BLAST/BLAN və ProtComp analizlərinin nəticə-
ləri əsasında GetOrtholog kompüter proqramı
(İ.Şahmuradov; çap olunmamışdır) vasitəsi ilə təhlil
edilmişdir.
NƏTİCƏLƏR VƏ ONLARIN MÜZAKİRƏSİ
8 bitki orqanizminin nüvə genomunda plastid
təyinatlı nüvə genlərinin axtarışı
Əvvəlcə birləpəli və ikiləpəli bitkilərin 8 nüma-
yəndəsinin annotasiya olunmuş nüvə genlərinin
kodlaşdırdığı zülalların amin turşusu ardıcıllıqları
ProtComp proqramının vasitəsi ilə analiz olunmuş
onların hüceyrə daxilində və membranında potensial
təyinat yerləri (daşındıqları ünvanlar) müəyyən
edilmişdir. Bu araşdırmaya görə potensial təyinat
yeri plastidlər olan genlər üzrə inteqrativ məlumat
cədvəl 2-də təqdim olunur. 2 saylı cədvəldən görün-
düyü kimi, plastid təyinatlı nüvə genlərinin ümumi
sayına görə müxtəlif növlər arasında böyük fərq
alınır. Belə ki, qarğıdalı, qara yonca və soya bitki-
lərində plastid təyinatlı nüvə genlərinin sayı daha
çoxdur (6500-8200), şərab üzümü isə bu göstəriciyə
görə nisbətən kasad görünür. Martin və həmkar-
larının (Martin et al., 1998; 2002) məlumatına
əsasən, ali bitkilərin nüvə genomunda plastid ünvanlı
zülal genlərinin sayı 4500-5000 intervalındadır.
Əliyeva və b.
50
Cədvəl 2. Birləpəli və ikiləpəli bitkilərin nüvə
genomlarında plastid təyinatlı genlərin axtarışının
inteqrativ nəticələri
Dostları ilə paylaş: |