Məlumat mübadiləsi və müzakirənin təşkili. Tapşırıq 1. Sualların cavablarına uyğun
abzaslar müəyyən olunur.
Dinləmə Şeir oxunduqdan sonra qarınca (qarışqa), biqərar (qərarsız), oylağı (yeri-yurdu, yuvası), biçarə (çarəsiz, yazıq) sözlərinin mənaları tapılır.
Suallar: – Cırcırama yayı necə keçirirdi? – Nə üçün cırcırama qışda ac qaldı? – Qarışqa ona necə cavab verdi? – Təmsilin məzmununa aid atalar sözü söyləyin. (Yayda çəkən zəhməti, qışda görər
ləzzəti. Qonşuya ümid olan şamsız qalar. Hər kəs öz gücünə arxalanmalıdır.)
Yazı. Tapşırıq: – Mətnin ikinci abzasını dəftərinizə köçürün. Nəticə: Cırcırama ziyanverici həşəratları məhv etməklə təbiətə xeyir verir.