Dərs 90. TAPMACALAR (2 saat)
Motivasiya.
Tapmacalar verilir. Şagirdlər açmalarını tapırlar.
Köməkçi sual: – Tapmacadakı hansı sözlər cavabı tapmağa kömək etdi?
Tədqiqat sualı:
–
Tapmacanın cavabını necə tapmaq olar? Açar sözləri necə müəyyən
etmək olur?
Tədqiqatın aparılması.
Qruplarla iş. Şagirdlər verilmiş suallar əsasında öz fikirlərini iş
vərəqlərində qeyd edirlər. Qruplara müxtəlif mövzularda tapmacalar verilir.
I qrup.
Heyvanlar
II qrup.
Həşəratlar
III qrup.
Məişət əşyaları
IV qrup.
Bitkilər
Hər bir tapmacanın açmasını taparkən açar sözləri qeyd etmək tapşırılır.
Məlumat mübadiləsi və müzakirənin təşkili.
Qrupların təqdimatları
dinlənilir və müzakirə
olunur. Dərslikdən tapmaca haqqında verilmiş məlumat oxunur. Dərslikdə verilən tap ma -
caların cavabları tapılır (səh. 160-161).
Yazı. Şagirdlər dəftərə əzbər bildikləri tapmacalardan ikisini yazırlar. Həmin tapmacalarda
açar sözlərin altından xətt çəkirlər. Yazdıqları tapmacada ad, əlamət, hərəkət
bildirən sözlərin
olub-olmadığını müəyyənləşdirirlər.
Nəticə:
Tapmacanın cavabını axtararkən ilk növbədə açar sözləri tapmaq lazımdır. Açar
sözlər hər bir varlığın fərdi xüsusiyyətlərini əks etdirir.
Tətbiqetmə.
İş dəftərinin 116-cı səhifəsindəki tapmacaların açması tapılır, açar sözlərin
altından xətt çəkilir.
Cütlərlə iş. Cütlərdən biri tapmaca söyləyir, digəri isə həmin tapmacadakı
açar sözləri
tapmaqla tapmacanın açmasını tapır.
Dil qaydaları. Sual: –
İş dəftərindəki hansı tapmacanın hər misrası cümlədir?
Məzmun standartları
Təlim məqsədləri
2.2.1. Müvafiq mətnləri müəyyən olunmuş
tə ləb lərə uyğun sürətli, düzgün, şüurlu,
ifadəli oxu yur.
Tapmacadakı
açar sözləri müəyyən etməklə
açmasını tapır.
2.2.2. Bədii mətnləri janrlara görə (şeir,
hekayə, təmsil, nağıl) fərqləndirir.
Oxuduğu mətnin məzmun və forma xüsu -
siyyətlərinə görə hansı janra aid olduğunu
müəyyənləşdirir.
3.1.2. Çap hərfləri ilə yazılmış mətni
üzündən köçürür.
Seçdiyi tapmacaları üzündən köçürür.
3.1.3. Marağına uyğun seçdiyi nəzm
nümunəsini əzbərdən yazır.
Əzbər bildiyi tapmacanı yazır.
4.1.6. Cümləni
digər nitq vahidlərindən
fərqləndirir.
Cümləni sözdən və söz birləşməsindən
fərqləndirir.
Sularda batar,
Quruda yatar.
Hoppanar-düşər,
Ordları şişər.
(Qurbağa)
Mənim 5 qardaşım var:
Biri hər gün danışar,
İkisi qulaq asar,
İkisi durub baxar.
Dostları ilə paylaş: