sizədir” kitabından: “Dünya ictimaiyyəti qarşısında məmnunluqla ifadə edə bilərik
ki , biz ermənilər yüz illər boyunca türklərlə qardaş kimi yaşamışıq. Adət-
qaynayıb qarışmışıq ki, sanki bir cəmiyyət olmuşduq. Türk-erməni qardaşlığı XI
türklərin himayəsinə sığındıq, türklər bizi qorudular… Reallıq budur ki, biz burada
46
•
Torqom Stepanyan, yazıçı: “Daşnak nümayəndələri ətraflarına çoxlu könüllü
silahlı dəstələr yığaraq müharibə gedən türk ərazilərində qadın, uşaq, qoca və
əlilləri amansızcasına doğrayıb tökürdülər”.
•
A.Lalayan 1918-20-ci illərdəki qırğınlar haqqında: “Biz ermənilər din
qardaşlarımız olan xristianların zəhərli vədlərinə inanaraq böyük türk düvlətinə
qarşı üsyan etdik , daha doğrusu vətənə xəyanət etdik. Unutmayaq ki, türklərin
düşmənləri bizim də düşmənimizdir”.
•
Levon Dobbağyan, jurnalist: “Ara bir az sakitləşən kimi Şuşanı yenə gördüm.
Şəhərin türk məhəlləsində daş-kəsək yığınlarından başqa bir şey qalmamışdı. Bütün
evlər yandırılmış, onların sahibləri isə öldürülmüşdü. Eyni hal Xankəndindəki türk
məhəlləsinin də başına gətirilmişdi… Bakıda ermənilər ingilislərin yardımı ilə bu
böyük neft şəhərini ələ keçirdilər və şəhərin türk əhalisindən 25.000 nəfərini
qırdılar”.
•
Ohanes Apresyan, “İnsanlar belədir. 1918-1922-ci illər Azərbaycan hadisələri bir
erməninin xatirələrində”n: “24 aprel Beyrutdakı erməni kilsəsi tərəfindən genosid
günü kimi elan edilməsi hamımızı dərin kədərə qərq etdi. Çox yaxın bir keçmişdə
Türkiyənin xarici işlər naziri Qabriel Noradunkyan deyildimi? İmperiya dövründə
maliyyə və xəzinə naziri Hakop paşa deyildimi? Poçt və teleqraf naziri Oskan
əfəndi deyildimi?…Ey qafillər, siz hansı keçmişdən danışırsınız? Biz hansı keçmişi
unutmuşuq? Keçmişdə heç bir soyqırım hadisəsi olmayıb. Dövlətin qanunlarına
qarşı çıxan bütün vətəndaşlar kimi ermənilərə o zaman qanunlara uyğun olaraq bəzi
cəzalar verilmişdir, vəssalam !”
•
Hakop Keşişyan, tacir: “Daşnaklar Şərqi işğal etməklə qabağa düşüb rus
burjuaziyasına yol açır, onun proqramını həyata keçirir, onun yanında əsl buyruqqul
rolunda çıxış edirdilər”.
•
B. Ananikyan “Daşnaksütyun ideyasının iflası” kitabından: “Mən ermənilərin
yaşadığı bir çox yerləri gəzmişəm. Daim xalis erməniyə aid olan bir şey duymağa
çalışmışam. Təəssüf ki, bu arzum indiyə qədər yerinə yetməyib”.
•
M. Nalbəndyan: “Erməni soy adlarının yalnız 26,3 faizi orijinal erməni dilindən
yaranmışdır. Qalan ad və soyadların 194-ü fars, 113-ü türk, 111-i ərəb, 60-ı yunan,
54-ü yəhudi, 44-ü də digər dillərdən götürülmüşdür...Erməni dilində 4200-dən çox
türk sözü vardır. Türk, fars, ərəb, assur-babil, yunan, gürcü və həmçinin təmiz hind-
avropa mənşəli sözlər çıxıldıqdan sonra erməni dilində ermənilərə aid olan beş
minədək söz qalır”.
•
Dostları ilə paylaş: