeyi, şüurlu ictimai-siyasi münasibət formalaşdırır. Tərbiyənin tərkib hissələri bir-biri ilə qarşılıqlı əlaqədədir və bunlar eyni zamanda qarşılıqlı vəhdətdə həyata keçirilir, formalaşdırılır.
Hüquq tərbiyəsi
Hüquq tərbiyəsi şəxsiyyətin ahəngdar inkişafına yönələn ideya-tərbiyə işləri kompleksinin mühüm bir istiqamətini təşkil edir. Hazırda, hüquqi dövlət quruculuğunun həyata keçirildiyi bir dövrdə gənc nəslin hüquq tərbiyəsi böyük əhəmiyyət kəsb edir."Hüquq" ərəbcə "haqq söz" deməkdir. Hüquq ictimai şüurun bir forması olub, dövlət tərəfindən müəyyən edilən və mühafizə olunan, ictimai münasibətləri tənzimləyən məcburi davranış qaydaları sistemidir. Hüquq əxlaqla sıx bağlıdır. Hüquq normaları əxlaq normalarından müəyyən cəhətdən fərqlənir: hüquq normaları hamı üçün məcburidir və rəsmi dövlət aktlarında əks olunur. Hər cür fəaliyyətdə olduğu kimi, hüquqi fəaliyyət də insanın hüquqi düşüncəsi, inamı və hüquqi davranışının vəhdəti kimi özünü göstərir.İnsanın hüquqa dair təsəvvürləri, ideya və görüşləri, hissləri, onun hüquq düşüncəsində ifadə olunur. Hüquq düşüncəsi nə qədər yüksək olarsa, insan hüquq normalarını bir o qədər şüurlu yerinə yetirər, onların pozulmasına yol verməz.İnsanın şüur və davranışı vəhdətdə olub, bir-birini şərtləndirir. Onun hüquqi davranışı da hüquqi şüur səviyyəsindən, intellektual və emosional inkişafdan çox asılıdır. Qanunazidd hərəkətlər, bir qayda olaraq, insanın təhrif olunmuş bilikləri, tələbat və maraqları ilə bağlıdır. Məsələn, pozulmuş, təhrif edilmiş maddi tələbatlar acgözlük, tamahkarlıq, pul və mal-dövlət hərisliyi yaradır. Yaxud, təhrif olunmuş ünsiyyət tələbatı şöhrətpərəstlik, eqoizm, zorakılıq yaradır. Bu mənfi sərvət meyllərinin təsiri altında hüquqazidd hərəkətlər (oğurluq, rüşvətxorluq, xuliqanlıq və s.) baş verir.Cəmiyyətə zidd hərəkətlərin səbəbləri, ilk növbədə, insanın hüquqi şüurunun aşağı səviyyədə olması ilə, cəmiyyət və hüquq haqqında yanlış təsəvvürləri ilə, şəxsiyyətlə cəmiyyət arasında, onların tələbləri arasında pozulmuş münasibətlərlə şərtlənir. Bu hal hüquqi şüurun, bütövlükdə hüquq tərbiyəsinin vacibliyini göstərir.Hüquq tərbiyəsi gənc nəslin hüquqi şüur və davranışını, habelə hüquq normalarına münasibətini formalaşdırmaq məqsədi güdən planlı və mütəşəkkil fəaliyyət prosesidir. Hüquq tərbiyəsi qarşısında aşağıdakı vəzifələr durur:
a) gənc nəsildə hüquqi şüur, hüquqa və qanunçuluğa dair baxış və
təsəvvürlər aşılamaq;
b) uşaq, yeniyetmə və gənclərdə hüquq psixologiyası formalaşdırmaq:
c) böyüyən nəsildə hüquqi davranış təcrübəsi, birgəyaşayış qaydalarına uyğun düzgün davranış bacarıqları formalaşdırmaq, yeniyetmələr arasında qanunpozma hallarının qarşısını almaq, bu məqsədlə profilaktik tədbirlər həyata keçirmək.
