Yararlı daxil orqanların çıxarılması. Ölüm cəzasına məhkum edilən
Ģəxsin sağlam orqanlarının bəziləri edamdan öncə, bəziləri isə edamdan sonra
çıxarılır. Bu fakt dəfələrlə edam olunan Ģəxslərin ailə üzvləri və yaxınları
tərəfindən təsdiq olunmuĢdur. Öna görə də indi edam olunan Ģəxslər əksər hallarda
ailələrinə təhvil verilmədən dəfn edilir.
Kisəyə qoyularaq hündür binadan atılmaqla öldürmə. Belə dəhĢətli
cəzalar Ġranda dəfələrlə icra olunmuĢdur. Bu cəza əsasən qadınlara Ģamil edilir. Bu
cəzaya məhkum edilən Ģəxs hündür binanın üstünə çıxarılaraq orada əl-ayağı
bağlanmıĢ vəziyyətdə xüsusi torbaya qoyulur və yerə atılır. Əksər hallarda həmin
Ģəxslərin sağlam orqanları çıxarılır.
KiĢilərin xədim edilməsi. Bu iĢgəncə üsulu siyasi və iradəcə möhkəm
insanların iĢgəncəsi zamanı baĢ verir. Həbsxana və təcridxanalarda hansısa ittihamı
qəbul etməyən insanlara tətbiq olunur. Xədim olunma fiziki və ruhi iĢgəncələrdən
hesab olunur. Çox hallarda xədim edilən Ģəxslər qanaxma nəticəsində ölür. Bu növ
iĢgəncələr Tehranın Evin həbsxanasında 209-cu kamerada dəfələrlə məhbuslara
qarĢı həyata keçirilmiĢdir.
Qadınların döĢlərinin, cinsiyyət üzvlərinin kəsilməsi və yandırılması.
Ġranın həbsxanalarında bu iĢgəncə üsulu əsasən hakimiyyət əleyhinə olan siyasi
fəallara qarĢı tətbiq edilir. Ġranın daxilində və mühacirətdə bu növ iĢgəncələrə
məruz qalan insanlar saysız-hesabsızdır. Bu cəza və iĢgəncələr əksər hallarda
zorlama və Ģəxsiyyəti alçaltma ilə müĢayiət olunur. Həbsxanada zorlanan və
Ģəxsiyyəti təhqir olunan qadınların daha sonra döĢləri və cinsi orqanları kəsilir və
yandırılır.
61
Bədənin ütülənməsi. Ġran molla hakimiyyətinin təhlükəsizlik orqanlarında
həbsxana və gizli təcridxanalarında iĢgəncələrə müqavimət göstərən siyasi
məhbuslara tətbiq olunur. Elektrik ütüsü vasitəsiylə məhbusun bel və ayaqlarının
altını yandırmaq üçün istifadə edilir. Bu zaman məhbusun bel və ayaqları xüsusi
bir masaya bağlanır və qızdırılmıĢ ütü ilə onun bədəni yandırılır.
Damğalama. Qazda qızdırılmıĢ məftil və ya dəmir çubuqlarla məhbusun
bədəninin müxtəlif yerləri damğalanaraq yandırılır. Yaxud da qızarmıĢ alətlərlə
məhbusun bədəninə yazılar və Ģüarlar yandırılaraq həkk olunur. Damğalama bəzən
yanan siqaretlə də həyata keçirilir.
Göz çıxarma. Bu iĢgəncə üsulu adətən kiĢilərin hansısa yüksək rütbəli
dövlət məmurunun arvadına və ya qızına “baĢqa niyyətlə” baxdığı üçün məhkum
edilmiĢ Ģəxslərə tətbiq olunur. Belə ki, həmin Ģəxsi gizli və xüsusi klinikalara
aparıb xüsusi alətlərlə onun gözlərini çıxarırlar.
DiĢlərin sındırılması. Belə hallar əksər iĢgəncələrdə öz təsdiqini tapır.
Məhbusun diĢləri adi kəlbətinlə sındırılaraq çıxarılır. Çox zaman məhbus bir neçə
nəfər tərəfindən döyülərək onun diĢləri, çənəsi sındırılır.
Saçların yolunması və yandırılması. Bu cəza üsulu əksər hallarda molla
qanunlarına tabe olmayan və saçlarını uzun saxlayan gənc oğlan və qızlara qarĢı
həyata keçirilir. Belə ki, ictimai asayiĢi pozmaq bəhanəsiylə gənc oğlan və qızlar
küçələrdə məmurlar tərəfindən həbs edilərək polis və təhlükəsizlik orqanlarında
onların Ģərəf və ləyaqətini təhqir etməklə yanaĢı, saçlarını ya əllərilə yolur, ya da
küt bıçaq və qayçı ilə qırxır və ya yandırırlar.
Qol, qıç, bel və boyun sındırılması. Bir neçə nəfər həbsxana və ya
təhlükəsizlik məmurunun məhbusu küt alətlərlə döyməsi nəticəsində həmin Ģəxsin
qol, qıç, əl, ayaq, boyun və beli sındırılır. ĠĢgəncə zamanı əksər hallarda məhbusun
beyni, ciyəri, böyrəyi və digər daxili orqanları ağır xəsarət alaraq onun həlak
olması ilə nəticələnir.
Zorlama. Bu alçaldıcı iĢgəncə üsulu Ġranın bütün həbsxana və
təcridxanalarında qadın və ya kiĢi məhbuslara qarĢı istifadə olunur. Siyasi
məhbusların Ģəxsiyyətlərini alçaltmaq molla hakimiyyətinin baĢlıca hədəflərindən
hesab olunur. Cinsi zorakılıq əksər hallarda qadınlara Ģamil edilsə də, Ġran molla
hakimiyyəti məhbus kiĢilərə qarĢı da bu iĢgəncədən istifadə etməkdədir. Zorlama
əsasən bir neçə məmur və həbsxana məsulları tərəfindən həyata keçirilir. Edama
məhkum edilən qadınlar və qızlar əksər hallarda dəfələrlə cinsi zorakılığa məruz
qoyulur. KiĢilərin alçaldılması üçün də bu üsuldan istifadə edilir. Məhbusu təhqir
etmək üçün isti dəmir, butulka və s. istifadə olunur.
Dəmir seyfdə saxlama. Məhbusu bədən ölçüsündən xeyli kiçik dəmir və ya
beton seyflərdə uzun müddətli, ac-susuz saxlamaqla müĢayiət olunan cəza
üsuludur. Bu iĢgəcə üsulunda məhbus nə ayaq üstə dura, nə də otura bilir. Məhbus
62
qatlanılaraq seyfə yerləĢdirilir, günlərlə bu vəziyyətdə saxlanılır. Burdan xilas
olanlar xroniki sümük ağrılarına düçar olurlar.
Soyuq suda saxlama. Bu iĢgəncə üsulu adətən qıĢ aylarında icra olunur. Bu
cəza növü məhbusu dizə qədər həbsxananın xüsusi beton vannalarında və
zirzəmidə yerləĢən çirkli su anbarlarında uzun müddət saxlamaqla həyata keçirilir.
Bu məhbuslar böyrək çürüməsi, revmatizm, iflic, vərəm və s. ağır xəstəliklərə
düçar olurlar.
Havasız konteynerdə saxlama. Eyni ittihamla həbs olunmuĢ məhbusların
kütləvi surətdə havasız, kommunal Ģəraiti olmayan dəmir konteynerlərdə, Ģəhərdən
kənar gizli təcridxanalarda, uzun müddətli ac-susuz saxlamaqla həyata keçirilən
cəza üsuludur. Bu iĢgəncə növü əksər hallarda məhbusların həlak olması ilə
nəticələnir.
Dırnaqların çəkilməsi. Məhbusların nəzərdə tutulan ittihamları zorla
boynuna almaları üçün həyata keçirilən iĢgəncə üsuludur. Bu iĢgəncə məhbusun
ayaq və əllərini xüsusi hazırlanmıĢ cihazlara bağlayaraq kəlbətin vasitəsiylə
dırnaqların çəkilməsi ilə icra olunur. Daha sonra məhbusun çəkilən dırnaqlarının
yerinə duz və digər göynədici maddələr səpilir.
Ayaqdan asılma. Məhbusu təcridxanada, polis idarələrində, həbsxanada
saatlarla ayaqlarından asaraq Ģallaq və küt alətlərlə döyməklə müĢayiət olunan
iĢgəncə üsuludur.
Əlin ayağa qandallanması. Belə hallar çox zaman polis və təhlükəsizlik
təcridxanalarında məmurlara müqavimət göstərən məhbuslara tətbiq edilir. Məhbus
məmurlar tərəfindən üzü üstə yerə yatırılır, sağ ayağı sol əlinə qandallanır və
saatlarla bu vəziyyətdə saxlanılır. Əlləri qandallanmıĢ məhbuslar eyni zamanda
ruhi və fiziki iĢgəncələrə məruz qalır, döyülür, ağır bədən xəsarəti alır.
Soyundurularaq Ģaxtalı havada qolubağlı saxlama. Siyasi məhbusların
iradəsini sındırmaq məqsədilə onları Ģaxtalı havada soyunduraraq qandallı
vəziyyətdə saatlarla açıq havada saxlamaqla müĢayiət olunur. Ac və susuz
saxlanılan belə məhbusları Ģaxtalı havadan sonra natəmiz və soyuq kameralarda
yatmağa məhkum edirlər.
Məhbusun gözü qarĢısında ailə üzvlərinin döyülüb təhqir olunması.
Belə hallar siyasi məhbuslara ruhi təzyiq vasitəsi kimi molla hakimiyyəti
tərəfindən istifadə olunur. Belə ki, məhbusun müqavimətini sındırmaq üçün onun
yaxın ailə üzvlərini həbs edərək onun olduğu təcridxanaya aparır və gözü
qarĢısında ailə üzvlərinə fiziki və ruhi iĢgəncəər verirlər. Hətta bəzi hallarda
zorlamalar da olduğu bildirilir. YaĢlı ata, ana, bacı və qardaĢ məhbusun saxlandığı
kameranın yaxınlığındakı kameraların birində incidilir və onların səsi məhbusa
eçitdirilir.
63
Bütün bu sadalananlardan baĢqa Ġranda insanın ac, susuz, yuxusuz
saxlanılması, havasız natəmiz yeraltı təcridxanalarda döyülmüĢ, yaralı vəziyyətdə,
naməlum yerlərdə saxlanılmaqla cəzalandırılması və yüzlərlə belə qeyri-insani
iĢgəncələr həyata keçirilməkdədir. Bütün bunlar Ġran islam rejiminin mahiyyətini
sübut etməkdədir.
Dr.Sübhan Talıblı
AMEA akad. Z.M.Bünyadov adına
ġərqĢünaslıq Ġnstitutu
DAĞLIQ QARABAĞ MÜNAQĠġƏSĠ
ĠRAN MƏTBUATI VƏ ELMĠ ƏDƏBĠYYATINDA
Ġran mətbuatında və elmi ədəbiyyatında Dağlıq Qarabağda cərəyan edən
hadisələr barəsində müxtəlif məzmunlu yazılar dərc edilməkdədir. Bu yazılarda
faktiki materiallarla yanaĢı, subyektiv fikirlər də özünə yer almıĢdır.
Ermənilərin Qarabağ münaqiĢəsində ĠĠR rəhbərliyindən mənəvi dəstək
almaq məqsədilə farslarla bir kökdən, yəni ari soyundan gəldiklərini geniĢ təbliğ
edir, yer adlarını özlərinin adları ilə bağlayırdılar. Ġranda, xüsusilə Güney
Azərbaycanda bir sıra qədim yaĢayıĢ məntəqələrini və oradakı tarixi abidələri,
qalaları, körpüləri, dağları, ibadətgahları erməniləĢdirməyə cəhd edən
“tədqiqatçıları” indi də farslarla bir kökdən - ariya kökündən olduqlarını, əsrlərlə
milli kimliklərinin vahid olduğunu meydana atıblar. Əsası olmayan bu uydurmanın
bünövrəsi Rza xan Ģahlıq taxtına çıxan vaxtdan (1925) qoyulsa da, indiki vaxtda
Ġrandakı siyasi mühitdən və Dağlıq Qarabağ münaqiĢəsi ilə bağlı Ġran-Ermənistan
münasibətlərindəki durumdan istifadə edən “Ġranla” ermənilərin üzdəniraq
tarixçiləri və onları xaricdə həvəsləndirənlər ermənilərin “qədimdən iranlılarla bir
köklü qardaĢ, ən uzağa əmi oğlu” olduqlarını sübut etmək üçün yeni-yeni uydurma
“mənbələrə” istinad edib kitablar yazıb çap etdirirlər. Belə kitablardan biri
Tehrandakı “Diba” nəĢriyyatında, nəfis Ģəkildə 2000 nüsxə çap edilmiĢ, 242
səhifəlik “Ġranlılarla ermənilərin mədəni əlaqəsi” kitabıdır (16).
2005-ci il noyabrın 10-da Tehranda özünü qeyri-dövlət “elmi” qrupu
adlandıran “ÇağdaĢ Ġran Tarixi AraĢdırmalar Mərkəzi”ndə keçirilmiĢ toplantıda
Əlirza Bekdilinin çıxıĢı SSRĠ dağıldıqdan sonra Ġran-Azərbaycan münasibətlərinə
həsr edilmiĢdi. O, münaqiĢəni üç baĢlıca dövrə bölərək, hər bir dövrdə Ġranın
münaqiĢənin sülh yolu ilə və ədalətli həll olunmasına tərəfdar olduğunu demiĢdi.
O, Azərbaycan müxalifətini və Azərbaycan dövlətini Ġranın mövqeyinə həmiĢə
64
tənqidlə yanaĢmaqda suçlamıĢ və Ġran dövlətini fars Ģovinizmində günahkar bilən
azərbaycanlı milli qüvvələri qınamıĢdı (3).
“Keyhan həvayi” qəzeti “Ermənistana inanmaq olmaz” baĢlıqlı məqaləsində
yazır: “Ermənistan Respublikasının baĢçısı ĠĠR səfirliyinin məsul iĢçisi ilə
görüĢərkən ĠĠR-in regionda mühüm rolunu xatırladaraq Qarabağ münaqiĢəsinin
həll edilməsi üçün ölkəmizin (Ġranın) vasitəçilik səylərini davam etdirilməsini
istədi.
Ermənistan prezidentinin Tehranda Qarabağda gedən qanlı çarpıĢmaların
dayandırılması barədə dediyi sözlər çox ümidverici idi. Lakin əməldə baĢqa qəbul
ediləsi deyildi, həm də çox pis və acındırıcı Ermənistanın sülhsevər çalıĢmalar
qarĢısında gördüyü iĢlər ondan mənfi bir sima göstərir və qırğının sona
çatdırılmasını həqiqətən istəməməsinə dair aydın bir dəlil alınmıĢdır. Elə buna görə
də ĠĠR-nın vasitəçilik çalıĢmalarının yenidən baĢlaması artıq məntiqə uyğun
görünmür.
Beynəlxalq münasibətlərdə Ġran Azərbaycana qarĢı təcavüz etmiĢ
Ermənistana təcrid etməyə nəinki təĢəbbüs göstərmiĢ, əksinə Ġran-Ermənistan
münasibətlərindəki canlanma müĢahidəçilərin nəzər diqqətini cəlb etmiĢdir.
Ġranda Dağlıq Qarabağ probleminin köklərilə bağlı ictimai rəyin
formalaĢmasında mənfi rol oynayan fars və erməni tarixçilərinin əksinə olaraq bir
sıra müəlliflər hadisələrə obyektiv, ədalətli yanaĢma metodunu seçmiĢlər. Erməni
daĢnaklarının 1918-ci ildə Güney Azərbaycanda Urmiya, Xoy, Səlmas, Maku,
ġərəfxanada və digər Ģəhər və kəndlərdə türklərə qarĢı törətdikləri kütləvi soyqırım
haqda çox az yazılmıĢdır. Təbrizli tarixçi alim doktor Səməd Sərdariniyanın 2005-
ci ilin sonunda çapdan çıxmıĢ “Arazın hər iki sahilində müsəlman qətliamı” kitabı
(10) bu boĢluğu doldurmaq üçün sanballı bir əsərdir. S.Sərdariniyanın farsca
yazdığı kitabında ermənilərin Arazın hər iki tayında, əsasən Güney Azərbaycanda
törətdikləri kütləvi soyqırımdan, talan və özbaĢınalıqlardan bəhs edir. Bu kitab
Bakıdakı 1918-ci il məlum soyqırımı və ermənilərin uydurduğu “soyqırımı”nın 90
illiyinə cənublu qardaĢlarımızın erməni daĢnaklarına tutarlı elmi-məntiqi cavabıdır.
Müəllif kitabının əvvəlində ermənilərin türklərə qarĢı soyqırımına baĢladığı
gündən indiyə qədər bu xəstə millətin zəhərlənmiĢ məfkurəsində “Böyük
Ermənistan” xülyasının yaranması tarixini iĢğalçı I Pyotrun zamanından
baĢlandığını qeyd edir. Çar Pyotr Ori adlı erməninin baĢçılığı altında ilk dəfə
Peterburqa gələn erməni elçilərini qəbul edərkən Pyotr Ġrana və Türkiyəyə qarĢı
müharibəyə baĢlayacağı təqdirdə ermənilərin xəyanətlə dolu “tarixi vəzifələri”nin
nədən ibarət olacağını onlara baĢa salmıĢdır. “Avropaya pəncərə” açmaq fikrində
olan rus imperatoru ilk əvvəl Qafqazı, Ġran və Türkiyəni tutmağı və Fars
körfəzindəki isti dəniz sularına çatmağı özünün iĢğalçılıq planında ön cərgədə
qoymuĢdu və bu iĢdə ermənilərin satqınlığı və çörəyini yerli xalqlara xəyanəti
65
Rusiya üçün çox önəmli olmuĢdur. Müəllif yazır ki, “I Pyotrun ölümündən sonra
hakimiyyətdə olmuĢ rus hökmdarları Orta ġərqi ələ keçirmək, “isti sulara”
çıxarmaq haqda öz sələflərinin iĢğalçılıq fikirlərindən uzaqlaĢmamıĢlar və bu iĢdə
ermənilər həmiĢə rusların əlaltısı və nökəri olmuĢdur”. Müəllif Qafqaz, Ġran,
Türkiyəyə qarĢı rusların iĢğalçılıq siyasətində ermənilərin “katalizator” rolu
oynamasını, xəyanət və arxadan bıçaq vurmaq kimi alçaq əməllərini onların
“Böyük Ermənistan” xülyasında yaĢamaları ilə izah edir (10).
Ġran daxilində bir çox mühüm vəzifələrdə, ordu və məclisdə yer tutan
ermənilər vasitəsilə və Ġran üzərində az-çox nüfuzu olan bir çox Qərbi və ġərqi
Avropa dövlətlərinin təĢəbbüsü ilə mühacir ermənilərin Ġranda mühüm təĢkilatları,
milli-mədəni müəssisələri, iqtisadi və ictimai təĢkilatları, məktəb, teatr və qəzetləri
də Ġranın Qarabağ məsələsinə münasibətinə təsir göstərmək üçün öz səylərini
bildirmiĢ və son zamanlar bu istiqamətdə məqsədyönlü fəaliyyətlərini daha da
gücləndirmiĢlər. Məsələn, DaĢnaksütyun partiyasının Təbrizdə hər il müntəzəm
konqresləri keçirilir və bu zaman Avropa və Qafqazda çalıĢan erməni millətçiləri
yaxından iĢtirak edirlər.
Ġranın bir çox hərbi və mülki müəssisələrini əllərinə almıĢ və Ģah zamanında
Pəhləviyə müraciətlə xüsusilə Güney Azərbaycanında iqtisadiyyat və ticarətdə
imtiyazlı mövqe tutmağa çalıĢan erməni millətçilərindən baĢqa Ġrandakı bir sıra
xarici, xüsusən də Sovet və sonralar Rusiya diplomatik idarələrində məqsədyönlü
fəaliyyət göstərirlər. Təbrizdəki daĢnakların bir qismi Avropada olduğu kimi
daĢnak partiyasından ayrılaraq erməni “Arur” təĢkilatı qurmuĢlar. Mühacir
ermənilərdən ibarət bu təĢkilat vaxtilə Ġran Azərbaycanında bütün sovet idarələrini
əlinə almıĢ; Təbriz, Urmiya, Marağa, Xoy və sairə kimi yerlərdə isə ticarət,
nəqliyyat və iqtisadi müəssisələr qurmuĢdular. Ermənilərin bütün fəaliyyəti Ġranın
hər cəhətdən Ermənistana dəstək verməsinə yönəlib (2, s.8-9).
Fəqət məsələ yalnız bununla bitmir. Ġran ermənilərinin fəaliyyəti getdikcə
daha məkrli və hücumçu xarakteri kəsb edir. Və Ġran mətbuatından bəziləri
(“Təbriz”, “PərvəriĢ” və sairə kimi) çox təəssüflər olsun ki, ermənilərin bu
təcavüzkar fəaliyyətlərinə vasitə olurlar. Bütün bunlar erməni millətçilərinin Ġran
mətbuatını öz əllərində bir vasitə etdiklərini göstərir (2).
Tarixən ermənilərin türklərə qarĢı xəyanətlə dolu xidmətləri rus
çarizmindən tutmuĢ bugünkü Rusiya rəhbərliyinədək həmiĢə dəstəklənmiĢ və
layiqincə
qiymətləndirilmiĢdir. Bunun nəticəsidir ki, ermənilər bu gün
Qərbi Azərbaycan torpaqları hesabına özlərinə qondarma bir respublika yaradıb
indi dünyaya meydan oxumazdılar. “Ġrəvan müsəlman sakinli Ģəhər olmuĢdur”
kitabında tarixi sənədlər əsasında Ġranın ermənipərəst tarixçilərinə tutarlı cavab
verilmiĢdi.
66
Ermənilərin arzusu ilə ruslar Ġrəvan və onun ətrafındakı 4 xanlığı, 41 bəyliyi
və sultanlığı ləğv edib, onların çoxu təzyiq və məcburiyyət qarĢısında ərazidən
köçməyə məcbur edildilər. Torpaq və əmlakları gəlmə ermənilər arasında
bölüĢdürüldü (11, s. 190). Ġrəvanda yaĢayan əhalinin 143 min nəfərindən 117849
nəfəri müsəlman türk, cəmi 25151 nəfəri (gəlmələrlə birlikdə) erməni olmuĢdur.
Qahirədə çıxan “Hikmət” qəzeti “Tərcüman” qəzetində verilmiĢ məlumata
əsaslanaraq XX əsrin əvvəllərində (1904) Qafqazda 3 milyon 208 min 875 nəfər
müsəlmanın yaĢadığını yazırdı ki, bunların da 352351 nəfərinin Ġrəvan vilayətində
olduğunu qeyd etmiĢdi (11, s.118). Rus məmurunun statistik məlumatına gəldikdə
və ona inansaq belə XIX əsrin 30-cu illərində Ġrəvanda yaĢayanların 80 faizdən
çoxunu müsəlman türkləri təĢkil etmiĢdi. Halbuki sonrakı illərdə müsəlmanlara
qarĢı rus-erməni zorakılığı onların sayca ilbəil azalmasına səbəb olmuĢ, onları
Azərbaycanın baĢqa əyalətlərinə köçməyə məcbur etmiĢdir. Tarixən yerli əhali
hesab olunan Qarapapaq tayfası bütövlükdə Güneyə-Urmiya ətrafına köçmək
məcburiyyətində qalmıĢdı. 1828-1832-ci illər arasında Ġrəvanda yaĢayan türklərin
sayı 100 min nəfərə qədər azaldığı halda gəlmə ermənilərin hesabına erməni
sakinlərin sayı 82377 nəfər artmıĢdı (11, s.91). 6 böyük məscidi, 50 savadlı
müsəlman ruhanisi, 1807 müsəlman-türk ailəsinin yaĢadığı müsəlman Ġrəvan Ģəhəri
XIX əsrin sonunda xristian erməni Ģəhərinə çevrildi. Halbuki bu Ģəhərin iqtisadi və
mədəni, elmi inkiĢafında Azərbaycan türklərinin böyük zəhmət və vətən torpağına
bağlılıqdan irəli gələn xidmətləri olmuĢdur. Məzarları haırda Ġrəvan torpağında
olan savadlı din xadimi Ayətullah Seyidəli Ġrəvani, Ayətullah Seyid Hüccət
Ġrəvani, Ġrəvan məscidinin imam cüməsi Hacı Seyid Səfərəli və onun atası Seyyid
Əbdülməcid və baĢqaları Ġslam dini əxlaqının əsaslarını Ġrəvandakı, müsəlmanlara
aĢılamaqda ruhani vəzifələrini ləyaqətlə yerinə yetirmiĢlər. Bunların bir çoxunun
Ġrəvanda anadan olduğu qeyd edilir.
Beləliklə, türklərin qanuni ata-baba torpaqlarını zəbt edib burada “əzəmətli”
Ermənistan yaratmaq istəyən erməni daĢnaklarının türklərə qarĢı soyqırım
əməliyyatı Ġrəvan, Göyçə, Zəngəzurdan baĢlasa da o Azərbaycanın nə Quzeyindən,
nə də Güneyindən yan keçməmiĢdi. Həmin qanlı olayların keçmiĢdə qanlı izləri
Dağlıq Qarabağa qarĢı ermənilərin qətl və qarətlərlə dolu yürüĢü, bugünkü
olaylarla təzələnmiĢdi. 1918-ci ildə müsəlman türklərinə qarĢı ermənilərin Qərbi
Azərbaycanda Ġrəvandan əlavə 211 yaĢayıĢ məntəqəsində törətdiyi soyqırımda 300
min nəfər soydaĢımız qətlə yetirilmiĢdirsə, Güney Azərbaycanda təkcə Urmiya və
Səlmasda Ģəhid olanların sayı 130-150 min nəfər arasında göstərilir. Əslində bu
rəqəm göstəriləndən qat-qat çoxdur. Rza Ģah, sonra isə onun oğlu Güney
Azərbaycandakı müsəlman türklərinin soyqırımı haqqında yazmağı və tədqiqat
aparmağı yasaq etdiyindən 1918-ci ildəki müsəlman qətliamında öldürülənlərin
sayı indiyə qədər dəqiq verilməmiĢdi. Təbrizdə çıxan “Dilmanc” jurnalı 1918-ci il
67
soyqırımında ölənlərin sayını 100 min nəfər, Əhməd Kəsrəvi “Azərbaycanın 18
illik tarixi” kitabında 130 min nəfər (14, s. 763), Urmiyada çıxan “Nəvide
Azərbaycan” qəzetində Camal Ayrumlunun məqaləsində 150 min nəfər (9, 13
mart, 2001) göstərilir. Olayların üstündən 80 ildən çox vaxt keçdiyindən çoxlu
qurbanların hesabdan kənarda qaldığı Ģəksizdir. Ermənilərin olmayan soyqırım
haqqında geniĢ miqyasda böyük vay-Ģivən qopartdığı bir vaxtda, Xocalı faciəsinin
dünya ictimaiyyətinə yetərincə çatdırılmadığı bir zamanda 100 ildən artıq bir
vaxtda ermənilərin türklərə qarĢı vaxtaĢırı soyqırımları haqda həqiqətləri tədqiq
edib ortaya çıxarmaq Güneyli-Quzeyli Azərbaycan ziyalılarının və ictimaiyyətinin
borcudur, soyqırım qurbanlarının ruhları qarĢısında bizim vətəndaĢlıq vəzifəmizdir.
Ermənilərin Ġranda özlərinə sığınacaq tapması Səfəvilər və Qacarlar
hakimiyyəti illərindən baĢlasa da, onların türklər əleyhinə fitnəkar fəaliyyəti əsasən
Pəhləvi xanədanlığı dövründə (1925-1979) əl-qol aça bilmiĢdi. Zatən türkün
qəddar düĢməni olan Rza Ģah və onun oğlu Məmmədrza Ġranda yaĢayan
ermənilərin simasında Azərbaycan türklərinin kökünü kəsmək üçün Ġran
məkanında özünə çox üzüyola həmkar tapa bilmiĢdi. Sarayda Ģərab hazırlamaqdan
tutmuĢ, dərzi, dəllək, aĢpaz, tərcüməçi və müəllimliyədək bütün peĢələrdə özünə
yer almıĢ ermənilər ali dövlət vəzifələrini tutmağa qədər yüksələ bilmiĢlər. Hansı
peĢədə və hansı vəzifədə iĢləməsindən asılı olmayaraq onlar öz fəaliyyətlərini
türklərə qarĢı açıq və gizli mübarizəyə yönəltmiĢlər.
Məmmədrza Ģahın uĢaqlıq və gənclik dostu olmuĢ və onun dövründə yüksək
hərbi rütbəyə və vəzifəyə yüksəlmiĢ Hüseyn Fərdustun Tehranda çap olunmuĢ iki
cildlik xatirələrində (Pəhləvi sülaləsinin zühuru və süqutu) ermənilərin Ġrandakı
fitnəkar fəaliyyətinə aid saysız-hesabsız faktlardan söhbət açılır. Fərdustun
yazısından bəlli olur ki, Ġran xəfiyyə idarəsi (SAVAK) ilə “DaĢnaksütyun”
partiyasının Ġran üzrə Ģöbəsi, “Erməni gizli ordusu”, “Erməni Tələbə və Gənclər
ittifaqı”, “Erməni Cəmiyyəti”, “Ġrandakı Ermənilərin KeĢiĢ ġurası” və s. bu cür
anti-türk və terrorçu təĢkilatlar arasında sıx əlaqə və əməkdaĢlıq olmuĢdur.
2001-ci il aprel ayının 22-də, qondarma “erməni soyqırımı”nın ildönümünə
bir gün qalmıĢ ĠĠR Ġslam ġurası Məclisində erməni deputatı Jerjin Abramyan üzdən
Ġran erməni soyqırımı məsələsini bir daha qaldırmağa cəhd göstərmiĢdir.
C.Abramyan demiĢdir: “Sionist rejim dəfələrlə sabit etmiĢdir ki, müttəfiqlərin
yardımı və savaĢ gücünə söykənməklə, nəinki məsələnin ədalətli həllini güdmür,
bəlkə həmiĢə Fələstin xalqının hakimiyyət haqqının danmasını düĢünür”.
Bu sözlərdən aydın olur ki, Abramyan soyqırım məsələsini qaldırmağına
baxmayaraq, sionist rejim ilə Ermənistan rejiminin eyni məqsədə qulluq etdiyini
göstərmək istəmiĢdir. Yəqin edirik ki, o öz soydaĢlarına ĠĠR-in Məclisi
tribunasından bunu demək istəmiĢdir: “Siz nə qədər Amerikanın, Rusiyanın,
Fransanın yardımına arxalansanız da bu münaqiĢənin çıxıĢ yolu deyil. Söz əslində
68
bu olmalıdır. Amma Abramyanın məqsədi ayrıdır və o, Qarabağı Ermənistanın
həqiqi ərazisi hesab edir.
Erməni deputatı daha sonra bildirir ki, “Qayda belədir ki, əldən getmiĢlərin
(ölkənin) hörməti üçün bir neçə dəqiqə sükut keçirirlər. Ġstərdim bu qayda pozulub,
fəryada çevrilsin. Bəlkə bəĢəriyyətin yatmıĢ vicdanı insanın insan əleyhinə etdiyi
zülmdən ayıq düĢsün”. Abramyan düz buyurur. Bu günə kimi davam edən erməni
cinayətinə göz yumulub, 100 il bundan qabaq qarĢı-qarĢıya savaĢ nəticəsində
qırılanları, gün məsələsinə çevirmək lazımdı. Ġranın Təbriz, Urmiya, Səlmas, Xoy
və baĢqa Ģəhərlərində erməni vəhĢiliyi hələ də əhalinin ürəyindən silinməmiĢ,
görəsən bu hansı vicdandan bəhs edir?
Zəngəzur, Xocalı faciəsindən bəlkə də xəbəri yoxdur!!! Erməni deputatı ĠĠR
hökumətindən və məclisindən istəmiĢdir ki, bu ölkə də, Rusiya, Yunanıstan,
Fransa, Ġtaliya və sairə ölkələr kimi, üzdəniraq erməni soyqırımını da tanımağa can
atsın (7, 2001, 2 may).
Tehran universitetlərində təhsil alan, erməni yepiskopunun “Cahane Eslam”
qəzeti müxbirinə müsahibəsindən hiddətlənən azərbaycanlı tələbələr Ardan
Manukyana verdikləri cavabları aĢağıdakı məsələlər ətrafında cəmləĢdiriblər (5).
1. Xristian ilinin baĢlanması münasibəti ilə Ġrandakı xristianları təbrik edən
bu ruhanidən yeni ildə regionumuzda yaĢayan millətlərə sülh və əmin-amanlıq arzu
edəcəyi, irqçiliyə və tarixi həqiqətlərin təhrif olunmasına qarĢı çıxacağı
gözlənilirdi. Lakin təəssüf ki, yepiskop Manukyan neçə ay əvvəl dediklərinin tam
əksinə danıĢdı, Ermənistanın Qarabağ ermənilərinin silahlandırılmasına və
Ermənistan ordusunun Qarabağ hadisələrinə müdaxiləsinə haqq qazandırıb.
2.”Cahane Ġslam” qəzeti müxbirinin sualına ... “Azərbaycanlılar mövcud
olmamıĢ Ermənistan torpağının bir parçası “Artsax” var idi, - deyən erməni
keĢiĢinin cavabından hiddətlənmiĢ tələbələr öz məktublarında yazırlar ki, heç bir
sənəd və sübuta əsaslanmadan Erməistanın tarixindən söz açanlar və “böyük
Ermənistan haqqında xülyalar söyləyənlər bilməlidirlər ki, ictimaiyyət bu bəd
niyyətlərdən xəbərsiz deyil. Qarabağdakı kilsələri, qəbirləri, daĢları sübut kimi
ortalığa gətirən bu yerin Ermənistana məxsus olduğunu söyləyən Manukyan
bilməlidir ki, ölkənin coğrafi sərhədləri kilsə və qəbir daĢları əsasında
müəyyənləĢsə onlarca böyük məscidlər (o cümlədən Ġrəvandakı Göy məscid)
Ermənistan ərazisində mövcud olub. Təbrizdə, Makuda, Səlmasda, Ġsfahanda və
Ġranın baĢqa Ģəhərlərində kilsələr vardır. Əgər tarixə yepiskopun məntiqsiz baxıĢı
ilə yanaĢılsa, onda deməli, bu Ģəhərlər də Ermənistanın ərazisi hesab edilməlidir.
Bəlkə elə buna görə də ĠĠR, Türkiyə, Suriya və Ġraq torpaqlarının bir hissəsi
“Ermənistanın iĢğal olunmuĢ qərb torpaqları” adı altında “böyük Ermənistan”
xəritəsinə daxil edilib. Bu iddialar ermənilərin baĢqa torpaqları qəsb etmək
niyyətindən doğur. Bu iĢtaha II Dünya müharibəsindən sonra Naxçıvan, sonra isə
69
Qarabağ haqqında oldu, bəlkə sabah da “Davrij” yazdıqları Təbriz haqqında da
olacaq!!!
3.Tehran unuversiteti tələbələri belə bir məsələ üzərində dayanırlar ki,
yepiskop Manukyan heç bir əsas olmadan Qarabağı Ermənistan hesab edir və
burada gedən müharibəni “Qarabağ Respublikası ilə Azərbaycan arasında gedən
müharibə” adlandırır. Tələbələr öz cavablarında belə bir məntiqi sual ortaya
qoyurlar və cavab verirlər ki, “əgər Qarabağ” Ermənistandırsa, bəs onda
Manukyanın “Qarabağ Respublikası adlandırdığı qurum hansı formulaya əsaslanır?
O, bu qurumun heç bir beynəlxalq rəsmi dairələr tərəfindən tanınmadığını deməyə
qorxur, öz əqidəsi ilə Ermənistanın təcavüzkar dövləti ilə həmahəng və həmfikir
olduğunu göstərir”.
4. Ġran ermənilərinin baĢ yepiskopunun Qarabağdakı müharibə ilə əlaqədar
350 min qaçqının taleyindən narahat olduğuna və onlara köməklik göstərmək
çağırıĢına cavab olaraq tələbələr yazır: “Əvvəla, bütün Qarabağ əhalisinin sayı bu
rəqəmin yarısı qədərdir, sonra baĢ yepiskop bilir ki, müharibə Azərbaycan
torpağının daxilində gedir. Buna görə də müharibənin mülki əhalidən ibarət
qurbanları azərbaycanlılardı, nəinki ermənilər. Manukyanın qaçqınların taleyinə
kiçik bir əlavəsi varsa o, inkar olunmaz bu məsələni gözünün qabağına gətirsin ki,
Azərbycan torpağının 20 faizdən çoxu erməni təcavüzkarının iĢğalı altındadır və
bir milyon nəfərdən artıq Azərbaycan məzlumu öz evindən, yurd-yuvasından
didərgin salınıb. Ermənistan ordusunun bu cinayətləri qarĢısında beynəlxalq
ictimaiyyətin susmasından mütəəssir olan tələbələrin erməni yepiskopuna
cavabının sonunda qeyd olunur ki, müharibənin tez qurtarmasını, sülh və ədalətin
bərpa olunmasını əgər ağaye Manukyan doğrudan da arzu edirsə, bunun üçün hər
Ģeydən əvvəl “Böyük Ermənistan” xülyasından, baĢqalarının torpaqlarını qəsb
etmək iddiasından əl götürməlidir”(6).
Ġran hakim dairələrinin ermənipərəst mövqe tutmalarına baxmayaraq, Ġranda
xüsusilə də Güney Azərbaycanda bəzi mətbu orqanları ermənilərin əməllərini elmi
Ģəkildə ifĢa edirlər. Bunlardan biri Güney Azərbaycanda nəĢr edilən
“Azərbaycanda yüzillik erməni cinayəti” adlı jurnal (1, 2004, 16 sentyabr) elmi
əhəmiyyəti və faktoloji zənginliyi ilə seçilən nümunə kimi maraq doğurur. Jurnalın
giriĢ məqaləsində ermənilərin bu tarixi düĢmənçiliyinə dəstək verən siyasi, hərbi
qüvvələrin ünvanını göstərməklə xəyanətin miqyasını diqqətə çatdırır.
Jurnalda yer alan ilk məqalə “Müsəlmanların ermənilər tərəfindən
soyqırımı” adlanır. Əslində isə istər Türkiyədə, istərsə də Ġran və Azərbaycan
ərazisində türklərə qarĢı ən qanlı faciələri törədən ermənilər maskalanaraq XX
əsrin sonunda Xocalıda analoqu olmayan soyqırım törətdilər. Məqalə müəllifi hər
il aprelin 24-nü “faciə” günü kimi qeyd edən ermənilərin iblis simasını açmağa,
azərbaycanlı qırğınlarını nəzərə çatdırmağa çalıĢır. Məqalə müəllifinin fikrinə görə,
70
məkrli erməni siyasəti təkcə ərazi, torpaq iddialarında qalmır, islam mədəniyyətini
parçalamaq, Ġranı müsəlman Türkiyəyə qarĢı qoymaq, Azərbaycanı ikiyə ayırmaq
və parçalanmıĢ Azərbaycanın birliyini mümkünsüz hala gətirmək vəzifələri həyata
keçirir.
Jurnalda həmçinin Taymaz Nəzminin erməni terrorizmi barəsində, Əlirza
Qaffari Hafizin daĢnakların anti-türk siyasətinin ifĢası düĢməni tutarlı faktlarla ifĢa
edir.
Zöhrə Vəfainin “Xaçsız missionerlər” məqaləsi erməni din xadimlərinin iç
üzünü açır, dindən barıĢ üçün deyil, savaĢda bir vasitə kimi istifadə edən bu “xaç
atalarının” xaç əvəzinə bellərinə xəncər bağladıqlarını göstərir. Törətdikləri qanlı
əməllər barədə özlərinin belə yazmaq cəsarəti olmayan ermənilər bu missionerlik
hərəkətlərinə həm də tarixi Azərbaycan ərazisində yer-yurd adlarının
saxtalaĢdırılması kimi ifrat anti-humanist siyasət yeridirlər.
Hüseyn Sultaninin “Qarabağın əsl sakinləri kimlərdir?” məqaləsi tarixi
həqiqətlərin və milli haqların təsdiqi baxımından əhəmiyyətlidir. Qarabağın tarixi
Azərbaycan yurdu olduğunu göstərən müəllif çar Rusiyasının Qafqazdakı
siyasətini,
burada keçirdiyi demoqrafik dəyiĢikliklərin, erməniləĢdirmə,
xristianlaĢdırma siyasətinin baĢlıca məqsədləri barədə ətraflı bilgi verir.
“Qarabağ necə Artsax oldu” məqaləsi (müəllif Hadi Nuri) ermənilər
tərəfindən edilən toponimik təzyiqlərin, süni demoqrafik dəyiĢikliklərin ifĢasına
həsr olunub. Dünya sivilizasiyasının əski ünvanlarından olan Azıx mağarasının
qədim türk torpaqlarında olması erməniləri daim narahat etmiĢ, bu yerüstü “tarix
kitabı”nın daim erməniləĢdirilməsi yolunda dəridən-qabıqdan çıxmıĢlar. Lakin
məqalə müəllifi regionun 1823-cü ildən bəri ermənilərin apardıqları demoqrafik
dəyiĢikliklərin cədvəlini verməklə əsl faktları üzə çıxarır, onların saxtakarlıqlarını
ifĢa edir. Müəllif müasir Ġran məmləkətində çox böyük azlıqda qalan ermənilərin
də belə Ģovinist əməllərindən söz açaraq onların region üçün daim narahatlıq
mənbəyi olduğunu göstərir.
Vəziyyəti etnopsixoz halına gətirən bu militarist partiya öz fəaliyyətini bu
gün də sürətlə artırır, türk dünyasına meydan oxumaqda davam edir. Bu siyasətin
təbliğat topluları olan kitablar fars dilində nəĢr olunur, ölkənin yarısını təĢkil edən
yerli türk və azərbaycanlı xalqa qarĢı xaç yürüĢü keçirilir. “Ermənistan tarixi”,
“Mayrik”, “Pantürkizm əfsanəsi”, “Ermənistan 1915-ci ildə”, “Ermənilərin
soyqırımı”, “Qızıl buynuzlu sərkərdələr”, “Bir millətin məhvi” kimi kitabların hər
sahəsində türk-Azərbaycan xalqına qarĢı nifrət, intiqam hissi kodlaĢdırılıb. Erməni
terrorizminin ünvanları bu kitabların tanıdılması adekvat tədbirlər görməyi tələb
edir. Bu operativ tədbirlərdən biri kimi iĢıq üzü görən jurnal Qafur Əlipurun, Nəcib
Hebelment oğlunun, Əli Səmədlinin, Ozan Arifin və digər milli qeyrət daĢıyıcısı
71
olan qələm adamlarının məqalələri vasitəsiylə ifĢa olunur, həqiqətin üzə çıxması,
dünyaya tanıdılması üçün səylər göstərilir (1, 2004, 16 sentyabr).
18 yanvar 2001-ci ildə BBC radiosunda müsahibəsində Amavelyan deyir:
“18 yanvar 2001-ci ildə Yerevanda Ermənistanla Ġran arasında 3 günlük iqtisadi
seminar keçirilmiĢdir. Bu seminarda: 1. Araz çayı üzərində birgə elektrik
stansiyasının qurulması; 2. Ġrandan Ermənistana qaz çəkiliĢi; 3. Mehri-Kaçaran
tunelinin qurulması; 4. Ticarət və iqtisadi əlaqələri geniĢləndirmək imkanlarının
öyrənilməsi (BBC 18 yanvar 2001) məsələləri müzakirə edilmiĢdir. Xatırladaq ki,
bu qəbildən olan ilk seminar 1998-ci ilin oktyabrında keçirilmiĢdir.
Ġran tərəfi bəzən ermənilərin hətta Azərbaycanın iĢğal olunmuĢ ərazilərində
keçirilən tədbirlərdə iĢtirakdan belə çəkinmirlər. Belə ki, 2004-cü il mart ayında
Novruz bayramı ərəfəsində erməni Ģahmatçısı Tiqran Petrasyanın 85 illiyi Ģərəfinə
Dağlıq Qarabağda təĢkil olunmuĢ “Beynəlxalq yarıĢda” Ġran Ģahmatçıları da iĢtirak
etmiĢdilər.
Eyni zamanda, Qarabağ idmançıları da ayrıca müstəqil idmançı kimi Ġrana
dəvət olunub. Kermanda karate üzrə Beynəlxalq müsabiqə keçirilmiĢdir. Bu
müsabiqədə Türkiyə, Rusiya, Ermənistan, Qarabağ, Yunanıstan, Gürcüstan, Ġranın
iki komandası - Kerman və Bəm Ģəhərinin komandaları iĢtirak etmiĢlər. 55 idmançı
mordad ayının 20-də bir-biriylə mübarizə aparacaqlar (15, 1194, 14 avqust).
Tədqiqatçı Səlcuq Kamal öz məqaləsində ermənilərin azərbaycanlılara qarĢı
soyqırım törətmələrinə baxmayaraq, Tehran Ġrəvan ilə Azərbaycanın iĢğal olunmuĢ
ərazilərində iĢbirliyinə malikdir (13, s.56-57). Dünən Xocalı faciəsinə ağlamıĢ
bəĢəriyyətin gözləri bu gün bizi artıq soyqırıma aparan bir millət kimi süzür.
Fransanın bizim məhkumiyyətimizdə parlamentində saxta qərarlar çıxarır. Amerika
qərar almasa da önəmli bir məsələ kimi parlament iclaslarında danıĢığa qoyur.
Yunanıstan, Ġtaliya, ... eyni. 22 aprel Tehran xiyabanları “Türkə ölüm”,
“Azərbaycanlıya ölüm” hayqıran erməni demonstronsiyonu özündə yerləĢdirir.
Ġranın Ġslam ġurası Məclisində də bizim apardığımız soyqırım düzlüyünə Ġran
hakimiyyətini inandırmaq üçün iki erməni deputatı çalıĢırlar (13, səh. 56-57).
Məlumdur ki, Naxçıvanla Azərbaycan Respublikası arasında yerləĢən Mehri
ermənilərin əlindədir. Həmin rayon vasitəsilə ermənilər Naxçıvanı iqtisadi
mühasirəyə salmıĢ, Bakı-Naxçıvan dəmiryol xəttinin iĢləməsinin qarĢısını almıĢlar.
Ġran Ġslam Respublikası məhz özünün Araz çayı üzərində saldırdığı Mehri körpüsü
vasitəsilə Ġrandan Ermənistana ticarət malları, yanacaq və hərbi sursat daĢıyır.
Gündə 60-70 yük maĢını vasitəsilə Ermənistana mal daĢınır. Mehri ilə sərhəd
zonada, Araz çayının hər iki tərəfindən sərhəd ticarət Ģəbəkələri yaradılmıĢdır.
Təbrizin Baron Avak məhəlləsində minlərlə erməni yaĢayır, bu məhəllə bir növ
Təbriz-Ermənistan əlaqələrinin qərargahına çevrilmiĢdir. Ġranın ticarət nazirliyinin
nümayəndəsi Təbrizə gələrək tacirləri Ermənistanla ticarət etməyə və belə tacirlərə
72
güzəĢtli faizlərlə pul krediti verməyi vəd etmiĢdir. Təbriz, Xoy və Urmiyada
erməni məktəbləri, kilsələri fəaliyyət göstərir. Tehranın universitetlərində erməni
dilində fakültələr vardır. Təbriz, Tehran və Ġsfahanda ermənilərin fəaliyyəti daha
da geniĢlənmiĢ və onlar dövlət tərəfindən hərtərəfli himayə edilir. Ermənistandan
hərbi hazırlıq keçmək məqsədilə Ġrana göndərilmiĢ erməni zabitləri və kursantları
üçün Təbriz və Ərakda hərbi təlimlər keçirilir, onlara həm də fars dili öyrədilir.
Ġran hökuməti Ġrəvanda Göy Məscid binasını yenidən təmir etdirmiĢdir. Halbuki,
Ġrəvanda bir nəfər belə müsəlman azərbaycanlı türkü qalmamıĢdır. Ġran Ġslam
Respublikası Ermənistanı qaz, benzin, neft, mazut və s. yanacaq ilə təmin edir. Bu
amil isə Ermənistanın Azərbaycana qarĢı hərbi təcavüzü Ģəraitində Ġrəvana qarĢı
hərbi-iqtisadi dəstək deməkdir. Ġran ilə Ermənistan arasında sıx iqtisadi, siyasi və
mədəni əlaqələr vardır. 1994-cü ilin mayında Rza Nikkar Ġsfahani Ermənistana
Ġran Ġslam Respublikası tərəfindən səfir təyin edildikdən sonra bu münasibətlər və
əlaqələr geniĢ Ģəkil almıĢdır. Ġran dövlətinin ermənilərə bu qədər imtiyazlar
verməsi təkcə indiyə aid deyildir. XX əsrin əvvəllərindən baĢlayaraq, belə
imtiyazların verilməsi daha geniĢlənmiĢ və çoxaldılmıĢdır (4, s.29).
Fars və ermənilərin mənəvi yaxınlığı vardır. Belə ki, ermənilərlə farsların
eyni dil, eyni irqdən və qan qohumluğu olduğunu Ġran alimi Pərviz Vərcavəndin
1999-cu ildə ilk dəfə fars dilində Tehranda nəĢr etdirdiyi “Ġran və Qafqaz” (“Aran
və ġirvan”) əsərində Andronik Hoyanın fars dilində yazdığı “Erməni mədəniyyəti
ilə Ġran mədəniyyətinin uzun sürən həmiĢəlik bağlılıqları” yazısı həmin kitabın
361-389-cu səhifələrində çap edilmiĢdir. O, yazır: “Ermənilərin dili hind-Avropa
dilinin bir Ģaxəsidir ki, fars dili ilə yaxın qohumluq əlaqələri vardır. Parfiyalıların
dövründə iranlılar və ermənilər bir-birinin dilini baĢa düĢürdülər. Ġndi də Pəhləvi
lüğətləri erməni dilində müĢahidə edilməkdədir. Andronikin yazdığına görə,
ermənilərin təqvimi ilə farsların təqvimi eynidir. 12 ay 30 gün qalır ki, farslar
həmin beĢ günü 8-ci ayın axırına, ermənilər isə 12-ci ayın sonuna əlavə edirlər.
Farslarla ermənilərin dastanlarında və əfsanələrində də bir-birinə çox oxĢarlıqları
vardır. Erməni dili ariyailərin dilindən biridir ki, fars dili ilə ayrılmaz bağlılığı
vardır (8).
Ġranda Dağlıq Qarabağ probleminin köklərilə bağlı ictimai rəyin
formalaĢmasında mənfi rol oynayan fars və erməni tarixçilərinin əksinə olaraq, bir
sıra müəlliflər hadisələrə obyektiv, ədalətli yanaĢma metodunu seçmiĢlər. Erməni
daĢnaklarının 1918-ci ildə Cənubi Azərbaycanda Urmiya, Xoy, Səlmas, Maku,
ġərəfxana, digər Ģəhər və kəndlərdə azərbaycanlılara qarĢı törətdikləri soyqırım
haqda çox az yazılmıĢdır. Təbrizli tarixçi alim Səməd Sərdariniyanın 2005-ci ilin
sonunda çapdan çıxmıĢ kitabı (132) bu boĢluğu doldurmaq üçün sanballı bir
əsərdir. Müəllif Qafqaz, Ġran, Türkiyəyə qarĢı rusların iĢğalçılıq siyasətində
ermənilərin “katalizator” rolu oynamasını, xəyanət və arxadan bıçaq vurmaq kimi
73
alçaq əməllərini onların “Böyük Ermənistan” xülyasında yaĢamaqları ilə izah edir
(12, s.325).
Bütün yuxarıda deyilənlərdən belə bir nəticə hasil etmək olar ki, Ġran
özünün Qafqaz siyasətində Dağlıq Qarabağ problemi ilə bağlı mövqeyini
formalaĢdırarkən həm özünün siyasi, iqtisadi, geostrateji maraqlarını, həm də
region ölkələrinin maraqlarını nəzərə almağa çalıĢmıĢ, lakin böyük dövlətlərin
Cənubi Qafqazdakı maraqlarına münasibətdə balans siyasətini qoruyub saxlaya
bilməmiĢ və bu da təbii olaraq adı çəkilən regionda sülh və təhlükəsizliyin hələ də
kövrək olaraq qalmasını ĢərtləndirmiĢdir. Rəsmi dairələr tərəfindən Azərbaycan
Respublikasının ərazi bütövlüyünün tanınması və elan olunmasına baxmayaraq
Ġran dövləti Qafqaz siyasətində Dağlıq Qarabağ problemindən Azərbaycan
Respublikasına qarĢı vasitə kimi istifadə edir.
Dostları ilə paylaş: |