Güntay GƏNCALP
Nokia, Finlandiya
GÜNEY AZƏRBAYCAN MĠLLĠ HƏRƏKATI
ÜZƏRĠNƏ FENOMENOLOJĠ YANAġMA
“Güney Azərbaycan” söz birləĢməsi artıq qəbul edilmiĢ bir anlayıĢdır. Bu
anlayıĢın, tarixi, coğrafi, siyasi boyutları var. Bu anlayıĢ ətrafında bir sürü sual-
cavab bilgiləri ortaya çıxmıĢdır. Bu sual-cavab dialektikası bağlamında istər-
istəməz əqli imkanlar da geniĢlənmiĢdir. Əslində isə hədəfə çatana qədər bu
doğrultuda tarixi, coğrafi, ədəbi, sosioloji, fəlsəfi və siyasi qavramlar o qədər
zənginləĢməlidir ki, onun təsirindən kənarda qalmaq mümkün olmasın. Bunun
örnəyini biz Ġran, hətta dünya miqyasında görmüĢük. Soyuq savaĢ zamanında solun
qavramları o qədər zənginləĢmiĢdi ki, istər-istəməz bir cazibə mərkəzinə
dönüĢmüĢdü. Bu qavramların bir çoxunun solla heç bir iliĢkisinin olmamasına
baxmayaarq, onlar tərəfindən mənimsənilmiĢdi. Lenininst solun təməli olmadığı
üçün öz içindən çökmüĢdür. Ancaq ulusal hədəflərin və istəklərin təməlli olduğu
isbat edilmiĢdir. Ulusal hərəkətin bütün bu qavramlarla zənginləĢmənin yanı sıra
geniĢ boyutlu bilgi içərisinə girməli və birikilmiĢ bilgiyə görə də toplumsal
davranıĢ sərgiləməlidir, deyə düĢünürəm. Burada Trotskinin bir fikrinə dayanaraq
görüĢlərimi
davam
etdirəcəyəm.
Trotski
deyir:
“Toplumsal
devrim
gerçəkləĢdirmək olanaqsızdırsa, zaman uyqarlıqda (mədəniyyətdə) devrim
gerçəkləĢdirmək gərəkir”. Tam bizim tarixsəl statumuzu bəlirləyən bir görüĢ. Bu
gün bəlli nədənlərdən dolayı ulusal yöndə yurdumuzun içində devrim
gerçəkləĢdirmək olanağından yoxsunuq. Ancaq önümüzdəki zaman dilimində
uyqarlıq planında devrim gerçəkləĢdirə bilməzsək, Ģübhəsiz ki, o toplumsal
devrimin gerçəkləĢməsi və ulusal haqlarımızın həyata keçməsi də çox zor
olacaqdır. Bu baxımdan həm dikey (Ģaquli), həm də yatay (üfüqi) gəliĢmələri
həyata keçirmək ciddi zərurətdir. Dikey gəliĢmə düĢüncə, bilgi və davranıĢ
planında gerçəkləĢirkən, yatay gəliĢmə isə örgütlənmə və milli görüĢləri toplumun
içində yaymaqla mümkün ola bilər. Daha doğrusu, dikey evrim (təkamül) düĢünsəl
və yatay evrim isə siyasi planda baĢ verər. Dikey gəliĢmələri düĢüncə adamı ortaya
qoyar. Çünki hər əsrdə bir neçə kiĢi düĢünər və qadınlar isə düĢüncə adamlarının
düĢündüklərini ya düĢünərlər, ya da uyqularlar (tətbiq edərlər). Böyük Fransa
Ġnqilabı Volter, Russo və Didro kimi düĢünürlərin projesi idi. Dikey evrimi zehni
54
baxımdan bir çağdan digər çağa keçiĢ kimi anlamalıyıq. Buradakı çağ təqvim
anlamında deyil, düĢüncə anlamında anlaĢılmalıdır. ġübhəsiz ki, bunun təməlində
indiki zamanda çağdaĢlaĢma eyləmləri (fəaliyyətləri) durmaqdadır. Ġndiki zamanda
çağdaĢlaĢanı sağlamaq çoğunluğun görəvi deyildir, yaradıcı azğınlığın görəvidir.
Bugünkü milli hərəkatda əksik olan budur, yəni çağdaĢlaĢanı sağlayan yaradıcı
azınlıq əksikliyi var. Tarixin də yaradıcısı və yön vericisi bu yaradıcı azınlıqdır.
BaĢqa dillərdə oxunsa da, öz dilində ciddi yapıtlar (əsərlər) yaradıb və bu vəsilə ilə
milli ideyanı kitablaĢdırmaq ehtiyacı mövcuddur. Bu surəci mədəni inqilab olaraq
tanımlayırıq.
Bu doğrultuda Ģübhəsiz ki, bəzi çalıĢmalar gözə çarpmaqdadır. Ancaq bu
çalıĢmaların çoxu metodik və ya siyasidir. Fəlsəfi çalıĢmalara rast gəlmirik. Oysa
fəlsəfi etkinliklər dəyərlər və politik etkinliklər metodlar üzərində dururlar.
Dəyərlər qalarğı və metodlar dəyiĢkəndir. Və ya metodlar daha tez və dəyərlər isə
uzun zamanda transformasiyaya uğrarlar.
Hər kəs bilir ki, biz ulus olaarq islam orta çağında yaĢayırıq. Bu günkü
Ġranda fərd o qədər dəyərsizləĢdirilir, kimliksizləĢdirilir ki, onun özünə etibarı,
güvəni və öz nəfsinə inancı qalmır. Dehumanizə edilən, dövlətin böyük maddi
imkanları psixoloji təbliğatı vasitəsilə heysiyyətsizləĢdirilən insan özünü daima
suçlu aĢağılıq kompleksi içində hiss edər. Dini istibdad bütün dönəmlərdə insanı
dehumanizə edərək, onun Tanrı üçün yaĢadığı düĢüncəsini təlqin etmiĢdir. Belə bir
toplumda və bireydə, əlbəttə ki, Ģəxsi hesiyyətin, milli kimliyin biçimlənməsi çətin
iĢdir. Bu baxımdan uzun tarix boyunca kimliksiz yaĢamağımızın əsas
səbəblərindən biri dini istibdad olmuĢdur. Səlcuqlu, Osmanlı, Səfəvi
dönəmlərindəki dini istibdad milli həyatımızı dini baxıĢlara yem etmiĢ, türklüyü
ərəb-fars kimlikləri yolunda qurbanlıq etmiĢdir. Belə bir toplum üzvləri, hətta bir-
birinə sayqılı davranmaqda çətinlik çəkirlər. Çünki kökü tarixin dərinliyinə uzanan
milli dayanıĢma örnəyi mövcud olmamıĢdır, dini dayanıĢma örnəyi olmuĢdur.
Çünki davranıĢ uzun bir təcrübənin məhsuludur. Bu ortamda modernitənin bizim
yardımımıza gəldiyini yazımın axıĢı içində anlatmağa çalıĢacağam. Yalnız belə bir
vəziyyətdə mühacirətin ortaya çıxıĢına tanıq oluruq. Yəni bu istibdadın əlindən
qurtulmaq üçün mühacirət etmək. Gözümüzün önündə davam edən və öz
yaĢamımızda da tanıq olduğumuz üzrə mühacirət üç yöndə davam edir:
1. Beyinlərin qaçıĢı. Ölkəmizdə öz davranıĢları və bilgiləri ilə toplumu
etkiləyə biləcək insanlara elə Ģərait yaradırlar ki, ölkəni tərk etsin. Bu növ
mühacirətlərin verimli olduğunun da bilincində olmalıyıq. Çünki dünyada bir çox
devrimlərin təməlini mühacirlər atmıĢlar. Rusiyanın aydınlanması mühacirlər
tərəfindən gerçəkləĢmiĢdir. Türkiyənin aydınlanması Osmanlı zülmündən və
istibdadından Batıya qaçan aydınlar tərəfindən gerçəkləĢmiĢdir. Əlcəzair
55
inqilabının düĢüncə özəyini yenə də mühacirlər ĢəkilləndirmiĢdi. Bu örnəklərə
tarixdə çox rastlanırıq.
2. Ġkinci fərar növü toplumdan və toplumsal yaĢamdan qopub və içə dönük
bir həyata qatılmaqdır. Sufilik, xanigahlara sövq edilmə, xəyallara sığınma kimi
həyat Ģəkli bunun açıq örnəyidir.
3. UyuĢdurucuya, içkiyə sığınma. Bu növ fərar Ģəklini günümüzdə Güney
Azərbaycanda görməkdəyik. Hər üçü də fars millətçiliyi mərkəzliyi mərkəzli Ģiə
rejiminin ölkəmizdə uyğuladığı iqtisadi, siyasi və politikadan qaynaqlanmaqdadır.
Bu vəsilə ilə fars Ģovinizmi bizim milli enerjimizi dejenerasiona uğratmaqdadır. Bu
bağlamda Güney Azərbaycan milli məsələsini toplumsal bir hərəkat kimi ələ almaq
ehtiyacı ortaya çıxır. Toplumsal hərəkatların bəzi özəllikləri var. Öncə bunu
bəlirtmək gərəkir ki, toplumsal hərəkat iqtidarla millət irtibatında ortaya çıxan bir
fenomendir. Biz Ġran miqyasında bunu çox təcrübə etmiĢik. Daha öncə belə bir
görüĢ hakim idi ki, Güney Azərbaycanda Ġran miqyasında geniĢ çaplı və qapsayıcı
hərəkatları təĢkil etmək və baĢa çatdırmaqla sosial ədalət ehtiyacını bərtərəf edə
bilərik. Ancaq bütün bunlardan bir nəticə alınmadı və biz həm iqtisadi, həm
mədəni, həm də siyasi baxımdan yoxsulluğa uğradıldıq, aldadıldıq. Aldadıldıq,
çünki toplumsal hərəkatların onurğasını oluĢduran milli məfkurədən məhrum idik.
Bu milli məfkurəni bizə modernitə və qloballaĢma ərməğan etmiĢdir. Biz “sosial
ədalət” kimi anlayıĢları milli zehnin və bilginin iĢığında aydınlığa
qovuĢdurmamıĢdıq. Elə bir aydınlanma sürəcini yeni baĢlamıĢıq. Toplumsal
hərəkat o zaman ortaya çıxır ki, bir təĢkilat və ya seçkin insanlar toplumda bəzi
ünsürləri reform yolu ilə dəyiĢdirmək və ya devrim yolu ilə tamamilə ortadan
qaldırmaq istəyirlər. Bizim ən böyük sorunumuz tarix boyu bu “bəzi ünsürlər”
olmuĢdur. Biz “nəyi dəyiĢdirmək və nəyi bütünü ilə ortadan qaldırmaq istəyirik”
sualına bu günə qədər yanlıĢ cavab vermiĢik və bu yanlıĢlıq bizə çox baha baĢa
gəlmiĢdir. Milli kimliyimiz gözardı edilmiĢ və bir çox enerjili gənclərimiz bu yolda
boĢuna canlarını fəda etmiĢlər. Fars Ģovinizminin isə hakimiyyəti bizim
düĢüncəmizə, duyğularımıza və coğrafiyamıza davam etmiĢdir. Toplumsal
hərəkatlar bir hədəf doğrultusunda baĢ qaldıran aksiondur. Bu aksion istər qalib
olsun, istər məğlub sosial dəyərləri və qurumları dərindən etkilər. Məsələn,
M.Ə.Rəsulzadə məğlub edildi, onun siyasi fəlsəfəsi Azərbaycan tarixinin bağrına
yazıldı. Və ya Babək qalasına yürüĢ əngəllənmiĢdir, ancaq eyni gündə millətin
ağlında və duyğularında Babək qalasına yürüĢ ideyası yaĢayır.
Bizim milli içərikli sosial hərəkatımız fars iqtidarının və bu min illik tarixin
sorğulanması ilə eyni zamanda düĢüncə həyatını sürdürməkdədir. Çünki burada
yalnız bir suçlu yoxdur, tək fars Ģovinizmi suçlu deyil. Bizi farslara təslim edən öz
dəyərlərimiz də yarqılanmaqdadır. Bizim cəhalətimiz üzərinə inĢa edilən fars
Ģovinizminin məĢrutiyyətini iki olqu sual altına aparmaqdadır:
56
1. Modernizm.
2. Güney Azərbaycan əhalisinin oyanan milli vicdanı.
Güney Azərbaycan milli hərəkatının dünyada tək müttəfiqi var, o da
modernitədir. Günümüzdə fars Ģovinizmi mərkəzli Ģiə rejimi ilə bizim
hesablaĢmamız necə ola bilər? Bu siyasi düzən dörd böhranla qarĢılaĢdığında
ortadan qalxmıĢ olur. Nələrdir bu dörd böhran növü?
1. MəĢruiyyət böhranı. Yəni hakim dövlət ideologiyası və dünyagörüĢü
toplum tərəfindən qəbul edilmir. Dövlətin rəsmi dünyagörüĢü üzərinə fərqli
təfsirlər ortaya çıxır. Bizim baxımımızdan fars rejiminin Ġranı yalnız farslardan
ibarət olaraq görmə görüĢü və Güney Azərbaycanı bağımsız bir olqu olaraq qəbul
etməməsi Ģiddətlə rədd edilir. Rejimin dini müqəddərata sığınaraq qazandığı etibarı
da dərindən sarsılmıĢdır. Bu arada tarixi, fəlsəfi və dini planda rejimin
mövcudluğunu sual altına aparan ən önəmli Ģəxsiyyətlərdən biri Abdulkərim
SoruĢdur. SoruĢun özəlliklə son yazıları fars Ģovinizminin dini əsaslarını dərindən
sökməyə baĢlamıĢdır. Səfəvilərdən günümüzə qədər bizi farslarla bir inanc içində
tutan mövcud inanıĢ SoruĢ tərəfindən geniĢ fəlsəfi planda soruĢdurmaya tabe
tutulmuĢdur. Bu baxımdan SoruĢun əsərləri bizim milli hərəkata enerji
qazandırmaqdadır. SoruĢ və Nasir Purpirar özləri istəməsələr belə, Ġranda yaĢayan
millətlərin milli mübarizələrinə yardımda bulunmaqdadırlar.
2. Qatılım böhranı. Rejim hər dəfə formal olaraq keçirdiyi seçkilərdə
qatılım böhranı ilə qarĢılaĢır. Güney Azərbaycanda əhalinin seçimlərə qatılmaması
bir rejim dəyiĢikliyi üzündən deyil, olmamalıdır. Bu kimlik inĢası doğrultusunda
fars Ģovinizmini rədd etmək anlamındadır. Güney Azərbaycan əhalisinin rejimin
seçki kompaniyalarına qatılmaması dövlət tərəfindən çox əndiĢə ilə qarĢılanır.
Çünki örnəyin bu qatılmama farsların qatılmaması ilə eyni dəyərdə deyildir.
3. Tətbiqat və çözüm böhranı. Bu, o anlamdadır ki, rejim göz önündə
bulunan bir çox iqtisadi, ictimai sorunların çözümündə çarəsiz qalır. Güney
Azərbaycandakı iqtisadi böhrana rejimin seyrçi qalması, ayrıca uluslararası enerji
xasiyyəti daĢıyan bu yurdların yeraltı, yerüstü zənginliklərini talaması çox
düĢündürücü bir gerçəklikdir. Ulusumuz get-gedə bu iqtisadi sömürülmənin
bilincinə varmaqdadır.
4. Kontrol böhranı. Kontrol böhranı geniĢ anlamlı bir anlayıĢdır. 1)
Hakimiyyətlər içi ziddiyyətlər ortaya çıxır və rejim öz içindən bölünməyə və
qütbləĢməyə doğru gedir. 2) Rejim öz müxaliflərinin təĢkilatlanmalarını əngəlləyə
bilməz duruma gəlir.
Bunlar bir rejimin süqutunu sağlayan böhranlardır. Ancaq nə məĢruiyyət, nə
qatılım, nə də tətbiqat və çözüm böhranı bir rejimi yıxa bilməz. Bunlar rejimin
varlığına təxrib edici zərbələr vura bilərlər, ancaq rejimi yıxacaq ən ciddi böhran
kontrol böhranıdır. Son zərbəni vuran kontrol böhranıdır. Bu gün Güney
57
Azərbaycanda milli hərəkatın mübarizəsini rejim boğaraq, öldürərək, zindana
salaraq kontrol edə bilir. Ancaq zamanın axıĢı və Güney Azərbaycan əhalisinin
fikrən, hissən və örgütlənmə olaraq daha da hazırlıqlı duruma gəlməsi və fars
Ģovinizminin dünyada insan haqlarına sayğı göstərməyən dövlət kimi tanınması
istər-istəməz kontrol məĢruiyyətini də dərinləməsi ilə meydana çıxacaqdır. Bundan
sonra, əlbəttə ki, Güney Azərbaycan Milli Hərəkatı da yeni bir mərhələyə
keçəcəkdir. ġovinizmin kontrol böhranı ortaya çıxdığı zaman bizim söyləmlərimiz
dəyiĢəcəkdir.
Güney Azərbaycanda nüfus artıĢı və ĢəhərləĢmə həyatı ulusal bilincin
gəliĢməsinə təsir göstərən vasitələrdən biridir. Ġnsanlar Ģəhər həyat sistemində
maddi həyatı kəĢf edirlər. Maldarlıq və tarım kimi iqtisadi sistemdə maddi həyat
ayrıntılı Ģəkildə kəĢf olunmur. Maddi həyatın kəĢfi bir Ģəhər olqusudur və ticarətlə,
sənayeləĢmə və Ģəhər kültürü ilə bağlantılıdır. ġəhərlərdə siniflərin ortaya çıxıĢı və
əhalinin artıĢı dünyadakı hadisələrə kollektiv münasibətlərin formasını və
məzmununu dəyiĢdirir. Daha öncəki dönəmlərdə ən çox Təbriz böyük olayların
mərkəzi olurdu. Ancaq artıq Güney Azərbaycanın bir neçə Ģəhəri keyfiyyət uğruna
mübarizə aparacaq kəmiyyətə yüksəlmiĢdir. Kənd və köçəri həyatda bu fürsətlər
mövcud olmur. Əski hərəkatlarımızın məğlubiyyətləri Ģəhər həyatının çox zəif
olması və Ģəhər əhalisinin az olmasından da qaynaqlanmıĢ ola bilər. ġəhər həyat
sistemində özəlliklə proletar sinfinin milli mübarizəyə qatılması çox önəmlidir.
Milli iqtisadiyyat və sosial ədalətdən yana olan milli mübarizənin uğuru bu geniĢ
təbəqəni öz içinə alması ilə kəskinləĢə bilər.
Ancaq bütün sinifləri içinə ala biləcək bir hərəkətin geniĢ fəlsəfi, ədəbi,
siyasi qaynaqları olmalıdır ki, bu gün bizdə ən ciddi əksiklik olaraq gözə
çarpmaqdadır. 1905-ci ildə Lenin deyirdi: “Sosialist inqilabını gerçəkləĢdirmək
üçün ədəbiyyatımız yetərli deyildir”. ÇernıĢevski kimi sosialistlərin və özəlliklə
Maksim Qorki kimi yazarların milləti hərəkətə gətirmək üçün çox təsiri oldu. Bu
gün bizim toplumumuz üçün də bu sahədəki məhrumiyyət özünü açıqca göstərir.
Hər Ģey siyasətlə anladılmaz. Güney Azərbaycanın öz içindən fıĢqıran böyük dram
əsərləri, geniĢ miqyaslı bilgi bilirikmi, yeni musiqi əsərləri gərəkməkdədir. Əlbəttə
ki, bu olaylar mədəni planda gerçəkləĢərkən, siyasi planda da xəyali realizmlə
gerçək realizmin sınırlarını bəlli etmək gərəkəcəkdir. Bu açıdan toplumun ruhuna
xitab edən söyləmlərlə dıĢ dünyaya xitab edən söyləmlərin məzmunu üzərinə
dərin-dərin düĢünmək lazımdır. Bir toplumun iç yaĢamının dəyiĢməsi əldə etdiyi
bilgilər və bu bilgilərin davranıĢlara yansıması ilə mümkün olur. Bu günə qədər
tariximizdə inĢa edilən bilgilərin bizdən daha çox farslara fayda sağladığına tanıq
olmaqdayıq. Özəlliklə də bu bilgi birikiminin fars dilində gerçəkləĢməsi bir
Ģəkildə millət olaraq beynimizi fars əsarətinə soxmuĢdur. Bu üzdən bu dəyərlərin
yenidən dəyərləndirilməsi və gözdən keçirilməsi gərəkir. Min ildən artıq zaman
58
axıĢı içində ortaya qoyulan bilgilər və inanıĢ Ģəklimiz bizi farslarla bir yerdə
yaĢamağa zorlamıĢdır. Modern dünya və onun bilgiləri bu tarixə “dur!”
deməkdədir. Ancaq modernitənin bilgilərini Güneydə yansıtacaq əsərlər lazımdır.
Bir sözlə, bilgilərimizin çağdaĢ anlamda kitablaĢması zəruridir. Bu istək
gerçəkləĢərsə, insanlarımızın beyni və dünyaya baxıĢı keçmiĢin əsarət doğuran
çürük dəyərlərindən qurtulmuĢ olur. Həyatımızda etkin olan paradiqmaların yerini
yeni paradiqmalar almalıdır. Ġrandakı iqtisadi çətinlik, millətin yoxsul yaĢaması
inqilabi hərkat üçün təkan verə bilər. Lakin bu təkan düĢüncə mühiti yarada
bilməz, milli kadrlar və lider yetiĢdirə bilməz.
DüĢüncə də təkbaĢına milli iradənin gerçəkləĢməsinə səbəb ola bilməz.
Milli iradə zorla və polad iradə ilə gerçəkləĢir. Almaniyanın bütünlüyünü arzu edən
Hegel deyirdi: “Almaniya ölkə deyildir. Bir insan topluluğu öz ərazi bütövlüyünü
birlikdə savunduğu zaman ölkəyə sahib olur. Almaniyanın birləĢməsi heç bir
zaman düĢüncənin məhsulu olmayacaq. Almaniya zorla və qətiyyətin hesabına
birləĢəcək. Alman xalq kütləsi fateh bir iradənin tətbiqatı nəticəsində millətə
dönüĢəcək, Almaniya ölkə olacaqdır”.
Güney Azərbaycan milli hərəkatı təkamül prosesində, əlbəttə ki, öz
Bismarkını və ya Atatürkünü yetiĢdirməlidir. Bütün bu çalıĢmalar o milli fatehin
ordunun içindən ortaya çıxması üçün hazırlıqdır.
Əlirza AMANBƏYLĠ
Təbriz, Güney Azərbaycan
ĠRAN ADLANAN ÖLKƏDƏ ĠġGƏNCƏ VƏ CƏZA ÜSULLARI
Məlum olduğu kimi, 1979-cu ildə Ġranda 53 il hakimiyyətdə olan Pəhləvi
Ģahlıq sülaləsinə qarĢı baĢda Güney Azərbaycan türkləri olmaqla böyük inqilab
baĢlandı. Hər zaman olduğu kimi, Güney Azərbaycan türkləri Pəhləvilərin qeyri-
fars millətlərə, özəlliklərə türklərə qarĢı ədalətsizliyə, ayrı-seçkiliyə, iqtisadi və
sosial problemlərə, insan haqlarının pozulmasına son qoymaq üçn bir ilə yaxın
Ġranın bütün Ģəhər və kəndlərində kütləvi mitinq və aksiyalar davam etdi. ġah
rejiminin məmurları hakimiyyəti qorumaq və inqilabı boğmaq məqsədilə odlu
silahlardan atəĢ açaraq minlərlə insanı qətlə yetirdilər, lakin xalqın iradəsini sındıra
bilmədilər və nəhayət Ģahlıq sülaləsi devrildi.
Ġslam dininin pərdəsi altında hakimiyyətə gələn radikal faĢist molla
hakimiyyəti Ġranda bütün xalqlara milli azadlıq, söz və qələm azadlığı, ədalət və
bərabərlik vədləri verərək cinayətkar hakimiyətlərini möhkəmləndirdi və dərhal
Ġraqla müharibəyə baĢladı.
59
Xalqa verilən vədlərə əməl olunmadığını görən siyasi-ictimai Ģəxsiyyətlər
və partiyalar molla hakimiyyətinin Ģah hakimiyyəti ilə heç bir fərqi olmadığını hiss
edib qanunların icra olunmasını rejimdən tələb etməyə baĢladılar. Lakin molla
hakimiyyəti bu tələbləri irəli sürən hər bir Ģəxsi Allaha qarĢı çıxmaqda ittiham
etməyə baĢladı. Bu bəhanə ilə diktator rejimə qarĢı olan hər bir Ģəxs savadsız və
canilərdən ibarət polis və təhlükəsizlik məmurları tərəfindən həbs olunaraq ağır
iĢgəncə və təzyiqlərə məruz qoyuldular, qondarma məhkəmə qərarları ilə uzun
müddətli həbslərə, edam və sürgünlərə məhkum edildilər. 1980-1988-ci illər
arasında inqilab iĢtirakçısı olan minlərlə azadlıq sevər, vətənpərvər gənc, ya Ġran-
Ġraq müharibəsində, ya da Ġranın həbsxanalarında öldürüldülər. Təxminən 6 milyon
Ġran vətəndaĢı xarici ölkələrdə siyasi sığınacaq aldılar ki, onların əksəriyyəti Güney
Azərbaycan türkləridir. Demək olar ki, onların böyük əksəriyyəti Ġran adlanan
ölkənin təhlükəsizlik və polis orqanlarında ağır iĢgəncə və təzyiqlərə məruz
qalıblar. Xaricdə mühacirətdə olan və ya hal-hazırda Ġranda yaĢayan bu rejimin
müxaliflərinin bildirdiyinə əsasən diktator molla hakimiyyətində müxtəlif növ
iĢgəncə üsulları mövcuddur. Bu iĢgəncələr müxaliflərlə yanaĢı, adi insanlara da
tətbiq olunur. ĠĢgəncələr əsasən fiziki və ruhi üsullarla həyata keçirilir.
Ġranın təhlükəsizlik orqanı olan ETTELAAT təcridxanalarında, polis
idarələrində, həbsxanalarda, məscidlərdə, digər gizli təcridxanalarda insanlığa
yaraĢmayan müxtəlif növ iĢgəncə faktları ortaya çıxıb ki, onlar əsas etibarilə
aĢağıdakılardır: Edam iĢgəncəsi, daĢqalaq, Ģallaqlama, bədən əzalarının kəsilməsi,
daxili orqanların çıxarılması, qol, qıç, bel və boyun sındırılması, kisəyə qoyularaq
hündür binadan atılma, kiĢilərin xədim edilməsi, qadınların döĢlərinin və cinsiyyət
üzvlərinin kəsilməsi və yandırılması, bədənin ütülənməsi, isti alətlərlə damğalama,
göz çıxarma, diĢlərin sındırılması, saçların yolunması və yandırılması, zorlama,
dəmir seyfdə saxlama, soyuq suda saxlama, havasız konteynerdə saxlama, ayaqdan
asılma, əlin ayağa qandallanması, soyundurularaq Ģaxtalı havada qolubağlı
saxlama, məhbusun gözü qarĢısında ailə üzvlərinin döyülüb təhqir olunması və s.
Edam. Edamlar çox zaman əhalini xof və vəhĢətdə saxlamaq üçün
insanların gözü qarĢısında həyata keçirilir. Edamlar ya qaldırıcı kran vasitəsilə, ya
da ənənəvi dar ağacı üsulu ilə icra olunur. Qədim üsulla asılma sistemində asılan
insan təxminən bir metr hündürlüyündə masa və ya stul üstünə çıxarılaraq boynuna
ip salınır və ayağı altındakı masa, ya stul götürülür. Həmin Ģəxs qısa müddətdə iflic
olaraq boğulub ölür. Son zamanlar Ġran molla hakimiyyəti edama məhkum etdiyi
məhbusa əzab vermək üçün qaldırıcı krandan istifadə edir. Qaldırıcı kranla asılan
insan bir qədər gec və əzabla ölür. Ġnsanları bu dəhĢətli səhnələrə zorla tamaĢa
etməyə məcbur edirlər. Əhali sıx olan yerlərdə belə edamlar tez-tez icra olunur.
Bəzi hallarda bir insana iki və ya üç edam hökmü verilir, yəni insan asılır, ölənə
yaxın endirilir və yenidən asılır.
60
DaĢqalaq. Bu cəza əsasən qadınlara verilir. DaĢqalaq cəzasına məhkum
edilən qadın geniĢ bir meydanda belinə qədər yerə basdırılır və ətrafa toplaĢan
məmurlar tərəfindən öncədən gətirilmiĢ daĢlarla həmin Ģəxs ölənə qədər vurulur.
Bu cəza çox zaman nigah olmadan cinsi əlaqəyə girən qadınlara verilir.
ġallaqlama. Molla hakimiyyətində Ģallaq cəzası ən kütləvi cəzalardan
hesab olunur. ġallaq cəzası həm həbsxana daxilində, həm də əhalinin gözü
qarĢısında icra olunur. ġallağa məhkum edilən Ģəxsin alt paltarından baĢqa bütün
geyimləri çıxarılır, üzü üstə uzadılır və təxminən dörd nəfər bu hökmü icra edir.
Bir nəfər vurur, bir nəfər vurulan Ģallağı sayır və digər iki nəfər də Ģallaq vurulan
Ģəxsi tutub saxlayır. ġallaq hökmü iki növ olur: yüngül və ağır zərbəli. ġallaqların
sayı ittihamın yüngül və ağırlığından asılı olur: ən azı 40 zərbədən 360 zərbəyə
qədər. Bu cəza üsulu əksər hallarda siyasi və ictimai ittihamlara Ģamil edilir.
Bədən əzalarının kəsilməsi. Bu cəza üsulu adətən oğurluq edən Ģəxsə
tətbiq olunur. ĠĢgəncə məhbusun barmaq, əl, qol və ayaqlarının iti alətlə (çox
zaman balta ilə) kəsilməsi ilə həyata keçirilir.
Dostları ilə paylaş: |