Hüquq tərbiyəsi insanın hüquqi şüurunun bütün komponentlərinə təsir göstərir: hüquqa dair biliklər (idrak komponenti), hüquqa münasibət (qiymətləndirmə komponenti), insanın davranış mövqeyi (iradi komponent). Hüquqi şüurun hər üç komponenti vəhdət halında çıxış edir. Hüquq normalarına dair biliklər və onlara müsbət münasibət əsasında hüquqi əqidə və davranış mövqeyi, yəni hüquqauyğun davranışa hazırlıq və səy formalaşır.Hüquqi şüurun formalaşması və inkişafı uzun sürən, mürəkkəb və ziddiyyətli prosesdir; o, bütün ömür boyu davam edir. İlk hüquqi təsəvvürlər ailədə valideynlərin təsiri ilə formalaşır. Burada uşaq nəyin yaxşı və pis olduğunu öyrənir, ilk qadağanlarla, öz əməllərinə verilən qiymətlə ("olmaz", "ayıbdır" və s.) qarşılaşır. İlk əxlaqi təsəvvür və qiymətlər əsasında onda bəsit hüquqi təsəvvürlər, hisslər və münasibət formalaşır.Hüquq tərbiyəsi məktəbdə planlı və sistemli xarakter kəsb edir, müxtəlif forma və metodlarla həyata keçirilir. Bu formalar içərisində dərs əsas yer tutur. Ayrı-ayrı fənlərin tədrisi prosesində şagirdlərin hüquqi şüurunun formalaşması üçün mövcud imkanlardan istifadə edilir. İbtidai siniflərin ana dili, təbiətşünaslıq fənlərində hüquqa dair elementar məlumatlar verilir.Hüquq tərbiyəsi baxımından "İnsan və cəmiyyət" fənni daha böyük imkanlara malikdir. Bu fənnin köməyi ilə şagirdlər dövlət quruluşu, hüquq sistemi, Konstitusiya hüququ, qanunverici və icra orqanları və hüquqi məsələlər barədə biliklərə, siyasi-hüquqi baxış və təsəvvürlərə yiyələnirlər.Hüquq tərbiyəsi üzrə təlim prosesində aparılan işlərlə yanaşı, sinifdənxaric və məktəbdənkənar işlər də böyük əhəmiyyət kəsb edir. Hüquq tərbiyəsi ilə bağlı sinifdənxaric işlər müxtəlif formalarda təşkil edilir. Məqsəd və məzmununa görə onları iki qrupa bölmək olar: a) hüquq təbliğatı və hüquqi şüurun formalaşmasına xidmət edən formalar; b) hüquq-mühafizə fəaliyyətinin təşkili formaları.Birinci qrup formalara hüquqi mövzularda söhbət və mühazirələr, tematik axşamlar, viktorinalar, disputlar, əxlaqi-hüquqi məsələlərə dair bədii əsərlərin və filmlərin müzakirəsi, hüquq lektoriyaları, gənc hüquqşünas dərnəkləri, hüquq mövzularında konfranslar, hüquq-mühafizə orqanlarının əməkdaşları ilə görüşlər, hüquq bilikləri klubu, gənclərin diskussiya klubu və b. daxildir. Bu formalar yeniyetmə və gənclərin hüquqi biliklərini artırmağa, hüquqi məsələlərə inam yaratmağa kömək göstərir.İkinci qrup formalara məktəblilərin marağa görə könüllü dəstələri polisin gənc dostları, yaşıllıq dostları, sərhədçilərin gənc dostları, gənc yanğınsöndürənlər, gənc yol nəqliyyatı müfəttişləri, ictimai asayişi mühafizə dəstələri və b. daxildir. Bu formalar şagirdlərin hüquq-mühafizə fəaliyyətinin təşkilinə, onlarda hüquqi baxışların və əqidənin yaranmasına, müsbət adətlərin və fəal həyat mövqeyinin, habelə əxlaqi-hüquqi təcrübənin formalaşmasına xidmət edir.Məktəbdənkənar müəssisələr də hüquq tərbiyəsi sahəsində müəyyən rol oynayır. Uşaq-gənclər evi və sarayları, mədəniyyət saraylarında fəaliyyət göstərən dərnək və bölmələr, gənc təbiətçilər stansiyaları, uşaq kitabxanaları yuxarıda göstərilən bir çox iş formalarından istifadə edir (hüquq universitet və lektoriyaları, gənc hüquqşünas dərnək və klubları və s.).Sinifdənxaric və məktəbdənkənar işlər uşaq və yeniyetmələrin asudə vaxtının səmərəli təşkilində böyük əhəmiyyət kəsb edir. Təcrübə göstərir ki, məktəblilərin, xüsusən yeniyetmələrin asudə vaxtı düzgün təşkil edilmədikdə onların bir qismi günlərini boş-boşuna keçirir, nəzarətsiz qalır, bəzən mənfi təsir altına düşür, hətta hüquqazidd hərəkətlərə (xuliqanlıq, sərxoşluq, narkomaniya və s.) yol verirlər. Yeniyetmə cinayətkarlığının təhlili göstərir ki, onların böyük qismi (60-70%-i), bir qayda olaraq, idman, mütaliə, bədii özfəaliyyət və digər ictimai-mədəni fəaliyyətlə məşğul olmamışlar. Bunu nəzərə alıb, şagirdlərin dərsdənkənar fəaliyyətini mənalı təşkil etmək, onları müxtəlif fəaliyyət növlərinə - idmana, ictimai-faydalı əməyə, elmi-texniki və bədii yaradıcılıq işlərinə, mütaliəyə geniş cəlb etmək lazımdır.Hüquq tərbiyəsinin müvəffəqiyyəti onun planlı, məqsədyönlü və mütəşəkkil təşkilindən, bu sahədə məktəb, ailə və ictimaiyyətin sıx əməkdaşlığını təmin etməkdən asılıdır
Ədəbiyyat :
İsmixanov M.A., Pedaqogikanın əsasları, Bakı : 2012
Əlizadə H.Ə. Tərbiyənin demoqrafik amilləri. Bakı, 1993.
Dostları ilə paylaş: |