DİL QAYDALARI Motivasiya. Dərslikdən 4-cü tapşırıq yerinə yetirilir. “Bağça” sözündə “ğ” samiti “x” kimi
tələffüz olunur.
Müəllim aşağıdakı mətni yazıldığı kimi oxuyur:
İki gündən sonra dayım Moskvadan bizə qonaq gələcəkdi. Mən anamla mağazaya getdim. Anam konfet, şokolad, pomidor və ət aldı. Biz evə gəldik. Anam konfet və şokoladı qaba qoydu. Pomidor və əti mətbəxə apardı. O, ra- dionu açıb konsertə qulaq asa-asa yemək bişirməyə başladı. Köməkçi sual: – Mən mətni düzgünmü oxudum? Mən oxuyanda hansı sözlər sizin üçün qəribə səsləndi? Tədqiqat sualı: – Sözləri yazıldığı kimi oxumalıyıqmı? Tədqiqatın aparılması. Qruplarla iş. Şagirdlər verilmiş suallar əsasında öz fikirlərini iş
vərəqlərində qeyd edirlər.
I qrup. İmla yazısını yoxlayın (orfoqrafik səhvləri olan mətn verilir). İmladakı səhvləri tapıb düzəldin. II qrup. Qarışıq halda verilmiş sözləri (vərəqdə deyilişi və yazılışı fərqlənən sözlər veri -
lir) “Belə yazılır”, “Belə deyilir” başlıqları altında qruplaşdırın. III qrup. Buraxılmış hərfləri əlavə edin: k…mandir, k…lbasa, k…nfet, k…mpot, sək...iz, küf...ə. Bu sözlərin düzgün tələffüzünü müəyyənləşdirin. IV qrup. Yazılışı və tələffüzü arasında fərq olan beş söz yazın və fərqi izah edin.