21
Erməni itkinlərinin isə 500 min ətrafında olduğu araşdırmalarla sübut edildi.
Burada əsl əhəmiyyətli mövzu, ermənilərin xəyanətidir. Osmanlı da özünü müdafiə
etdi. Xüsusilə ABŞ-da yaşayan ermənilər, soyqırım yalanı ilə böyük gəlirlər təmin
edir. ABŞ rəhbərliyi də büdcəsinə böyük pullar döndüyü üçün ermənilərin qarşısına
almaq istəmir. Ermənilər israrla öz arxivlərini açmır. Çünki illərdir soyqırım yalanı
ilə gələn gəlirləri itirmək istəmirlər. Arxivlər açıldığı anda gerçək ortaya çıxacaq."
•
Professor Stanford Shavv (ABŞ tarixçisi): “Osmanlı tarixi və sözdə erməni
soyqırımı sahəsində bir çox tədqiqatlar apardım. Ortaya çıxardığım gerçək bu
iddiaların əsilsiz olduğunu göstərdi. 1977-ci ildə doğruları söylədiyim üçün
ermənilər evimi yandırdılar. Əsası olmayan heç bir bilgini mən qəbul etmədim.
Tarix də qəbul etməz.”
•
ABŞ-ın Masaçuset Amherst Universiteti tarix fakültəsinin professoru Audrey
L.Altstadt:“...Əslində Ermənistanda yaşayan azərbaycanlıların torpağı tarixən
onların öz qanuni torpağıdır və onlar bir sahib kimi öz erməni “qonaqlarına” yaxşı
münasibət göstərmişlər. Lakin Azərbaycanın Zəngəzuru ermənilərə, Qazax
rayonunun bir hissəsi isə Gürcüstana verilmişdir.”
•
Professor Justin McCarthy (ABŞ tarixçisi): “Erməni tarixinin böyük bir hissəsi
sonradan uyduruldu. 1915-ci ildə Osmanlıda fəaliyyətdə olan fransız, ingilis
diplomatlar Osmanlının bu məsələdə suçlu olmadığını bildikləri halda heç dilə
gətirmədilər. Gerçəklərin çoxu onların gündəliklərində qaldı. Gerçəyi görüb
söyləməyən adam gerçək düşməndir…Gerçək tarixi bilən kimsə soyqırımdan söz
edə bilməz.”
•
Profes Dr. Norman Stone (ABŞ tarixçisi): “1915-ci ildə soyqırım olmadı!
Ermənilər bəzi sənədlər hazırladılar. Ancaq sənədlərin düzəldilmiş olduqları çox
açıq-aşkar. Tarixlər və imzalarda bəsit düzəlişlər edilmişdir. Bu da soyqırım
iddialarının yalan olduğun göstərir.”
•
Amerikada çıxan “The Hill” qəzetində siyasi icmalçı Ceyson Katsın “Cənubi
Qafqazda regional inkişafa maneələr haqqında” sərlövhəli məqaləsindən
(http://thehill.com/blogs/congress-blog/foreign-policy/228812-impediments-to-
regional-development-in-the-south-caucasus):“Ermənistan regional layihələrdən və
qlobal inkişafdan kənarda qalan yeganə dövlətdir. Nə üçün? Ona görə ki,
Ermənistan başqa yol seçib, bu yol onun müstəqilliyinin və suverenliyinin
itirilməsinə doğru aparır. Beləliklə, öz xalqının mənafelərinə zidd mövqe tutan
Ermənistan özü-özünü vassal dövlətə çevirib. Ermənistanda iqtisadi şəraitin
dözülməz olmasına görə ölkə əhalisi sürətlə mühacirət edir. Ermənistan-
Azərbaycan müharibəsi nəticəsində Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona
bitişik rayonlar Ermənistan tərəfindən işğal edilib. Bir milyona qədər azərbaycanlı
qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Bu insanları öz doğma yurdlarından
qovmuş Ermənistan həmin ərazilərdə ikinci erməni dövləti yaratmaq istəyir.
Ermənistan hökuməti ölkənin suverenliyini tamamilə itirməmək üçün müvafiq
tədbirlər görməlidir. O, ilk növbədə işğal olunmuş əraziləri azad etməli, məcburi
köçkünlərin öz doğma evlərinə qayıtmalarına imkan verməlidir. Bu halda etnik
ermənilər müdafiə olunacaq və Ermənistan-Azərbaycan sazişinə uyğun olaraq
onlara Azərbaycan vətəndaşları ilə bərabər hüquqlar veriləcək. Saziş əldə ediləndən
sonra Türkiyə Ermənistanla sərhədi açacaq və diplomatik münasibətləri tam bərpa
edəcək. Birinci Dünya müharibəsi dövrünün hadisələri ilə bağlı faktların müəyyən
edilməsi üçün Türkiyə və Ermənistan tarixçilərindən ibarət qrup yaradılacaq.
22
Bundan əlavə, erməni diasporu Birinci Dünya müharibəsi dövrünün hadisələri və
Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar hazırda lobbiçilik üçün nəzərdə tutulan
xərclərin məqsədəuyğun olub-olmaması məsələsinə yenidən baxmalı və həmin
vəsaitləri Ermənistanın iqtisadi cəhətdən dirçəldilməsi üçün investisiyalara
yönəltməlidir.”
•
Dostları ilə paylaş: