Prof.dr.Vaqif SULTANLI
GÜNEY AZƏRBAYCAN MÜHACĠR DÖVLƏTĠNĠN YARADILMASI
ZƏRURƏTĠ
Məlum olduğu kimi, Azərbaycan iki əsrə yaxındır ki, parçalanmıĢ, onun
Quzeyi Rusiya imperiyasının, Güneyi isə Ġran-fars müstəmləkəçilik rejiminin
əsarəti altında yaĢamağa məcbur olmuĢdur. Lakin xalqımız bu əsarət və yad
güclərin bölücülük siyasəti ilə barıĢmamıĢ, zaman-zaman özünün azadlığı uğrunda
mübarizəyə qalxmıĢdır.
1918-1920-ci illərdə Quzeydə yaranan Azərbaycan Xalq Cümhuriyyəti,
1921-ci ildə Güneydə əsası qoyulan Azadistan dövləti, 1945-1946-cı illərdə
fəaliyyət göstərmiĢ Azərbaycan Milli Hökuməti bunun nümunəsidir. Tarixin siyasi
Ģərtləri bu dövlətlərin uzun müddət yaĢamasına imkan verməmiĢ, onlar ayaq
tutmamıĢ, süquta uğramıĢlar.
Nəhayət, rus-sovet imperiyasının çöküĢü ilə 1991-ci ildə Azərbaycanın
Quzeyi özünün uzun müddət itirilmiĢ olan dövlət müstəqilliyini bərpa etmiĢdir.
O da məlumdur ki, hazırda yaranmıĢ olan Azərbaycan Respublikası, bütöv
Azərbaycanın ərazi və əhali baxımından
1
/
4
-dən az bir hissəsini əhatə edir. Böyük
öndər Əbülfəz Elçibəyin dəyərləndirməsi ilə desək, Azərbaycanın mərkəzi və
Güneyi hələ də özünün istiqlaliyyətini gözləməkdədir.
Dövrümüzün siyasi Ģərtləri istiqlaliyyət uğrunda mübarizənin çeĢidli
formalarını ortaya qoyur. Bu mübarizənin formalarını açıqlamadan və hər hansı
birinin daha optimal olduğunu əsaslandırmadan deyə bilərik ki, ikiyə bölünmüĢ,
zəiflədilmiĢ, milli haqları əlindən alınmıĢ Azərbaycanın taleyi harda yaĢamasından
asılı olmayaraq hər bir Azərbaycan türkünü düĢündürməli, narahat və səfərbər
etməlidir.
Ġndilikdə qarĢıda duran əsas məsələlərdən biri Azərbaycanın parçalanmasını
dünya mədəni birliyinin diqqətinə çatdırmaq, siyasi güc mərkəzlərini, insan
hüquqları
ilə
məĢğul
olan
beynəlxalq
təĢkilatları
bu
istiqamətdə
məlumatlandırmaqdan ibarətdir.
Güney Azərbaycanın probleminə diqqəti artırmağın ən mühüm yollarından
biri Güney Azərbaycan mühacir dövlətinin yaradılması və onun dünya miqyasında
tanınması uğrunda mübarizə aparılmasından ibarətdir. Azərbaycanın tarixində və
taleyində mühüm aksiya ola biləcək bu addımın atılması nələrə yol açır:
- Azərbaycanın Güneyində milli-azadlıq hərəkatının güclənməsinə, siyasi
proseslərin durğunluq (passiv) mövqeyindən çıxaraq radikal müstəviyə keçməsinə;
- Milli-azadlıq hərəkatının ideoloji platformasının hazırlanmasına və bunun
Azərbaycanın Güneyində təbliğinə:
23
- Dünyanın aparıcı dövlətlərinin və beynəlxalq təĢkilatların Azərbaycanın
problemləri ilə daha yaxından məĢğul olmasına;
- Azərbaycan xalqının ikiyə parçalanmasının siyasi gündəmə gətirilməsinə;
- Millətlərin öz müqəddəratını təyin etməsi zəminində ictimai-siyasi
fəaliyyətlərin güclənməsinə;
- Qurulacaq gələcək dövlətin anayasasının, strukturunun, idarəçilik
mexanizminin və kadr potensialının formalaĢdırılmasına və s.
Məlum olduğu kimi, mühacir dövlətlərin yaranması təcrübəsi bir çox
xalqlarda mövcuddur. Xüsusilə, sovet siyasi rejimi qurulduqdan sonra dövlət
müstəqilliyini itirmiĢ Ukrayna, Gürcüstan, Azərbaycan və baĢqa respublikaların
siyasi qüvvələri ölkəni tərk etməyə məcbur olmuĢ, istiqlal davasını mühacirətdə
yürütmüĢlər. Məsələn, ötən əsrin 20-30-cu illərində Neo Jordaniyanın baĢçılığı ilə
Gürcüstan, Smal Stotskinin rəhbərliyi ilə ġimali Qafqaz, Məhəmməd Əmin
Rəsulzadənin öndərliyi ilə Azərbaycan mühacir dövləti mövcud olmuĢdur.
M.Ə.Rəsulzadənin rəhbərliyi ilə 1924-cü ildə Ġstanbulda əsası qoyulan
Azərbaycan Milli Mərkəzi sadəcə siyasi təĢkilat deyil, mühacirət dövlətinin
formalaĢmasında fəaliyyət göstərmiĢdir. Elə buna görə də bu təĢkilatın təmsilçiləri
1931-ci ildə Ġ.V.Stalinin M.K.Atatürklə bağladığı müqaviləyə əsasən digər sovet
məhkumu olan cünhuriyyətlərin təmsilçiləri ilə birlikdə ölkədən çıxarılmıĢdır.
1934-cü ilin 14 iyulunda Parisdə M.Ə.Rəsulzadənin təĢəbbüsü və gərgin
əməyi sayəsində Azərbaycan, Gürcüstan və ġimali Qafqaz mühacir dövlətləri
təmsilçilərinin rus əsarətinə qarĢı birgə mübarizəsini tənzimləyən Qafqaz
Federasiyası yaradılmıĢdır.
Məhz Azərbaycan Cümhuriyyətini təmsil etdiyi üçün M.Ə.Rəsulzadə Ġkinci
Dünya savaĢı dövründə (1942-ci ildə) faĢist Almaniyası ilə Berlinin “Adlon”
hotelində rus-sovet imperiyasının dağılacağı təqdirdə Azərbaycanın gələcək taleyi
ilə bağlı danıĢıqlar aparmıĢdır.
Ġkinci Dünya müharibəsi illərində PolĢa, Fransa və baĢqa istiqlaliyyətlərini
itirmiĢ xalqların qurmuĢ olduğu mühacir dövlətlər ciddi siyasi fəaliyyətlə məĢğul
olmuĢlar.
Xüsusilə, 1939-cu ilin sentyabrında V.Sikorskinin baĢçılığı ilə Fransanın
Anje Ģəhərində yaranan, 1940-cı ilin iyunundan St.Mikolayçikin rəhbərlik etdiyi
PolĢa mühacir hökuməti öz fəaliyyəti ilə faĢist Almaniyasının hərbi-siyasi
dairələrində daim təĢviĢ və narahatçılıq yaratmıĢdır.
Yenə 24 sentyabr 1941-ci ildə ġarl de Qollun Londonda yaratdığı Fransa
mühacir hökuməti alman faĢizminə qarĢı Müqavimət hərəkatının təĢkilində
əhəmiyytəli rol oynamıĢdır. 1943-cü ilin iyunundan Əlcəzairdə Fransa Milli
Azadlıq Komitəsi adı ilə fəaliyyət göstərən bu dövləti hətta ABġ, Böyük Britaniya,
SSRĠ və baĢqa ölkələr rəsmən tanımıĢlar.
24
Baltik respublikalarının tarixində də mühacir dövlətin yaradılması təcrübəsi
mövcuddur. Regionun bütövlükdə rus müstəmləkəçiliyinə çevrildiyi illərdə Avropa
ölkələrində uzun müddət Litva, latıĢ və estonların mühacir dövlətləri olmuĢdur.
Məhz bu dövlətlərin ardıcıl, sistemli mübarizələri nəticəsində Baltikyanı regionda
istiqlalçılıq məfkurəsi heç bir zaman sönməmiĢdir. Baltikyanı respublikaların milli-
azadlıq hərəkatının beynəlxalq dəstək qazanması da regionun mühacir dövlətlərinin
birgə, səmərəli fəaliyyətinin nəticəsində mümkün olmuĢdur.
Ümumiyyətlə, qeyd olunmalıdır ki, dünya təcrübəsində mühacir dövlətlərin
yaranması əsasən iki aspektdə özünü göstərir:
1) mövcud siyasi rejimə və onu devirmək məqsədinə;
2) istiqlaliyyət və öz müqəddəratını təyinetmə missiyasını gerçəkləĢdirmək
məqsədinə.
Güney Azərbaycan mühacir dövlətinin yaradılmasının milli haqlarımızın
daha çevik Ģəkildə siyasi gündəmə gətirilməsinə təkan verəcəyi Ģübhə doğurmur.
Çünki burada problem rejimi dəyiĢməyə deyil, istiqlal məfkurəsinin
gerçəkləĢməsinə, milli haqların tanınmasına, millətlərin müqəddaratını təyinetmə
prinsiplərinə söykənir.
Dr. Ənvər UZUN
Trabzon, Türkiyə
GÜNEY AZƏRBAYCANIN ÇAĞDAġ
SĠYASĠ DURUMU
Ġllərlə kimliyini qoruma qeyrəti içərisindəki Güney Azərbaycan türkləri
zamanın axımına paralel inkiĢaf edən bəzi hadisələrə bağlı olaraq bir sıra
çətinliklərə sinə gərmək məcburiyyətində qalmıĢ, bu yolda xeyli sayda dəyərli
övladını qeyb etmiĢdir. Güney Azərbaycan türkləri Sovet Rusiyasının dəstəyi ilə
1945-ci ildə arzularına qovuĢmuĢ olsalar da, bu qələbə uzun ömürlü olmamıĢdır.
Çünki bu qələbə əslində Sovet Rusiyasının dəstəyi ilə əldə edilmiĢdi. Bu vəziyyətlə
barıĢmayan Güney aydınları öz arzularını açıq bir Ģəkildə dilə gətirdikləri üçün
Rusiyanın dəstəyini çəkməsi ilə birlikdə təkbaĢına qalınca əllərindəki azadlıqları da
ġah hakimiyyəti tərəfindən sona çatdırılmıĢdı.
Ġndi isə aradan keçən altmıĢ ildən artıq bir zaman kəsiyindən sonra bu dəfə
ABġ Güney Azərbaycan türklərinin biganə qaldığı vəziyyətinə birdən-birə diqqəti
çəkəcək Ģəkildə həyan olmağa baĢlamıĢdır.
ġübhəsiz ki, Güneydəki Azərbaycan türklərinin problemlərinin
çözülməsində “Türkün türkdən baĢqa dostu yoxdur” gerçəyi ilə həmlələr
25
edilməlidir. Unudulmamalıdır ki, son dönəmlərdə, xüsusilə, Qafqaz və Orta ġərq
coğrafiyasındakı siyasi proseslər olduqca təhlükəlidir. Ġmperialist Rusiya və ABġ
öz mənfəətləri naminə bəhs olunan coğrafiyadakı xalqların mənfəətlərini nəzərə
almadan yeni müstəmləkə ocaqları yaratmaq niyyətindədirlər. Bu mənfəət
həmləsində indilikdə ABġ daha aktiv görünməkdədir.
ABġ bunun üçün ilk olaraq Ġraqı dağıtmıĢ və Türkiyənin qarĢı çıxmasına
baxmayaraq kürdlərin lideri Bərzaninin baĢçılığı ilə bir Kürd federasiyası
gerçəkləĢdirmiĢ, Quzey Ġraqa 400 min kürdü yerləĢdirmiĢdir. Bölgəyə təzyiqi hər
gün bir az daha artıran ABġ-ın hədəf nöqtəsində Ģübhəsiz ki, Ġran olacaqdır.
Hər nə qədər ABġ Əfqanıstan, Azərbaycan, Gürcüstan və Ġraqa yerləĢərək
Ġranı hədəfə almıĢ olsa da, onun keçmiĢ təcrübələrdən dərs alaraq açıq bir Ģəkildə
Ġrana hərbi operasiya düzənləmə ehtimalı zəifdir.
Ġrana hər nə qədər dini nəzarət mexanizmi hakim olsa da dövrün texnoloji
imkanları vasitəsiylə xalqın mühüm bir qismi çağdaĢ yaĢam tərzini seçməyi bir
haqq olaraq düĢünməkdədir. Bunun nəticəsində də mühafizəkar-reformist iki
görüĢ sıx-sıx Tehran küçələrində qarĢı-qarĢıya gəlməkdədir.
Digər tərəfdən isə 1913-cü ildə Gülüstan sülh müqaviləsi ilə azadlıqları
əlindən alınaraq torpaqları yağmalanmıĢ Güney Azərbaycan türkləri öz
istiqlaliyyətini qazana bilmək üçün daha çox gəncini dar ağaclarında qeyb etmiĢdir.
Bütün bunlar əslində ABġ-ın Ġranda həyata keçirmək istədiyi savaĢ konsepsiyası
üçün yetərli potensialdır. Ona görə də ABġ Ġrandakı Azərbaycan türklərindən və
kürdlərdən istifadə etməkdən çəkinməyəcəkdir. Ġran əhalisinin yarısını təĢkil edən
türklərdən baĢqa beĢ-altı milyon civarında olan kürdlərin varlığı söylənməkdədir.
Bu durum Ġranın zəif tərəfidir. ġübhəsiz ki, ABġ dəyiĢik söyləmlər ilə, hətta açıq
bir Ģəkildə Azərbaycan türklərinə müxtəlif vədlər verəcəkdir. Türkləri və kürdləri
dəstəkləyərək öz lehinə bir durumun həyata keçməsinə çalıĢacaqdır.
Ġrandakı rejimin dəyiĢdirilməsi ABġ üçün önəmli bir məsələ olaraq
görünməkdədir, bunun üçün VaĢinqton və Təl-Əviv uzun illərdir ki, ilgilərində
olmayan Güney Azərbaycan məsələsinə əyilmiĢdir. Hər nə qədər bu iliĢkilər hələ
kəskin Ģəkildə dünya ictimaiyyətinə təqdim edilməmiĢ olsa da, Ġran kürdlərinin
ABġ və Ġsrail tərəfindən hər cür dəstəkləndiyi bilinməkdədir. Bunun nəticəsində
Ġrandakı kürdlər hər gün bir az daha güclənməkdədirlər. Bunun nəticəsində onlar
sadəcə iranlıları deyil, Güney Azərbaycanlıları da özləri üçün potensial bir güc
olaraq görməkdədirlər. Bunun qarĢısını ala bilmək üçün Güney Azərbaycanlılar
üzərində təzyiq yaratmağa çalıĢmaqdadırlar. Ġranda yaĢayan kürdlər Güney
Azərbaycanlıların sıx yaĢadığı Urmiya, Ərdəbil, Təbriz, Maku və digər Ģəhərlərdə
məskunlaĢaraq bu yaĢayıĢ məskənlərini kürdləĢdirməkdədirlər. Bu mücadilə
hazırda PKK və Pejak adlı silahlı kürd qrupları tərəfindən həyata keçirilməkdədir.
26
Güney Azərbaycana məxsus Urmiya və xüsusilə də Negadənin on il öncəyə
qədər əhalisinin 95%-ni türklər təĢkil edirdi. Son zamanlarda 3 milyon kürd bu
bölgəyə yerləĢdirilmiĢdir. Bu gün adı çəkilən yerlərdə kürd əhalisinin 50%-i
keçdiyi söylənməkdədir. (Vedat Yenerer. Urumiye ve Negade Kürtleşdiriliyor,
“Yeniçağ” gazetesi, 11 Mart 2005 İstanbul/Türkiye).
Dünya Azərbaycanlılarının Haqlarını Müdafiə Komitəsinin açıqlamasına
görə, Kəlbəcər, Qubadlı, Laçın bölgələrinə 200-500 kürd ailəsinin yerləĢdirildiyi
qeyd olunmaqdadır. Kamil Kərim Yandı “Azadigan” qəzetinə yazdığı “Kamalizm
doktrini və Türkiyədə kürd nasionalist hərəkatlarının Ģiddətlənməsi” adlı bir
məqalədə açıq bir Ģəkildə kürd və PKK iĢ birliyi və Türkiyə əleyhdarlığı
sərgiləməkdədir. 2000-ci ildə Tehranda PKK baĢçısı Abdulla Öcalanın “Ġslam,
vətənsevər Kürdistan toplumu və məni qətl etmə planı” adlı əsəri nəĢr edildi.
Halbuki, Ġranın iĢğalındakı torpaqlardakı 35 milyon Güney azərbaycanlıların kitab
nəĢr etmə hüquqlarına ciddi yasaqlar qoyulmuĢdur. Ancaq PKK üçün sərrast yayın
haqqının olması düĢünülməsi gərəkən bir durumdur. Kitabla yanaĢı, Ġranın
“Azadigan” qəzetində Türkiyə düĢmənliyinə geniĢ yer verilməkdədir.
Ġran aĢkar Ģəkildə kürdlərin Türkiyə əleyhindəki yayınlarına izn
verməkdədir. ĠĢin ən acınacaqlı tərəfi isə Ġran içərisindəki kürd oluĢumunu, ya da
hərəkatları əskidən bəri Ġranın əsas düĢmən qismində gördüyü ABġ və Ġsrail
tərəfindən yürüdülməkdədir. Ġsrail ilk olaraq 1964-cü ildə kürdlər ilə əlaqə
yaratmıĢdır. Bu ildə Ġsrailin müdafiə nazirinin müavini kürdlər arasında etibar
sahibi olan Kamran Əli Bədirxan ilə gizli bir Ģəkildə görüĢmüĢ və bu görüĢmə
nəticəsində bir peĢmərgə qrupunun Ġsraildə silahlı təlim alması qərara alınmıĢdır.
Bu fəaliyyət 1965-ci ilin avqust ayında baĢlamıĢ və üç ay davam etmiĢdir. Daha
sonra Ġsrail, General Tsuri Saguy, Haim Levakov və Arik Regevidən Ġraq ordusuna
qarĢı istifadə etmiĢdir. 1972-ci ildə Ġraq ordusu tərəfindən əzilən kürdlərin
imdadına Ġsrailin Tehran hərbi atteĢesi Yaakov Nimrudi yetiĢmiĢdir. Nəhayət, Ġran
Ģahı Rza Pəhləvi Rıçard Nikson ilə görüĢərək kürd terrorçuları üçün Ġsrail və ABġ-
dan 24 milyon dollarlıq bir yardım almıĢdır (“Türk sesi” gazetesi, 30 Eylül 2004/7
Ekim 2004 Trabzon/Türkiye).
Bu durum əslində strateji baxımdan qarĢıda Türkiyə və Güney Azərbaycan
türkləri üçün acınacaqlı olan vəziyyət sərgiləməkdədir. Çünki Quzeydən
Ermənistan və Güneydən qurulacaq kürd dövləti ilə Türkiyənin Orta Asiya
bağlantısı tamamən kəsilərkən Güney Azərbaycan təcrid edilərək zamanın axıĢında
assimilyasiya təhlükəsi ilə üz-üzə qalacaqdır. Ġranın son zamanlarda ölkənin
qərbindəki kürdlərə olası ABġ hücumundan müdafiə üçün ciddi Ģəkildə silah
payladığı söylənməkdədir. Əgər durum belə isə bu Ġraqda türkmənlərin yox ediliĢi
planının bir baĢqa versiyası olacaqdır. Çünki Amerika Ġraq hücumunda kürdlərə
(peĢmərgələrə) Ġraq ordusuna aid silahları paylayıb onları ağır döyüĢ texnikası ilə
27
silahlandırarkən, türkmənlərin silahsızlaĢdırılmasına cəhd göstərmiĢ və hətta bəsit
silahlar kimi qəbul edilən tapançaları belə toplamıĢ, Ġraq Türkmən Cəbhəsinə aid
büroya tez-tez hücumlar düzənləyərək türkmənlərin tanınmıĢ liderlərini həbs
etmiĢdir. Bu gün isə Ġraq türkmənləri öz taleyinin ixtiyarına buraxılmıĢ
durumdadır. Eyni ssenarinin Güney Azərbaycan türklərinə Ģamil ediləcəyinə heç
bir Ģübhə yoxdur. Rəfsəncani öndərliyində reformist siyasət inkiĢaf etdirilərək,
ABġ-ın arzuları həyata keçiriləcəkdir. Çünki Rəfsəncaninin ABġ-a molla rejimini
dəyiĢdirmə, nüvə obyektlərini qapatma və s. yönündə vədlər verdiyi
söylənməkdədir. Əgər durum bu istiqamətdə isə gerçəkdən də Güney Azərbaycan
türkləri gözləmədikləri bir çətinliklə qarĢı-qarĢıyadırlar. Çünki bu gün Ġran ilə
ölüm-dirim qovğasında belə olmayan Güney Azərbaycanlılar yaxın bir zamanda
ABġ dəstəyindəki kürdlər ilə çox ciddi bir savaĢa girəcəkdir. Halbuki Güney
Azərbaycan türklərinin əllərində müdafiə üçün hər hansı bir silah yoxdur.
Ġran yetmiĢ milyonluq əhalisi, müəyyən sənaye potensialı və dünyanın
dördüncü böyük neft istehsal edən ölkəsi olub əhalisinin 75%-i 25 yaĢın altında
gənc bir nüfusa sahibdir. Ġqtisadiyyatın 70%-i dövlətin nəzarətindədir. Bu ABġ-ın
Orta ġərq siyasəti üçün heç də qəbul ediləcək bir durum deyildir. Elə bu
səbəbdəndir ki, ABġ Ġran üzərində qeydsiz-Ģərtsiz bir hakimiyyət qurmaq
istəyindədir.
Ancaq Amerikanın Ġran torpaqlarında uzun illər qala bilmə Ģansı olmadığından
Ġranda öz amaçlarına xidmət edəcək kukla bir hakimiyyət formalaĢdıracaqdır. Bu
hakimiyyət üç formada yaradıla bilər:
1. Rza Ģahın oğlunun liderliyində demokratik görünümlü bir hakimiyyət
formalaĢdırmaq;
2. Ġranı üç parçaya bölərək muxtar bölgələr yaratmaq;
3. Kürd federasiyasını yaratmaq.
Zənnimizcə, bu üç seçənək içərisində ilk mərhələdə Güney Azərbaycan
türkləri də göstəriləcək, ancaq sonrakı proseslərdə Ġraqda olduğu kimi say
çoxluğuna baxılmadan kürdlərin ön plana çəkiləcəyi istisna olunmur. Ġlk seçənəyin
olma Ģansı Ģiə güclər səbəbindən olduqca böyük olsa da, üçüncü seçənəklə
tamamlanacaqdır. Yəni Güney Azərbaycanlıların bir federasiya da yaratmalarına
fürsət vermədən muxtar bir kürd federasiyası qurulacaqdır. Çünki bu ABġ
mənfəətlərinə
ən uyğun olan seçənəkdir. Dolayısıyla burada Güney
azərbaycanlılardan alət kimi istifadə edilərək, onların bir yandan farslar, digər
tərəfdən kürdlər tərəfindən sıxıĢdırılacağı düĢünülməkdədir.
Kürdlərin bu mücadilədə ABġ-dan və Ġsraildən hər cür dstək alacağına hər
hansı bir Ģübhə olmamalıdır. Azərbaycan türklərinə isə hər hansı bir dövlətin
yardım etmə Ģansı yoxdur. Ona görə də Güney Azərbaycan türkləri böyük
28
dövlətlərin qurmuĢ olacaqları tələyə düĢməmək üçün milli mənafeyə uyğun bir
davranıĢ sərgiləməlidir.
Güney azərbaycanlılar say çoxluğuna güvənmə xətasını iĢləməməli, dünya
güclərinin onlardan sadəcə öz iqtisadi və siyasi maraqlarını gerçəkləĢdirmək üçün
yararlanacağını yaddan çıxarmamalıdırlar.
Ġran Güney Azərbaycan türklərinin birliyini pozmaq üçün əl altından
müxtəlif siyasi qurumlar və birliklər yaratmaqdadır. Kürdlər Güney Azərbaycanın
tarixi torpaqlarında ABġ-ın gizli dəstəyi ilə yerləĢməkdə, orada qarĢıda yaradıla
biləcək sözdə demokratik hakimiyyət anlayıĢı ilə beynəlxalq ictimaiyyətin təzyiqilə
üzləĢməmək üçün say çoxluğu yaratmaq niyyətindədir. Eynən Kərkükdə olduğu
kimi türk əhalisinə sahib cənub-qərbi Azərbaycan Ģəhərləri sürətli bir Ģəkildə
kürdləĢdirilməlidir. Bu prosesin özəlliklə Güney Azərbaycanın qərbindəki yaĢayıĢ
məntəqələrində gerçəkləĢdirilməsi təsadüfi deyildir. Beləcə Ġran Türkiyədən Güney
Azərbaycan türklərinə gələ biləcək yardımın qarĢısını almağa çalıĢarkən, ABġ isə
Türkiyə və Orta Asiya arasındakı əlaqəni sona qədər bağlaya biləcəkdir. Bunun
üçün Ġran, ABġ və Ġsrail Ġrandakı kürdlərdən öz mənfəətləri naminə yararlanmağa
çalıĢmaqdadırlar. Və bu çalıĢmalar Güney Azərbaycan türkləri üçün qarĢıda çox
ciddi problemlər yaradacaqdır.
ĠĢin baĢqa bir mürəkkəb tərəfi isə Güney Azərbaycan türklərinin çox yaxın
bir zamanda baĢ verə biləcək bu olaylara qarĢı hər hansı bir hazırlıqlarının
olmamasıdır. Güney Azərbaycan türkləri öz aralarındakı bəsit fərqlilikləri bir
kənara qoyaraq çox yaxında cərəyan edəcək yeni proseslərə bir az da olsa hazırlıqlı
hala gəlməlidirlər.
Dr. Gülara Yenisey
Ġstanbul, Türkiyə
ĠRANDA MƏRKƏZĠ REJĠMĠN ETNĠK
QRUPLARA BAXIġI VƏ BU QRUPLARIN
MƏRKƏZDƏN BƏKLƏNTĠLƏRĠ
Ġran, içində 24 fərqli dinsəl, dinsəl qrupun və bunlar arasında da 11 etnik
qrupun yaĢadığı bir ölkədir. Habelə, basqın (dominant) etnik qrupun sayca
çoxunluğa (əksəriyyət) sahib olmadığı nadir ölkələrdəndir. Etnik çeĢidlilikdən
baĢqa, bu etnik qrupların bəlli bölgədə yoğunlaĢmıĢ bir Ģəkildə (kompakt), çox
29
vaxt da bu bölgəyə həmsərhəd olan ölkədəki etnik soydaĢlarına coğrafi olaraq
yaxın olmalarıyla diqqət çəkir.
Ġranda etnik qrupları bir-birindən ayıran ən önəmli kriteriya dildir. Ġkinci
dərəcədə din-inanc, həyat tərzi (yerləĢik, əĢirət, köçəri), irq yapısı (dıĢ görünüm) və
coğrafi bölgə gəlməkdədir. Etnik qruplar ümumilikdə ölkənin bəlli bölgələrində
cəmləĢmiĢ (kompakt) halda yaĢamaqdadırlar. Bunun yanında kiçik qruplar halında
etnik bölgə dıĢındakı bölgələrdə məskunlaĢmıĢ qruplar da vardır. Ġrandakı təməl
etnik bölgələri orada məskun təməl etnik qrup faizi ilə birlikdə belə sıralaya
bilərik:
Farsistan (% 83) Farslar
Bəluçistan (% 90) Bəluçlar
Azərbaycan (% 95) Azərbaycanlılar
Loristan (% 90) Lorlar
Kürdistan (% 95) Kürdlər
Xuzistan (% 40) Ərəblər
Laristan (% 90) Larlar
Ləkistan (% 95) Ləklər
Türkmənistan (% 40) Türkmənlər
Gilan (% 85) Giləklər
Mazandaran (% 95) Mazandaranlı (4, s. 19).
Ġrandakı dartıĢmalı mövzulardan biri də etnik qrupların gerçək əhali sayları
haqqında bilgilərlə bağlıdır. Ġranda keçirilən ümumi əhali sayımı nəticələri,
özəlliklə etnik qrupların sayları ilə əlaqədar verilən gerçək durumu əks etdirmədiyi
yönündəki yayğın bir görüĢə səbəb olaraq, etnik qrupların təpkilərinə yol
açmaqdadır. Etnik çeĢidlilik və etnik qrupların demoqrafik sayca böyüklüyü,
Ġrandakı siyasal iqtidarı, əhali sayım raportlarını təhrif edərək, sonucları fərqli
göstərmənin yanında, baĢqa yöntəmlərə baĢ vurduğu da bilinməkdədir. Ölkədəki
əyalətlərin hüdudları dəyiĢdirilərək, mövcud əyalətlər ikiyə bölünərək, yaxud da
fərqli əyalətlərdəki ayrı-ayrı etnik qrupların bir araya gətirilməsi ilə qurulan yeni
əyalətlər bu yöntəmlərdən sayıla bilər. Məsələn, Azərbaycan əyaləti, ġərqi
Azərbaycan əyaləti, Qərbi Azərbaycan əyaləti, Ərdəbil əyaləti olmaq üzrə üçə
bölünmüĢ, habelə 1997-ci ildə Qəzvin eli Azərbaycana bağlı Zəncandan
qoparılaraq ayrı bir əyalət halına gətirilmiĢdir. Eyni ildə Mazandaran əyaləti də
ikiyə bölünərək, Gürgan mərkəzli Gülistan əyaləti qurulmuĢdur.
Son dönəmdə Ġrandakı etnik qruplarla mərkəzi hökumət arasındakı əlaqələr
ələ alındığında, çevrədə özəlliklə son illərdə etnik hərəkətliliyin bəlli oranda
yüksəldiyi görünməkdədir. Məsələn, mərkəzi hökumətin etnik qrupları “qövm”
adlandırması, Ġran basınında dartıĢılan və etnik qrup təmsilçilərinin tez-tez tənqid
etdiyi bir mövzu halına gəlmiĢdir. Etnik qrup mənsubu aydınlar əski çağlara aid
30
gəliĢməmiĢ toplumları ifadə etdiyini iddia etdikləri “qövm” tanımlamasını rədd
edərək, özlərinin “xalq” Ģəklində tanımlanması gərəkdiyini irəli sürməkdədirlər.
Ġran prezidenti Məhəmməd Xatəmi 2002-ci ildə BirləĢmiĢ Millətlər TəĢkilatında
etdiyi çıxıĢında Ġranı “kəsirül-melli” (çox millətli) bir dövlət Ģəklində tanımlamıĢ
olması diqqət çəkici olmaqla birlikdə Ġran siyasi mədəniyyətindəki ümumi
söyləmdə “qövm” tanımlamasının hələ də davam etdiyi görülməkdədir. Bu durum,
Ġrandakı mövcud rejimin ġiə ümmət anlayıĢını ön planda tutaraq, çağdaĢ
dünyamızda iĢlədilməkdə olan etnik azınlıq qavramını kökündən rədd etdiyini və
dolayısıyla etnik haqlar məsələsinə tamamilə qarĢı olduğunu ortaya qoymaqdadır.
Mərkəzin etnik qruplara baxıĢ açısını yansıdan bir baĢqa xüsus, basqın
qrupun digər etnik qrupların tarixi keçmiĢini, mədəni özəlliklərini yox saymağa,
görməzlikdən gəlməyə, yaxud da etnik kimliklərin bütün bu ünsürlərinin fars
mədəniyyəti və tarixindən törəyib kiçik dəyiĢimlərə uğramıĢ uzantıları olaraq əks
etməyə yönəlik təĢəbbüsləridir. Bu gün, Ġranda mərkəzin digər etnik qruplara
baxıĢını göstərən, etnik mədəniyyətlərin keçmiĢini, tarixini təhrif edən kitab və
məcmuələrə bol-bol rastlanmaqdadır. Məsələn, Ġranda çap olunmuĢ “Torkmenhaye
Ġran” foto albomunun giriĢ bölümündə Türkmənlər və ümumilikdə Türklər
haqqında “maraqlı” bilgilər vardır. Bu bilgilər, əslində Türk soylu etnik qruplara
Ġrandakı rejimin baxıĢını əks etdirməkdədir. Əsərin mətn yazarı fikrini belə ifadə
edir: “Mifləri bir kənara buraxsaq, bu günə qədər Türklərin etnik kökəni haqqında
dəqiq bir sənəd və ya bəlgə əldə edilməmiĢdir (?). “Türkmən” kəlməsi əskidən
yoxdu. Çöldə yaĢayan Türk əsilli (?) bütün qövmlərə xalis (Türk) deyilməkdəydi
və hər qəbilənin özünəməxsus adı vardı. Oğuz boyları öz yurdlarından
Mavərannəhrə və Ġrana köç edərək, bu bölgəyə yerləĢdilər. Zamanla əhalisi
çoxaldı və yaĢadığı bölgənin iqliminə uyum göstərərək fiziki olaraq taciklərə
bənzəməyə (?) baĢladılar. Ancaq gerçək tacik olmadıqlarına görə bu qövmlər
“Türkəmən” yəni “Türkə bənzər” (?) adlandırıldı. Bu səbəblə bütün oğuz boyları
bu adla adlanmağa baĢladı” (3.s.9).
Mərkəzin, fars dili ilə bağlı rəsmi görüĢünü əks etdirən bir örnək də litseylər
üçün hazırlanmıĢ bir dərs kitabında yer almaqdadır. Kitabdakı bir paraqrafda fars
dili ilə bağlı bir ifadə keçməkdədir: “Fars dili islam dünyasının ikinci və ölkəmizin
rəsmi dilidir. Fars dilini gücləndirmək və yayğınlaĢdırmaq üçün çalıĢmaq hər bir
müsəlman iranlıya fərzdir və bir növ ibadət sayılır. Çünki fars dili bizim
müstəqilliyimiz və azadlığımızın təməllərindəndir.” (4.s.109).
Ġran içində demokratik bir ortamda etnik sorunların dartıĢılmasının
imkansızlığı səbəbiylə bu cür mövzuların son zamanlarda ölkə dıĢında keçirilən
toplantılarda dilə gətirildiyi görülməkdədir. Bu toplantılardan biri 24 may 2004
tarixində Londonda “Ġranda demokratiyanın yerləĢməsi və ölkənin gələcəyə
yönəlik siyasətlərini bəlirlənməsində etnik qrupların rolu” mövzulu seminar Ġranın
31
çeĢidli müxalif partiyalarının üzvlərinin və etnik qrupların ölkə dıĢındakı siyasi
təĢkilat təmsilçilərinin qatılımı ilə gerçəkləĢmiĢdir. Toplantıda Ġran müxalif
partiyaları üzvlərindən Dr. DariyuĢ Humayun, Dr. Əlirza Nurizadə, Dr.
ġeyxulislami, Dr. Bağerzadə, həbelə etnik qrupları təmsilən bəluç, kürd, ərəb,
türkmən və azərbaycanlı qatılımçılar da olmuĢlar. Bəluç BirləĢik Cəbhəsinin iki
təmsilçisindən Dr. Abdulqadir DuĢuki “etnik sorunları anlamadan Ġranın milli
birliyinin mümkün olmayacağı” təsbitini edərkən, digər təmsilçi Məmmədəmin
MirlaĢari, bəluç xalqının haqlarını müdafiə edərkən, Pakistan və Əfqanıstanda
bəluç dilinin rəsmi dil olaraq tanındığını, bəluçlara nisbi muxtariyyət haqqının
verildiyini xatırladaraq, Ġrandakı durumun isə çox fərqli olduğunu vurğulamıĢdır.
Azərbaycandan ġahin Ustaclı “Güney Azərbaycan Ġnsan Haqlarını Müdafiə
Komitəsi” üzvü olaraq, Mahmud Bilgin isə “Güney Azərbaycan Milli OyanıĢ
Hərəkati” təmsilçisi olaraq düĢüncələrini dilə gətirmiĢlər. Bilgin, Ġrandakı bütün
etnik qrupların eĢit olması gərəkdiyinə və ölkə üçün federal yapımın qurulmasının
çox önəmli olduğuna diqqət çəkmiĢdir. Əhvaz Demokratik Birlik Cəbhəsinin
təmsilçisi Musa ġərifi, Rza Ģah dönəmində ərəblərə edilən zülmlərdən bəhs
edərkən, bu basqıların bu gün də davam etdiyi və Ġranda federal sistemin tətbiq
olunması gərəkdiyi fikrini irəli sürmüĢdür. Azərbaycanlı tanınmıĢ aydın – Rza
Əğnami, Ġrandakı dini azınlıqlara tanınan dil haqqının yanında, universitetlərdə
yabançı dillər öyrədildiyi halda, etnik azınlıqların dil haqqından yoxsun olduqlarını
və rəsmi medyada sürəkli həqarətlərə məruz qaldıqlarını vurğulamıĢdır. Bir baĢqa
bəluç təmsilçi Nasir Mübarəki, Ġranda etnik sorunların MəĢrutə inqilabından bu
günə qədər davam etdiyini, 1906-cı il öncəsinə qədər Ġranın ənənəvi federal yapı –
Məmaliki Məhrusa sisteminə sahib olduğunu xatırladaraq, əski sistemin
qaldırılması ilə ortaya çıxan sorunların bu gün də davam etdiyini və bu sorunların
təməlində fars Ģovinistlərinin Ġranda tək dil, tək mədəniyyət, tək millət siyasətinin
olduğunu bəlirtmiĢdir. Daha sonra müxalif partiya üzvləri, etnik qrup
təmsilçilərinin dilə gətirdikləri mövzularla əlaqədar düĢüncələrini bildirmiĢlər.
Jurnalist-yazar A.Nurizadə, etnik haqların verilməsində bir saqınca görmədiyini,
yüz il öncə MəĢrutə Konstitusiyasında var olan etnik haqların bu gün “ölkə
parçalanar” deyə tətbiq olunmamasına bir anlam verə bilmədiyini söyləmiĢdir. Ġran
MəĢrutə Partiyası üzvü, tanınmıĢ siyasətçi Dr. D.Humayun, keçmiĢdə çox
zülmlərin edildiyinin doğru olduğunu, etnik məsələlərə önəm verilməsi gərəkdiyini
vurğularkən, birləĢmək üçün hər kəsin əlindən gələni etməsinin önəmini və “azla
yetinməsi gərəkdiyini” vurğulamağı da unutmamıĢdır (20).
London seminarı, bu gün Ġranda etnik sorunların son dərəcə aktual
olduğunu və gələcəkdə də ölkənin siyasi gündəmində önəmli yer tutacağını ortaya
qoymuĢdur. Etnik qruplar həssas mövzuları ölkə içində açıqca dilə gətirə bilmədiyi
üçün ölkə dıĢında keçirilən bu cür toplantılar böyük önəm daĢımaqdadır. Ġrandakı
32
etnik qruplar inqilabdan bu yana ölkə içində sürəkli dil və mədəni haqları ilə bağlı
tələblərini təkrarladığı kimi, Ġran üçün ən uyğun dövlət modelinin federal bir yapı
olduğunu da dilə gətirməkdədirlər. Eyni tələb bu seminarda da bütün etnik qrup
təmsilçiləri tərəfindən açıqca ortaya qoyulmuĢdur. Seminarda diqqət çəkən bu
xüsus, ilk baxıĢda mərkəzi etnik qrupu təmsil edən rejimə müxalif siyasi Ģəxslərin
(çoxu Cəbhəye Melliye Ġran” təmsilçisidir) etnik qrupların rejimin onlara yönəlik
siyasətlərindən narazılığı və haqlarının illərcə çeynənərək pozulması məsələsində
həmfikir olduqları görülsə də, bu təsdiqləmə görüntüsünün əslində zahiri olduğu,
gerçəkdə isə etnik qrupların sorunlarına ciddi çözümlər tapmağı və bu qrupların ən
önəmli tələbi olan federalizm mövzusunu dartıĢmağı düĢünmədikləri kimi,
problemi “azla yetinmək gərəkdiyi” Ģəklindəki sözlərlə baĢdan etməyə çalıĢdıqları
da müĢahidə edilməkdədir. Habelə bir baĢqa müĢahidə, bugünkü mövcud rejimə
gələcəkdə alternativ olacağı ehtimal edilən müxalif gücün, bugünkü rejimdən fərqli
olaraq fars millətinin üstünlüyünə dayalı son dərəcə Ģoven bir söyləmə sahib
olduğu yönündədir. Bu durum, gələcəkdə Ġranda olası rejim dəyiĢikliyi sonucunda
iĢ baĢına gələcək yeni güclərlə etnik qruplar arasında böyük təzad və gərilimin
ortaya çıxacağını da göstərməkdədir.
Ġranda çevrəni təĢkil edən etnik qrupların son illərdə sərgilədikləri
etnosiyasi mobilizasiya incələndiyində, etnik qrupların inqilabın baĢından bəri
konstitusiyaya qoyulmuĢ etnik haqlarla bağlı maddələrin icra edilməməsi və bu
qruplara qarĢı basqıçı siyasətlərin davam etməsindən son dərəcə narazı olduqları,
bu durumun etnik qruplarla rejim arasındakı gəlirimi hər gün bir az daha
yüksəltdiyi görülməkdədir. Bunun yanında, çevrədəki etnik qruplar son illərdə
politizə olma yönündə bir meyllilik sərgiləməkdədirlər. Yerəl yayınlar
incələndiyində güncəl mövzulardan biri olaraq, 100 il öncəki Qacar dövrü MəĢrutə
Konstitusiyasının etnik haqlar baxımından bugünkü Ġran konstitusiyasından daha
demokratik olduğu, habelə Məmaliki Məhrusə (ənənəvi federal yapı) sistemi
qapsamında ölkənin idarə biçiminin yenidən ələ alınması gərəkdiyi yönündəki
tələblərin güncəlliyini qoruduğu xüsusu diqqətə çəkməkdədir. Bəzi yazarlar hətta
açıqca “ġah, etnik sorunlara yetəri qədər ilgi göstərsəydi, bu gün iqtidarda olurdu”
Ģəklindəki ifadələrlə məsələnin önəmini vurğulamaqla birlikdə rejimə də açıq
mesaj göndərməkdədirlər (5.s.253).
Ġranda basqın (dominant) etnik qrup olan farslarla, basqın olmayan (non-
dominant) digər etnik qruplar arasındakı əlaqələrin hər zaman uyum içində
olduğunu, ölkə inteqrasiyasını möhkəmləndirdiyini söyləmək mümkün deyildir.
Tam tərsinə, Ġranda etnik gərilimin sürəkli mövcud olduğunu, bəzən də mərkəzqaç
qüvvələrin sürətlənməsi ilə bu gərilimin daha da Ģiddətli hala gəldiyini, bəzi
durumlarda isə ölkə bütünlüyünün pozulma təhlükəsi ilə qarĢı-qarĢıya qalaraq
kritik dönəmlərdən keçdiyini görürük. Mərkəz, etnik qrupların haqlarıyla bağlı
33
tələbləri məsələsində xoĢgörü və anlayıĢdan uzaq bir tövr sərgiləməkdə, bu cür
tələbləri “bölücülük, ayrılıqçılıq” suçlamalarıyla qaralamaqdadır. Gerçəkdə isə
Ġrandakı bütün etnik qruplar incələndiyində, bu gün ayrılıqçı hərəkatların
bulunmadığı və tələblərin dil və mədəni haqlarla məhdud olub, bəkləntilərin Ġran
üçün ən uyğun idarə biçimi olaraq görülən federalizm cizgisini keçmədiyi
anlaĢılmaqdadır.
Etnosiyasi bağlamda ən çox azərbaycanlılar, kürdlər və ərəblərin
siyasiləĢmiĢ və səfərbər olmuĢ etnik qruplar olaraq önə çıxması bir faktdır. Çünki
bu etnik qruplarda tarixən etnosiyasi hərəkatlar üçün vacib olan siyasi təĢkilat və
siyasi aktyorların var olduğunu görürük. Bu etnik qruplar arasında ölkənin ən
böyük etnik qrupunu Türk soylu, Ģiə məzhəbindən olan azərbaycanlıların təĢkil
etdiyini, sünni məzhəbinə mənsub kürdlərin ölkədə mərkəzi hökumətə qarĢı
mübarizədə etnik millətçilik acısından aktiv durumda olduqları, ərəblərin isə sayca
kiçik azınlıq olduğuna baxmayaraq, özəlliklə son illərdə ərəb kökənli aydınların
fars millətçiliyini və mərkəzi hökumətin etnik siyasətini hədəf alan sərt tənqidi
yazıları ilə diqqət çəkdikləri bir faktdır. Özəlliklə, son dövrdə bəluçların
aktivləĢdiyini görməklə yanaĢı, bu bölgədə coğrafi və iqtisadi Ģərtlər səbəbiylə
sadəcə terror aktlarının mobilizasiyası üçün yetərli olmadığı bəllidir.
Ġranda etnosiyasi mobilizasiyanı bəsləyən etkənlərin ilk sırasında: 1) etnik
qrupların bəlli bölgələrdə (özəlliklə hüdud bölgələrində) cəmləĢmiĢ olaraq
yaĢaması; 2) bu qrupların yerləĢim bölgəsinin bitiĢiyində, hüdudun o biri tərəfində
eyni etnik qrupdan olan əqrəbalarıyla qonĢu olması; 3) bəzi etnik qrupların
hüdudun o biri tərəfindəki əqrəbalarının müstəqil dövlətə sahib olması (məsələn,
azərbaycanlılar və türkmənlər); 4) bir çox etnik qrupun (özəlliklə azərbaycanlılar
və kürdlər) keçən yüzildə etnosiyasi hərəkatlar baxımından tarixi təcrübə qazanmıĢ
olması; 5) etnik hərəkətliliyin basdırılıb bəlli aralıqlarla yenidən vüsət alması
Ģəklindəki sürəklilik göstərməsi; 6) son səksən ildə basqın etnik qrupun qullandığı
çox mədəniyyətliliyi rədd edən, fars millətçiliyi təməlli Ģovinist bir söyləmin Ġran
siyasi mədəniyyətinə damğasını vurması və b. gəlməkdədir.
Ġranda çevrə üzərində son illərdə dıĢ faktorların etkisinin xeyli artdığı
görülməkdədir. Bu durum etnosiyasi mobilizasiya acısından aktiv olan bütün etnik
qruplar üçün keçərlidir. Ġrandakı azərbaycanlılar arasında Quzeydən gələn yeni
ideoloji axımların etkisi; Türkiyə və Ġraqdakı gəliĢmələrin Ġrandakı kürdlərin
mobilizə olmasındakı qatqıları, bəluçların Pakistandakı soydaĢlarının ideoloji və
maddi dəstəyi ilə son illərdə xeyli aktivləĢməsi və Xuzistandakı ərəblər arasında
Bəsrə körfəzindəki Ərəb ölkələrinin, bölgədəki millətçi təĢkilatları maliyyə
baxımından dəstəkləmələrinin etkisi diqqət mərkəzində tutulması gərəkən
mövzulardır.
34
Etnik qrupların bu günün Ġranında mərkəzə baxıĢı və rejimdən bəkləntiləri
mövzusunu anlamamız üçün son illərdə ən çox mobilizə və politizə olmuĢ etnik
qrupların incələnməsi gərəkir. Bu məqsədlə daha öncə də bəlirtildiyi kimi,
azərbaycanlılar, kürdlər və ərəbləri tək-tək ələ almamız gərəkməkdədir.
Dostları ilə paylaş: |