Məlumat mübadiləsi və müzakirənin təşkili. Qrupların təqdimatı dinlənilir və müzakirə
olunur. Dərslikdən 1-2-ci tapşırıqlar yerinə yetirilir. 1-ci tapşırıqdakı cümlələr plan kimi qəbul
edilir, cümlələrin düzgün ardıcıllığı müəyyən olunur və mətnin məzmunu bu plana əsasən
nəql edilir.
Nəticə: Təkcə oyunda deyil, hər işdə, hər yerdə ədalətli olmağı, düzgün münasibətlər
qurmağı bacarmaq lazımdır.
Tətbiqetmə. İş dəftərinin 136-cı səhifəsindəki mövzu ilə bağlı tapşırıqlar yerinə yetirilir.
Dil qaydaları 1. – Mətnin adındakı sözlərin nə bildirdiyini müəyyənləşdirin (cığal – əşyanın əlamətini,
sərçə isə əşyanın adını bildirir).
2. – Oxuduğunuz daha hansı mətnlərin adları ad və əlamət bildirən sözlərdən yaranıb? (“Üçrəngli bayraq”, “Əbədi məşəl”, “Qədim xalça”, “Sehrli torba”, “Yaşıl fincan”, “Mehriban
səma”, “Qayğıkeş valideynlər”, “Rəhmli Küçük” və s.)