GÜney azərbaycan



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə2/12
tarix29.11.2016
ölçüsü2,8 Kb.
#462
1   2   3   4   5   6   7   8   9   ...   12

Dr. YaĢar KALAFAT 
Arif KƏSKĠN 
 
ĠRANLILIQ  PARADĠQMASININ ÇÖKÜġ 
PROSESĠ VƏ GÜNEY AZƏRBAYCAN MĠLLĠ 
HƏRƏKATININ YÜKSƏLĠġĠ 
 
GiriĢ 
 
Ġran,  Türkiyədən  sonra  türklərin  sayca  ən  çox  məskun  olduğu  ölkədir. 
Təxminən  70  milyon  əhaliyə  sahib  olan  Ġranın  35  milyon  türk  toplumunu  əhatə 
etdiyi  təxmin  olunmaqdadır.  Ġran  türklərini  –  Azərbaycan  türkləri,  türkmənlər, 
xalaçlar,  qaĢqaylar  və  qazaxlar  təĢkil  etməkdədir.  Ġran  türkləri  içərisində 
Azərbaycan  türkləri  30  milyonla  ən  geniĢ  türk  topluluğudur.  Ġran  sərhədləri 
içərisində  olan  Azərbaycan  siyasi  ədəbiyyatda  Güney  Azərbaycan  olaraq 
adlandırılmaqdadır.  Güney  Azərbaycan  ərazisi  Quzey  Azərbaycan  Cümhuriyyəti 
və  Türkiyə  sərhəddindən  baĢlayaraq  250.000  km.-lik  bir  yüzölçümü  ilə  Ġranın 
mərkəzinə  qədər  uzanmaqdadır.  Ġrandakı  azərbaycanlılar  (Güney  Azərbaycan) 
sahib olduqları siyasi, (hakimiyyətin sürəkli türklərin əlində olması) sosial-mədəni, 
iqtisadi,  əhali  geopolitik  məsələ  etibarı  ilə  Ġrandakı  dəyiĢimlərdə  ciddi  rol 
oynamıĢlar. ÇağdaĢ tarixdə Güney Azərbaycan Ġran modernləĢməsinin təməl daĢını 
təĢkil  etmiĢdir.  Güney  Azərbaycan  Osmanlıdan  aldığı  anayasa,  məĢrutə  və  məclis 
qavramlarının  Ġrana  daĢıyıcısı  olmuĢdur.  Bundan  əlavə,  Qafqaz  ilə  həmsərhəd 
olduğu  üçün  Rusiyada  cərəyan  edən  sol  və  sosial-demokrat  təmayülün  Ġran 
içərisinə  girməsinə  səbəb  olmuĢdur.  Bu  səbəbdən  Ġranda  ilk  nəĢriyyat,  qəzet, 
modern məktəb, modern ordu və yeni siyasi-sosial təĢkilatlar Güney Azərbaycanda 
ortaya çımıĢdır. 
Güney  Azərbaycan  məfhumu  yaxın  zaman  içərisində  tarixi-siyasi  bir 
məfhum  olaraq  Türkiyədə  istifadə  edilməyə  baĢlanmıĢdır.  Bu  ifadənin  Türkiyədə 
siyasi  ədəbiyyata  girməsi  ilə  birlikdə  Ġrana  yönəlik  baxıĢ  məsələsi  də  dəyiĢməyə 
baĢlamıĢdır.  “Güney  Azərbaycan”  məfhumu  Türkiyədə  fars  mərkəzli  Ġran 
platformasını  yıxmıĢ  və  Ġranın  sadəcə  farslardan  ibarət  olmadığı    düĢüncəsini 
doğurmuĢdur. Bəhs olunan durum Ġranın etnik, siyasi  və  mədəni  həyatı  haqqında 
yeni yozumların aparılmasını zəruri etmiĢdir.  
Ġran-ABġ  arasında  yaranan  gərginlik  Güney  Azərbaycan  problemini 
yenidən gündəmə gətirmiĢdir. Bəzi icmalçılar məqsədli Ģəkildə  Güney Azərbaycan 
məsələsini ABġ tərəfindən ortaya atılan bir problem olaraq göstərməyə çalıĢmıĢdır. 
Güney  Azərbaycanda  cərəyan  edən  siyasi  və  ictimai  hərəkatı  ABġ-a  bağlamaq 

13 
 
gerçəkləri  ört-basdır  etməkdən  baĢqa  bir  Ģey  deyildir.    Bu  səbəbdən  yazımızın 
məqsədi  Ġranın  daxili  ölçüləri  baxımından  Güney  Azərbaycan  milli  hərəkatının 
yüksəliĢini təhlil etməyə çalıĢmaqdır. Yazımızda ilk öncə Güney Azərbaycan milli 
hərəkatının qısa tarixini anlatdıqdan sonra fars mərkəzli iranlılıq paradiqması, fars 
mərkəzli  paradiqmanın  çöküĢ  səbəbləri  və  Güney  Azərbaycan  milli  hərəkatının 
yüksəliĢi təhlil ediləcəkdir. 
 
Güney Azərbaycan milli hərəkatının qısa tarixi 
 
Ġranda  yaĢayan  Azərbaycan  türkləri  XX  yüzilin  əvvəllərindən  etibarən  öz 
türk  milli  kimliklərini  qorumaq  yolunda  çeĢidli  tarixi  olayların  gerçəkləĢməsinə 
səbəb olmuĢdur. Bu tarixi olayların ilki Ġrandakı MəĢrutə hərəkatıdır. 1905-ci ildən 
etibarən Tehranda baĢlayan  MəĢrutə hərəkatı 5 avqust 1906-cı ildə Müzəffərəddin 
Ģahın  MəĢrutə  fərmanını  imzalamasıyla  nəticələnmiĢdir.  Bu  zamana  qədər 
hadisələrə  qarıĢmayan  Azərbaycanda  Tehranda  Milli  Məclisin  açıldığı    7  noyabr 
1906-cı il tarixiylə eyni gündə “Azərbaycan Milli Məclisi” açılmıĢdır. Milli Məclis 
adından  əndiĢəyə  qapılan  Tehran  tərəfindən  edilən  təzyiq  nəticəsində  bu  ad 
“Azərbaycan  Əyaləti  Əncüməni”  Ģəklində  dəyiĢsə  də,  xalq  içində  “Qudsal 
Əncümən”  olaraq  iĢlədilməyə  davam  etmiĢdir.  Əncümən  bu  tarixdən  etibarən 
Azərbaycanı  idarə  etmiĢ  və  despotizmə  qarĢı  açılan  savaĢda  Azərbaycan  xalqına 
öndərlik  etmiĢdir.  23  iyun  1908-ci  ildə  Məhəmmədəli  Ģahın  hərbi  birlikləri 
Tehranda  “Milli  Məclisi”  bombardman  edərək  MəĢrutəyə  ağır  zərbə  vurmuĢdur. 
Bütün  Ġranda  iqtidarı  əlinə  keçirən  mərkəzi  hökumət,  Azərbaycana  ordu 
göndərmiĢ,  ancaq  Səttar  xan  və  Bağır  xan  öndərliyində  ayaqlanan  xalq  ordunu 
Təbrizdən  çıxarmağa  nail  olmuĢdur.  Bunun  ardınca  Təbriz  11  ay  boyunca 
müqavimət göstərmiĢ, çoxlu sayda Təbrizli aclıq və xəstəlik nəticəsində ölmüĢdür. 
Ancaq  bütün  bunlara  rəğmən,  Ģəhər  təslim  olmamıĢdır.  Bu  dövrdə  Təbrizdə 
“Azərbaycan MəĢrutə Cümhuriyyəti” fikri də önə sürülmüĢdür. Çünki Səttar xan o 
dövrdə    mərkəzi  hökuməti  belə  təhdid  etmiĢdir:  “Bizim  istəyimiz  bu  zülm  və 
diktatura  quruluĢuna  son  qoyulmasıdır.  Biz  hüquq,  hürriyyət  və  anayasa  tələb 
edirik.  Biz  ġaha  bir  pislik  gəlməsini  istəmirik.  Ancaq  o  (ġah)  bizim  istədiyimizi 
bizə  verməlidir.  Yoxsa  cümhuriyyət  elan    edəcəyik”.  MəĢrutə  hərəkatı  16  iyul 
1909-cu ildə məĢrutəçilərin Tehranı fəthi ilə sona çatmıĢdır. 
Birinci  dünya  müharibəsindən  sonra  Ġran,  ölkə  miqyasında  çeĢidli 
mərkəzdən qopma hadisələrinə səhnə olmuĢdur. Bunlardan ən önəmliləri Xorasan, 
Gilan  və  Azərbaycanda  baĢ  verən  üsyanlar  idi.  Gənc  yaĢda  olmasına  baxmayaraq 
MəĢrutə hərəkatının öndərlərindən sayılan ġeyx Məhəmməd Xiyabani 1918-ci ilin 
martında Azərbaycan Demoktarik Firqəsini və 7 aprel 1920-ci ildə isə “Azadistan 
dövləti”ni qurmuĢ və Azərbaycanın müstəqilliyini elan etmiĢdir. “Milli Hökumət” 

