Hacı Xəlil, müsin şəxs, həştad beş il dünyada ömür edəndən sonra



Yüklə 305,46 Kb.
Pdf görüntüsü
səhifə2/2
tarix31.01.2017
ölçüsü305,46 Kb.
#7082
1   2

Ata və oğul

Cavab verdi: “Ana, başım bərk ağrıyırdı,          otura bilməyib gəldim yatmağa”. 

             Bu, əvvəlinci yalan idi ki, Əkbər          anasına dedi. Əkbərin anası qalxıb istəkli         

oğlu üçün rəxti-xab hazır elədi və          onu yatırtdı və Kərbəlayı Qulaməli          də başının

üstündə oturub onun alnını          ovmaqla məşğul oldu.

    O gecə          sübhədək Əkbər yata bilmədi. Çünki          onun xəyalatı gah Parisin “Bolon

meşəsini” və          kafeşantanlarını, gah Peterburqun Nevski prospektini, gah          Berlinin

“Çökə xiyabanını” gözünün          qabağından keçirirdi. Sübh Əkbər bir şiddətli          başağrısı

ilə oyandı və o günü          naxoş olub dükana gedə bilmədi. O biri gün dəftəri          qoltuğuna

vurub gəldi dükana. Günorta vaxtı Rüstəm          gəlib soruşdu ki, qardaş, nə üçün dünən         

dükanda yox idin. Cavab verdi ki, başım ağrıyırdı,          naxoş idim. Çünki səndən ayrılandan

sonra          gedib bədxab olub, sübhədək yata bilməmişəm.          Rüstəm dedi ki, bu gecə də

mən səni qoymayacağam          yatasan; mən səni bir qəribə yerə aparacağam          ki,

indiyədək elə yer görməyibsən və          məndən də soruşma ki, səni hara aparacağam.         

Gedərsən, görərsən. Get evə, faxir libasını          gey, azandan bir saat keçmiş mən özüm sənin 

        dalınca, gələcəyəm. 

             Əkbər cavab verdi ki, bəlkə          anam razı olmadı. Bu cavaba Rüstəm qarnından         

yapışıb, yarım saat gülüb dedi: “Ay yazıq          uşaq, hələ sən ana ixtiyarından çıxmayıbsan?    

     Rəhmətlik oğlu, sən böyük kişisən,          ana nədir, səni qurd yeməyəcək, pişik yeməyəcək!  

       Amma indi ki belədir, deyərsən: “Rüstəm məni          evlərinə qonaq çağırıb və deyibdir        

 ki, gəlməsən inciyərəm” və söz verərsən          ki, tez qayıdarsan”. 

             Bir az da Rüstəm keçmiş günlərindən          laf vurub getdi. 

             Axşam Əkbər evə gəlib          anasından izn istədi və vədə verdi ki, tez qayıtsın.         

İzn alıb, təzə libas geyib Rüstəmə          müntəzir oldu. Bir az vaxtdan sonra eşitdi ki, qapını       

  dəqqilbab edirlər, bildi ki, Rüstəmdir. