Ədəbiyyat
1. Keçən əsrin 20-ci illərində ilk soyadı “Cavadzadə”, sonra “Pərviz” 1927-
ci
ildən
sonra
isə
“PiĢəvəri”
olmuĢdur.
40-cı
illərdə
isə
“Mir
Cəfər” adı “Seyid Cəfər” adı ilə əvəz olunduğundan bizdə adı və soyadı “Seyid
Cəfər PiĢəvəri” iĢlədəcəyik.
2. S.C.PiĢəvərinin təvəllüd tarixi bir sıra kitab və yazılarda fərqli verilir:
“1893”, “1897” və hətta bunu 1888-ci il yazanlar da var. Doğma
bacısı Suqraxanım isə S.C.PiĢəvərinin 1892-ci ildə anadan olduğunu deyir. Bu tarix
S.C.PiĢəvərinin 1930-cu ildə istintaqa verdiyi məlumat və “Ajir”də özü haqda çap
etdirdiyi yazdığı tarixlə düz gəlir.
3. Xalxal mahalı haqda ətraflı məlumat üçün bax: Seyid Məsud Nəqib.
Xalxal və MəĢahir, Təbriz, 1379 (814 səh.)
4. Suğra xanımın qardaĢı haqda xatirələri tədqiqatçı alim-jurnalist
P.Məmmədli tərəfindən “21 Azər” dərgisində (1999) çap edilmiĢdir.
5. Əli Muradi Marağeyi. Əz Zendan Rza xan ta sədr firqeye demokrat
Azərbaycan, Tehran, nəĢr “Övhədi” 1381.
6. M.S.Ġvanov. Oçerk istorii Ġrana, M. 1952.
7. M.Ə.Möcüz. SeçilmiĢ əsərləri, Bakı, 1954.
8. “Ajir” (qəzet), 1322
9. ġahrux Fərzad. Zindan Rza Ģah. Mühakimat, difaiyyat və xatrat zindan Mir
Cəfər PiĢəvəri, Tehran, nəĢr “Ġran”, 1384.
10.
Seyid
Cəfər
PiĢəvəri (Cavadzadə-Xalxali). SeçilmiĢ əsərləri
“Azərbaycan” qəzetinin nəĢri, 1344.
11. Nəriman Nərimanov. Ucqarlarda inqilabımızın tarixinə dair, Bakı, 1992
12. AqĢin Babayev. Nazim Hikmət, Bakı, 1978.
13. Həmin məktəb hal-hazırda Bülbülədə 79 №-li məktəb kimi tanınır.
14. “Həqiqət” qəzeti haqda bax: Rəhim Rəisnıya. Arxinsəngər Azadı. Tehran,
1377.
85
15. Həmid Əhmədi. Xatirat Bozorq Ələvı, Tchran, 1377.
16. Kərim KəĢavərz. Xatrat əz Seyid Cəfər PiĢəvəri. Tehran “Buxara”.
17. S.C.PiĢəvəri. Xatirələr, “Azərbaycan” qəzetinin nəĢri, 2007.
18. “Azərbaycan” (qəzeti). ADF-nin orqanı
19. “Qızıl səhifələr”. Təbriz, 1946
20. Con Furan. Tarix təhvilat ictimai Ġran, Tehran, II çap. 1378.
21. ġ.Tağıyeva, Ə.Rəhimli, S.Bayramzadə. Güney Azərbaycan, Bakı, 2000
22. “Etelaate siyasi-iqtisadi” Tehran, 1381.
23. C.Həsənli. Güney Azərbaycanda - Sovet Amerika-Ġngiltərə qarĢı
vuruĢması (1941-1946), Bakı, 2001.
24. “Bakı-Təbriz” (dərgi), Bakı, 2007.
25. Cami. QuzəĢte ruh çerağ ayəndə əst. Tehran, II çapı, 1371.
26. Adıgözəl Məmmədov. ÇaĢ “UKS” nerevatora M.A.Baqirova i L.P.Berii,
Baku, 2005
Dr.Səbahəddin ġĠMġĠR
Balıkəsir, Türkiyə
ĠKĠNCĠ DÜNYA SAVAġINDAN SONRA
RUSĠYANIN TƏSĠRĠLƏ ĠRANDAKI GƏLĠġMƏLƏR
Bilindiyi kimi, 1945-ci ilin mayından etibarən Avropada 1939-cu ildən bəri
davam edən savaĢ sona çatdı. Mayın 8-də dünya agentlikləri Almaniyanın Ģərtsiz
təslim olması barədə xəbər yaydılar. SavaĢın bitməsi, Almaniyanın məğlubiyyəti
qəbul etməsi xəbəri Ġran siyasi dairələrində ölkədəki yabançı əsgərlərin çıxarılması
yönündə bəzi ümidlər doğurmuĢdu. Belə ki, Almaniyanın təslim olması xəbərinin
gəldiyi 8 may tarixində saat 17-də Tehranda dövlət binalarının üzərində dalğalanan
ingilis, sovet, Amerika və Çin bayraqları endirilmiĢdi. Xalq da öz evlərinə Ġran
bayraqları asmağa baĢlamıĢdı. Üçtərəfli anlaĢmaya görə altı ay ərzində rus və
ingilis birlikləri Ġrandan çəkilməli idilər.
Bu vəziyyətə baxmayaraq, Ġranda siyasi dairələrdə hələ bir boĢluq olduğu
görünürdü. Çünki Murtəza Bəyat hökuməti aprel ayından istefaya getsə də, hələ
yeni hökumət qurulmamıĢdı. Nəhayət, 13 mayda Qacarlar dövründə sülalənin
həkimi olmuĢ 76 yaĢlı Ġbrahim Həkimilmülkü baĢ nazir və daxili iĢlər naziri
vəzifəsinə gətirilir. O, Seyid Həsən Tağızadə ilə birlikdə Tərəqqi partiyasının
qurucularından biri idi. Həmin dövrdəki sovet qaynaqlarına görə isə Ġbrahim
Həkimi nəinki Ġngiltərə meylli idi, hətta mərkəzi Londonda olan Fraksion adlı gizli
partiyanın üzvü qəbul edilmiĢdi.
86
Ġbrahim Həkimi hökumətinin xarici siyasətində ilk addım Tehrandakı sovet,
ingilis və Amerika səfirlərinə qalib ölkə əsgərlərinin Ġrandan çıxarılması haqqında
nota vermək olmuĢdu. Ġran Xarici ĠĢlər Naziri ƏnuĢirəvan Sipehbudinin sovet səfiri
M.Maksimova verdiyi 19 may 1945-ci il tarixli 117 saylı notada deyilir: “SavaĢın
sona çatması münasibəti ilə ürəkdən sevindik. Ġran hökumətlərinin təbriklərini
böyük müttəfiqlərin qəhrəman ordusu ilə birlikdə düĢmənin qüvvələrini əzmiĢ,
alman ordularını Ģərtsiz təslim olmağa məcbur etmiĢ SSRĠ-nin qüvvətli ordusuna
çatdırmağı özümüzə borc bilirik. Ġran ilə Sovetlər Birliyi arasındakı yaxĢı
münasibətləri təsdiq etməklə yanaĢı Ġran hökumətinin aĢağıdakı fikrini və ricasını
zati-alinizin nəzərinə çatdırırıq.
Belə ki, Avropada müharibə rəsmən bitmiĢdir. SavaĢın nəticəsi olaraq
Ġrandakı mövcud vəziyyəti saxlamağa ehtiyac duymuruq. Ölkənin qısa müddətdə
normala dönməsinin zəruriliyini və Ġran xalqının iradəsini ifadə edərək bildiririk ki,
artıq Ġran ərazisində sizin dövlətinizin silahlı qüvvələrinin qalmasına ehtiyac
yoxdur. Almaniya ilə savaĢda bizim müttəfiqlərin qalibiyyətinə yardım məqsədilə
imzalanmıĢ üç dövlətin müqaviləsinin ruhuna uyğun olaraq Ġran hökuməti rica edir
ki, Sovet Ġttifaqı silahlı qüvvələri Ġran ərazisini tərk etsin. Sovet səfirindən rica
edirik ki, yuxarıda deyilənləri Sovetlər Birliyi hökumətinin nəzərinə çatdırsın və
Ġran Xarici ĠĢlər Nazirliyinə bu məsələ ilə əlaqədar öz hökumətinin razılığını
bildirsin”. Ġngiltərə və Amerika səfirliyinə təqdim edilən notalar da bu məzmunda
idi. Lakin Ġran siyasi dairələri Sovet Ġttifaqının ölkənin cənubundan asanlıqla
çıxacağı haqqında fikir yürütməkdə yanılırdılar. Çünki Almaniya qarĢısında əldə
edilən qalibiyyətdən sonra rusların iĢtahı bir xeyli artmıĢdı. Ġndi soyuq savaĢın isti
nəfəsi Yaxın və Orta ġərqi, xüsusən də Ġran və Türkiyəni isitməkdə idi.
1945-ci ilin iyununda isə Güney Azərbaycanda iĢlərin bir xeyli
ciddiləĢməsində Ġranda yaĢanan hökumət böhranının da təsiri olmuĢdur. Bir
tərəfdən Ġbrahim Həkimi istefa etmiĢ, digər tərəfdən yeni təyin edilən BaĢ Nazir
(Rza Ģah dövründə ədliyyə naziri olan) Möhsün Sədr (Sədr əl-ƏĢrəf) məclisdən
lazımi səs çoxluğu qazana bilməmiĢdi. Onun Məmmədəli Ģah dövründə Ədliyyə
Naziri iĢləyərkən, Əsas Qanun (Qanuni-əsasi) və demokratiya uğrunda mübarizə
aparan, Rusiyanın yardımı ilə həbs edilən demokratlara məhkəmə qurması,
nəticədə tutulanların çoxunun Tehrandakı Ģah bağında güllələnməsi, fikrimizcə,
buna səbəb olmuĢdur.
Digər tərəfdən Mircəfər Bağırov 1945-ci ilin ortalarında Moskvaya müxtəlif
müraciətlərdən sonra 10 iyun 1945-ci il tarixində Xalq Komissarları Sovetinin
baĢçısı Stalinə Ġranın cənubunda – Quzey Azərbaycanda sovet sənaye müəssisələri
təĢkil edilməsi haqqında gizli qərarı imzalada bilmiĢdi. Qərarda əsasən Təbriz və
digər Ģəhərlərdə Sovet Azərbaycanı sənaye müəssisələrinin Ģöbələrinin
qurulmasından bəhs edilməkdədir. Bu müəssisələrin qurulması, onların mühəndis
87
və iĢçi kadrları ilə, məhsulla təmin edilməsi sovetlərin və Azərbaycanın uyğun
komissarlıqlarına göndərilir. Nəzərdə tutulan müəssisələr üçün 1 oktyabr 1945-ci il
tarixinə qədər mexanizmlərin göndərilməsi tamamlanmalı idi.
Ayrıca qərarda Azərbaycan Xalq Komissarları Sovetinin sədri Teymur
Quliyevə Təbrizdə və digər yerlərdə qurulacaq müəssisələr üçün torpaq sahəsi
ayrılması məqsədilə öz təmsilçilərini Ġrana göndərməsi təklif edilirdi. Bu
hadisələrdən də anlaĢılır ki, Xalq Komissarları Sovetinin 10 iyun tarixli qərarı ilə
Güney Azərbaycan yaxın bir gələcəkdə Quzey Azərbaycan ilə birləĢdiriləcəkdi.
Bundan sonra bu qərarın həyatın keçirilməsi üçün çalıĢmalara baĢlanır. 11
iyun 1945-ci il tarixində Güney Azərbaycan və Ġranın quzeyindəki digər əyalətlərlə
bağlı qərarı Molotov, Bağırov və Kavtaradzeyə, onlar isə Kremlə göndərirlər.
21 iyun 1945-ci il tarixində Stalin Ġranın cənubunda neftlə bağlı geopolitik
araĢdırma iĢləri haqqında müdafiə komitəsinin 9168 saylı qərarını imzalayır. Bu
qərarda qısaca vurğulanır: “Ġranın cənubundakı neft sahələrində geopolitik
araĢdırmalar aparmaq üçün SSRĠ Neft Komissarlığı Azneft Birliyinin nəzdində
hidrogeoloji idarə yaradılsın; Ġranın cənubunda neftlə bağlı geoloji araĢdırma
iĢlərini görmək üçün neft komissarı N.Baybakova və Azneftin rəhbəri Süleyman
Vəzirova tapĢırılsın ki, neft sənaye iĢçiləri arasından lazımi qədər hazırlanıb
Qəzvindəki Sovet Ordusu qərargahında qurulmuĢ olan hidrogeoloji dəstələrlə
birlikdə müəyyən edilmiĢ yerlərə göndərilsin”.
Bu qərarla bağlı aparılan araĢdırmalar deməyə əsas verir ki, Sovet
Ġttifaqının Güney Azərbaycan, xüsusən də Ġranla əlaqədar siyasətinin baĢlıca
amilini neft məsələsi təĢkil edirdi, iyun 1945-ci il tarixindən etibarən Güney
Azərbaycanda Sovetlər Birliyinin müəyyənləĢdirdiyi aparıcı siyasət neft uğrunda
mübarizə idi. 6 iyun 1945-ci il tarixində Kommunist Partiyası Mərkəzi Komitəsi
Siyasi Bürosu uzun tərəddüdlərdən sonra Güney Azərbaycanda və Ġranın
Ģimalındakı digər vilayətlərdə parçalama hərəkətlərinin təĢkili haqqında gizli qərar
qəbul edir. Qərarda Ġranın tərkibindəki Azərbaycan əyalətlərinə geniĢ hüquqi, milli
muxtariyyət verilməsi üçün hazırlıq iĢlərinə baĢlanması məqsədəuyğun görülür.
Eyni zamanda Gilan, Mazandaran, Gorgan və Xorasan vilayətlərində parçalanma
hərəkatının geniĢləndirilməsi düĢünülmüĢdü. Güney Azərbaycanda bu hərəkata
liderlik etmək üçün Azərbaycan Demokrat Partiyası yaradılmalı idi. Bu partiyanın
təĢkili üçün Ġran Xalq Partiyasının Azərbaycan Ģöbəsi köklü surətdə dəyiĢdirilməli
və əhalinin bütün təbəqələrindən parçalanma hərəkatı tərəfdarları bu iĢə cəlb
olunmalı idi.
Azərbaycanda parçalanma ilə bağlı hərəkata öncüllük etməli olan məsul
iĢçilər qrupu Təbrizdə yaradılmalı, onlar öz fəaliyyətlərini Təbrizdəki SSRĠ BaĢ
konsulluğu ilə əlaqəli Ģəkildə qurmalı idilər. Bu qrupa ümumilikdə baĢçılıq etmək
vəzifəsi Bağırov və Yaqubova tapĢırılmıĢdı. Siyasi Büronun 6 iyun tarixli qərarının
88
5-ci bəndi Güney Azərbaycandakı millət vəkili seçimlərinin aĢağıdakı prinsiplərini
müəyyənləĢdirmiĢdi:
1.Dövlət və böyük torpaq sahibləri hesabına kəndlilərə torpaq payı
ayrılması və onlara uzunmüddətli kredit verilməsi;
2.Müəssisələrdə iĢin inkiĢafı və geniĢləndirilməsi, eyni zamanda digər
ictimai vasitələrlə iĢsizliyin ləğv edilməsi;
3. ġəhərlərin gözəlləĢdirilməsi və əhalinin su ilə təmin edilməsi;
4.Sağlıqla bağlı iĢlərin yaxĢılaĢdırılması;
5.Dövlət vergilərinin 50%-dən az olmayan qisminin yerli ehtiyaclar üçün
ayrılması;
6.Milli azlıqların və tayfaların hüquq bərabərliyi, Azərbaycan, kürd, erməni,
assuri dillərində məktəblər açılması, kitab və qəzetlərin nəĢri, məhkəmə və yerli
müəssisələrin yazıĢmalarının ana dillərində aparılması, əyalət idarələrinin, buna
əsasən polis və jandarmanın yerli milli qüvvələrinin təĢkil edilməsi, əyalət, vilayət
və Ģəhər məclisləri kimi yerli idarələrin qurulması;
7.Sovet-Ġran idarələrinin köklü Ģəkildə yaxınlaĢdırılması.
Siyasi Büronun qərarında nəzərdə tutulan bir cəhət diqqəti cəlb edir:
“Güney Azərbaycanda separatçı hərəkatın fəallarının və sovetlərə tərəfdar olan
Ģəxslərin özlərini qorumaları üçün əsgəri qruplar qurulmalı və onlar xarici markalı
silahlarla silahlanmalıdır”. Qərarın bu bəndinin icrası Bağırovla Nikolay Bulqaninə
verilmiĢdi.
Qərarın digər bəndlərinə görə isə Güney Azərbaycanda mədəni təbliğat iĢini
gücləndirmək üçün Azərbaycan SSR-in Ġranla mədəni əlaqə cəmiyyəti qurulmalı;
Təbrizdə “Sovet Azərbaycanı Dostları” cəmiyyəti təsis edilməli; Azərbaycanın
bütün vilayətlərində və Gilanda bu cəmiyyətin Ģöbələri fəaliyyət göstərməli idi.
Azərbaycan KP MK-ya Ġranda yaymaq üçün Bakıda aylıq dərgi və üç yeni qəzet
nəĢr edilməsi tapĢırılmıĢdı. NəĢriyyat və Poliqrafiya Birliyinə Güney Azərbaycan
Demokrat Partiyasının mətbəə xərclərini ödəmək üçün Azərbaycan KP MK-ya üç
düz səthli makina verilməsi əmr edilmiĢdi. Ayrıca qərara görə, SSRĠ Xarici Ticarət
Komissarlığı Bakıda nəĢr ediləcək dərgi və Güney Azərbaycanda 30 min tirajla
çıxacaq qəzetlərin kağızlarını təmin etməli idi. Ġranda seçkilərin uğurla baĢa
çatması üçün Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinə bir milyon
manat həcmində xüsusi fond təsis edilmiĢdi.
Siyasi Bürosunun gizli qərarından üç gün sonra Vladimirovun 9 iyun
“Pravda” qəzetində 6 iyun qərarına və onun həyata keçirilməsinin ideoloji
hazırlığına həsr edilən “Ġranda mürtəce ünsürlərin fəaliyyətinin güclənməsi” adlı iri
həcmli bir məqaləsi yayımlanır, onu Tehranda nəĢr edilən “Neberd”, “Zəfər”,
“Rəhbər”, ”Dad”, “Fərman” və “Ajir” qəzetləri fars dilinə çevirərək çap edirlər.
Ġranda hökumətə yaxın olan qəzetlər isə “Pravda”nı Ġranın daxili iĢlərinə
89
qarıĢmaqda günahlandırırlar, Xalq Partiyasının yeganə demokratik qüvvə kimi
göndərilməsi Vladimirovun xətası olaraq qəbul edilir. Xalq Ġradəsi Partiyasının
orqanı olan “Raade emruz” qəzeti yazırdı: “Sovet hakimiyyəti Ġranın daxili
quruluĢundan çox da razı deyil. Əgər Ġran qəzetləri SSRĠ-nin ictimai quruluĢunu
tənqid etməyə baĢlasa, bu Sovet Ġttifaqının rədd edilməsinə səbəb olar. Onun üçün
də Ġran xalqı Ġran hökumətini tənqid edən “Pravda” qəzetindən Ģikayət etməkdə
haqlıdır. “Pravda” da sovet hökumətinin siyasətini və mövqeyini əks etdirmiĢdir”.
Bəzi qəzetlərə görə, Vladimirovun məqaləsi sovet əsgərlərinin Ġrandan
çıxarılması məsələsində Ġran hökumətinin notasına sovetlərin ilk rəsmi cavabı idi.
Ġran hökumətindən narazı və sovetlərlə isə yaxĢı münasibətdə olan qəzetlər
Vladimirovun məqaləsini sakit qarĢıladılar. Onlara görə, bu məqalə Ġran
hökumətinin SSRĠ ilə qeyri-səmimi münasibətinin, Seyid Rzanın antisovet,
təxribatçı bəyanatının sonucu idi. PiĢəvərinin redaktoru olduğu “AĢir” qəzetindəki
bu cümlələr diqqəti çəkir: “Sovet müəssisələri Ġrandakı durumdan rahatsızdır,
indiki Ġran dövlətinin səmimi dürüst münasibətindən Ģübhə edir. “Pravda” BaĢ
Naziri “Ġranın məĢhur irticaçısı, antisovet münasibətlərin fəal iĢtirakçısı”
adlandırmaqda haqlıdır. Onun BaĢ Nazir təyin edilməsi və Ġranla sovetlər
arasındakı dostluq münasibətləri ziddiyyət təĢkil edir. Sovet dairələri Ġranın daxili
iĢlərindən narahat olmaqda haqlıdır. Süheylinin istefasından sonra Ġran hökuməti
SSRĠ ilə qarĢılıqlı anlaĢmalarını aydınlaĢdırmaq üçün kiçik bir addım belə
atmamıĢdır”.
Ġranın digər bir önəmli qəzeti “Keyhan” da “Pravda”nın yazdıqlarına 1943-
1944-cü
il seçkilərinin demokratik olmadığını ifadə edərək haqlılıq
qazandırmaqdadır.
“Pravda”nın yazdıqları Ġran siyasi dairələrini də rahatsız etmiĢdi. Ġyun
ayında davam edən hökumət böhranına son vermək üçün Məclis dərhal
toplanmıĢdı. Məclis BaĢqanı Təbatəbai millət vəkillərinə vəziyyətin ciddiliyini,
Sədr əl-ƏĢrəf hökumətinə səs verilməsinin zərurətini anlatmıĢdı. Xalq partiyası
qrupundan baĢqa bütün qruplar hökumətə səs vermiĢ, bu Ģəkildə hökumət lazımi
səsi toplamıĢdı. Məmmədrza Ģah BaĢ Nazir Sədr əl-ƏĢrəfi və onun nazirlərini
qəbul edib Ġrandakı vəziyyəti müzakirə etmiĢdi. Möhsün Sədr hökumətinin ilk
addımlarından biri Azərbaycana diqqəti gücləndirmək üçün sovet əleyhinə olan
MöhtəĢəmi Təbrizə bələdiyyə baĢçısı təyin etmək oldu. Bu qərarla Ġranın məqsədi
Azərbaycanda mərkəzi hakimiyyət tərəfdarlarını birləĢdirmək, Tehran əleyhinə
olan hərəkətləri zəiflətmək idi.
Eyni vaxtda Bakıda da fəaliyyətlər davam etməkdə idi. Bağırov 14 iyunda
“Güney Azərbaycanda iĢləri geniĢləndirmək üçün sovet səfirinin birinci katibi
Dərbənd Ģəhər partiya komitəsinin keçmiĢ katibi Əli Əliyev Təbrizə baĢ konsul
təyin edilsin” məzmununda teleqraf göndərmiĢdi. Bağırov ikinci teleqrafında
90
Malenkovdan Mərkəzi Komitənin təbliğat və təĢviqat idarəsinin rəisi
G.F.Aleksandrovun qısa bir müddətə Bakıya göndərilməsini xahiĢ etmiĢdi.
Hazırlanan planlar içərisində Azərbaycan Demokrat partiyasının və Sovet
Azərbaycanı Dostlar Cəmiyyətinin qurulması, parçalama hərəkətlərinin həyata
keçirilməsi, əyalət qəzetlərinin, mətbuat orqanlarının təĢkili kimi məsələlər də yer
almıĢdı. Bir müddət sonra Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi
Moskvada qəbul edilən 6 iyun qərarları çərçivəsində avqust ayından baĢlayaraq
Güney Azərbaycanda yaymaq üçün ərəb əlifbasında aylıq ədəbi-ictimai
“Azərbaycan” dərgisinin nəĢri qərara alınır. Rəsul Rza dərginin redaktoru, Mehdi
Hüseyn redaktor müavini, Səməd Vurğun, Mirzə Ġbrahimov, Əhəd Yaqubov,
Həsən Həsənov, Rza Quliyev redaksiya heyətinin üzvləri olmuĢlar. 1 yanvar 1946-
cı il tarixinə qədər dərgi üçün 276 min manat həcmində büdcə ayrılmıĢdı.
Sultanova “Azərbaycan” dərgisinin vaxtında çıxarılmasını təmin etmək əmri
verilmiĢdi. Güney Azərbaycanın “Vətən” qəzeti həmin dərginin yayılmasını təĢkil
etməli idi. Avqustda dərginin ilk sayı yayımlandı. Burada S.Vurğunun,
M.Ġbrahimovun,
C.Cabbarlının,
MəlikülĢüəra
Baharın,
M.Biriyanın,
B.Azəroğlunun, Əli Fitrətin, Yəhya ġeydanın, Mirmehdi ÇavuĢinin, M.Dilbazinin,
Mədinə
Ələkbərzadənin,
Nigar
Rəfibəylinin,
S.Rüstəmin,
Ə.Vahidin,
Ġ.Əfəndiyevin, Rəsul Rzanın, Əvəz Sadığın yazıları yer almıĢdı. “Azərbaycan”
dərgisi milli mənfəətlər baxımından ən önəmli nəĢr orqanı idi. Öncəliklə bu
dərginin hər sayında Azərbaycanın tarixi, ictimai-siyasi, mədəni, ədəbi həyatı
Güney və Quzeyi ilə birlikdə nəzərə alınmıĢdı. Ġkincisi, dərgi sovet
Azərbaycanında hökm sürən hakim bolĢevik ideologiyasının tələblərini nəzərə alsa
da, Azərbaycan xalqının köklü mənfəətləri, taleyi və tarixi ilə əlaqədar məsələlərə
də toxunurdu. Bütöv Vətən, eyni xalq, tək millət kimi ifadələr “Azərbaycan”
dərgisinin hər sayında yer alırdı. 1946-cı ildə Güneydə yaĢanan olaylar nəticəsində
dərginin qapadılması hər halda təsadüf deyildi.
