Hacı Nərimanoğlu


Rusların gördükləri və yazdıqları



Yüklə 0,91 Mb.
Pdf görüntüsü
səhifə12/70
tarix31.12.2021
ölçüsü0,91 Mb.
#29007
1   ...   8   9   10   11   12   13   14   15   ...   70
Rusların gördükləri və yazdıqları 

 



I Dünya Müharibəsinin başlandığı ilk günlərdə Osmanlı torpaqlarına hücum edən 

rus ordusunun komandanı general L.Odişidzenin Sankt-Peterburqa yazdığı 

məktubdan: “11-12 mart gecəsində erməni cəlladlar  Ərzincan  ətrafındakı 

ərazilərdə müsəlmanları süngülərlə  və baltalarla qətlə yetirdilər. Bu vəhşilər öz 

qurbanlarını  əksərən məlum planlarını icra etmək məqsədilə qazdırdıqları 

xəndəklərə atırdılar. Hər xəndəyə 80 müsəlmanın nəşi atılırdı. Mənim yavərim 200 

belə xəndək saydı.”    

 



Rus ordusunun Osmanlı torpaqlarına girən hərbi hissəsinin komandiri, 

podpolkovnik Qryaznovun Sankt-Peterburqa göndərdiyi rəsmi raportdan: 

“Kəndlərə aparan yollara müsəlman kəndlilərinin süngüyə keçirilmiş meyidləri, 

kəsilmiş  bədən hissələri, dağıdıb tökülmüş daxili orqanları  səpələnmişdi. 

Dəhşətlidir! Öldürülənlər  əsasən qadın və  uşaqlardır. Dərin quyular qazılmış  və 

köməksiz insanlar heyvan kimi kəsilərək bir-birinin ardınca quyulara atılmışlar. 

Sonradan öldürülmüş müsəlmanlar da quyulara doldurulmuşlar. Quyu meyidlərlə 

doldurulandan sonra ona nəzarət edən erməni deyirdi: 70 meyid var, 10-nuna da 

yer var.” Sonra daha 10 müsəlmanı parça-parça doğrayıb quyuya atırdılar, üstün 

torpaqla örtürdülər. Qətllərə məsul erməni bir dama doldurulmuş 80 müsəlmanın 

hamısının başın bir-bir kəsirdi. Rusicahanın ardınca ermənilər  Ərzuruma tərəf 

hərəkət edirlər.” 

 



Çar Rusiyasının  Ərzurum  Rus İkinci Topçu Alayın Komandiri podpolkovnik 

Tverdo-Xlebov xatirəsində    yazır: "Ermənilər mənə 27 fevral gecəsi 3000 türkü 

öldürdüklərini fəxrlə  bəyan etdikləri zaman, müdafiəsiz, günahsız insanların 

öldürülməsinin bir vəhşilik olduğunu dedim, bizə:- siz russunuz, erməni  millətinin 

idealını anlayamazsınız-cavabını verdilər. Ərzurumda qalan bütün rus zabitləri, öz 

ləyaqəti və formaları ilə ermənilərin türklərə qarşı    soyqırımlarını örtmək üçün 

kifayətlənməyib ancaq əmirlərinə itaət, yalnız Rusiyaya xidmət üçün qaldıq. 

Ərzurumda olduğumuz müddətdə erməni dəstələrinin vəhşilik və qalmaqalına son 

verilməsini istədik, bir qrup zabit adından baş komandanımıza verdiyimiz 

hesabatda, "Ərzurumdan hamımızın ayrılmasına imkan verilməsini istədik, çünki 

burada heç bir şey etməyib ancaq erməni quldurların üzündən adımızın 

ləkələnməsini heç bir zaman istəmədiyimiz bildirdik...".  

 

 



Podpolkovnik Tverdo-Xlebov: “Ermənilər zavallı türklərə qarşı  ağlasığmaz 

qəddarlıqla qətllər törədirdilər, silahsız türklərin özünümüdafiə üçün heç nəyi yox 

idi.”   

 



1893-1896-cı illərdə  Şərqi Anadoluda cərəyan edən erməni terroru günlərində, 

Van və Bitlis rus konsulu general Mayevski mərkəzə hazırlayıb göndərdiyi 

hesabatında yazırdı: "Osmanlıda ermənilərin guya zülm və soyqırıma  məruz 

olduqlarını Avropaya göstərmək zərurət idi. Proqram bu şəkildəydi: ancaq qan 

tökmək lazımdır ki, ermənilər sərbəstilik  əldə etsinlər. Qan tökün ki, Avropa sizi 

himayə etsin."  

 



Rus konsulu Mayevski "Bitlis və Van Vilayətləri Statistikada" adını daşıyan 

hesabatında, erməni daşnak və hnçak dəstələrinin regionda müsəlman türklərə 


Yüklə 0,91 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin