Motivasiya. Dinləmə materialı:
Rövşənin balaca bir iti var idi. Amma ona qulluq etməyə heç cür vaxt tapmırdı. Bir gün səhər duranda fikirləşdi ki, mütləq bu gün iti gəzməyə aparmalı, nənəsinə kömək etməlidir. Bu vaxt it ona yaxınlaşıb zingildəməyə başladı. Quyruğunu bu- layaraq sanki nəsə demək istəyirdi. Rövşən onu qovdu: – Get burdan, fikrimi dağıtma! Nənə otağa girib narazılıqla başını buladı: – Rövşən, oğlum, niyə otağını səliqəyə salmırsan? – Nənə, mənə mane olma, fikrimi dağıdırsan. Beləcə, bütün günü otaqdan çıxmadı. Nənə də, balaca iti də ondan inci - mişdilər. Rövşən təəccübləndi: “Mən ki bütün günü onlara yardım haqqında düşünürdüm. Görəsən, niyə məndən incidilər?!”