Bağırov Moskvadan döndükdən sonra iyun ayı içində Ġran Xalq Partiyası
MK-sının üzvü, Ġran Məclisinin millət vəkili A.KambehĢi, Xalq partiyasının Təbriz
əyalət komitəsinin baĢçısı S.Pedaqani, yazıçı və naĢir H.Ə.ġəbüstəri, “AĢir”
qəzetinin redaktoru Mir Cəfər PiĢəvəri gizli Ģəkildə Bakıya gətirilmiĢdi. Burada
Azərbaycan Demokratik Partiyasına PiĢəvərinin müvəqqəti olaraq baĢqanlıq etməsi
qərarlaĢdırılmıĢdı. Güney Azərbaycandakı iĢçilərə xəbər göndərilərək, Tudə
partiyasının ADP-yə çevrilməsi üçün bir saat belə dayanmamaları tapĢırılmıĢdı.
ADP-nin qurulması üçün bəzi problemlər olduğu kimi güclü bir müxalifət də
yaranmıĢ və Xalq partiyası MK-sı bütün vasitələrlə bu iĢləri pozmağa çalıĢmıĢdı.
Bakı toplantısında PiĢəvəri, ġəbüstəri və Pedaqaniyə onlara qarĢı ola biləcək sui-
qəsd hərəkətlərinə görə Təbrizdən ayrılmamaları da qərarlaĢdırılmıĢdı.
91
Azərbaycan xalqının ictimai-siyasi, milli tələblərini, ehtiyaclarını təmin
etmək və demokratik hərəkata lider olmağa qadir siyasi təĢkilatın – ADP-nin
qurulmasına böyük bir ehtiyac olmuĢdur. PiĢəvərinin liderliyilə 3 sentyabr 1945-ci
il tarixində müstəqillik uğrunda demokratik hərəkatın önündə gedən ADP-nin
qurulması və 7 sentyabr 1945-ci ildə Ġran Xalq Partiyası Azərbaycan təĢkilatının
onunla birləĢməsi Azərbaycanın əzabkeĢ xalqı tərəfindən məmnuniyyətlə, rəğbətlə
qarĢılanmıĢdı. ADP-nin üzvləri Ġranın torpaq bütünlüyü qorunmaqla ölkənin milli
və ictimai qanunlarına uyğun olaraq Azərbaycan xalqına Güney Azərbaycan
mədəniyyət təsərrüfatının inkiĢafı üçün müstəqillik verilməsinin zəruriliyini
açıqlamıĢlar.
Ġyun ayındakı hadisələr Ġranda olan Ġngiltərə, Amerika diplomatik və hərbi
dairələri tərəfindən diqqətlə izlənirdi. Təbrizdəki ingilis BaĢ konsulu və Amerika
konsulu öz fəaliyyətlərini xeyli gücləndirmiĢdilər. Sovetlər tərəfindən çox gizli
hazırlanan tədbirlərin hamısından ingilislər dərhal xəbər tuturdular. Onlar dəfələrlə
Azərbaycandakı vəziyyətlə bağlı hakimiyyət dairələri ilə müzakirələr aparmıĢdılar.
Ġngiltərə və Amerika siyasi dairələri Güney Azərbaycanda ya müstəqil dövlətin
qurulmasını, ya da onun Sovet Azərbaycanına bağlanmasını gözləyirdilər. Bunun
üçün də 21 iyunda Ġngiltərə təmsilçiləri müttəfiq əsgərlərinin Ġrandan çıxarılması
məsələsinə aid Postdam konfransına memorandum təqdim etmiĢdilər. Ġyunun 23-
də Ġngiltərənin təĢəbbüsü ilə Ġran məsələsi Postdam konfransının gündəliyinə
salınmıĢdı. BaĢqan Trümen Amerikanın öz əsgərlərini Ġrandan geri çəkməyə hazır
olduğunu bəyan etmiĢdi. Stalin də “Bu hər halda Tehranı azad etmək olar” Ģəklində
bir açıqlama vermiĢdi. Ġngiltərə BaĢ Naziri isə “Təcili olaraq ordu Tehrandan
çıxarılsın, ordunun çıxarılmasının sonrakı mərhələləri isə sentyabr ayında Xarici
ĠĢlər Nazirliyinin toplantısında müzakirə edilsin” əmrini vermiĢdi.
Postdam konfransında qəbul edilən qərara əsasən müttəfiqlər öz silahlı
qüvvələrinin Tehrandan təcili olaraq çıxarılmaları məsələsində razılığa gəlmiĢlər.
Əsgərlərin Ġrandan çıxarılmasının sonrakı mərhələlərinin müzakirəsi Xarici ĠĢlər
Nazirlərinin 1945-ci ilin sentyabrında keçiriləcək London konfransında müzakirə
edilməsi nəzərdə tutulmuĢdu. 11 sentyabrda baĢlanmalı olan toplantıya qədər
sovetlər Kremldə qəbul edilən qərarların Güney Azərbaycanda həyata keçirilməsini
sürətləndirməli idilər. Bağırovun Təbrizdəki iĢlərin rəhbərlərinə göndərdiyi
teleqrafda hər dəqiqənin də qiymətli olduğunu xatırlatması bununla bağlı idi.
Bu hadisələr zamanı, demək olar ki, Güney Azərbaycanın bütün
Ģəhərlərində toplantılar keçirildiyi kimi, 20-21 noyabrda Təbrizdə çağırılmalı olan
Azərbaycan Xalq Konqresində nümayəndələrin seçilməsi də sürətləndirilmiĢdi.
Xalq konqresi özünü Qurucular Məclisi elan etmiĢ, o da milli heyət üzvlərini
seçmiĢdi. Azərbaycan Milli Məclisi seçilənə qədər bu heyət Qurucular Məclisinin
qərarlarını icra etməli idi. Qurucular Məclisinin qəbul etdiyi, Ġran Ģahı Məmmədrza
92
Pəhləviyə, Məclis BaĢqanı Təbatəbaiyə və BaĢ Nazir Ġbrahim Həkimiyə göndərilən
bəyannamədə Ġran dövləti daxilində milli muxtariyyət verilməsi tələb olunmuĢdu.
Beləliklə, 12 dekabr 1945-ci ildə məclisin açıldığı gün Azərbaycan muxtariyyəti
qurulmuĢdu. Məclis Azərbaycan hakimiyyətini qurmaq vəzifəsini PiĢəvəriyə
tapĢırmıĢdı.
Əlbəttə, ağlımıza bu mübarizənin aparıldığı dönəmdə Ġranın münasibətinin
necə olduğu sualı gələ bilər. Bunu belə izah etmək olar. 1945-ci ilin ikinci
yarısında Güney Azərbaycanda torpaq sahibləri ilə kəndlilər, fabrik sahibləri ilə
iĢçilər, dövlət idarələri ilə qulluqçular arasında mübarizə ĢiddətlənmiĢdi. Ġranın
hakim dairələrinin də Azərbaycandakı milli zülmə qarĢı mübarizəsi son dərəcə
sərtləĢmiĢdi. Azərbaycanda hücumların qarĢısını almaq və xalqı müstəqilliyə
qovuĢdurmaq üçün böyük imkan var idi. Belə bir durumda Ġranın həm irticaçı, həm
də liberal dairələri Azərbaycanda xalq hərəkatının yatırılmasına, ya da qarĢısının
alınmasına çalıĢırdı. Liberal məfkurəyə sahib olan Bahar heç bir dəlil göstərmədən
Ġranın mərkəzi dövlətinin digər əyalətlərdən çox Azərbaycanı müdafiə etdiyini
iddia edirdi. Ancaq XIV Məclis BaĢqanı ġiraz millət vəkili Sərdar Hikmət 25
sentyabrdakı nitqində: “Azərbaycanda öz gələcəkləri üçün mübarizəyə qalxan
Ģəxslərin əlləri və dilləri kəsilsin” demiĢdi.
Rusiyanın məsələni ilk günlərdəki kimi nəzarətdə saxlamaması, Ġran
torpaqlarının yeraltı sərvətləri, qaynaqlarla zənginliyi, Qərb dövlətlərinin Ġrana
dəstək verməsi nəticəsində Azərbaycan Muxtar Hökuməti uzun ömürlü olmamıĢdır.
Ġran Ģahı məsələnin həlli ilə bağlı türk hökumətindən yardım almaq məqsədilə
Ankaraya bir heyət göndərsə də, 3 dekabr 1946-cı ildə Azərbaycan Muxtar
Hökumətini ortadan qaldırmaq üçün orduya əmr vermiĢdi. 12 dekabr 1946-cı il
tarixində Ġran birlikləri Təbrizə girmiĢdilər.
1945-ci il iyununda Rusiya tərəfindən bir xeyli dəstəklənsə də, daha sonra
bu dəstəyin davam etməməsi, Güney Azərbaycanın Ġranın daxili iĢi kimi
dəyərləndirilməsi nəticəsində böyük güclərin təsirləri ilə ortaya çıxan Güney
Azərbaycandakı müstəqillik mübarizəsi uğurla baĢa çatmamıĢdır. Bu da bizə
göstərir ki, milli qanunlar, milli ordu, milli məclis, milli hökumət tam mənasıyla
təĢkil edilməsə, uğur qazanmaq mümkün deyil.
Dostları ilə paylaş: |