14 
 
iĢ  baĢına  gələr-gəlməz  islahatlar  həyata  keçirərək  Azərbaycanın  demokratikləĢmə 
və  modernləĢməsini  qarĢıya  məqsəd  qoymuĢdu.  Təəssüf  ki,  mərkəzi  hökumət  bu 
məqsədlərin  həyata  keçirilməsinə imkan  verməmiĢdi. 1920-ci ilin sentyabr ayında 
Ġran  hökumətinin  göndərdiyi  silahlı  birliklərlə  toqquĢan  “Milli  hökumət” 
məğlubiyyətə  uğramıĢ,  liderləri  Xiyabani  isə  bu  toqquĢma  nəticəsində  Ģəhid 
olmuĢdur.  Bu  olayın  ardından  Kəleybər  bölgəsində  Kiyaminin  öndərliyində  bir 
müqavimət  hərəkatı  baĢlamıĢ,    ancaq  bu  üsyan  da  dövlət  gücləri  tərəfindən 
yatırılmıĢdır. 1 fevral 1922-ci ildə Lahutinin liderliyində Təbrizdə baĢqa bir üsyan 
gerçəkləĢmiĢ,  ancaq  bu  üsyan  da  hökumətin  göndərdiyi  Rza  xanın  dəstələri 
tərəfindən qanlı bir Ģəkildə məğlub edilmiĢdir. 
1925-ci  ildə  qatı  bir  fars  millətçisi  olan  Rza  xan,  Qacar  hakimiyətinə  son 
verərək Pəhləvi  səltənətini qurmuĢdur. Ġfrat  mərkəziyyətçi  bir siyasət  yeridən Rza 
Ģah  “Ġran  milləti”  yaratmaq  məqsədilə  türklər  baĢda  olmaqla  bütün  fars 
olmayanlara  qarĢı  sistematik  bir  assimilyasiya  siyasəti  yeritməyə  baĢlamıĢdır. 
1930-cu ildə farsca, Ġranın tək rəsmi dili olaraq elan edilmiĢdir. 1935-ci ildə farsca 
olmayan (türkcə, ərəbcə və s.) coğrafi və tarixi adlar dəyiĢdirilməyə baĢlanmıĢdır. 
1937-ci ildə Azərbaycan əyalətindən geriyə qalan qism iki bölümə ayrılmıĢdır. Bu 
dönəmdə  Azərbaycan  iqtisadi,  siyasi  və  mədəni  baxımdan  bir  geriləməyə  məruz 
qalmıĢdır. 
1945-ci  ildə  Mir  Cəfər  PiĢəvəri  baĢqanlığında,  daha  öncə  Xiyabaninin 
qurduğu “Azərbaycan Demokratik Firqəsi” təkrar fəaliyyətə baĢladı. Dekabrın 21-
də  M.A.ġəbüstəri  baĢqanlığında  Təbrizdə  qurulan  “Milli  Məclis”,  PiĢəvərini 
Azərbaycan  Milli  Hökuməti  baĢqanlığına  seçdi.  Milli  Hökumət  fədailərdən  ibarət 
milli ordu vasitəsiylə Azərbaycanın bütün bölgələrində hegemonluğu ələ keçirərək, 
bənzəri görünməmiĢ bir biçimdə köklü islahatlar həyata keçirməyə nail olmuĢdur. 
1946-cı  ildə  Ġran  mərkəzi  hökuməti  Azərbaycan  Milli  Hökuməti  ilə  imzaladığı 
anlaĢmalarla bu  muxtar dövləti rəsmən tanımıĢ olsa da, eyni il içərisində Pəhləvi-
fars  dövləti  ordusu  etnik  Azərbaycana  hücum  etmiĢ  və  Azərbaycan  Milli 
Hökumətinə son vermiĢdir. Azərbaycanın iĢğalının ardından minlərcə Azərbaycan 
türkü ya qətl edilmiĢ, ya da sürgünə göndərilmiĢdir. 
1979-cu il Ġslam inqilabından sonra Azərbaycanda yenidən istiqlal hərəkatı 
baĢlamıĢdır. Ġnqilabın əsas liderlərindən olan azərbaycanlı Ayətullah ġəriətmədari, 
Azərbaycanın muxtariyyəti tələbilə çıxıĢ edərək belə demiĢdir: “Mənim yerim 17,5 
milyon  Azərbaycan  türklüyünün  istinad  nöqtəsi  olan  Təbriz  olacaqdır”. 
Azərbaycan türklərinin azadlıq iradəsini ortaya qoymaq istəyən ġəriətmədarinin bu 
mövqeyi xalq tərəfindən dəstəklənmiĢ, onun liderliyində Müsəlman Xalq Partiyası 
(Hizbi Xalq Müsəlman) qurulmuĢdur. 7 dekabrda mərkəzi hökumət Qum Ģəhərində 
yaĢayan  ġəriətmədarinin  evinə  basqın  təĢkil  etmiĢ,  o,  çətinliklə  özünü  qurtara 
bilmiĢdir.  Bunun  ardınca  Təbrizdə  xalqın  üsyanı  boğulmuĢ  və  Ģəhərin  idarəsi  ələ 

15 
 
keçirilmiĢdir.  Bu  çatıĢmalardan  bir  nəticə  əldə  edə  bilməyən  hökumət  çarəni 
ġəriətmədarini  ikna  etməkdə  bulmuĢdur.  Ġslami  duyğuların  ağır  gəldiyi  bir 
dönəmdə  Azərbaycan  milli  hərəkatının  qan  tökməkdən  baĢqa  bir  nəticəsi 
olmayacağını  anlayan  Ayətulla  ġəriətmədari,  ayaqlanmanın  durdurulmasını 
istəmiĢdir. 
ġəriətmədari  hərəkatının  basdırılması  ilə  Güney  Azərbaycanda  milli 
müqavimət  bitməmiĢdir.  1979-cu  ildə  Ġslam  Ġnqilabının  gerçəkləĢməsindən 
günümüzə  qədər  Güney  Azərbaycan  milli  hərəkatı  güclənərək  davam  etmiĢdir. 
Güney  Azərbaycan  milli  hərəkatı  hazırda  Ġran  siyasi  həyatında  önəmli  bir  faktor 
olaraq ortaya çıxmıĢdır. 
 
Fars mərkəzli iranlılıq paradiqması 
 
Ġran  çeĢidli  etnik  qrupların  yaĢadığı  bir  coğrafi-siyasi  bölgə  olmasına 
rəğmən, fars kimliyi ilə bərabər tutulan anlam ifadə etmiĢdir.  Fars dili tarix boyu 
kulturoloji  siyasətin  həyata  keçirildiyi  dil  olmuĢdur.  Bəhs  olunan  durum  Ġran 
kültürü  qavramı  ilə  fars  kültürü  qavramını  bərabər  anlamlı  tutmuĢdur.  Fars  dili 
mədəniyyət  dili  olduğu  üçün  Ġranda  bürokratiya,  siyasət  və  məzhəb  dili  də 
olmuĢdur.  Ġranda  Ģiə  məzhəbi  bir  çox  məzhəblə  bağlı  gördüyü  iĢləri  fars  dilində 
icra  etdiyi  üçün  fars  məzhəbi  olaraq  da  qəbul  edilmiĢdir.  Ġran  siyasətində  fars 
dilinin  tarixi  hegemonluğu  fars  kimliyini  də  hegemon  etmiĢdir.  Ġran,  kimlik 
məsələsində, fars mərkəzli bir kimliyə sahib olmuĢdur. 
1924-cü  ildən  günümüzə  qədər  Ġranda  “rejim  mahiyyəti  nə  olursa  olsun” 
fars  mərkəzli  iranlılıq  sistemindən  vaz  keçməmiĢdir.  Çünki  1924-cü  ildən  sonra 
Ġranda  ulus-dövlət  proyekti  fars  mərkəzli  bir  iranlılıq  sistemi  çərçivəsində 
müəyyənləĢdirilmiĢdir. Fars mərkəzli iranlılıq düĢüncəsi həm Pəhləvi (1924-1979) 
həm  Ġslam  Cümhuriyyəti  (1924)  dönəmində  davam  etmiĢdir.  Pəhləvi  xanədanının 
(1924-1979)  fars  mərkəzli  iranlılıq  kimlik  anlayıĢı  Ģiəliyi  dıĢlayan  və  əski  Ġranı 
hədəf alan Pəhləvilərin çökməsi ilə əski Ġranı hədəf alan, Ġslamı dıĢlayan və Qərbçi 
fars millətçiliyi ilə iflas etmiĢdir. 
1979-cu  il  inqilabının  sonucu  Ġslam  Cümhuriyyətinin  qurulması  olmuĢdur. 
Ġslam  Cümhuriyəti  əski  Ġranı  hədəf  alan,  islamı  dıĢlayan  və  qərbçi  fars 
milliyyətçiliyinə qarĢı çeĢidli sahələrdə mücadilə etmiĢdir. Ġslam Cümhuriyyəti bu 
anlayıĢa  sahib  fars  mərkəzli  iranlılıq  kimliyini  rədd  etmiĢ  və  islam  tarixini  hədəf 
alan  Qərbi  dıĢlayan  və  Ģiəliyi  əsas  alan  yeni  bir  fars  mərkəzli  iranlılıq  kimliyi 
sistemini  ortaya  qoymuĢdur.  Ġslam  Cümhuriyyəti  Ģiəliyi  əsas  alan  yeni  fars 
mərkəzli iranlılıq kimliyini ortaya atmıĢdır. 
 
 

16 
 
Ġranlılıq paradiqmasının çöküĢ səbəbləri 
 
1991-ci ildə soyuq savaĢın bitməsi ilə dünya siyasi siteminin mahiyyətində 
dəyiĢim  gerçəkləĢmiĢdir.  Ġki  qütblü  dünyanın  sona  çatması  ilə  kommunizm  iflas 
etmiĢ  və  ABġ  hegemonluğuna  gedən  yolu  açan  bu  qlobal  dəyiĢiklik  ilə  dünyada 
neo-liberalizm  güc  qazanmıĢdır.  Qlobal  sistemdə  neo-liberalizmin  güc  qazanması 
qloballaĢma prosesini çox çeĢidli siyasi, ictimai və mədəni nəticələri olan bir siyasi 
sistem  halına  gətirmiĢdir.  QloballaĢma  prosesi  Ġranda  kimlik  məsələsində  fars 
mərkəzli iranlılıq sistemini sorğulamağa baĢlamıĢdır. 
1979-cu  ildən  sonra  Ġslam-Ģiə  mərkəzli  bir  totalitar  sistemin  iflası  kimlik 
məsələsində  fars  mərkəzli  iranlılıq  sisteminə  ciddi  zərbə  vurmuĢdur.  Ġran  Ġslam 
Cümhuriyyətinin öz  siyasi davranıĢlarını ġiə-Islam  ideologiyasına  dayandırmaları 
ilə  Ġranda  siyasi  Ġslam  siyasətinin  də  ciddi  nəticələri  olmuĢdur.  Ġran  Ġslam 
Cümhuriyyətinin bir siyasi rejim olaraq məĢruiyyət böhranı ġiə-Ġslam böhranını da 
doğurmuĢdur.  Ġranda  ġiə-Ġslamın  siyasi  müstəvidə  böhranı  iranlılıq  kimliyini  də 
tənəzzülə  uğratmıĢdır.  Çünki  ġiə-Ġslam  sistemi  Ġranlılıq  kimliyinin  təməl  nöqtəsi 
olmuĢdur.  Ġranlılıq  kimliyinin  təməl  nöqtəsi  olan  ġiə-Ġslam  sisteminin  böhrana 
girməsi  ilə  iranlılıq  kimliyinin  tənəzzülü  baĢlamıĢdır.  Ġslam  Cümhuriyyətinin 
məĢruiyyət  böhranı  ilə  bərabər  Ģiə  ilə  örtülən  fars  mərkəzli  iranlılıq  kimliyi  də 
böhrana  girmiĢ,  ideoloji  və  siyasi  platformada  iflasa  uğramıĢdır.  Bu  dönəm 
kimliyin milli boyutunun dini boyutuna qələbə çaldığı dönəmdir. Dinin Ģiəlik bağı 
zəifləyərək  türk  kimliyi  Ġran  türklüyündə  inancın  önünə  keçəcəkdir.  Türkiyə 
türkçüləri  ilə  dayanıĢmalarında  araya  iki  əngəl  girmiĢdi.  Bunlardan  biri  sünni-Ģiə 
ixtilafı və digəri laik-Ģerri yapılanma idi. Ġrandakı Ģiəliyin siyasi sahədə çöküĢü bu 
əngəlin də aĢılmasına səbəb olmuĢdur.  ġiəlik və sünnilik, laikli və islamçılıq kimi 
əngəlin aĢılmasına Güney Azərbaycan milliyyətçiləri öncüllük etmiĢlər.  
Ġran  siyasi  sisteminin  totalitar  quruluĢu  Ġslam  Cümhuriyyəti  üçün  çeliĢkili 
bir  sonuç  doğurmuĢdur.  Totalitar  kimliyi  səbəbiylə  xalqı  siyasi  səfərbərlikdə 
tutmaq  üçün  toplumu  siyasiləĢdirməyə  çalıĢılmıĢdır.  Həm  1979-cu  il  inqilabının 
təsiri  ilə,  həm  də  Ġslam  Cümhuriyyətinin  totalitar  quruluĢu  üzündən  siyasiləĢən 
xalq,  siyasi  sistem  içərisində  özünü  tapmamıĢdır.  Dövlət  öz  siyasi  hədəfləri 
doğrultusunda səfərbər etdiyi xalqın ehtiyaclarını qarĢılamaqda baĢarısız qalmıĢdır. 
Yeni insan, yeni toplum Ģüarı çərçivəsində çeĢidli sahələrdə Ģiddət və basqıyı əsas 
alan  bir  sistem  sərgiləmiĢdir.  Bəhs  olunan  siyasi  sistem  ciddi  problemlərə  səbəb 
olmuĢdur.  Xalq  dıĢlaĢmıĢ  və  iqtidar  barmaqla  sayılacaq  qədər  insanın  əlində 
dolaĢmağa  baĢlamıĢdır.  Bu  durum  Ġslam  Cümhuriyyəti  ilə  Ġran  xalqı  arasında 
toqquĢmalı məsafənin açılmasına Ģərait yaratmıĢdır. 
Ġran 1979-cu ildən sonra ciddi əhali artımı ilə qarĢılaĢmıĢ və 24 il içərisində 
ölkənin əhalisi ikiqat artmıĢdır. Ciddi əhali artımı ilə qarĢılaĢan Ġran iqtisadi sahədə 

17 
 
də baĢarısız olmuĢdur. Məhz  bu cəhət Ġranda kütləvi  yoxsullaĢmağa  yol açmıĢdır. 
Əhalinin  artımı  və  dövlətin  siyasi,  iqtisadi  və  ictimai  sahədə  uğursuzluğu 
ümumilikdə  ölkədə  çeĢidli  əxlaqi  və  mədəni  problemləri  də  ardınca  çəkib 
gətirmiĢdir.  Bu  proses  milli  kimlik  böhranını  da  doğurmuĢdur.  Ġqtisadi,  siyasi  və 
ictimai sahədən dıĢlanan gənclik iranlılıq kimliyinə də yabançılaĢmıĢdır. 
Ġran toplumu böyük problemlərlə müĢayiət olunan çoxcəhətli bir böhran və 
sorunlar yaĢamaqdadır.  GeniĢ və çeĢidli sorunlar içərisində qıvrılan Ġran toplumu 
bu  “sorunları  çözəcək  ümidi  verən”  bir  siyasi  gücü  də  görməməkdədir.  Ġrandakı 
qeyd  etdiyimiz  ümidsizlik  Ġran  mərkəzli  bütün  siyasi  düĢüncə  və  ideologiyaların 
iflasını  təmin  etmiĢdir.  BaĢqa  bir  ifadə  ilə,  Ġranda  islam  və  kommunizm  kimi 
ideologiyalar  siyasi  səfərbərlik  güclərini  itirmiĢlər.  Ġranda  sağ  və  sol 
ideologiyaların  iflası  iranlılıq  kimliyinin  sorğulanması  ilə  nəticələnmiĢdir.  Çünki 
Ġrandakı  sağ  və  sol  ideologiyalar  fars  kimliyini  mərkəz  alan  iranlılıq  kimliyi 
təməlində qurulmuĢdur. 
Qlobal  sistem, bölgədəki gəliĢmələr və  Ġran içindəki siyasi ortam, iranlılıq 
kimliyini  böhrana  soxmuĢ  və  bəhs  olunan  durumun  sonucu  olaraq  etnik 
milliyyətçilik  güclənməyə  baĢlamıĢdır.  Kimlik  məsələsində  fars  mərkəzli  iranlılıq 
kimliyinin  böhrana  girməsi  ilə  bərabər  Ġrandakı  etnik  kimliklər  siyasiləĢmiĢdir. 
Siyasi hərəkətliyin enerjisi mərkəzdən çevrəyə doğru hərəkət etməyə baĢlaması ilə 
mərkəzdən qaçma ciddi Ģəkildə güc qazanmıĢdır. 
 
Güney Azərbaycanın milli hərəkatının yüksəliĢi 
 
Fars  mərkəzli  iranlılıq  kimliyinin  böhran  sürəci  ən  çox  Güney 
Azərbaycanda görünməkdədir. Ġran tarixində türklər, özəlliklə Azərbaycan türkləri, 
hər  zaman  aparıcı  rol  oynamıĢlar.  1925-ci  ildən  öncə  Ġran  uzun  zaman  Türk 
xanədanları  tərəfindən  idarə  olunmuĢdur.  1925-ci  ildən  sonra  Ġranda  iqtidar 
türklərin  əlindən  çıxsa  da,  hər  zaman  istiqamətverici  mövqelərini  qorumuĢlar. 
Çünki  Azərbaycan türklərinin Ġranın  əhali tərkibi içərisində  çoxluğa  sahib olması 
və siyasi olaylara qarĢı həssas və açıq olması ilə Ġran siyasi hərəkətliliyi içərisində 
ya  öncül  rolu  oynamıĢlar,  ya  da  hərəkat  içərisində  aparıcı  mövqe  tutmuĢlar. 
Azərbaycan  türkləri  həm  1906-cı  il  MəĢrutə  inqilabında,  həm  də  1979-cu  il  Ġran 
islam inqilabında  təməl,  əsas  və  aparıcı rol oynamıĢlar. Ġranda  geniĢ  yayılmıĢ bir 
ifadə olan “Təbriz istəməzsə heç bir dəyiĢim olmaz” kəlməsi bu tarixi gerçəkliyin 
göstəricisidir. 
Ġranda  türklər  uzun  zaman  iqtidarda  olsalar  da,  farsları  və  digər  etnik 
qrupları  dıĢlayan  və  türk  kimliyinə  dayalı  bir  dövlət  qurmamıĢlar.  Ġranda  uzun 
zaman  iqtidarda  olan  türk  xanədanları  fars  dilinə  hər  zaman  sayğılı  olmuĢlar  və 
onun  geniĢlənməsində  və  inkiĢaf  etməsində  önəmli  rol  oynamıĢlar.  1924-cü  ildən 

18 
 
sonra  iqtidarı  ələ  keçirən  fars  milliyyətçiləri  çox  fərqli  davranmıĢlar.  Türk 
kimliyini  yox  etmək  üçün  çeĢidli  üsulları  olan  bir  assimilyasiya  prosesi 
baĢlatmıĢlar. Türk xanədanların sayğın davranıĢlarına biganə qalan farslar  iqtidarı 
ələ  keçirtdikdən  sonra  türkə  qarĢı  politikaları  sərgiləmələri  Azərbaycan-türk 
kimliyinin  siyasi  müstəvidə  oluĢmasının  əsası  və  təməl  prinsipini  təĢkil 
etməkdədir. 
Azərbaycan-türk  kimliyinin  siyasiləĢməsi  üçün  aĢağıdakı  qlobal,  sosial, 
siyasi və mədəni və məhəlli prinsiplər zəmin hazırlamıĢlar. 
-  1979-cu  ildən  günümüzə  qədər  totalitar  sistemin  əsas  faktoru  olaraq 
görünən və Ġran torpaq bütünlüyünün dayağı olan islamın (Ģiəliyin) iflası; 
- Dövlətin iqtisadi uğursuzluğu və xalqın kütləvi yoxsullaĢması; 
- Ġnqilabın təsirindəki toplumun siyasiləĢməsi; 
-  Bütövlükdə  Ġranda  səfərbərlik  gücünə  sahib  olan  və  toplumu  mərkəzə 
bağlayan ideologiyaların çöküĢü (kommunizm, siyasi islam); 
 -  Beynəlxalq  miqyasda  kommunizmin  çöküĢü  və  Orta  Asiya  və  Qafqazda 
Türk  Cümhuriyyətlərinin  qurulması  və  bu  bölgələrdə  1988-ci  ildən  sonra  artan 
türkçülük hərəkatı; 
-  Quzey  Azərbaycan  Cümhuriyyətinin  qurulması,  Qarabağ  problemi  və 
Əbülfəz Elçibəy faktoru; 
-  Kommunizmin  çüküĢü  və  neo-liberalizmin  uluslararası  sistemdə  güc 
qazanması; 
- QloballaĢma siyasəti; 
-  Dövlətin  totalitar  quruluĢu  səbəbi  ilə  ortaya  çıxan  siyasi  müĢküllər  və 
siyasi sistemin darlığı; 
- Dövlətin müxalifəti əzməsi və fəaliyyət göstərməyə imkan verməməsi. 
Dünya,  Ġranda  islahatçı-mühafizəkar  qarĢılaĢmasının  dıĢında  baĢqa  heç  bir 
siyasi  sistem  ilə  ilgilənməsə  də  Ġran  mahiyyət  etibarı  ilə  ciddi  dəyiĢim 
keçirməkdədir.  Ġranda  bütün  iranlı  kimliyini  müdafiə  edəcək  faktorlar  ciddi 
biçimdə  zərbə  almıĢdır.  Bu  durum  iranlılıq  kimliyinin  sorğulanması  ilə 
nəticələnmiĢ,  ədəmi-mərkəziyyətçi  siyasi  təmayülü  əsas  və  aparıcı  faktor  olaraq 
ortaya çıxarmıĢdır. 
Güney  Azərbaycan  milli  hərəkatının  böyüməsi  tam  olaraq  bunun 
göstəricisidir. Siyasi prosesin dinamizmi nə islahatçı, nə də mühafizəkar çatıĢması 
olmaqdan  çıxmıĢ,  çox  fərqli  bir  zəminə  söykənmiĢdir.  Çünki  bu  gün  Güney 
Azərbaycanda milli söyləm aparıcı və dominant söyləm halına gəlmiĢdir. DəyiĢim 
tələblərinin  də  dinamizmi  Güney  Azərbaycandan  gələn  milli  hərəkatdadır.  Güney 
Azərbaycan  milli  hərəkatı  potensial  olaraq  Güney  Azərbaycandakı  siyasi 
proseslərin  ana  dinamizmini  təĢkil  etməkdədir.  Güney  Azərbaycan  milli 
hərəkatının heç bir alternativi yoxdur.  

19 
 
Yuxarıdakı 
faktorlar 
Güney 
Azərbaycanın 
siyasi 
öncəliklərini 
dəyiĢdirmiĢdir.  Milli  kimlik  arayıĢı  birinci  və  aparıcı  siyasi  öncəlik  halına 
gəlmiĢdir.  Güney  Azərbaycan  tarix  boyu  siyasi  enerjisini  ya  sağ,  ya  da  sol 
ideologiyalar  vermiĢdir.  Ġndi  isə  solçular  və  sağçıların  siyasi  enerjisi  Güney 
Azərbaycan  məsələsinə  doğru  çəkilməkdədir.  BaĢqa  sözlə,  Güney  Azərbaycan 
milli hərəkatı çox fərqli siyasi enerjilərin çəkim mərkəzinə dönüĢməkdədir. 
 
Nəticə və ümumi dəyərləndirmə 
 
Güney  Azərbaycan  milli  hərəkatı,  bu  gün  Güney  Azərbaycanda  siyasi 
hərəkətliliyinin  təməl  və  əsası  dinamizminə  çevrilmiĢdir.  Güney  Azərbaycanda 
iranlılıq kimliyi zəiflədikcə Ġran mərkəzli siyasi hərəkətlilik də gücsüzləĢmiĢ və bu 
prosesin məntiqi davamı olaraq Güney Azərbaycan milli hərəkatı güc qazanmıĢdır. 
Ġranlılıq  kimliyinin  çöküĢ  prosesinə  girməsi  və  azərbaycanlılıq  kimliyinin 
güclənməsi Güney Azərbaycan milli hərəkatının yüksəliĢini təmin etmiĢdir. BaĢqa 
sözlə, iranlılıq zəiflədikcə azərbaycanlılıq kimliyi güc qazanmıĢ və azərbaycanlılıq 
kimliyi güc qazandıqca Güney Azərbaycan milli hərəkatı güclənmiĢdir. 
 
Prof.dr.Qulamrza SƏBRĠ TƏBRĠZĠ 
London, Böyük Britaniya 
 
AZƏRBAYCAN MĠLLĠ HƏRƏKATINDA ANA DĠLĠ FAKTORU 
 
Azərbaycanın  Güneyində  gedən  milli-azadlıq  hərəkatında  ana  dilinin 
əhəmiyyətini  və  dilə  münasibətdə  qeyri-milli dövlətlərin reaksiyasını anlamaqdan 
ötrü  bu  prosesə  Rza  Ģahın  zamanından  –  1925-ci  ildən  nəzər  salmağa  ehtiyac 
vardır.  O  zaman  ana  dilinin  gücünü  və  qeyri-milli  dövlətlərin  bu  güc  qarĢısında 
qorxub  titrədiyini  görmək  mümkündür.  UĢaqlıqda  yadıma  gəlir  ki,  məktəbdə  bizi 
altı  yaĢından  fars  dilində  danıĢmağa  məcbur  edirdilər,  danıĢa  bilməyəndə 
cərimələyir, “eĢĢək” adı verməklə qorxudurdular və təzyiqi o həddə çatdırmıĢdılar 
ki,  Rza  Ģahın  dövründə  adam  özünə  “türk”  deməyə  utanırdı.  Ata-analar  bu 
həqarətdən  qurtarmaqdan  ötrü  nə  yolla  olursa-olsun  uĢaqlarına  və  ailələrinə  fars 
dilinin  öyrədilməsinə  səy  göstərirdilər.  Hətta  yadıma  gəlir  ki,  ailələr  fars  dilində 
danıĢmaqla fəxr edirdilər, farsca bilən qızlara, gəlinlərə üstünlük verirdilər.  O da 
yadıma  gəlir  ki,  atam  Tehrana  və  MəĢhədə  gedəndə  farscayla  türkcəni  qarıĢdırıb 
elə  danıĢırdı  ki,  guya  fars  dilini  bilir.    O,  bununla  öz  Ģəxsiyyətini  üstün  tutmağa 
çalıĢırdı.  Biz  də  onun  bu  hərəkətini  yamsılayaraq  deyib-gülürdük.  Bu  qorxu  və 
həqarət  Azərbaycan  Demokratik  Firqəsinin  gəliĢilə  buz  kimi  əridi.  Azərbaycan 

20 
 
xalqı, xüsusilə uĢaqlar və gənclər qürurla öz dillərində məktəblərə baĢladılar. Hər 
axĢam  uĢaqlar  fərəh  hissilə  ata-analarına  filan  hərfi  yazdıqlarını,  filan  Ģeri 
öyrəndiklərini  deyirdilər.  Bu  qürur  və  dirçəliĢ  haləti  yalnız  evlərdə  deyildi, 
zavodları, fabrikləri də bürümüĢdü. Atamın xalça fabrikində iĢləyən gənc oğlan və 
qızlar  fasilə  zamanı  axĢam  məktəblərində  oxuduqlarını,  öyrəndikləri  kitablardan 
söhbət eləyirdilər. Azərbaycanın Güneyində Milli Hökumətin bir illik hakimiyyəti, 
ana  dilinin  azad  olması  milli-azadlıq  hərəkatına  böyük  təsir  göstərdi.  Tehran 
hökuməti  bütün  vasitələrlə  bu  hərəkatın  qarĢısını  almağa    çalıĢırdı.  Onların 
tapĢırığı  ilə  mollalar  və  məscid  baĢçıları  öz  söhbətlərində  türk  məktəbində 
oxumağın ziddi-islami olduğunu təbliğ edir, bunu allahsızlıqla bərabər tuturdular. 
Atam  türkcə  məktəb  açılandan  iki  ay  sonra  evə  gəlib  müctəhidin  türk 
məktəblərinə  gedənlərin  Həzrəti-Əlinin    üzünə  qılınc  çəkdiyini,  islama  qarĢı 
olduğunu söylədiyini bildirdi və qardaĢım Ġbrahimlə məni mollaxanaya qoydu.  
Digər  tərəfdən  dövlət  idarələrində  türk  dilinin  güclənməsinin  qarĢısı 
alınırdı.  Belə  ki,  öz  dillərində  danıĢanları  bisavad,  pantürkist,  ruspərəst 
adlandırırdılar, ittiham edirdilər. Tehran radiosu gecə-gündüz türk dilinin əleyhinə 
təbliğat  aparırdı.  Amma  bu  maneələrə  baxmayaraq  türk  məktəblərində  oxumaq  o 
dövrün  uĢaqlarında  dərin  təsir  oyatdı,  ana  dilində  təhsilin  və  rəsmi  dövlət 
mərasimlərinin mümkünlüyü inamını formalaĢdırdı. 
Yadımdadır  ki,  PiĢəvəri  bizim    məhəlləyə  gələndə  mən  təəccüblə  onun 
bizim  dilimizdə  danıĢdığını  anama  söylədim.    Çünki  o  vaxta  qədər  mən  vəzifə 
sahiblərini,  baĢçıları  həmiĢə  özgə  dildə  danıĢan  görmüĢdüm.  Bu,  məndə  ona 
hörmət  yaratdı.  Yaxud  dərsdə  müəllim  mənim  halımı  türkcə  soruĢanda  buna 
təəccüblənir və sevinirdim.  
Tehran  ordusu  gəlib  milli  hərəkatı  qan  dənizinə  qərq  edəndə  mənim  on-on 
iki  yaĢım  olardı.  Rza  Ģahın  oğlu  Məhəmmədrza  Ģah  radiodan  dedi  ki,  həyatın 
qədrini o adam bilər ki, müsibətə düĢsün. Bunu eĢidəndə mən özü-özümə dedim  ki, 
axı biz nə müsibətə düĢmüĢdük. 
Azərbaycan  Milli  Hökuməti  yıxılan  zaman  türk  dilində  yazılan  kitablar 
yığılaraq  meydanlarda  yandırıldı.  Kitabxanalardan  kitabları  yığıb  məhv  elədilər, 
ana  dilini  –  həqiqətdə  isə  milli  istiqlalımızı  oda  çəkdilər.  DüĢmənlərimiz  yaxĢı 
bilirdilər  ki,  ana  dilində  məktəb  açılması  milli  hərəkatın  güclənməsinə, 
mədəniyyətin  möhkəmlənməsinə  -  nəhayətdə  Azərbaycanın  müstəqilliyinə 
aparacaq.  Buna  görə  də  1946-cı  ildən  sonra  təziyətələblik,  pantürkistlik  və  s. 
adlarla düĢünən insanları, həbslərə, sürgünlərə, ölümə məhkum etməyə baĢladılar. 
Və  bu  dəhĢət  o  qədər  qorxuluydu  ki,  dövlət  idarələrində  fars  dilindən  baĢqa  ayrı 
dildə danıĢmaq təhlükəli idi. Türk dili qısa bir zamanda hər yerdən yığıĢdırıldı və 
yenə  köhnə  həqarəti  davam  etdirməyə  baĢladılar.  Bu,  1950-ci  ildə  -  Müsəddiqin 
baĢ nazir seçilməsinə qədər davam etdi. Bundan sonra bəzi Ģairlər ana dilində Ģeir 

21 
 
yazmağa  baĢladılar.  Ġctimai-siyasi  mühitin  bir  qədər  yumĢalması  ana  dilinin 
inkiĢafına  güc  verdi.    ġəhriyarın  ana  dilində  yazmağa  baĢlaması,  “Heydərbabaya 
salam”ın yaranması bu dövrə təsadüf edir. Amma yenə də “Heydərbabaya salam”ı, 
Sabirin  “Hophopnamə”sini,  “Kitabi-Dədə  Qorqud”u  oxumaq,  evdə  saxlamaq 
cinayət  hesab  olunurdu.  1950-1952-ci  illərdə  qorxu  nisbi  olaraq  götürülmüĢdü.  
1953-cü ildə Müsəddiq devrildikdən sonra mənim gözümün qabağında onun evini 
topa  tutdular,  bir  çox  insanları  həbs  və  edam  etdilər.  Ölkədən  qaçmıĢ 
Məhəmmədrza Ģah qayıtdı və islam inqilabına qədər onun hakimiyyəti sürdü. 
YetmiĢici  illərdə  siyasi  təzyiq  bir  qədər  azalanda  Səməd  Behrəngi  kimi 
ziyalılar  türk  dilini  kənd  uĢaqlarına  öyrətməyə  çalıĢırdılar.    Bunun  da  milli 
hərəkatda müsbət izlərini görmək mümkündür.  
Ġslam cümhuriyyəti dövründə bir sıra qəzet və dərgilər türk dilində çıxmağa 
baĢladı.  Amma  qanuni-əsasidə  olan  türk  dilinin  iĢlədilməsi,  bu  dildə  məktəb 
açılması Tehran hökumətini qorxutdu.  Yenə həmin töhmətlərlə ana dili təqib edilir, 
Ģah zamanında olduğu kimi təziyətələb, pantürkist və s. adlarla damğalanır. Hətta 
bu  ilin  24  fevralında  dünyada  ana  dili  elan  olunan  gün  Təbrizdə  kiçik  bir 
konfransın  keçirilməsinin  qarĢısını  aldılar.    Və  yenə  göstərdilər  ki,  Tehran 
hökuməti    və  fars  Ģovinizmi  bizim  ana  dilimizin  bazası,  məktəbi  olmasından, 
nəhayət  milli  hərəkatın  güclənməsindən  qorxur.  Özünün  qeyri-qanuni  və  qeyri-
insani  hakimiyyətini türk və digər xalqlar üzərində  yürütmək üçün ana dilinin  və 
milli mədəniyyətin qarĢısını hər cür üsulla almağa çalıĢır. Bir sözlə, Azərbaycanın 
düĢmənləri bilirlər ki, onun gücü, gələcəyi, müstəqilliyi ana dilinə bağlıdır.  Buna 
görə ana dili Güney Azərbaycanın milli strategiyasında mühüm rol oynayacaqdır. 
Ana  dilində  məktəblər  açılmadan  istiqlaliyyətə  nail  olmaq  mümkün  deyildir.  
Azərbaycanın  Güneyində  canlı  hərəkat  gedir,  bu  göstərir  ki,  ana  dilimizin  riĢəsi 
kəndlərimizdə,  Ģəhərlərimizdə,  xalqın  ürəyindədir.  Və  bu  hərəkat  yavaĢ-yavaĢ 
özünün siyasi yoluna düĢür. Bunu daha dərin milli hərəkata çevirmək üçün bütün 
qurumların,  fikirlərin  bir  yerə  yığıĢması,  vahid  strategiyadan  çıxıĢ  edilməsi 
lazımdır.  Çünki  gücümüz  birliyimizdə,  varlığımız,  kimliyimiz  ana  dilimizdədir. 
Əgər  bunu  anlamasaq,  ana  dilinin  əhəmiyyətini  dərk  etməsək,  ümumbəĢəri 
məsələlərdə  də  müvəffəq  ola  bilmərik.  Çünki  bəĢəri  məsələlərdən  qabaq  milli 
problemlərin həllinə ehtiyac duyulmaqdadır. 

22 
 
Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin