Tədqiqatın aparılması. Qruplarla iş. Şagirdlər verilmiş suallar əsasında öz fikirlərini iş
vərəqlərində qeyd edirlər.
I qrup. Eşitdiyiniz, bildiyiniz layla söyləyin və onun məzmununu izah edin. II qrup. Müəllim 4 misralı 3 şeir verir: – Bunlardan hansı layladır? Onun o biri ikisindən fərqi nədir? III qrup. – Laylalar nə məqsədlə söylənilir, onların əhəmiyyəti nədir? Bunu bir layla ilə açıqlayın.
IV qrup. Misraları ardıcıl düzsəniz, layla alınar. Ardıcıllığı qurarkən nəyi nəzərə aldınız? Qızılgülə batınca Canım cəzana gəldi Laylay dedim yatınca Sən murada çatınca Məlumat mübadiləsi və müzakirənin təşkili. Qrupların təqdimatları dinlənilir və müzakirə
olunur.
Dərsliklə iş. Dərslikdən laylalar haqqında verilən məlumat oxunur, 170-171-ci sə -
hifələrdəki 1-5-ci tapşırıqlar yerinə yetirilir.