GÜney azərbaycan


Yararlı  daxil  orqanların  çıxarılması



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə7/12
tarix29.11.2016
ölçüsü2,8 Kb.
#462
1   2   3   4   5   6   7   8   9   ...   12

Yararlı  daxil  orqanların  çıxarılması.  Ölüm  cəzasına  məhkum  edilən 
Ģəxsin  sağlam  orqanlarının  bəziləri  edamdan  öncə,  bəziləri  isə  edamdan  sonra 
çıxarılır.  Bu  fakt  dəfələrlə  edam  olunan  Ģəxslərin  ailə  üzvləri  və  yaxınları 
tərəfindən təsdiq olunmuĢdur. Öna görə də indi edam olunan Ģəxslər əksər hallarda 
ailələrinə təhvil verilmədən dəfn edilir. 
Kisəyə  qoyularaq  hündür  binadan  atılmaqla  öldürmə.  Belə  dəhĢətli 
cəzalar Ġranda dəfələrlə icra olunmuĢdur. Bu cəza əsasən qadınlara Ģamil edilir. Bu 
cəzaya  məhkum  edilən  Ģəxs  hündür  binanın  üstünə  çıxarılaraq  orada  əl-ayağı 
bağlanmıĢ vəziyyətdə xüsusi torbaya qoyulur və  yerə atılır. Əksər hallarda həmin 
Ģəxslərin sağlam orqanları çıxarılır. 
KiĢilərin  xədim  edilməsi.  Bu  iĢgəncə  üsulu  siyasi  və  iradəcə  möhkəm 
insanların iĢgəncəsi zamanı baĢ verir. Həbsxana və təcridxanalarda hansısa ittihamı 
qəbul etməyən insanlara tətbiq olunur. Xədim olunma fiziki və ruhi iĢgəncələrdən 
hesab olunur. Çox hallarda xədim edilən Ģəxslər qanaxma nəticəsində ölür. Bu növ 
iĢgəncələr  Tehranın  Evin  həbsxanasında  209-cu  kamerada  dəfələrlə  məhbuslara 
qarĢı həyata keçirilmiĢdir. 
Qadınların  döĢlərinin,  cinsiyyət  üzvlərinin  kəsilməsi  və  yandırılması. 
Ġranın  həbsxanalarında  bu  iĢgəncə  üsulu  əsasən  hakimiyyət  əleyhinə  olan  siyasi 
fəallara  qarĢı  tətbiq  edilir.  Ġranın  daxilində  və  mühacirətdə  bu  növ  iĢgəncələrə 
məruz  qalan  insanlar  saysız-hesabsızdır.  Bu  cəza  və  iĢgəncələr  əksər  hallarda 
zorlama  və  Ģəxsiyyəti  alçaltma  ilə  müĢayiət  olunur.  Həbsxanada  zorlanan  və 
Ģəxsiyyəti təhqir olunan qadınların daha sonra döĢləri və cinsi orqanları kəsilir və 
yandırılır.  

61 
 
Bədənin  ütülənməsi.  Ġran  molla  hakimiyyətinin  təhlükəsizlik  orqanlarında 
həbsxana  və  gizli  təcridxanalarında  iĢgəncələrə  müqavimət  göstərən  siyasi 
məhbuslara  tətbiq  olunur.  Elektrik  ütüsü  vasitəsiylə  məhbusun  bel  və  ayaqlarının 
altını  yandırmaq  üçün  istifadə  edilir.  Bu  zaman  məhbusun  bel  və  ayaqları  xüsusi 
bir masaya bağlanır və qızdırılmıĢ ütü ilə onun bədəni yandırılır. 
Damğalama.  Qazda  qızdırılmıĢ  məftil  və  ya  dəmir  çubuqlarla  məhbusun 
bədəninin  müxtəlif  yerləri  damğalanaraq  yandırılır.  Yaxud  da  qızarmıĢ  alətlərlə 
məhbusun bədəninə yazılar və Ģüarlar yandırılaraq həkk olunur. Damğalama bəzən 
yanan siqaretlə də həyata keçirilir. 
Göz  çıxarma.  Bu  iĢgəncə  üsulu  adətən  kiĢilərin  hansısa  yüksək  rütbəli 
dövlət məmurunun arvadına  və  ya qızına  “baĢqa  niyyətlə” baxdığı üçün məhkum 
edilmiĢ  Ģəxslərə  tətbiq  olunur.  Belə  ki,  həmin  Ģəxsi  gizli  və  xüsusi  klinikalara 
aparıb xüsusi alətlərlə onun gözlərini çıxarırlar. 
DiĢlərin  sındırılması.  Belə  hallar  əksər  iĢgəncələrdə  öz  təsdiqini  tapır. 
Məhbusun diĢləri adi kəlbətinlə sındırılaraq çıxarılır. Çox zaman məhbus bir neçə 
nəfər tərəfindən döyülərək onun diĢləri, çənəsi sındırılır. 
Saçların  yolunması  və  yandırılması.  Bu  cəza  üsulu  əksər  hallarda  molla 
qanunlarına  tabe  olmayan  və  saçlarını  uzun  saxlayan  gənc  oğlan  və  qızlara  qarĢı 
həyata  keçirilir.  Belə  ki,  ictimai  asayiĢi  pozmaq  bəhanəsiylə  gənc  oğlan  və  qızlar 
küçələrdə  məmurlar  tərəfindən  həbs  edilərək  polis  və  təhlükəsizlik  orqanlarında 
onların Ģərəf və ləyaqətini təhqir etməklə  yanaĢı, saçlarını ya əllərilə  yolur, ya da 
küt bıçaq və qayçı ilə qırxır və ya yandırırlar. 
Qol,  qıç,  bel  və  boyun  sındırılması.  Bir  neçə  nəfər  həbsxana  və  ya 
təhlükəsizlik məmurunun məhbusu küt alətlərlə döyməsi nəticəsində həmin Ģəxsin 
qol, qıç, əl, ayaq, boyun və beli sındırılır. ĠĢgəncə zamanı əksər hallarda məhbusun 
beyni,  ciyəri,  böyrəyi  və  digər  daxili  orqanları  ağır  xəsarət  alaraq  onun  həlak 
olması ilə nəticələnir. 
Zorlama.  Bu  alçaldıcı  iĢgəncə  üsulu  Ġranın  bütün  həbsxana  və 
təcridxanalarında  qadın  və  ya  kiĢi  məhbuslara  qarĢı  istifadə  olunur.  Siyasi 
məhbusların  Ģəxsiyyətlərini  alçaltmaq  molla  hakimiyyətinin  baĢlıca  hədəflərindən 
hesab olunur.   Cinsi zorakılıq  əksər hallarda qadınlara Ģamil edilsə də, Ġran  molla 
hakimiyyəti  məhbus  kiĢilərə  qarĢı  da  bu  iĢgəncədən  istifadə  etməkdədir.  Zorlama 
əsasən  bir  neçə  məmur  və  həbsxana  məsulları  tərəfindən  həyata  keçirilir.  Edama 
məhkum  edilən  qadınlar  və  qızlar  əksər  hallarda  dəfələrlə  cinsi  zorakılığa  məruz 
qoyulur.  KiĢilərin  alçaldılması  üçün  də  bu  üsuldan  istifadə  edilir.  Məhbusu  təhqir 
etmək üçün isti dəmir, butulka və s. istifadə olunur. 
Dəmir seyfdə saxlama. Məhbusu bədən ölçüsündən xeyli kiçik dəmir və ya 
beton  seyflərdə  uzun  müddətli,  ac-susuz  saxlamaqla  müĢayiət  olunan  cəza 
üsuludur. Bu iĢgəcə üsulunda məhbus nə ayaq üstə dura, nə də otura bilir. Məhbus 

62 
 
qatlanılaraq  seyfə  yerləĢdirilir,  günlərlə  bu  vəziyyətdə  saxlanılır.  Burdan  xilas 
olanlar xroniki sümük ağrılarına düçar olurlar.  
Soyuq suda saxlama. Bu iĢgəncə üsulu adətən qıĢ aylarında icra olunur. Bu 
cəza  növü  məhbusu  dizə  qədər  həbsxananın  xüsusi  beton  vannalarında  və 
zirzəmidə yerləĢən çirkli su anbarlarında uzun müddət saxlamaqla həyata keçirilir. 
Bu  məhbuslar  böyrək  çürüməsi,  revmatizm,  iflic,  vərəm  və  s.  ağır  xəstəliklərə 
düçar olurlar. 
Havasız  konteynerdə  saxlama. Eyni ittihamla  həbs olunmuĢ məhbusların 
kütləvi surətdə havasız, kommunal Ģəraiti olmayan dəmir konteynerlərdə, Ģəhərdən 
kənar  gizli  təcridxanalarda,  uzun  müddətli  ac-susuz  saxlamaqla  həyata  keçirilən 
cəza  üsuludur.  Bu  iĢgəncə  növü  əksər  hallarda  məhbusların  həlak  olması  ilə 
nəticələnir. 
Dırnaqların  çəkilməsi.  Məhbusların  nəzərdə  tutulan  ittihamları  zorla 
boynuna  almaları  üçün  həyata  keçirilən  iĢgəncə  üsuludur.    Bu  iĢgəncə  məhbusun 
ayaq  və  əllərini  xüsusi  hazırlanmıĢ  cihazlara  bağlayaraq  kəlbətin  vasitəsiylə 
dırnaqların  çəkilməsi  ilə  icra  olunur.  Daha  sonra  məhbusun  çəkilən  dırnaqlarının 
yerinə duz və digər göynədici maddələr səpilir. 
Ayaqdan  asılma.  Məhbusu  təcridxanada,  polis  idarələrində,  həbsxanada 
saatlarla  ayaqlarından  asaraq  Ģallaq  və  küt  alətlərlə  döyməklə  müĢayiət  olunan 
iĢgəncə üsuludur. 
Əlin  ayağa  qandallanması.  Belə  hallar  çox  zaman  polis  və  təhlükəsizlik 
təcridxanalarında məmurlara müqavimət göstərən məhbuslara tətbiq edilir. Məhbus 
məmurlar  tərəfindən  üzü  üstə  yerə  yatırılır,  sağ  ayağı  sol  əlinə  qandallanır  və 
saatlarla  bu  vəziyyətdə  saxlanılır.  Əlləri  qandallanmıĢ  məhbuslar  eyni  zamanda 
ruhi və fiziki iĢgəncələrə məruz qalır, döyülür, ağır bədən xəsarəti alır.  
Soyundurularaq  Ģaxtalı  havada  qolubağlı  saxlama.  Siyasi  məhbusların 
iradəsini  sındırmaq  məqsədilə  onları  Ģaxtalı  havada  soyunduraraq  qandallı 
vəziyyətdə  saatlarla  açıq  havada  saxlamaqla  müĢayiət  olunur.  Ac  və  susuz 
saxlanılan  belə  məhbusları  Ģaxtalı  havadan  sonra  natəmiz  və  soyuq  kameralarda 
yatmağa məhkum edirlər. 
Məhbusun  gözü  qarĢısında  ailə  üzvlərinin  döyülüb  təhqir  olunması. 
Belə  hallar  siyasi  məhbuslara  ruhi  təzyiq  vasitəsi  kimi  molla  hakimiyyəti 
tərəfindən  istifadə  olunur.  Belə  ki,  məhbusun  müqavimətini  sındırmaq  üçün  onun 
yaxın  ailə  üzvlərini  həbs  edərək  onun  olduğu  təcridxanaya  aparır  və  gözü 
qarĢısında  ailə  üzvlərinə  fiziki  və  ruhi  iĢgəncəər  verirlər.  Hətta  bəzi  hallarda 
zorlamalar da olduğu bildirilir. YaĢlı ata, ana, bacı və qardaĢ məhbusun saxlandığı 
kameranın  yaxınlığındakı  kameraların  birində  incidilir  və  onların  səsi  məhbusa 
eçitdirilir. 

63 
 
Bütün  bu  sadalananlardan  baĢqa  Ġranda  insanın  ac,  susuz,  yuxusuz 
saxlanılması, havasız natəmiz yeraltı təcridxanalarda döyülmüĢ, yaralı vəziyyətdə, 
naməlum  yerlərdə  saxlanılmaqla  cəzalandırılması  və  yüzlərlə  belə  qeyri-insani 
iĢgəncələr  həyata  keçirilməkdədir.  Bütün  bunlar  Ġran  islam  rejiminin  mahiyyətini 
sübut etməkdədir. 
 
 
Dr.Sübhan Talıblı  
AMEA akad. Z.M.Bünyadov adına  
ġərqĢünaslıq Ġnstitutu 
 
DAĞLIQ QARABAĞ MÜNAQĠġƏSĠ 
ĠRAN MƏTBUATI VƏ ELMĠ ƏDƏBĠYYATINDA 
 
Ġran  mətbuatında  və  elmi  ədəbiyyatında  Dağlıq  Qarabağda  cərəyan  edən 
hadisələr  barəsində  müxtəlif  məzmunlu  yazılar  dərc  edilməkdədir.  Bu  yazılarda 
faktiki materiallarla yanaĢı, subyektiv fikirlər də özünə yer almıĢdır.  
Ermənilərin  Qarabağ  münaqiĢəsində  ĠĠR  rəhbərliyindən  mənəvi  dəstək 
almaq  məqsədilə  farslarla  bir  kökdən,  yəni  ari  soyundan  gəldiklərini  geniĢ  təbliğ 
edir,  yer  adlarını  özlərinin  adları  ilə  bağlayırdılar.  Ġranda,  xüsusilə  Güney 
Azərbaycanda  bir  sıra  qədim  yaĢayıĢ  məntəqələrini  və  oradakı  tarixi  abidələri, 
qalaları,  körpüləri,  dağları,  ibadətgahları  erməniləĢdirməyə  cəhd  edən 
“tədqiqatçıları”  indi də  farslarla  bir kökdən  -  ariya  kökündən olduqlarını,  əsrlərlə 
milli kimliklərinin vahid olduğunu meydana atıblar. Əsası olmayan bu uydurmanın 
bünövrəsi  Rza  xan  Ģahlıq  taxtına  çıxan  vaxtdan  (1925)  qoyulsa  da,  indiki  vaxtda 
Ġrandakı siyasi mühitdən və Dağlıq Qarabağ münaqiĢəsi ilə bağlı Ġran-Ermənistan 
münasibətlərindəki  durumdan  istifadə  edən  “Ġranla”  ermənilərin  üzdəniraq 
tarixçiləri  və  onları  xaricdə  həvəsləndirənlər  ermənilərin  “qədimdən  iranlılarla  bir 
köklü qardaĢ, ən uzağa əmi oğlu” olduqlarını sübut etmək üçün yeni-yeni uydurma 
“mənbələrə”  istinad  edib  kitablar  yazıb  çap  etdirirlər.  Belə  kitablardan  biri 
Tehrandakı  “Diba”  nəĢriyyatında,  nəfis  Ģəkildə  2000  nüsxə  çap  edilmiĢ,  242 
səhifəlik “Ġranlılarla ermənilərin mədəni əlaqəsi” kitabıdır (16). 
2005-ci  il  noyabrın  10-da  Tehranda  özünü  qeyri-dövlət  “elmi”  qrupu 
adlandıran  “ÇağdaĢ  Ġran  Tarixi  AraĢdırmalar  Mərkəzi”ndə  keçirilmiĢ  toplantıda 
Əlirza Bekdilinin çıxıĢı SSRĠ dağıldıqdan sonra Ġran-Azərbaycan münasibətlərinə 
həsr  edilmiĢdi.  O,  münaqiĢəni  üç  baĢlıca  dövrə  bölərək,  hər  bir  dövrdə  Ġranın 
münaqiĢənin sülh  yolu ilə  və  ədalətli həll olunmasına  tərəfdar olduğunu demiĢdi. 
O,  Azərbaycan  müxalifətini  və  Azərbaycan  dövlətini  Ġranın  mövqeyinə  həmiĢə 

64 
 
tənqidlə  yanaĢmaqda  suçlamıĢ  və  Ġran  dövlətini  fars  Ģovinizmində  günahkar  bilən 
azərbaycanlı milli qüvvələri qınamıĢdı (3). 
“Keyhan həvayi” qəzeti “Ermənistana inanmaq olmaz” baĢlıqlı məqaləsində 
yazır:  “Ermənistan  Respublikasının  baĢçısı  ĠĠR  səfirliyinin  məsul  iĢçisi  ilə 
görüĢərkən  ĠĠR-in  regionda  mühüm  rolunu  xatırladaraq  Qarabağ  münaqiĢəsinin 
həll  edilməsi  üçün  ölkəmizin  (Ġranın)  vasitəçilik  səylərini  davam  etdirilməsini 
istədi. 
Ermənistan  prezidentinin  Tehranda  Qarabağda  gedən  qanlı  çarpıĢmaların 
dayandırılması barədə dediyi sözlər çox ümidverici idi. Lakin əməldə baĢqa qəbul 
ediləsi  deyildi,  həm  də  çox  pis  və  acındırıcı  Ermənistanın  sülhsevər  çalıĢmalar 
qarĢısında  gördüyü  iĢlər  ondan  mənfi  bir  sima  göstərir  və  qırğının  sona 
çatdırılmasını həqiqətən istəməməsinə dair aydın bir dəlil alınmıĢdır. Elə buna görə 
də  ĠĠR-nın  vasitəçilik  çalıĢmalarının  yenidən  baĢlaması  artıq  məntiqə  uyğun 
görünmür.  
Beynəlxalq  münasibətlərdə  Ġran  Azərbaycana  qarĢı  təcavüz  etmiĢ 
Ermənistana  təcrid  etməyə  nəinki  təĢəbbüs  göstərmiĢ,  əksinə  Ġran-Ermənistan 
münasibətlərindəki canlanma müĢahidəçilərin nəzər diqqətini cəlb etmiĢdir. 
Ġranda  Dağlıq  Qarabağ  probleminin  köklərilə  bağlı  ictimai  rəyin 
formalaĢmasında mənfi rol oynayan fars və erməni tarixçilərinin əksinə olaraq bir 
sıra  müəlliflər hadisələrə  obyektiv,  ədalətli  yanaĢma  metodunu seçmiĢlər.  Erməni 
daĢnaklarının  1918-ci  ildə  Güney  Azərbaycanda  Urmiya,  Xoy,  Səlmas,  Maku, 
ġərəfxanada və digər Ģəhər və kəndlərdə türklərə qarĢı törətdikləri kütləvi soyqırım 
haqda çox az yazılmıĢdır. Təbrizli tarixçi alim doktor Səməd Sərdariniyanın 2005-
ci ilin sonunda çapdan çıxmıĢ “Arazın hər iki sahilində müsəlman qətliamı” kitabı 
(10)  bu  boĢluğu  doldurmaq  üçün  sanballı  bir  əsərdir.  S.Sərdariniyanın  farsca 
yazdığı kitabında ermənilərin Arazın hər iki tayında, əsasən Güney Azərbaycanda 
törətdikləri  kütləvi  soyqırımdan,  talan  və  özbaĢınalıqlardan  bəhs  edir.  Bu  kitab 
Bakıdakı 1918-ci il məlum soyqırımı və ermənilərin uydurduğu “soyqırımı”nın 90 
illiyinə cənublu qardaĢlarımızın erməni daĢnaklarına tutarlı elmi-məntiqi cavabıdır. 
Müəllif kitabının əvvəlində ermənilərin türklərə qarĢı soyqırımına baĢladığı 
gündən  indiyə  qədər  bu  xəstə  millətin  zəhərlənmiĢ  məfkurəsində  “Böyük 
Ermənistan”  xülyasının  yaranması  tarixini  iĢğalçı  I  Pyotrun  zamanından 
baĢlandığını  qeyd  edir.  Çar  Pyotr  Ori  adlı  erməninin  baĢçılığı  altında  ilk  dəfə 
Peterburqa  gələn  erməni  elçilərini  qəbul  edərkən  Pyotr  Ġrana  və  Türkiyəyə  qarĢı 
müharibəyə  baĢlayacağı təqdirdə  ermənilərin xəyanətlə  dolu  “tarixi vəzifələri”nin 
nədən  ibarət  olacağını  onlara  baĢa  salmıĢdır.  “Avropaya  pəncərə”  açmaq  fikrində 
olan  rus  imperatoru  ilk  əvvəl  Qafqazı,  Ġran  və  Türkiyəni  tutmağı  və  Fars 
körfəzindəki  isti  dəniz  sularına  çatmağı  özünün  iĢğalçılıq  planında  ön  cərgədə 
qoymuĢdu  və  bu  iĢdə  ermənilərin  satqınlığı  və  çörəyini  yerli  xalqlara  xəyanəti 

