GÜney azərbaycan



Yüklə 2.8 Kb.
PDF просмотр
səhifə4/12
tarix29.11.2016
ölçüsü2.8 Kb.
1   2   3   4   5   6   7   8   9   ...   12

Azərbaycanlıların etnosiyasi mobilizasiya 
bağlamında analizi 
 
Türkiyədən  sonra  dünyada  ən  böyük  Türk  topluluğunun  yaĢadığı  ölkə 
Ġrandır. Ġrandakı Türk əhali Azərbaycanda sıx olmaqla birlikdə Ġranın digər yörə və 
Ģəhərlərində  də  tez-tez  rast  gəlinir.  Türk  əhali  daha  çox  Azərbaycan,  Gilan, 
Türkmən yaylası, Kirman, ġiraz, Ġsfahan, Həmədan, Xəmsənin və Savənin güneyi 
ilə Tehranda yaĢamaqdadır (6, s.379). 
Leon  T.Hadar  Andrey  Alstadt:  “Ġranda  20  milyondan  çox  azəri  yaĢadığını 
bildirmiĢdir” (7) A.Whitley isə “Ġranda ən az % 40 Türk ünsüründən bəhs edir (8). 
Azərbaycanlıların  böyük  çoxluğunun  yaĢadığı  Güney  Azərbaycan  107.000 
kv.-lik bir sahəni qapsayan Təbriz, Ərdəbil, Xoy, Urmiya, Səlmas, Maku, Marağa, 
Astara,  Culfa,  Mərənd,  Xalxal,  Soyuqbulaq  kimi  Ģəhər  və  qəsəbələri  əhatə  edir. 
1978-ci  ildən  sonra  Güney  Azərbaycanda  Türkcə  bəzi  yayın  fəaliyyətləri 
baĢlamıĢdır. Ancaq təhsil əvvəlki kimi farscadır (6, s.379). 
BirləĢmiĢ  Millətlər  TəĢkilatı  Etnik  azınlıqlar  –  1997  Raportu,  Ġranda  ən 
böyük  etnik  qrupu  təĢkil  edən  azərbaycanlıların  əhalinin  23.500.000  (1997-ci  il 
üçün)  olduğunu,  yaxud  toplam  əhalinin  %37.3-nü  təĢkil  etdiyini,  habelə  290.000 
ƏfĢar, 5.000 Aynalı, 7.500 Baharlı, 1.000 Mogaddem, 1.000 Bıçaqçı, 3.000 Qacar, 
2.000  Qaragözlü,  130.000  ġahsevən  (1993)  oymağına  mənsub  əhali  də  əlavə 
edilincə,  toplam  əhalinin  24.364.000  olduğunu,  bölgəni  Altay  dil  qrupuna  aid 
Güney  Azərbaycan  Türk  bölgəsi  olaraq  tanımlamıĢdır  (9).  BirləĢmiĢ  Millətlər 
Etnik azınlıqlar – 2002 Raportunda isə Ġran içindəki azərbaycanlıların toplum sayı 
30 milyon olaraq göstərilmiĢdir (21). 
Əli  Əl-Tai,  azərbaycanlılar  arasında  3  çeĢid  kimlik  Ģəklindən  bəhs 
etməkdədir: 1) özünü  fars dilli aryan  irqindən  görərək, Türklüklə  heç bir ilgisinin 
olmadığını  irəli  sürən  Türklər;  2)  özünü  Türk  kimliyi  ilə  tanımlayaraq,  Türk 
dünyası birliyinə inanan pantürkistlər; 3) özünün fərqli bir millət olduğuna inanan 
və  Ġran  içində  muxtariyyət  tələbində  bulunanlar  (5,  s.113).  Əl-Tainin  bu  üçlü 
təsnifinə,  özünü  Ġran  içində  ən  böyük  etnik  qrup  və  tarixən  Ġranı  yönəltmiĢ  bir 
millət  olaraq  görən,  habelə  tarixi  ədalətin  yerinə  gətirilərək  Türklərin  yenidən 
Ġranda hakim mövqeyə gətirilməsini istəyən bir kəsimi də diqqətə alsa, 4-cü çeĢid 
hüviyətdən də bəhs edə bilərik.  

35 
 
Son illərdə azərbaycanlıların mərkəzlə olan rəqabətləri özəlliklə mədəniyyət 
sahəsində  daha  çox  hiss  edilməkdədir.  Azərbaycanlı  aydınlar  yerəl  dillərində  çox 
sayda qəzet və dərgilər yayınlamaqdadırlar. Rejim radikal içərikli yazıları və yerəl 
xalq  arasında  böyük  oxucu  kütləsinə  sahib  bir  çox  qəzeti  qapatmıĢ,  yayın 
məhsullarını  da  mühakimə  etmiĢdir.  Bu  cür  qəzetlər  arasında  özəlliklə  “Ümid-i 
Zəncan”,  “Nəvide-Azərbaycan”,  “ġəms  Təbriz”  və  b.  diqqət  çəkməkdədir.  1  may 
2002  tarixində  BMT  Ġnsan  Haqları  Komissiyası  Ġran  üzrə  özəl  təmsilçisi  Maurice 
Coptron,  Ġranı,  qəzetçilərin  və  tələbələrin  haqlarına  təcavüz  etdiyi,  habelə 
azərbaycanlıların  assimilyasiyaya  məruz  qalaraq,  öz  dillərində  təhsil  almalarının, 
uĢaqlarına  Türkcə  adlar  verilməsinin  əngəlləndiyi  və  bölgədəki  Türkcə  yer 
adlarının farsca adlarla dəyiĢdirilməsi səbəbiylə qınadı (10, s.76). 
Son dönəmdə Ġrandakı azərbaycanlılar üzərində dıĢ faktorların etkisi güclü 
Ģəkildə  hiss  edilməkdədir.  Quzey  hüdudundakı  müstəqil  Azərbaycan 
Respublikasının  qurulması  Ġrandakı  azərbaycanlılar  arsında  etnik  bilinci  (Ģüuru) 
gücləndirərək,  etnosiyasi  mobilizasiyanı  sürətləndirmiĢdir.  Yeni  qurulan 
Azərbaycan  Respublikasında  həm  rəsmi  səviyyədə,  həm  də  sivil  təĢkilatlar 
səviyyəsində  gəliĢdirilmiĢ  olan  Güney  Azərbaycanın  müstəqilliyi    və  iki 
Azərbaycanın  birləĢdirilməsi  yönündəki  söyləm,  Quzeydə  bu  doğrultuda  bir 
birləĢməçi  ideologiyanın  və  strateji  hədəflərin  ortaya  çıxmasına  səbəb  oldu.  Bu 
yeni  ideologiya  qısa  sürədə  Ġranda  da  sürətlə  yayılmağa  baĢladı.  Bakıda  Ġrandakı 
izləyici kütləsinə xitabən açılmıĢ “Sara” televiziya kanalı və b. kitab və yayınlar bu 
cür  birləĢməçi  düĢüncələri  dəstəkləməkdə  idi.  Qısa  sürə  sonra  Bakıya  Ġrandan 
miqrasiya etmiĢ aydınların çeĢidli cəmiyyətləri fəaliyyətə baĢladı. Bunlar arasında 
“Cənubi  Azərbaycan  Milli  Azadlıq  Hərəkatı”  (CAMAH),  “Güney  Azərbaycan 
Aydınlar Birliyi” və “21 Azər” qrupu diqqəti çəkməkdədir. 1996-cı ildən etibarən 
isə  bu  cür  təĢkilatların  həm  Ġranın  içində,  həm  də  Avropa  və  Amerikada  ortaya 
çıxdığı görülməkdədir. 1995-ci ildə Ġran Məclis seçkilərində adaylığını qoyan Dr. 
Mahmudəli Çöhrəqanlının Təbrizdə birinci turda yüksək səs toplamasının ardından 
rejim  tərəfindən  ikinci  tura  qatılması  əngəllənərək  həbsə  atılması  və  iĢgəncə 
görməsi olayı Təbrizdə etitaz göstərilərinə səbəb oldu. Sonrakı illərdə ev həbsində 
tutulan  Çöhrəqanlı  2001-ci  ildə  ölkə  dıĢına  gedərək  Güney  Azərbaycan  Milli 
OyanıĢ Hərəkatını (GAMOY) qurdu. 
2000-ci  illərdə  Avropa  və  Amerikada  yaĢayan  (çoxu  Ġrandan  getmiĢ) 
azərbaycanlılar arasında da diaspor fəaliyyətlərinin artdığı görülməkdədir. 2002-ci 
ilin yanvar ayında Dünya Azərbaycanlıları Konqresi (DAK) adından Əhməd Obalı 
baĢqanlığındakı  bir  heyətin  ABġ  Departamentinin  yetkililəri  ilə  görüĢdə,  DAK 
üzvləri 30 milyonu aĢqın azərbaycanlının haqlarının Ġran rejimi tərəfindən sürəkli 
pozulduğu,  dillərinin  yasaq  olduğu,  Azərbaycan  tarixi  abidələrinin  yıxıldığı, 

36 
 
mətbuat  azadlığının  qısıtlandığı  və  Azərbaycanların  həbsdə  iĢgəncə  gördüyü  və 
öldürüldüyü mövzusunda bilgi verdilər (10, s. 67). 
Bu gün azərbaycanlılar, Ġrandakı digər etnik qruplardan etnosiyasi hərəkatın 
sürətlə mobilizə olması, gənclərin, özəlliklə universitet tələbələrinin  bu hərəkatda 
aktiv  rol  oynamaları  və  ən  önəmlisi  yerəl  xalq  arasında  sürətlə  artan  kütlə 
dəstəyinin  geniĢliyi  ilə  seçilməkdədirlər.  1999-cu  ildən  etibarən  xalqın  Təbrizin 
160  km  uzaqlığındakı  Kəleybərdə  dağlıq  bölgədə  bulunan  Babək  qalasına  (IX 
əsrdə  yaĢamıĢ  Azərbaycan  qəhrəmanının  adı  ilə  bağlıdır)  hər  il  düzənləməkdə 
olduğu kütlə yürüĢü Azərbaycandakı etnosiyasi hərəkata yeni boyut qazandırmıĢdır. 
Yerəl  aydınlar  dil,  mədəni  haqların  yanında  muxtariyyət  tələblərini  də  tez-tez 
gündəmə  gətirməkdədirlər. Bu gün azərbaycanlı seçkinlərin bir qismi (inqilabdan 
bu  yana)  ölkə  idarəsində  aktiv  rol  oynamaqdadırlar.  Gələcək  illərdə  olası  rejim 
dəyiĢikliyi  halında,  azərbaycanlı  seçkinlərin  mərkəzi  hökumətlə  özdəĢləĢmiĢ 
olması  durumunun  dəyiĢəcəyi,  Ģoven  fars  söyləminə  sahib  yeni  rejim  tərəfindən 
dıĢlanacağı olasıdır. Bu da ən böyük etnik qrup olaraq azərbaycanlıların gələcəkdə 
Ġran  içində  həssas  mövqeyə  gələcəklərinə  və  mərkəzə  qarĢı  müxalifətdə  baĢda 
olacaqlarına  iĢarət  etməkdədir.  Azərbaycandakı  etnosiyasi  hərəkatın  nə  yöndə 
gəliĢəcəyi  isə  böyük  ölçüdə  mərkəzin  etnik  siyasətləri  və  yerəl  təĢkilatlarla 
seçkinlərin alacağı tövr və qərarlar doğrultusunda bəlirlənəcəkdir. 
 
Kürdlərin etnosiyasi mobilizasiya bağlamında analizi 
 
Ġran  Kürdistanı,  kürdlərin  məskun  olduğu  ən  böyük  bölgələrdən  biri  olub 
Ġraqın  quzeyi,  Türkiyənin  güneyi,  Suriyanın  Ģərqinə  qədər  uzanmaqdadır. 
Kürdlərlə  dil  və  məzhəb  sorunları  azərbaycanlılardan  və  bəluçlardan  daha  öncə 
siyasiləĢmiĢdir. Ġrandakı kürdlərin siyasi fəaliyyətlərinin boyutu və Ģiddəti Türkiyə 
və  Ġraqdakı  kürdlərdən  daha  zəifdir.  Bu  ölkələrdəki  kürd  azınlıqla  mərkəzi  dövlət 
arasındakı  çatıĢma  Ġrandakından  daha  Ģiddətli  və  bəlirgindir.  Kürdlər  daha  çox 
Ġranın qərbində, yəni Kürdistan vilayətində, qərbi Azərbaycanda və KirmanĢahda, 
bir  qismi  də  Ġranın  Ģimal-Ģərqi  Xorasan  vilayətində  məskundurlar.  Ġran 
Kürdistanının  yüzölçümü  24998  kv.km-dir.  KirmanĢah  və  Xorasandakı  kürdlər, 
Kürdistandakı  kürdlərlə  siyasi  həmrəylik  və  birlikdəlikdən  uzaqdırlar.  Bunun  da 
baĢlıca  səbəbi  Xorasan  və  KirmanĢah  kürdlərinin  Ģiə  məzhəbinə  mənsub 
olmalarından qaynaqlanmaqdadır (11). 
Kürdlər, ümumilikdə, çox heterogen yapıya sahib bir topluluqdur. Dil, din, 
məzhəb  fərqliliklərinin  yanında,  kürdlərin  çoxluğunun  əĢirət  yapısını  sürdürərək, 
icma-klan  səviyyəsindəki    bir  yapıya  sahib  olduqları  bilinməkdədir.  Kürdcənin 
fərqli  bölgələrdə  fərqli  dil  və  ləhcələrdən  ibarət  olduğu,  bəzi  ləhcələrin  (məsələn, 

37 
 
Havrami və Dimlli ləhcələrinin) Qərb araĢdırmaçıları tərəfindən kürd dillərinə aid 
olmadığı  bəlirtilməkdədir.  Ancaq  kürd  aydınlar  filologiya  mövzularına  çox  önəm 
vermədən, kürdlər arasındakı etnik həmrəylik duyğusuna üstünlük verməkdədirlər 
(12).  Eyni  tablo  Ġran  kürdləri  üçün  də  keçərlidir.  Ġrandakı  kürdlərin  çoxunluğu 
sünni məzhəbindən olmaqla birlikdə, özəlliklə KirmanĢah və ətrafındakı kürdlər Ģiə 
məzhəbinə  mənsub  olub  Ġranla  daha  çox  özdəĢləĢmiĢlər.  Ġrandakı  kürdlərin  bir 
özəlliyi  də  gələcəyə  yönəlik  hədəf  və  strategiyaları  ilə  bağlı  konkret  görüĢlərdən 
yoxsun olmalarıdır.  
Kürdlər  etnik  açıdan  heterogen  olduqları  kimi,  tarixləri  də  dartıĢmalı 
mövzuları ehtiva etməkdədir. Tarixçi David McDowal “Kürdlərin eyni soykökdən 
gəldikləri  anlamında  etnik  bir  bütün  təĢkil  etdiklərini  söyləmək  son  dərəcə  Ģübhə 
oyadıcı  bir  mövzudur”  deməkdədir.  Habelə,  McDowal,  Osmanlı-Səfəvi  savaĢları 
sonucunda  (Osmanlılar  Ġranla  olan  hüdud  xəttinin  güvənliyini  təmin  etmək 
məqsədilə  fərqli  bölgələrdən  gətirdikləri  qarıĢıq  etnik  yapıya  sahib  qəbilələri 
birləĢdirərək  16  kürd  əmirliyi  yaratmıĢlardı)  kürdlərin  yeni  bir  siyasi  və  mədəni 
kimliyə sahib topluluq olaraq ortaya çıxdığını vurğulamaqdadır (13, s.8.). 
Tarixi planda etniklərin formalaĢma sürəclərini incələyən A.Smith, özəlliklə 
savaĢların bir çox yeni etnik topluluğun ortaya çıxmasında önəmli rol oynadığına 
diqqət  çəkərək,  kürdlərin  də  bu  savaĢlardan  nəsibini  aldığını  ifadə  etməkdədir. 
AraĢdırmaçı  “SavaĢın  yalnızca  savaĢan  tərəflərdən  deyil,  aparıldığı  torpaqlarda 
bulunan  üçüncü  tərəflərdən  də  etnik  topluluq  çıxardığını,  habelə  kürdlərin, 
ermənilərin, isveçlilərin, çexlərin və sikhlərin ortaq etniklik duyğularının ortalarına 
düĢdükləri  yabançı  güclər  arasındakı  uzatmalı  savaĢların  etkisiylə  təkrar-təkrar 
billurlaĢdığını” irəli sürməkdədir (14, s.51). 
Kürdlər  arasında  fərqli  din  və  məzhəblərin  varlığından  söz  edən  Hamid 
Əfəndi,  Ġraq,  Ġran,  Türkiyədəki  kürdlər  arasında  xristian,  yəhudi,  ZərdüĢt  dininin 
yanında sünni, Ģiə, yezidi məzhəbləri, Ġran və Ġraqdakı kürdlər arasında ələvi, əhli-
həq,  nəqĢbəndi  və  qadiri  məzhəbi    mənsublarının  olduğunu  da  bəlirtmiĢdir. 
Ġraqdakı  kürd  əhali  haqqında  dəqiq  bilgilər  olmasa  da,  kürd  və  digər  qaynaqlara 
əsaslanaraq,  4-5  milyona  yaxın  və  ya  Ġran  əhalisinin  8-10%-i  qədər  kürd  əhali 
olduğu təxmin edilməkdədir. 1986-cı ildə Ġranda keçirilmiĢ ümumi əhali sayımına 
görə, Kürdistan vilayətinin əhalisi 1.078.415 nəfər olaraq bəlirlənmiĢdir (11, s. 81). 
BirləĢmiĢ  Millətlər  TəĢkilatı  Etnik  Azınlıqlar  1997  Raportu  isə  Ġrandakı  kürdlərin 
toplam sayının 3.250.000 olduğunu, dillərinin Hind-Avropa dil qrupuna aid kürdcə 
və ya digər alternativ adları ilə güney kürdcə, sorani, korkora, vava dili adlandığını, 
habelə KirmanĢah və Mukri ləhcələrinin də olduğunu bəlirtmiĢdir (9). 
Ġranda yaĢayan kürd əhalisinin bir özəllliyi də sürətli əhali artması səbəbiylə 
baĢqa bölgələrə yayılma və demoqrafik olaraq geniĢlənmə meylliliyidir. Mövzu ilə 
bağlı olaraq R.Blaga düĢüncəsini belə ifadə etmiĢdir:  

38 
 
“Etnik  Kürdistanın  önəmli  özəlliklərindən  birisi  sürəkli  olaraq  güney  və 
doğuya  doğru  geniĢləməsidir.  Özəlliklə  Qərbi  Azərbaycan  ostanında,  kürdlər 
öncələri  Ağrı  Dağı-Zagros  çizgisinin  dağlıq  bölgəsində  yaĢarlardı.  Ancaq 
Qaraqoyunlu-Ağqoyunlu  dönəmindən  baĢlayaraq,  XV  yüzil  və  özəlliklə  ġeyx 
Übeydullah  ayaqlanması  və  daha  sonra  Ġran-Rusiya  savaĢlarını  təqibən  bölgədə 
varlıqları  hiss  edilməyən  kürd  əhali,  çox  hızlı  bir  Ģəkildə  artmıĢdır.  Bir  zamanlar 
Türkiyə-Ġran  hüdudunun  sadəcə  dağlıq  bölgəsinə  yerləĢən  kürdlər  artıq  Maku, 
Salmas,  Xoy,  Urmiya,  Sulduz,  Miyandab,  Tikab,  Sayınqala  çizgisinin  qərbindəki 
ovalıqlara  doğru  yayılmıĢlardır.  Ġran  Ġslam  Cümhuriyyəti  dönəmində  kürd 
bölgələrinin  geniĢlənməsi  Ġran,  Ġraq  və  Türkiyə  kürd  bölgələrində  çıxan  sürəkli 
çatıĢma  və  huzursuzluklardan  dolayı  iç  və  dıĢ  kürdlərin  daha  içlərə,  Azərbaycan 
torpaqlarına doğru yapdıqları köç ilə davam etməkdədir” (4, s.166). 
Kürdcə, kürdlərə siyasi azadlıq qazandırmada önəmli bir faktordur.  Kürdcə, 
Ġrandakı  farscanın  bir  qoludur,  Hind-Avropa  dil  qrupuna  daxildir.  Bənzər 
olmalarına baxmayaraq farslar kürdcəni anlamırlar. Kürd dilində çoxlu əski farsca 
və pəhləvicə kəlmələr vardır.  
Ġran  Ġslan  Ġnqilabının  ardından  Ġranda  ilk  etnosiyasi  hərəkatı  baĢladan 
kürdlərin muxtariyyət tələbi ilə apardıqları aktiv mübarizə, rejimin silahlı basdırma 
eyləmləri  və  Ġran-Ġraq  savaĢının  baĢlaması  ilə  birlikdə  yavaĢlamıĢ,  ĠKDP  və 
Komala  kimi  təĢkilatların  liderləri  və  aktiv  üzvlərinin  ölkə  dıĢına  getməsi  ilə 
birlikdə xeyli zəifləmiĢdir. 1989-cu ildə Xomeyninin ölümünün ardından o ilin iyul 
ayında Ġran dövlət yetkililəri ilə ĠKDP təmsilçiləri arasında ölkə dıĢında gizli barıĢ 
görüĢmələri aparılmaqda idi. Rejim ilə radikal qruplar arasında havanı yumĢaltmaq 
məqsədilə  Vyanada  aparılan  bu  görüĢmələr  sırasında  ĠKDP  lideri  A.Qasemlu 
gözlənilməz  bir  Ģəkildə  sui-qəsdlə  öldürüldü.  Maraqlıdır  ki,  bu  sui-qəsd  eyləmi 
Qasemlunun  Amerika  səfərinin  beĢ  gün  öncəsinə  rastlaĢmıĢdı.  1991-ci  ildə  isə 
ĠKDP-nin  bir  baĢqa  lideri  Sadiq  ġereföz  Berlində  öldürüldü.  1992-ci  ildə  ĠKDP 
baĢkanı  Mustafa  Hicri  yayınladığı  bəyanatda  kürdlərin  Ġrandan  ayrılma  istəyini 
açıqca  ortaya  qoymuĢdur  (11,  s.104).  Artıq  1993-cü  ilə  gəldiyində,  Mc.Dowallın 
da  bəlirtdiyi  kimi  təĢkilatların  aktiv  üzvlərinin  rejim  tərəfindən  sürəkli  təqib,  sui-
qəsd, tutuqlanması sonucu kürd hərəkatı çöküĢ nöqtəsinə gəlmiĢdi (13, s.277). 
1945-ci  ildə  qurulmuĢ  olan  ĠKDP-nin  yarım  əsrlik  bir  sürə  içində  Ġran 
kürdləri  üçün  bəlirləmiĢ  olduğu  hədəflər  və  qullandığı  strategiyalar  mövzusunun 
qısaca incələnməsi, həm də Ġran Kürdistanında etnosiyasi mobilizasiyanın gəliĢim 
sürəcinin,  həm  də  ümumi  olaraq  Ġran  içində  etnosiyasi  hərəkatların  ortaya  çıxıĢ 
səbəblərinin anlaĢılmasında  faydalı olacaqdır. 1945-1946 illəri arasında ĠKDP-nin 
bəlirləmiĢ  olduğu  strategiya  Ġran  üçün  demokratiya,  Kürdistan  üçün  muxtariyyət” 
Ģəklində  özətlənmiĢdi.  Bu  hədəf  doğrultusunda  təĢkilatlanan  partiya,  Mahabad 
Kürd Cümhuriyyəti qurulması ilə birlikdə qısa sürəli də olsa  muxtariyyət istəyinə 

39 
 
çatmağı bacarmıĢdı. 1946-cı ildə cümhuriyyətin çöküĢündən sonra və 1953-cü ildə 
yeni  ümidlərlə  dəstəklədikləri  Müsəddiq  hökumətinin  çevriliĢlə  düĢürülməsinin 
ardından  yer  altına  çəkilən    ĠKDP-nin  1954-cü  ildə  keçirilən  bir  konfransında 
partiyanın yeni öncəlikləri: “monarxiyanın yıxılması, öz xalqının seçdiyi hökumətə 
sahib  kürd  idarəsinin  qurulması  və  bütün  Kürdistanın  qurtuluĢu”  (13,  s.251) 
Ģəklində  sıralanmıĢdı.  ĠKDP-nin  1954-cü  il  proqramı,  1945-ci  ildəkinə  görə  daha 
radikal  bir  cizgiyə  keçdiyini  ortaya  qoymaqdadır.  Bu  da  mərkəzin  tətbiq  etdiyi 
hərbi  eyləmlər  və  basqıçı  siyasətlər  sonucu  çevrənin  radikallığa  yönəlməsinin  bir 
örnəyidir.  Sonrakı  illərdə  ĠKDP    üzvləri  hərbi  yöntəmlərə  baĢ  vuraraq,  Ġranlı 
güclərlə uzun sürə savaĢdılar. 1973-cü ildə ĠKDP-nin III Qurultayında “Ġran üçün 
demokratiya,  Kürdistan  üçün  muxtariyyət”  Ģüarı  yenidən  qəbul  edilərək,  formal 
olaraq hərbi eyləmlərin davam etdirilməsi qərara alındı. Ġnqilabın baĢlaması ilə 30 
illik  yeraltı  həyatının  ardından  açıq  fəaliyyətə  keçən  ĠKDP-nin  yeni  strategiyası 
federal  Ġran  içində  tək  birim  altında  birləĢmiĢ  Kürdistan  üçün  muxtariyyət  tələbi 
Ģəklində ifadə edilmiĢdi. Siyasi muxtariyyəti içərən bu avtonom yapı içində kürdlər 
iç  iĢlərində  və  bölgə  idarəsində  hegemon  olmaqla  birlikdə,  Tehranın  xarici  iĢlər, 
maliyyə,  müdafiə  və  ordu  üzərində  kontrolu  nəzərdə  tutulurdu.  Ġnqilabdan  sonra 
kürd  etnosiyasi  hərəkatının  bölgədə  qanlı  çatıĢmalarla  basdırılmasının  və  ĠKDP 
üzvlərinin  Ġraqa  keçməsinin  ardından  yenə  uzun  illər  sürəcək  partizan  savaĢları 
dönəmi  baĢladı.  Bu  da  kürd  bölgələrinin  militarizə  olması    və  kürd  xalqı  içində 
millətçi  duyğuların  kök  salması  ilə  sonuclandı.  Mərkəz-çevrə  münasibətləri 
bağlamında  isə  hərbi  eyləmlərin  mərkəzə,  problemlərin  çözümünü  ertələməkdən 
baĢqa uzun vədəli qazanc gətirmədiyi kimi, çevrə üzərində də yıpradıcı (aĢındırıcı) 
etki  yaratdığı  açıqca  ortadır.  Bu  səbəblə,  ĠKDP  1993-cü  ildə  partizan  savaĢında 
zəfər  çalacaqlarına  dair  inam  və  bəkləntilərinin  qalmadığı  yönündə  bəyanatlar 
yayınlamıĢdı.  ĠKDP-nin  3  iyul  2004  tarixində  keçirilən  XIII  qurultayında 
partiyanın  “Ġran  üçün  demokratiya,  Kürdistan  üçün  muxtariyyət”  Ģəklində 
özətlənmiĢ  əski  strategiyasının  dəyiĢdirilərək,  yeni  strategiyasının  “Ġran  üçün 
demokratik, federal və plüralist sistem və bu sistem içində Kürdistan xalqının milli 
haqlarının  təmin  edilməsi”  olaraq  bəlirləndi  (20).  ĠKDP-nin  yeni  strategiyasının 
yeni  dönəmdə  partiyanın  Ġranda  federal  yapının  yaradılması  üçün  çalıĢacağını 
ortaya qoymaqla birlikdə, Kürdistan üçün nə cür bir idarə biçimi hədəflədiklərinin 
bəlirsiz  olduğunu  da  göstərməkdədir.  Habelə,  yeni  strategiya,  mərkəz-çevrə 
münasibətləri  bağlamında  incələndiyində,  çevrənin  yeni  dönəmdə  mərkəzdəki 
rejim  dəyiĢikliyini  yeni  ümid  və  bəkləntilərlə  arzuladığını  və  Ġran  üçün  tək  çarə 
olaraq  görülən  plüralizm,  demokratiya  və  federallaĢma  istəyinin  yeni  dönəmdə 
gerçəkləĢdiriləcəyinə inandığını da ortaya qoymaqdadır.  
Son  illərdə  Ġrandakı  kürd  etnosiyasi  hərəkatı  açıq  çatıĢma  sahəsindən 
çıxaraq  gizli  dirəniĢ  mərhələsində  davam  etməkdədir.  Bu  mərhələni  xarakterizə 

40 
 
edən  bir  baĢqa  özəllik  isə  əski  dönəmlərdən  fərqli  olaraq  Ġrandakı  kürd  qrupların 
getdikcə Ġran dıĢındakı digər kürd qruplarla iĢbirliyinə girmə giriĢimlərinin artdığı 
yönündəki  bəlirtilərdir.  Məs,  PKK  Ġran içində  fəaliyyət  göstərən  “Xabat”  adlı bir 
qrupa sahibdir. Habelə, Ġranlı kürdlər Ġraq içində kiçik bir hərbi bazaya sahibdirlər. 
Ġran  Kürdistanı  son  illərdə  ən  çox  əhali  gələn  bölgələrdən  biri  halına 
gəlmiĢdir. 
Ġllərcə  
Türkiyədə  və  Ġraqda  çatıĢmaların  yaĢandığı  bölgələrdən  qaçan  kürdlər  daha  çox 
Ġran  Kürdistanına  yerləĢmiĢlər.  Bu  durum  bölgədəki  kürdlərin  həm  əhalisinin 
çoxalmasına, həm də Ġran dıĢındakı kürdlərlə qaynaĢmalarına səbəb olmuĢdur.  
1997-ci  ildə  keçirilmiĢ  prezident  seçkilərində  Ġrandakı  kürdlərin  75%-dən 
çoxu səslərini reformist namizəd Məhəmməd Xatəmiyə vermiĢlər. 2000-ci ildə 18 
kürd  millət  vəkili  Ġran  məclisinə  girməyi  baĢarmıĢdır.  Bu  seçkilərin  ardından  iki 
kürd  bölgəsindəki  seçki  sonuclarının  Qoruyucular  Qurulu  tərəfindən  (ġura-yi 
Nigahban) ləğv edilməsi olayının Kürdistan əyaləti valisi Abdullah Ramazanzadeh 
tərəfindən  protest edilməsi üzərinə qurul, onun  haqqında “yalan  xəbərlər  yayma” 
iddiası  ilə  tutuqlama  qərarı  vermiĢdir.  Kürdlərin  çoxu  hələ  konstitusiyanın  etnik 
haqlarla  bağlı  maddələrinin  yaxın  zamanda  tətbiq  olunacağı  ümidini 
daĢımadadırlar. Mart 2002-ci il tarixində Kürdistan əyalətini Məclisdə təmsil edən 
kürd millət vəkillərinin hamısı kürdlərə və sünnilərə qarĢı ayrımçılığı protest etmək 
məqsədilə  millət  vəkilliyindən  istefa  etmiĢlər.  1998-ci  ildə  sakit  keçən  illərin 
ardından ilk dəfə  Sənəndəcdə  və  Urmiyada  Öcalanın tutuqlanması  olayını protest 
etmək  və  Türkiyədəki  kürdlərlə  həmrəylik  sərgiləmək  məqsədiylə  göstəriĢlər 
keçirildi.  Göstərilər  sırasında  polis  qüvvələri  ilə  çatıĢmalar  çıxdı  və  və  bu 
çatıĢmada  ölən  və  yaralananlar  oldu.  ÇatıĢmaların  çıxmasında  bölgənin  iqtisadi 
geriliyi  və  iĢsizlik  sorunu,  habelə  bir  neçə  sünni  məscidin  qapadılması  olayı  da 
etkili olmuĢdur. Mucteba Maksudinin də bəlirtdiyi kimi “bu olay kürd probleminin 
nisbi  susqunluq  halında  olduğunu  və  bir  qığılcımla  yenidən  alovlana  biləcəyini” 
(15, s.312) göstərmiĢdir. 
 
Ərəblərin etnosiyasi mobilizasiya bağlamında analizi 
 
Xuzistan bölgəsi Ġranın cənub hüdudunda yerləĢməsi və Bəsrə körfəzindəki 
digər ərəb ölkələrinə coğrafi yaxınlığı səbəbiylə Ġran üçün hər zaman sorunlu bölgə 
olmuĢdur.  Əyalətdəki  Ərəb  əhalinin  sıxlığı  və  zəngin  neft  qaynaqları  bölgənin 
stratejik önəmini daha da artırmaqdadır. Ġran-Ġraq arasındakı hüdud xətti 1336 km. 
uzunluğundakı  ġartül-Ərəb  çayı  boyunca  uzanır.  1980-ci  ildə  Ġraqın  ġartül-Ərəb 
çayını  keçərək  bölgə  üzərində  haqq  iddia  etməsi  iki  ölkə  arasında  8  il  sürəcək 
savaĢı  da  baĢlatdı.  SavaĢdan  sonra  Ġslam  Ġnqilabının  ixracından  çəkinən  Ġraq  və 

41 
 
Bəsrə  körfəzindəki  digər  ərəb  ölkələri  bölgədəki  millətçi  qrupları  maliyyə 
baxımından dəstəkləməyə davam etmiĢlər (15, s.364). 
Xuzistanda  neftin  kəĢfindən  və  Abadanda  Neftayırma  Zavodu  qurulmadan 
öncə  bölgə  əhalisinin  çoxunluğu  ərəblərdən  ibarət  idi.  Ancaq  bölgəyə  köç 
dalğasının sürətlənməsi ilə birlikdə Xuzistanın əhali yapısı da dəyiĢimə uğramıĢdır. 
Xuzistan bölgəsi əhalisinin sırf ərəblərdən ibarət olduğunu söyləmək doğru olmaz. 
Ərəblərin yanında bu bölgədə qaĢqaylar, lorlar, əfĢarlar və b. qəbilələr yaĢayırlar. 
Ərəblər  əsasən  Xuzistan  və  BuĢehr  ostanlarında,  habelə  qonĢu  ostanlar  – 
Hürmüzgan  Fars,  Boyer  Əhməd  və  Çahalmahalda,  habelə  dağınıq  olaraq  Ġlam, 
Kirman,  Xorasan,  Tehran  və  Semnan  ostanlarında  məskundurlar.  Xuzistan 
ostanında yaĢayan ərəblər Bəsrə körfəzi, güneydə Mərhələnd Ruddan (ġartül-Ərəb) 
quzeydə ġiĢ Ģəhərinədək uzanan bölgədə lor bəxtiyarilərinin qərbində yerləĢmiĢlər. 
R.Blaga,  dəqiq  olmamaqla  birlikdə  Ġrandakı  ərəblərin  sayının  400.000-1.200.000 
olduğunu  bəlirtmiĢdir  (4,  s.  333).  Ərəb  qaynaqları  isə  ərəb  əhalinin  2.000.000  – 
2.500.000 olduğunu irəli sürürlər.  
Yusuf Bənitorof, ġeyx Xəzəl üsyanının bastırılmasından bu günədək ərəblər 
arasında  3  cərəyanın  mövcud  olduğunu  bəlirtmiĢdir:  1)  istiqlalçılar;  2)  Xuzistan 
ərəblərinin  baĢqa  ərəblərlə  birləĢməsi  tərəfdarları;  3)  Muxtariyyət  yanlıları,  yəni 
Ġranın içində avtonomiyadan yana olanlar. Ġkinci cərəyan tərəfdarları yox deyəcək 
qədər  azdır.  Ġstiqlal  tərəfdarları  olmuĢdur  və  hələ  də  mövcuddur.  Abdel  Naserin 
öndərliyindəki Ərəb Millətçiliyi Ərəb ölkələrində milli oyanıĢa səbəb olduğu kimi 
Xuzistan  ərəbləri  üzərində  də  etkili  olmuĢdur.  Bunun  sonucunda  Al  Cibhe  Tahrir 
Ərəbistan  (Ərəbistan  Azadlıq  Cəbhəsi),  Al  Cibhe  al  Şabiye  Tahrir  al  Ahvaz 
(Əhvazın Azadlığı Uğrunda Xalq Cəbhəsi) və Al Harəke al Suriye al Demokratiye 
(Ġnqilabçı Demokrat Hərəkatı) kimi təĢkilatlar ortaya çıxdı (16). 
Bənitorof,  Ġslam  Ġnqilabından  sonra  Xuzistan  ərəbləri  arasındakı  çeĢidli 
cərəyanları belə təsnif etməkdədir: 
“Ġstiqlalçı  və  ayrılıqçı  cərəyanın  həm  ölkə  içində,  həm  də  ölkə  dıĢında 
tərəfdarları  vardır.  Demokratik  rejim  iĢ  baĢına  gəldikdən  sonra  ərəblər  milli 
haqlarına  qovuĢacaq  və  dolayısıyla  ayrılıqçı  fikirlərdən  vaz  keçəcəklər.  Milli 
məsələnin  çözümündə  ən  məntiqli  yol  olaraq  görünən  üçüncü  cərəyan  –  avtonom 
idarədən  yana  olanlar  çoxunluqdalar.    Avtonomiyanın  növü  və  hüquqi  bağlamda 
yapısı  bir  neçə  faktorla  yaxından  bağlıdır.  1)  Ərəblərin  milli  haqları  digər  milli 
azınlıqlar olan türklər, kürdlər və b. ilə eĢit olmalıdır. 2) Hüdudları içində yaĢayan 
milli  azınlıqlara  bütün  milli  haqlarını  tanımıĢ  olan  ölkələrin  təcrübələrindən 
yararlana bilərik. 3) Ərəbcə təhsilin (ilk, lisə  və  universitet səviyyəsində)  yanında 
farscanın  ikinci  dil,  təhsil  dili  olaraq  qəbul  edilməsi;  Ərəbcə  basın  və  yayın; 
Məhkəmələrdə  farsca  bilməyənlərin  ərəbcə  danıĢa  bilməsi;  yerəl  idarələrdə  əhali 
oranına  görə  təmsilin  sağlanması;  bölgənin  idarə  Ģəkli,  büdcəsi,  ordu  məsələsi, 

42 
 
muxtariyyətin qapsamı və b. xüsuslar baĢqa ölkələrin təcrübələrindən yararlanaraq 
təyin edilməlidir” (16). 
Bu  gün  etnosiyasi  mobilizasiyası  davam  edən  Xuzistan  ərəbləri,  mərkəzə 
qarĢı  siyasi,  iqtisadi  və  mədəni  sahələrdə  rəqabət  içindədirlər.  Nurullah  Qeysəri, 
mövzu  ilə  bağlı  olaraq  Xuzistan  əyalətindəki  sorunları  incələmiĢ  və  bu  sorunları 
dörd sahə içində toplamıĢdır: 
1.  Sosial  sorunlar:  əhalinin  sıxlığı,  sağlıq  sisteminin  yetərsizliyi,  evsizlik 
sorunları,  iqlimin  olumsuz  Ģərtləri  və  imkanların  qısıtlı  olması,  gənclər  arasında 
narkotik bağımlılığı, iĢsizlik və b. 
2.  Mədəni  sorunlar:  təhsil  imkanlarının  yetərsizliyi  və  məktəblərin  və 
universitetlərin sayının azlığı, müəllim yetərsizliyi, 
3.  Siyasi  sorunlar:  bölgə  idarəsinin  sorunlara  duyarsızlığı,  qanunsuzluq, 
ədalətsizlik, dövlət idarələrində rüĢvət, 
4.  Ġqtisadi  sorunlar:  iqtisadi  krizis,  gəlir  azlığı,  bahalıq,  peĢə  sahələrinin 
darlığı, bölgəyə yatırım əksikliyi və b. 
Habelə,  Qeysəri,  ərəblər  arasındakı  sorunları  faizlə  ifadə  edərək,  bu 
sıralamanı etmiĢdir. Bu sıralamaya görə: 1-cı sırada 88.7% oranla sosial sorunlar, 
2-ci  sırada  65.5%  oranla  iqtisadi  sorunlar,  3-cü  sırada  40.2%  oranla  mədəni 
sorunlar və 4-cü sırada 34.5% oranla siyasi sorunlar yer almaqdadır (17, s.62). 
Mocteba  Maqsudi,  Xuzistan  ərəblərinə  aid  təĢkilatları  təsnif  edərkən,  dini 
və  dini  olmayanlar  olmaq  üzrə  iki  cür  təĢkilatdan  bəhs  etməkdədir.  AraĢdırmaçı, 
dini  olmayan  təĢkilatlara  İttihadiyeyi  Arabi  Xüzistan  (Xuzistan  Ərəb  Birliyi), 
Combuşi  Nasiyaalisti  Arab  (Ərəb  Millətçi  Hərəkatı),  Cəbheyi  Tahriri  Xuzistan
Fedayani  Xalg  və  Hizbi  Kargarani  Sosyalisti  (Sosialist  Fəhlələr  Partiyası) 
təĢkilatını  örnək  göstərməklə  birlikdə,  bu  təĢkilatların  inqilabın  ilk  aylarından 
etibarən  açıq  fəaliyyət  göstərdiyini,  ancaq  Ġran-Ġraq  savaĢının  baĢlaması  ilə  bir 
çoxunun gizli fəaliyyətə keçdiyini bəlirtməkdədir. Dini təĢkilatlara Sazmani Siyasi 
Arabi  Müsəlmanı  (Müsəlman  Ərəblərin  Siyasi  TəĢkilatı)  örnək  olaraq  göstərən 
Maqsudi,  bu  təĢkilatın  Xuzistan  ərəblərinin  haqlarının  geri  verilməsi  tələbində 
bulunduğuna,  habelə  Cümhuriyyətin  qurulduğu  dönəmdə  Xubriqan  Məclisinin 
(Uzmanlar  məclisi)  qanuni  olmadığı  fikrini  də  uzun  sürə  müdafiə  etdiyinə  də 
diqqət  çəkməkdədir.  Al  Cibhe  Tahrir  Ərəbistanın  (Ərəbistan  Azadlıq  Cəbhəsi) 
uzun  illər  Ġraq  tərəfindən  dəstəkləndiyini  irəli  sürən  araĢdırmaçı,  təĢkilatın 
liderlərinin  Xuzistan  üçün  istiqlal  tələb  etdiklərini  və  bölgənin  adını  da  Ərəbistan 
olaraq  dəyiĢdirdiklərini  bəlirtmiĢdir.  Bölgədəki  əĢirət  rəislərinin  bir  qismi 
tərəfindən  də  dəstəklənən  təĢkilat,  inqilabdan  sonra  fəaliyyətlərini  geniĢlətmiĢ  və 
bir çox üzvü rejim tərəfindən yaxalanaraq edam edilmiĢdir (15, s.357). 
 Xuzistan  ərəblərindən  olan  araĢdırmaçı  Ali  Əl-Tai  çağdaĢ  Ġranda  etnik 
haqlar  mövzusunu  ələ  alaraq, dövlətin rəsmi dil siyasətini  tənqid etməkdədir. Əl-

43 
 
Tai, Ġranda dini azınlıqların mədəniyyətlərini öz dini dillərində yaĢama azadlığına 
və  özəl  məktəblərdə  öz  dillərində  təhsil  haqqına  sahib  olduqları  halda,  etnik 
azınlıqların  bu  haqdan  yoxsun  olduğunun  altını  cızır.  AraĢdırmaçı,  Ġranda 
uyğulanan rəsmi dil siyasətinin yaratdığı çəliĢkili durumlara bir baĢqa örnək olaraq 
da  ərəb  dili  ilə  bağlı  soruna  diqqət  çəkməkdədir.  Ərəb  dilinin  Ġran  Ġslam 
Cümhuriyyətinin  rəsmi  din  dili  olması  səbəbiylə  universitetlərdə  və  dini 
məktəblərdə öyrədilməsinə qarĢın, Xuzistan əyalətində ərəb dilinin, rəsmi dil olan 
farscanın  yanında  ikinci  dil  olaraq  oxudulmasının  əngəllənməsinə  anlam  verə 
bilməyən  Əl-Tai,  ərəbcənin  islam  dininin  dili  olması  səbəbiylə  və  dini  azınlıqlara 
tanınan  haqq  qapsamında  ərəb  bölgələrində  ikinci  təhsil  dili  olaraq  istifadə 
edilməsini  tələb  etməkdədir.  AraĢdırmaçı  ana  dilləri  olan  ərəbcədə  təhsil  ala 
bilməyən gənclərin öz dillərində danıĢa bilmədikləri və bu üzdən dini kimliklərinin 
də pozulduğunu irəli sürməkdədir (5, s.114). 
Bu gün aktivliyi ilə diqqət çəkən təĢkilatlardan biri də Cəbhəyi Demokratike 
Merdomiye  Xalqe  Arabe  Ahvaz  (Ərəb  Demokratik  Xalq  Cəbhəsi)  təĢkilatıdır. 
TəĢkilatın  8  iyul  2004-cü  il  tarixində  yayınlanmıĢ  bildirisində  8  iyul  1999-cu  il 
Tehran  Tələbə  Hərəkatının  V  ildönümü  dolayısıyla  Ġranda  demokratiya  uğrunda 
mübarizə edən öyrənciləri dəstəklədiyi bəlirtilərək, bütün mübarizəçiləri son əngəl 
ortadan qalxıb hürriyət əldə edilincəyə, Ġranda məhrumiyyət altındakı bütün xalqlar 
azadlıqlarına  qovuĢuncayadək  mübarizələrini  davam  etdirməyə  çağırmıĢdır. 
Bildirinin  sonunda  “Məhv  olsun  Velayati-Fəqih  diktatorluğu!  YaĢasın,  döyüĢən 
universitet öyrənciləri” Ģüarları yer almaqdadır (18). 
Son  illərdə  Xuzistan  ərəbləri  arasında  etnosiyasi  mobilizasiyanın  diqqət 
çəkən bir özəlliyi də  Xuzistan intelligensiyasının etnik  mövzulara  həssasiyyəti  və 
toplumsal  sorunlara  aktiv  yaxlaĢımı ilə  bağlıdır. Ərəb aydınlarının Ġran basınında 
etnik mövzularla əlaqədar dartıĢmalara aktiv bir Ģəkildə qatılmaları, habelə rejimin 
etnik  qruplara  yönəlik  siyasətlərini  tənqid  edən  ərəb  əsilli  yazarların  sayının 
çoxluğu  və  əsərlərinin  bolluğu  və  bu  mövzuda  digər  etnik  qruplara  mənsub 
mələkdaĢlarından  xeyli  irəlidə  və  daha  radikal  cizgidə  olmaları  da  bu  təsbiti 
dəstəkləməkdədir.  Ərəb  kökənli  aydınlar  arasında  Y.Bənitorof,  N.Purpirar,  R.  Əl-
Tai və b. diqqət çəkməkdədir. 
Çevrədəki etnik qruplarla bağlı bir ümumiləĢdirmə etsək, 1) Ġrandakı bütün 
etnik  qrupların  etnik  bilincinin  yüksəldiyi  və  etnik  kimliyinin  politizə  olmağa 
davam etdiyi; 2) ölkə  içində  etnik partiyaların  və  baĢqa  təĢkilatların fəaliyyətinin 
yasaq olması səbəbiylə etkinliklərini ölkə dıĢında sürdürən təĢkilatların tələblərini 
federalizm üzərində yoğunlaĢdırdıqları diqqətə alındığında istifadə etdikləri kimlik 
strategiyalarının  dıĢlayıcı  olmadığı;  3)  sorunlara  barıĢcıl  yollarla  çözüm  tapmağı 
hədəflədikləri;  4)  muxtariyyət  yanlısı  tələblərin  dilə  gətirildiyi;  5)  Azərbaycan 

44 
 
örnəyində  də  görüldüyü  kimi,  barıĢcıl  göstərilərin  keçirildiyi  və  Ģiddət 
yöntəmlərinə, radikal hərəkətlər baĢ vurulmadığı görünməkdədir. 
Bu  gün  Ġranın  yeni  bir  dönəmin  ərəfəsində  olduğunu  söyləyə  bilərik. 
Mövcud rejimə qarĢı toplumsal müxalifətin getdikcə böyüməsinin yanında çevrədə 
bölgəçilik  eyilimlərinin  sürətləndiyi,  etnik  haqlarla  bağlı  tələblərin  sıxlıqla  dilə 
gətirildiyi  görülməkdədir.  Bu  günki  durum  daha  öncəki  etnosiyasi  hərəkatlarla 
qarĢılaĢdırıldığında,  çevrədə  etnik  bilincin  xeyli  yüksəldiyi,  etnik  qrupların  daha 
öncəki  praktikadan  yaxĢı  təcrübə  qazandığı,  ölkə  dıĢında  aktiv  fəaliyyət  göstərən 
təĢkilatların  yarandığı  görünməkdədir. Son bir ildə Tehranda baĢ verən olaylar və 
YaĢıllar hərəkatına qatılmada etnik qrupların istəksiz davranmaları, bu qrupların öz 
enerjilərini  rejim  içindəki  qalmaqal  üçün  sərf  etməyə  meylli  olmadıqlarını,  tam 
tərsinə  enerjilərini  öz  amal  və  hədəfləri  üçün  qoruduqlarını  da  açlıqca  ortaya 
qoymuĢdur. 
1   2   3   4   5   6   7   8   9   ...   12


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə