Гядим дювр вя орта ясрляр Тарих вя онун проблемляри, №4 2010 10 Məhəmməd Tahir Vəhid yazır ki, Şah Mazandaranda eşitdi ki, Hindistan valisi yenə vəlihədi
Daraşokuhu vəziri Sədulla xanı, sipahsalar Rüstəm xan Dəkəni və məşhur əmirlər, əyanlarla birlikdə
çoxlu top və döyüş filləri ilə təchiz edilmiş qoşunla Qəndəhara yürüşə göndərmişdir. Onlar iki yerə
bölünüb bir qismi Kabil, digər qismi isə Multan yolu ilə hərəkət edir. Multan yolu ilə hərəkət edən
Hind qoşunu Duki və Çutyala çatdıqda buranın hakimi Dövlət xan Əfqan da onlara birləşdi (4, 57).
Hindlilərin Qəndəhara üçüncü hərbi yürüş xəbəri Şaha çatdıqda Bəxtan bəyə əmr etdi ki, Heratda və
Xorasanda mövcud olan qoşun hissələri ilə Qəndəhara getsin və hindlilərin əhalinin mal-qarasını və
əmlakını qarət etməsinə yol verməsin. Şah həmçinin Astrabad bəylərbəyi Mənuçöhr xana göstəriş
verdi ki, sipahsalar və Azərbaycan bəylərbəyi Əliqulu xandan öncə döyüşkən əsgərlərlə təcili yola
düşsün. Sipahsalar isə onun arxasınca Qəndəhara hərəkət etsin. Bu zaman Qəndəhar valisi Otar xanın
Bost hakimi Mehdiqulu sultan Siyahmənsurla bir neçə dəfə pis rəftar etməsi Şahın qulağına çatmış və
Şah onu tutduğu vəzifədən azad edib yerinə Əsfərayin hakimi İmamqulu sultan Siyahmənsuru
vəzifəyə qoyub əmr edir ki, o da tələsik hərəkət edib Bost qalasını mühafizə etsin. Daraşokuh bundan
xəbərdar olduqda qorxuya düşüb Rüstəm xan Dəkənini çoxsaylı qoşunla Bosta göndərdi. O,təcili
hərəkət edib Bost qalasını tutmalı idi. Rüstəm xan Dəkəni yaxşı təchiz olunmuş qoşunla hərəkət etdi
və İmamqulu sultandan Bosta tez çatıb qalanı mühasirəyə aldı. İmamqulu sultanın səriştəsizliyindən
Bost hindlilərə təslim oldu (4, 58). Bəxtan bəy 3-5 min nəfər sipahi ilə Xorasana gəldi və burada
qışlayan Kuhgiluyə bəylərbəyi və qullarağası Allahverdi xanın dəstəsi ilə birləşdi. Bəxtan bəy Nozəd
qalasına daxil olduqda Rüstəm bəyin alayı da ora hərəkət edirdi . Ancaq Bəəxtan bəy buradan Fulad
qalasına yola düşdüekdə Rüstəm xan Hilmend çayı kənarına gəlib orda düşərgə saldı. Elə bu vaxt
Mənuçöhr xanın qoşunu Fərah yolu ilə sürətlə hərəkət edərək Bəxtan bəyə çatır. Hər iki sərkərdənin
qoşunu hindlilərə tərəf hərəkət etdi. Sipahsalar Əli Nağı xanın qoşunu da bura çatır. Daraşokuh ordu
başçıları ilə məsləhətləşib Rüstəm xanı Qəndəhardan geri çağırmağa qərara aldı (4, 59). Bu zaman
Rüstəm xan sipahsalar Əliqulu xanın qoşunun gəlməsindən qorxub geri Hindistana qayıtmağın daha
sərfəli olduğunu hiss edir. Sipahsalar Mənuçöhr xan geri çəkilən hindlilərin təqib edilməsi barədə
göstəriş verdi. Bu təqibdə xeyli hindli əsgəri öldürüldü. Çoxlu qənimət və 2 fil ələ keçirildi (4, 60).
Qəndəhar qalası altı ay hindlilərin mühasirəsində qaldığına görə burada ərzaq qıtlığı
yaranmışdı. Səfiqulu bəy yasovul-e söhbət, Səfiqulu bəy şirəçibaşı Kirmana, söhbət yasovulu
Məhəmməd bəy Rey və Astrabada göndərildi. Onlar Şahın fərmanına uyğun olaraq 15 min xarvar
taxıl tədarük edib Qəndəhara gətirməli idilər (4, 62).
Məhəmməd Tahir Vəhid yazır ki, Hindistan hakimi Şah Cahan Qəndəhar qalasının fəthi
zamanından xəstələnmiş və bir müddət keçdikdən sonra iflic olmuşdu. Artıq o, hərəkət edə bilmirdi.
Bu səbəbə görə hakimiyyətdən uzaqlaşmış, ölkənin idarəsi böyük oğlu və vəlihədi Daraşokuhun
öhdəsində idi. Şah Cahan isə Cahanabaddan Aqraya köçmüş və orada da vəfat etmişdi. Onun vəfatı
barədə xəbər Hindistana yayıldıqda övladlarının hamısı şahlıq iddiasına düşdülər (4, 89). Sultan Şüca
Benqaliyada, Sultan Ourəngzeyb Dəkənə ətrafında, Sultan Muradbəxş isə Qucaratda hakim idilər.
Sultan Muradbəxş Qucaratdan Bəndər Surata yola düşüb, qısa müddətdə oranı ələ keçirdi və adına
xütbə oxutdurub, müqəddəs imamların adına sikkə zərb etdirib özünün şiəliyini açıq şəkildə elan edir.
Və atasının hakimiyyəti dövründə onun II Şah Abbasla həmişə yaxşı əlaqələri olduğuna əsaslanaraq
Bəndər Suratı tutdurduqdan sonra Həkim Kazım Qumi adlı elçisini qiymətli hədiyyələrlə kömək
almaq üçün Səfəvi sarayına göndərdi. Ourəngzeyb bu məsələdən xəbərdar olduqda bir nəfəri Sultan
Muradbəxşin yanına göndərib onun hakimiyyətini təbrik edir və and içərək onu inandırır ki,
hakimiyyət iddiasında deyildir; qərara almışdır ki, Daraşokuhu devirməkdə onunla həmkarlıq etsin.
Daha sonra bildirirdi ki, bu iş başa çatdırıldıqdan sonra Məkkəyə gedəcək və orada ibadətlə məşğul
olacaqdır. Ancaq bu şərtlə ki, oğlu Sultan Mahmud yerinə təyin edilsin və dövlət ərkanı olsun (4, 90).
Onlar birləşib vəlihəd Daraşokuhla savaşda qələbə çalıb, Aqraya daxil oldular. Ourəngzeyb qardaşına
ehtiramla yanaşıb, ona hərbi yardım etməkdə məqsədi vardı. Əslində o, hakimiyyəti ələ keçirmək
üçün əlverişli fürsət axtarırdı. Məğlub olan Daraşokuh Lahora çəkilir. Ourəngzeyb yaranmış
vəziyyətdən istifadə edərək qardaşı Sulttan Muradbəxşi həbsxanaya saldırmağa müvəffəq olur (4, 91).
Bu zaman Muradbəxşin Səfəvi sarayına göndərdiyi elçi Həkim Kazım Qumi artıq qayıtmışdı. Şah