65 
 
Rusiya  üçün  çox  önəmli  olmuĢdur.  Müəllif  yazır  ki,  “I  Pyotrun  ölümündən  sonra 
hakimiyyətdə  olmuĢ  rus  hökmdarları  Orta  ġərqi  ələ  keçirmək,  “isti  sulara” 
çıxarmaq haqda öz sələflərinin iĢğalçılıq fikirlərindən uzaqlaĢmamıĢlar və bu iĢdə 
ermənilər  həmiĢə  rusların  əlaltısı  və  nökəri  olmuĢdur”.  Müəllif  Qafqaz,  Ġran, 
Türkiyəyə  qarĢı  rusların  iĢğalçılıq  siyasətində  ermənilərin  “katalizator”  rolu 
oynamasını,  xəyanət  və  arxadan  bıçaq  vurmaq  kimi  alçaq  əməllərini  onların 
“Böyük Ermənistan” xülyasında yaĢamaları ilə izah edir (10). 
Ġran  daxilində  bir  çox  mühüm  vəzifələrdə,  ordu  və  məclisdə  yer  tutan 
ermənilər  vasitəsilə  və  Ġran  üzərində  az-çox  nüfuzu  olan  bir  çox  Qərbi  və  ġərqi 
Avropa dövlətlərinin təĢəbbüsü ilə mühacir ermənilərin Ġranda mühüm təĢkilatları, 
milli-mədəni müəssisələri, iqtisadi və ictimai təĢkilatları, məktəb, teatr və qəzetləri 
də  Ġranın  Qarabağ  məsələsinə  münasibətinə  təsir  göstərmək  üçün  öz  səylərini 
bildirmiĢ  və  son  zamanlar  bu  istiqamətdə  məqsədyönlü  fəaliyyətlərini  daha  da 
gücləndirmiĢlər.  Məsələn,  DaĢnaksütyun  partiyasının  Təbrizdə  hər  il  müntəzəm 
konqresləri  keçirilir  və  bu  zaman  Avropa  və  Qafqazda  çalıĢan  erməni  millətçiləri 
yaxından iĢtirak edirlər. 
Ġranın bir çox hərbi və mülki müəssisələrini əllərinə almıĢ və Ģah zamanında 
Pəhləviyə  müraciətlə  xüsusilə  Güney  Azərbaycanında  iqtisadiyyat  və  ticarətdə 
imtiyazlı  mövqe  tutmağa  çalıĢan  erməni  millətçilərindən  baĢqa  Ġrandakı  bir  sıra 
xarici,  xüsusən  də  Sovet  və  sonralar  Rusiya  diplomatik  idarələrində  məqsədyönlü 
fəaliyyət  göstərirlər.  Təbrizdəki  daĢnakların  bir  qismi  Avropada  olduğu  kimi 
daĢnak  partiyasından  ayrılaraq  erməni  “Arur”  təĢkilatı  qurmuĢlar.  Mühacir 
ermənilərdən ibarət bu təĢkilat vaxtilə Ġran Azərbaycanında bütün sovet idarələrini 
əlinə  almıĢ;  Təbriz,  Urmiya,  Marağa,  Xoy  və  sairə  kimi  yerlərdə  isə  ticarət, 
nəqliyyat və iqtisadi  müəssisələr qurmuĢdular.  Ermənilərin  bütün fəaliyyəti Ġranın 
hər cəhətdən Ermənistana dəstək verməsinə yönəlib (2, s.8-9). 
Fəqət  məsələ  yalnız  bununla  bitmir.  Ġran  ermənilərinin  fəaliyyəti  getdikcə 
daha  məkrli  və  hücumçu  xarakteri  kəsb  edir.  Və  Ġran  mətbuatından  bəziləri 
(“Təbriz”,  “PərvəriĢ”  və  sairə  kimi)  çox  təəssüflər  olsun  ki,  ermənilərin  bu 
təcavüzkar  fəaliyyətlərinə  vasitə  olurlar.  Bütün  bunlar  erməni  millətçilərinin  Ġran 
mətbuatını öz əllərində bir vasitə etdiklərini göstərir (2). 
Tarixən  ermənilərin  türklərə  qarĢı  xəyanətlə  dolu  xidmətləri  rus 
çarizmindən  tutmuĢ  bugünkü  Rusiya  rəhbərliyinədək  həmiĢə  dəstəklənmiĢ  və 
layiqincə  
qiymətləndirilmiĢdir.  Bunun  nəticəsidir  ki,  ermənilər  bu  gün 
Qərbi  Azərbaycan  torpaqları  hesabına  özlərinə  qondarma  bir  respublika  yaradıb 
indi  dünyaya  meydan  oxumazdılar.  “Ġrəvan  müsəlman  sakinli  Ģəhər  olmuĢdur” 
kitabında  tarixi  sənədlər  əsasında  Ġranın  ermənipərəst  tarixçilərinə  tutarlı  cavab 
verilmiĢdi. 

66 
 
Ermənilərin arzusu ilə ruslar Ġrəvan və onun ətrafındakı 4 xanlığı, 41 bəyliyi 
və  sultanlığı  ləğv  edib,  onların  çoxu  təzyiq  və  məcburiyyət  qarĢısında  ərazidən 
köçməyə  məcbur  edildilər.  Torpaq  və  əmlakları  gəlmə  ermənilər  arasında 
bölüĢdürüldü (11, s. 190).  Ġrəvanda  yaĢayan  əhalinin 143 min nəfərindən 117849 
nəfəri  müsəlman  türk,  cəmi  25151  nəfəri  (gəlmələrlə  birlikdə)  erməni  olmuĢdur. 
Qahirədə  çıxan  “Hikmət”  qəzeti  “Tərcüman”  qəzetində  verilmiĢ  məlumata 
əsaslanaraq  XX  əsrin  əvvəllərində  (1904)  Qafqazda  3  milyon  208  min  875  nəfər 
müsəlmanın yaĢadığını yazırdı ki, bunların da 352351 nəfərinin Ġrəvan vilayətində 
olduğunu qeyd etmiĢdi (11, s.118). Rus məmurunun statistik məlumatına gəldikdə 
və  ona  inansaq  belə  XIX  əsrin  30-cu  illərində  Ġrəvanda  yaĢayanların  80  faizdən 
çoxunu  müsəlman  türkləri  təĢkil  etmiĢdi.  Halbuki  sonrakı  illərdə  müsəlmanlara 
qarĢı  rus-erməni  zorakılığı  onların  sayca  ilbəil  azalmasına  səbəb  olmuĢ,  onları 
Azərbaycanın  baĢqa  əyalətlərinə  köçməyə  məcbur  etmiĢdir.  Tarixən  yerli  əhali 
hesab  olunan  Qarapapaq  tayfası  bütövlükdə  Güneyə-Urmiya  ətrafına  köçmək 
məcburiyyətində  qalmıĢdı.  1828-1832-ci  illər  arasında  Ġrəvanda  yaĢayan  türklərin 
sayı  100  min  nəfərə  qədər  azaldığı  halda  gəlmə  ermənilərin  hesabına  erməni 
sakinlərin  sayı  82377  nəfər  artmıĢdı  (11,  s.91).  6  böyük  məscidi,  50  savadlı 
müsəlman ruhanisi, 1807 müsəlman-türk ailəsinin yaĢadığı müsəlman Ġrəvan Ģəhəri 
XIX əsrin sonunda xristian erməni Ģəhərinə çevrildi. Halbuki bu Ģəhərin iqtisadi və 
mədəni, elmi inkiĢafında Azərbaycan türklərinin böyük zəhmət və vətən torpağına 
bağlılıqdan  irəli  gələn  xidmətləri  olmuĢdur.  Məzarları  haırda  Ġrəvan  torpağında 
olan  savadlı  din  xadimi  Ayətullah  Seyidəli  Ġrəvani,  Ayətullah  Seyid  Hüccət 
Ġrəvani, Ġrəvan məscidinin imam cüməsi Hacı Seyid Səfərəli və onun atası Seyyid 
Əbdülməcid və baĢqaları Ġslam dini əxlaqının əsaslarını Ġrəvandakı, müsəlmanlara 
aĢılamaqda  ruhani  vəzifələrini  ləyaqətlə  yerinə  yetirmiĢlər.  Bunların  bir  çoxunun 
Ġrəvanda anadan olduğu qeyd edilir. 
Beləliklə, türklərin qanuni ata-baba torpaqlarını zəbt edib burada “əzəmətli” 
Ermənistan  yaratmaq  istəyən  erməni  daĢnaklarının  türklərə  qarĢı  soyqırım 
əməliyyatı Ġrəvan, Göyçə, Zəngəzurdan baĢlasa da o Azərbaycanın nə Quzeyindən, 
nə  də  Güneyindən  yan  keçməmiĢdi.  Həmin  qanlı  olayların  keçmiĢdə  qanlı  izləri 
Dağlıq  Qarabağa  qarĢı  ermənilərin  qətl  və  qarətlərlə  dolu  yürüĢü,  bugünkü 
olaylarla  təzələnmiĢdi.  1918-ci  ildə  müsəlman  türklərinə  qarĢı  ermənilərin  Qərbi 
Azərbaycanda Ġrəvandan əlavə 211 yaĢayıĢ məntəqəsində törətdiyi soyqırımda 300 
min nəfər soydaĢımız qətlə yetirilmiĢdirsə, Güney Azərbaycanda təkcə Urmiya və 
Səlmasda  Ģəhid  olanların  sayı  130-150  min  nəfər  arasında  göstərilir.  Əslində  bu 
rəqəm  göstəriləndən  qat-qat  çoxdur.  Rza  Ģah,  sonra  isə  onun  oğlu  Güney 
Azərbaycandakı  müsəlman  türklərinin  soyqırımı  haqqında  yazmağı  və  tədqiqat 
aparmağı  yasaq  etdiyindən  1918-ci  ildəki  müsəlman  qətliamında  öldürülənlərin 
sayı indiyə qədər dəqiq verilməmiĢdi. Təbrizdə çıxan “Dilmanc” jurnalı 1918-ci il 

67 
 
soyqırımında    ölənlərin  sayını  100  min  nəfər,  Əhməd  Kəsrəvi  “Azərbaycanın  18 
illik  tarixi”  kitabında  130  min  nəfər  (14,  s.  763),  Urmiyada  çıxan  “Nəvide 
Azərbaycan”  qəzetində  Camal  Ayrumlunun  məqaləsində  150  min  nəfər  (9,  13 
mart,  2001)  göstərilir.  Olayların  üstündən  80  ildən  çox  vaxt  keçdiyindən  çoxlu 
qurbanların  hesabdan  kənarda  qaldığı  Ģəksizdir.  Ermənilərin  olmayan  soyqırım 
haqqında geniĢ miqyasda böyük vay-Ģivən qopartdığı bir vaxtda, Xocalı faciəsinin 
dünya  ictimaiyyətinə  yetərincə  çatdırılmadığı  bir  zamanda  100  ildən  artıq  bir 
vaxtda  ermənilərin  türklərə  qarĢı  vaxtaĢırı  soyqırımları  haqda  həqiqətləri  tədqiq 
edib ortaya çıxarmaq Güneyli-Quzeyli Azərbaycan ziyalılarının və ictimaiyyətinin 
borcudur, soyqırım qurbanlarının ruhları qarĢısında bizim vətəndaĢlıq vəzifəmizdir. 
Ermənilərin  Ġranda  özlərinə  sığınacaq  tapması  Səfəvilər  və  Qacarlar 
hakimiyyəti illərindən baĢlasa da, onların türklər əleyhinə fitnəkar fəaliyyəti əsasən 
Pəhləvi  xanədanlığı  dövründə  (1925-1979)  əl-qol  aça  bilmiĢdi.  Zatən  türkün 
qəddar  düĢməni  olan  Rza  Ģah  və  onun  oğlu  Məmmədrza  Ġranda  yaĢayan 
ermənilərin  simasında  Azərbaycan  türklərinin  kökünü  kəsmək  üçün  Ġran 
məkanında özünə çox üzüyola həmkar tapa bilmiĢdi. Sarayda Ģərab hazırlamaqdan 
tutmuĢ,  dərzi,  dəllək,  aĢpaz,  tərcüməçi  və  müəllimliyədək  bütün  peĢələrdə  özünə 
yer almıĢ ermənilər ali dövlət vəzifələrini tutmağa qədər yüksələ bilmiĢlər. Hansı 
peĢədə  və  hansı  vəzifədə  iĢləməsindən  asılı  olmayaraq  onlar  öz  fəaliyyətlərini 
türklərə qarĢı açıq və gizli mübarizəyə yönəltmiĢlər.  
Məmmədrza Ģahın uĢaqlıq və gənclik dostu olmuĢ və onun dövründə yüksək 
hərbi rütbəyə və vəzifəyə  yüksəlmiĢ Hüseyn Fərdustun Tehranda çap olunmuĢ iki 
cildlik  xatirələrində  (Pəhləvi  sülaləsinin  zühuru  və  süqutu)  ermənilərin  Ġrandakı 
fitnəkar  fəaliyyətinə  aid  saysız-hesabsız  faktlardan  söhbət  açılır.  Fərdustun 
yazısından  bəlli  olur  ki,  Ġran  xəfiyyə  idarəsi  (SAVAK)  ilə  “DaĢnaksütyun” 
partiyasının  Ġran  üzrə  Ģöbəsi,  “Erməni  gizli  ordusu”,  “Erməni  Tələbə  və  Gənclər 
ittifaqı”,  “Erməni  Cəmiyyəti”,  “Ġrandakı  Ermənilərin  KeĢiĢ  ġurası”  və  s.  bu  cür 
anti-türk və terrorçu təĢkilatlar arasında sıx əlaqə və əməkdaĢlıq olmuĢdur. 
2001-ci il aprel ayının 22-də, qondarma “erməni soyqırımı”nın ildönümünə 
bir gün qalmıĢ ĠĠR Ġslam ġurası Məclisində erməni deputatı Jerjin Abramyan üzdən 
Ġran  erməni  soyqırımı  məsələsini  bir  daha  qaldırmağa  cəhd  göstərmiĢdir. 
C.Abramyan  demiĢdir:  “Sionist  rejim  dəfələrlə  sabit  etmiĢdir  ki,  müttəfiqlərin 
yardımı  və  savaĢ  gücünə  söykənməklə,  nəinki  məsələnin  ədalətli  həllini  güdmür, 
bəlkə həmiĢə Fələstin xalqının hakimiyyət haqqının danmasını düĢünür”. 
Bu  sözlərdən  aydın  olur  ki,  Abramyan  soyqırım  məsələsini  qaldırmağına 
baxmayaraq,  sionist  rejim  ilə  Ermənistan  rejiminin  eyni  məqsədə  qulluq  etdiyini 
göstərmək  istəmiĢdir.  Yəqin  edirik  ki,  o  öz  soydaĢlarına  ĠĠR-in  Məclisi 
tribunasından  bunu  demək  istəmiĢdir:  “Siz  nə  qədər  Amerikanın,  Rusiyanın, 
Fransanın yardımına arxalansanız da bu münaqiĢənin çıxıĢ yolu deyil. Söz əslində 

68 
 
bu  olmalıdır.  Amma  Abramyanın  məqsədi  ayrıdır  və  o,  Qarabağı  Ermənistanın 
həqiqi ərazisi hesab edir. 
Erməni deputatı daha sonra bildirir ki, “Qayda belədir ki, əldən getmiĢlərin 
(ölkənin) hörməti üçün bir neçə dəqiqə sükut keçirirlər. Ġstərdim bu qayda pozulub, 
fəryada  çevrilsin.  Bəlkə  bəĢəriyyətin  yatmıĢ  vicdanı  insanın  insan  əleyhinə  etdiyi 
zülmdən ayıq düĢsün”. Abramyan düz buyurur. Bu günə kimi davam edən erməni 
cinayətinə  göz  yumulub,  100  il  bundan  qabaq  qarĢı-qarĢıya  savaĢ  nəticəsində 
qırılanları, gün məsələsinə çevirmək lazımdı. Ġranın Təbriz, Urmiya, Səlmas, Xoy 
və  baĢqa  Ģəhərlərində  erməni  vəhĢiliyi  hələ  də  əhalinin  ürəyindən  silinməmiĢ, 
görəsən bu hansı vicdandan bəhs edir? 
Zəngəzur, Xocalı faciəsindən bəlkə də xəbəri yoxdur!!! Erməni deputatı ĠĠR 
hökumətindən  və  məclisindən  istəmiĢdir  ki,  bu  ölkə  də,  Rusiya,  Yunanıstan, 
Fransa, Ġtaliya və sairə ölkələr kimi, üzdəniraq erməni soyqırımını da tanımağa can 
atsın (7, 2001, 2 may).  
Tehran universitetlərində təhsil alan, erməni yepiskopunun “Cahane Eslam” 
qəzeti  müxbirinə  müsahibəsindən  hiddətlənən  azərbaycanlı  tələbələr  Ardan 
Manukyana verdikləri cavabları aĢağıdakı məsələlər ətrafında cəmləĢdiriblər (5). 
1. Xristian ilinin baĢlanması münasibəti ilə Ġrandakı xristianları təbrik edən 
bu ruhanidən yeni ildə regionumuzda yaĢayan millətlərə sülh və əmin-amanlıq arzu 
edəcəyi,  irqçiliyə  və  tarixi  həqiqətlərin  təhrif  olunmasına  qarĢı  çıxacağı 
gözlənilirdi. Lakin təəssüf ki, yepiskop Manukyan neçə ay əvvəl dediklərinin tam 
əksinə  danıĢdı,  Ermənistanın  Qarabağ  ermənilərinin  silahlandırılmasına  və 
Ermənistan ordusunun Qarabağ hadisələrinə müdaxiləsinə haqq qazandırıb.  
2.”Cahane  Ġslam”  qəzeti  müxbirinin  sualına  ...  “Azərbaycanlılar  mövcud 
olmamıĢ  Ermənistan  torpağının  bir  parçası  “Artsax”  var  idi,  -  deyən  erməni 
keĢiĢinin  cavabından  hiddətlənmiĢ  tələbələr  öz  məktublarında  yazırlar  ki,  heç  bir 
sənəd  və  sübuta  əsaslanmadan  Erməistanın  tarixindən  söz  açanlar  və  “böyük 
Ermənistan  haqqında  xülyalar  söyləyənlər  bilməlidirlər  ki,  ictimaiyyət  bu  bəd 
niyyətlərdən  xəbərsiz  deyil.  Qarabağdakı  kilsələri,  qəbirləri,  daĢları  sübut  kimi 
ortalığa  gətirən  bu  yerin  Ermənistana  məxsus  olduğunu  söyləyən  Manukyan 
bilməlidir  ki,  ölkənin  coğrafi  sərhədləri  kilsə  və  qəbir  daĢları  əsasında 
müəyyənləĢsə  onlarca  böyük  məscidlər  (o  cümlədən  Ġrəvandakı  Göy  məscid) 
Ermənistan  ərazisində  mövcud  olub.  Təbrizdə,  Makuda,  Səlmasda,  Ġsfahanda  və 
Ġranın baĢqa  Ģəhərlərində kilsələr vardır. Əgər tarixə  yepiskopun məntiqsiz baxıĢı 
ilə  yanaĢılsa,  onda  deməli,  bu  Ģəhərlər  də  Ermənistanın  ərazisi  hesab  edilməlidir. 
Bəlkə  elə  buna  görə  də  ĠĠR,  Türkiyə,  Suriya  və  Ġraq  torpaqlarının  bir  hissəsi 
“Ermənistanın  iĢğal  olunmuĢ  qərb  torpaqları”  adı  altında  “böyük  Ermənistan” 
xəritəsinə  daxil  edilib.  Bu  iddialar  ermənilərin  baĢqa  torpaqları  qəsb  etmək 
niyyətindən  doğur.  Bu  iĢtaha  II  Dünya  müharibəsindən  sonra  Naxçıvan,  sonra  isə 

69 
 
Qarabağ  haqqında  oldu,  bəlkə  sabah  da  “Davrij”  yazdıqları  Təbriz  haqqında  da 
olacaq!!! 
3.Tehran  unuversiteti  tələbələri  belə  bir  məsələ  üzərində  dayanırlar  ki, 
yepiskop  Manukyan  heç  bir  əsas  olmadan  Qarabağı  Ermənistan  hesab  edir  və 
burada  gedən  müharibəni  “Qarabağ  Respublikası  ilə  Azərbaycan  arasında  gedən 
müharibə”  adlandırır.  Tələbələr  öz  cavablarında  belə  bir  məntiqi  sual  ortaya 
qoyurlar  və  cavab  verirlər  ki,  “əgər  Qarabağ”  Ermənistandırsa,  bəs  onda 
Manukyanın “Qarabağ Respublikası adlandırdığı qurum hansı formulaya əsaslanır? 
O, bu qurumun heç bir beynəlxalq rəsmi dairələr tərəfindən tanınmadığını deməyə 
qorxur,  öz  əqidəsi  ilə  Ermənistanın  təcavüzkar  dövləti  ilə  həmahəng  və  həmfikir 
olduğunu göstərir”. 
4. Ġran ermənilərinin baĢ  yepiskopunun Qarabağdakı  müharibə ilə əlaqədar 
350  min  qaçqının  taleyindən  narahat  olduğuna  və  onlara  köməklik  göstərmək 
çağırıĢına cavab olaraq tələbələr yazır: “Əvvəla, bütün Qarabağ əhalisinin sayı bu 
rəqəmin  yarısı  qədərdir,  sonra  baĢ  yepiskop  bilir  ki,  müharibə  Azərbaycan 
torpağının  daxilində  gedir.  Buna  görə  də  müharibənin  mülki  əhalidən  ibarət 
qurbanları  azərbaycanlılardı,  nəinki  ermənilər.  Manukyanın  qaçqınların  taleyinə 
kiçik bir əlavəsi varsa o, inkar olunmaz bu məsələni gözünün qabağına gətirsin ki, 
Azərbycan  torpağının  20  faizdən  çoxu  erməni  təcavüzkarının  iĢğalı  altındadır  və 
bir  milyon  nəfərdən  artıq  Azərbaycan  məzlumu  öz  evindən,  yurd-yuvasından 
didərgin  salınıb.  Ermənistan  ordusunun  bu  cinayətləri  qarĢısında  beynəlxalq 
ictimaiyyətin  susmasından  mütəəssir  olan  tələbələrin  erməni  yepiskopuna 
cavabının sonunda qeyd olunur ki, müharibənin tez qurtarmasını, sülh və ədalətin 
bərpa olunmasını  əgər ağaye  Manukyan doğrudan da arzu edirsə, bunun üçün hər 
Ģeydən  əvvəl  “Böyük  Ermənistan”  xülyasından,  baĢqalarının  torpaqlarını  qəsb 
etmək iddiasından əl götürməlidir”(6). 
Ġran hakim dairələrinin ermənipərəst mövqe tutmalarına baxmayaraq, Ġranda 
xüsusilə də Güney Azərbaycanda bəzi mətbu orqanları ermənilərin əməllərini elmi 
Ģəkildə  ifĢa  edirlər.  Bunlardan  biri  Güney  Azərbaycanda  nəĢr  edilən 
“Azərbaycanda  yüzillik  erməni  cinayəti”  adlı  jurnal  (1,  2004,  16  sentyabr)  elmi 
əhəmiyyəti və faktoloji zənginliyi ilə seçilən nümunə kimi maraq doğurur. Jurnalın 
giriĢ  məqaləsində  ermənilərin  bu  tarixi  düĢmənçiliyinə  dəstək  verən  siyasi,  hərbi 
qüvvələrin ünvanını göstərməklə xəyanətin miqyasını diqqətə çatdırır.  
Jurnalda  yer  alan  ilk  məqalə  “Müsəlmanların  ermənilər  tərəfindən 
soyqırımı”  adlanır.  Əslində  isə  istər  Türkiyədə,  istərsə  də  Ġran  və  Azərbaycan 
ərazisində  türklərə  qarĢı  ən  qanlı  faciələri  törədən  ermənilər  maskalanaraq  XX 
əsrin sonunda Xocalıda analoqu olmayan soyqırım törətdilər. Məqalə müəllifi hər 
il  aprelin  24-nü  “faciə”  günü  kimi  qeyd  edən  ermənilərin  iblis  simasını  açmağa, 
azərbaycanlı qırğınlarını nəzərə çatdırmağa çalıĢır. Məqalə müəllifinin fikrinə görə, 

70 
 
məkrli erməni siyasəti təkcə ərazi, torpaq iddialarında qalmır, islam mədəniyyətini 
parçalamaq, Ġranı müsəlman Türkiyəyə qarĢı qoymaq, Azərbaycanı ikiyə ayırmaq 
və parçalanmıĢ Azərbaycanın birliyini mümkünsüz hala gətirmək vəzifələri həyata 
keçirir. 
Jurnalda  həmçinin  Taymaz  Nəzminin  erməni  terrorizmi  barəsində,  Əlirza 
Qaffari Hafizin daĢnakların anti-türk siyasətinin ifĢası düĢməni tutarlı faktlarla ifĢa 
edir. 
Zöhrə Vəfainin “Xaçsız  missionerlər” məqaləsi erməni din xadimlərinin iç 
üzünü açır, dindən barıĢ üçün deyil, savaĢda bir vasitə kimi istifadə edən bu “xaç 
atalarının”  xaç  əvəzinə  bellərinə  xəncər  bağladıqlarını  göstərir.  Törətdikləri  qanlı 
əməllər barədə  özlərinin belə  yazmaq cəsarəti olmayan ermənilər bu  missionerlik 
hərəkətlərinə  həm  də  tarixi  Azərbaycan  ərazisində  yer-yurd  adlarının 
saxtalaĢdırılması kimi ifrat anti-humanist siyasət yeridirlər. 
Hüseyn  Sultaninin  “Qarabağın  əsl  sakinləri  kimlərdir?”  məqaləsi  tarixi 
həqiqətlərin  və  milli  haqların  təsdiqi  baxımından  əhəmiyyətlidir.  Qarabağın  tarixi 
Azərbaycan  yurdu  olduğunu  göstərən  müəllif  çar  Rusiyasının  Qafqazdakı 
siyasətini, 
burada  keçirdiyi  demoqrafik  dəyiĢikliklərin,  erməniləĢdirmə, 
xristianlaĢdırma siyasətinin baĢlıca məqsədləri barədə ətraflı bilgi verir. 
“Qarabağ  necə  Artsax  oldu”  məqaləsi  (müəllif  Hadi  Nuri)  ermənilər 
tərəfindən  edilən  toponimik  təzyiqlərin,  süni  demoqrafik  dəyiĢikliklərin  ifĢasına 
həsr  olunub.  Dünya  sivilizasiyasının  əski  ünvanlarından  olan  Azıx  mağarasının 
qədim  türk  torpaqlarında  olması  erməniləri  daim  narahat  etmiĢ,  bu  yerüstü  “tarix 
kitabı”nın  daim  erməniləĢdirilməsi  yolunda  dəridən-qabıqdan  çıxmıĢlar.  Lakin 
məqalə  müəllifi  regionun  1823-cü  ildən  bəri  ermənilərin  apardıqları  demoqrafik 
dəyiĢikliklərin cədvəlini  verməklə əsl  faktları üzə çıxarır, onların saxtakarlıqlarını 
ifĢa  edir. Müəllif  müasir Ġran  məmləkətində  çox böyük  azlıqda  qalan ermənilərin 
də  belə  Ģovinist  əməllərindən  söz  açaraq  onların  region  üçün  daim  narahatlıq 
mənbəyi olduğunu göstərir.  
Vəziyyəti  etnopsixoz  halına  gətirən  bu  militarist  partiya  öz  fəaliyyətini  bu 
gün də sürətlə artırır, türk dünyasına meydan oxumaqda davam edir. Bu siyasətin 
təbliğat topluları olan kitablar fars dilində nəĢr olunur, ölkənin yarısını təĢkil edən 
yerli  türk  və  azərbaycanlı  xalqa  qarĢı  xaç  yürüĢü  keçirilir.  “Ermənistan  tarixi”, 
“Mayrik”,  “Pantürkizm  əfsanəsi”,  “Ermənistan  1915-ci  ildə”,  “Ermənilərin 
soyqırımı”, “Qızıl buynuzlu sərkərdələr”, “Bir millətin məhvi” kimi kitabların hər 
sahəsində türk-Azərbaycan xalqına qarĢı nifrət, intiqam hissi kodlaĢdırılıb. Erməni 
terrorizminin  ünvanları  bu  kitabların  tanıdılması  adekvat  tədbirlər  görməyi  tələb 
edir. Bu operativ tədbirlərdən biri kimi iĢıq üzü görən jurnal Qafur Əlipurun, Nəcib 
Hebelment  oğlunun,  Əli  Səmədlinin,  Ozan  Arifin  və  digər  milli  qeyrət  daĢıyıcısı 

71 
 
olan  qələm  adamlarının  məqalələri  vasitəsiylə  ifĢa  olunur,  həqiqətin  üzə  çıxması, 
dünyaya tanıdılması üçün səylər göstərilir (1, 2004, 16 sentyabr). 
18  yanvar  2001-ci  ildə  BBC  radiosunda  müsahibəsində  Amavelyan  deyir: 
“18  yanvar  2001-ci  ildə  Yerevanda  Ermənistanla  Ġran  arasında  3  günlük  iqtisadi 
seminar  keçirilmiĢdir.  Bu  seminarda:  1.  Araz  çayı  üzərində  birgə  elektrik 
stansiyasının  qurulması;  2.  Ġrandan  Ermənistana  qaz  çəkiliĢi;  3.  Mehri-Kaçaran 
tunelinin  qurulması;  4.  Ticarət  və  iqtisadi  əlaqələri  geniĢləndirmək  imkanlarının 
öyrənilməsi (BBC 18 yanvar 2001) məsələləri müzakirə edilmiĢdir. Xatırladaq ki, 
bu qəbildən olan ilk seminar 1998-ci ilin oktyabrında keçirilmiĢdir. 
Ġran tərəfi bəzən ermənilərin hətta Azərbaycanın iĢğal olunmuĢ ərazilərində 
keçirilən  tədbirlərdə  iĢtirakdan  belə  çəkinmirlər.  Belə  ki,  2004-cü  il  mart  ayında 
Novruz bayramı ərəfəsində erməni Ģahmatçısı Tiqran Petrasyanın 85 illiyi Ģərəfinə 
Dağlıq Qarabağda təĢkil olunmuĢ “Beynəlxalq yarıĢda” Ġran Ģahmatçıları da iĢtirak 
etmiĢdilər. 
Eyni zamanda, Qarabağ idmançıları da ayrıca müstəqil idmançı kimi Ġrana 
dəvət  olunub.    Kermanda  karate  üzrə  Beynəlxalq  müsabiqə  keçirilmiĢdir.  Bu 
müsabiqədə Türkiyə, Rusiya, Ermənistan, Qarabağ, Yunanıstan, Gürcüstan, Ġranın 
iki komandası - Kerman və Bəm Ģəhərinin komandaları iĢtirak etmiĢlər. 55 idmançı 
mordad ayının 20-də bir-biriylə mübarizə aparacaqlar (15, 1194, 14 avqust). 
Tədqiqatçı Səlcuq Kamal öz məqaləsində ermənilərin azərbaycanlılara qarĢı 
soyqırım törətmələrinə baxmayaraq, Tehran Ġrəvan ilə Azərbaycanın iĢğal olunmuĢ 
ərazilərində  iĢbirliyinə  malikdir  (13,  s.56-57).  Dünən  Xocalı  faciəsinə  ağlamıĢ 
bəĢəriyyətin  gözləri  bu  gün  bizi  artıq  soyqırıma  aparan  bir  millət  kimi  süzür. 
Fransanın bizim məhkumiyyətimizdə parlamentində saxta qərarlar çıxarır. Amerika 
qərar  almasa  da  önəmli  bir  məsələ  kimi  parlament  iclaslarında  danıĢığa  qoyur. 
Yunanıstan,  Ġtaliya,  ...  eyni.  22  aprel  Tehran  xiyabanları  “Türkə  ölüm”, 
“Azərbaycanlıya  ölüm”  hayqıran  erməni  demonstronsiyonu  özündə  yerləĢdirir. 
Ġranın  Ġslam  ġurası  Məclisində  də  bizim  apardığımız  soyqırım  düzlüyünə  Ġran 
hakimiyyətini inandırmaq üçün iki erməni deputatı çalıĢırlar (13, səh. 56-57). 
Məlumdur ki, Naxçıvanla Azərbaycan Respublikası arasında yerləĢən Mehri 
ermənilərin  əlindədir.  Həmin  rayon  vasitəsilə  ermənilər  Naxçıvanı  iqtisadi 
mühasirəyə salmıĢ, Bakı-Naxçıvan dəmiryol xəttinin iĢləməsinin qarĢısını almıĢlar. 
Ġran Ġslam Respublikası məhz özünün Araz çayı üzərində saldırdığı Mehri körpüsü 
vasitəsilə  Ġrandan  Ermənistana  ticarət  malları,  yanacaq  və  hərbi  sursat  daĢıyır. 
Gündə  60-70  yük  maĢını  vasitəsilə  Ermənistana  mal  daĢınır.  Mehri  ilə  sərhəd 
zonada,  Araz  çayının  hər  iki  tərəfindən  sərhəd  ticarət  Ģəbəkələri  yaradılmıĢdır. 
Təbrizin  Baron  Avak  məhəlləsində  minlərlə  erməni  yaĢayır,  bu  məhəllə  bir  növ 
Təbriz-Ermənistan əlaqələrinin qərargahına çevrilmiĢdir. Ġranın ticarət nazirliyinin 
nümayəndəsi Təbrizə gələrək tacirləri Ermənistanla ticarət etməyə və belə tacirlərə 

72 
 
güzəĢtli  faizlərlə  pul  krediti  verməyi  vəd  etmiĢdir.  Təbriz,  Xoy  və  Urmiyada 
erməni  məktəbləri,  kilsələri  fəaliyyət  göstərir.  Tehranın  universitetlərində  erməni 
dilində  fakültələr  vardır.  Təbriz,  Tehran  və  Ġsfahanda  ermənilərin  fəaliyyəti  daha 
da  geniĢlənmiĢ və  onlar dövlət tərəfindən hərtərəfli himayə  edilir. Ermənistandan 
hərbi  hazırlıq  keçmək  məqsədilə  Ġrana  göndərilmiĢ  erməni  zabitləri  və  kursantları 
üçün  Təbriz  və  Ərakda  hərbi  təlimlər  keçirilir,  onlara  həm  də  fars  dili  öyrədilir. 
Ġran  hökuməti  Ġrəvanda  Göy  Məscid  binasını  yenidən  təmir  etdirmiĢdir.  Halbuki, 
Ġrəvanda  bir  nəfər  belə  müsəlman  azərbaycanlı  türkü  qalmamıĢdır.  Ġran  Ġslam 
Respublikası Ermənistanı qaz, benzin, neft, mazut və s. yanacaq ilə təmin edir. Bu 
amil  isə  Ermənistanın  Azərbaycana  qarĢı  hərbi  təcavüzü  Ģəraitində  Ġrəvana  qarĢı 
hərbi-iqtisadi  dəstək  deməkdir.  Ġran  ilə  Ermənistan  arasında  sıx  iqtisadi,  siyasi  və 
mədəni  əlaqələr  vardır.  1994-cü  ilin  mayında  Rza  Nikkar  Ġsfahani  Ermənistana 
Ġran Ġslam Respublikası tərəfindən səfir təyin edildikdən sonra bu münasibətlər və 
əlaqələr  geniĢ  Ģəkil  almıĢdır.  Ġran  dövlətinin  ermənilərə  bu  qədər  imtiyazlar 
verməsi  təkcə  indiyə  aid  deyildir.  XX  əsrin  əvvəllərindən  baĢlayaraq,  belə 
imtiyazların verilməsi daha geniĢlənmiĢ və çoxaldılmıĢdır (4, s.29). 
Fars  və  ermənilərin  mənəvi  yaxınlığı  vardır.  Belə  ki,  ermənilərlə  farsların 
eyni  dil,  eyni  irqdən  və  qan  qohumluğu  olduğunu  Ġran  alimi  Pərviz  Vərcavəndin 
1999-cu ildə ilk dəfə fars dilində Tehranda nəĢr etdirdiyi “Ġran və Qafqaz” (“Aran 
və ġirvan”) əsərində Andronik Hoyanın fars dilində yazdığı  “Erməni  mədəniyyəti 
ilə  Ġran  mədəniyyətinin  uzun  sürən  həmiĢəlik  bağlılıqları”  yazısı  həmin  kitabın 
361-389-cu  səhifələrində  çap  edilmiĢdir.  O,  yazır:  “Ermənilərin  dili  hind-Avropa 
dilinin bir Ģaxəsidir ki, fars dili ilə yaxın qohumluq əlaqələri vardır. Parfiyalıların 
dövründə  iranlılar  və  ermənilər  bir-birinin  dilini  baĢa  düĢürdülər.  Ġndi  də  Pəhləvi 
lüğətləri  erməni  dilində  müĢahidə  edilməkdədir.  Andronikin  yazdığına  görə, 
ermənilərin  təqvimi  ilə  farsların  təqvimi  eynidir.  12  ay  30  gün  qalır  ki,  farslar 
həmin  beĢ  günü  8-ci  ayın  axırına,  ermənilər  isə  12-ci  ayın  sonuna  əlavə  edirlər. 
Farslarla  ermənilərin  dastanlarında  və  əfsanələrində  də  bir-birinə  çox  oxĢarlıqları 
vardır.  Erməni  dili  ariyailərin  dilindən  biridir  ki,  fars  dili  ilə  ayrılmaz  bağlılığı 
vardır (8). 
Ġranda  Dağlıq  Qarabağ  probleminin  köklərilə  bağlı  ictimai  rəyin 
formalaĢmasında mənfi rol oynayan fars və erməni tarixçilərinin əksinə olaraq, bir 
sıra  müəlliflər hadisələrə  obyektiv,  ədalətli  yanaĢma  metodunu seçmiĢlər.  Erməni 
daĢnaklarının  1918-ci  ildə  Cənubi  Azərbaycanda  Urmiya,  Xoy,  Səlmas,  Maku, 
ġərəfxana,  digər  Ģəhər  və  kəndlərdə  azərbaycanlılara  qarĢı  törətdikləri  soyqırım 
haqda çox az yazılmıĢdır. Təbrizli tarixçi alim Səməd Sərdariniyanın 2005-ci ilin 
sonunda  çapdan  çıxmıĢ  kitabı  (132)  bu  boĢluğu  doldurmaq  üçün  sanballı  bir 
əsərdir.  Müəllif  Qafqaz,  Ġran,  Türkiyəyə  qarĢı  rusların  iĢğalçılıq  siyasətində 
ermənilərin  “katalizator” rolu oynamasını, xəyanət və arxadan bıçaq vurmaq kimi 

73 
 
alçaq əməllərini onların “Böyük Ermənistan” xülyasında yaĢamaqları ilə izah edir 
(12, s.325). 
Bütün  yuxarıda  deyilənlərdən  belə  bir  nəticə  hasil  etmək  olar  ki,  Ġran 
özünün  Qafqaz  siyasətində  Dağlıq  Qarabağ  problemi  ilə  bağlı  mövqeyini 
formalaĢdırarkən  həm  özünün  siyasi,  iqtisadi,  geostrateji  maraqlarını,  həm  də 
region  ölkələrinin  maraqlarını  nəzərə  almağa  çalıĢmıĢ,  lakin  böyük  dövlətlərin 
Cənubi  Qafqazdakı  maraqlarına  münasibətdə  balans  siyasətini  qoruyub  saxlaya 
bilməmiĢ və bu da təbii olaraq adı çəkilən regionda sülh və təhlükəsizliyin hələ də 
kövrək  olaraq  qalmasını  ĢərtləndirmiĢdir.  Rəsmi  dairələr  tərəfindən  Azərbaycan 
Respublikasının  ərazi  bütövlüyünün  tanınması  və  elan  olunmasına  baxmayaraq 
Ġran  dövləti  Qafqaz  siyasətində  Dağlıq  Qarabağ  problemindən  Azərbaycan 
Respublikasına qarĢı vasitə kimi istifadə edir. 
 
 
Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin