biri də türk və Azərbaycan xalqlarının humanizminə, qayğıkeşliyinə, vətənpərvərliyinə qarşı
erməni millətçilərinin aramsız qəddarlığıdır”.(Amerikalı erməni yazıçısı L.Z. Sürməliyan.
“Xanımlar və cənablar, müraciətim sizədir” kitabından). Məhz bu humanizm idi, türkün başına
gələn, gətirilən faciələrin bir nədəni də. Hər zaman qeyri-türklərin millət başına çıxarılması
türkün ən bağışlanmaz günahlarından olub. 1988-ə qədər Bakıda nə qədər erməni ən mühüm
dövlət postlarında özlərinə yer tutmuşdular. Osmanlı dövlətində ermənilərdən 29 paşa, 22 nazir,
33 millət vəkili, 7 səfir, 11 baş konsul, 411 yüksək məmur vardı. 1461-ci ildə Sultan Mehmet
Fatehin xüsusi fərmanı ilə İstanbulda erməni dini mərkəzi (patriarxlıq) açılmış, XVII əsrdə yenə
İstanbulda tarixdə ilk erməni mətbəəsi yaradılmışdır. Türkiyə şəhərlərində və əyalətlərində
ermənilər həmişə əmin-amanlıq şəraitində yaşamışlar.
Azərbaycan SSR-də kommunist-sovet rejimi daha qanlı faciələrlə dolu olub. Stalinin hakimiyyəti
dövründə 29 min Azərbaycan ziyalısı məhv edilib. II Dünya müharibəsindən sonra da
soydaşlarımızın soyqırımı davam etdirildi, SSRİ Nazirlər Sovetinin 1947-ci il 23 dekabr tarixli
4083 saylı və 1948-ci il 10 mart tarixli 754 saylı qərarları əsasında rus imperiyasının Azərbaycan
xalqına qarşı növbəti tarixi cinayət aktı həyata keçirildi.
Tarixi ardıcıllığa baxaq; rəsmi statistik rəqəmlərdə, sənədlərdə Qərbi Azərbaycan –indiki
Ermənistan ərazisi üzrə etnik mənzərə belə olub: 1850-ci ildə 76 faiz Azərbaycanlı (Qriboyedov
köçürmələrindən sonra), 24 faiz erməni və qeyri-millət, XX əsrin əvvəlində 45 faiz türk, 55 faiz
erməni olduğu halda, 1988-ci ildə 92 faiz erməni, 8 faiz Azərbaycan türkü, 1990-ı ildə 99 faiz
erməni, 1 faiz qeyri-millət vardı. SSRİ-nin dağılması qabaqcadan bilən ermənilər yeni tarixi
məqamdan istifadə edərək Moskvanın razılığı ilə Sumqayıt və Bakıda erməni talanları, sui-
qəsdlər təşkil etdilər. Planlı şəkildə qurbanlarını verib dünyaya səs salandan sonra əllərində
“fakt” tutan ermənilər əvvəlcə 250 min azərbaycanlını Qərbi Azərbaycandan öz dədə-baba
torpaqlarından qovdular və 3 milyard ABŞ dolları dəyərində şəxsi, 17 milyard ABŞ dolları
məbləğində kolxoz və sovxoz əmlaklarını talan, qarət etdilər. Son 1988-1989-cu illər
deportasiyasında 179 təmiz azərbaycanlı kəndlərinin ərazisi 10352 kvadratkilometr idi.
Bir daha erməni vəhşətinə ayna tutan faktlara diqqət edək. Bakıda erməni vəhşiliyinin
tükürpədən, qandonduran iki epizodu bu sənədlərdə rəsmiləşdirilib. Əsgər Xudabaxış oğlu,
1918-ci il, 5 dekabr. Bakı şəhəri, Verxnyaya-Naqornaya küçəsi, 18 №-li evdə yaşayan İran
təbəəsi: “Mən və digər müsəlmanlar da daxil olmaqla, təxminən 850 nəfər bu il noyabr ayının
Dostları ilə paylaş: |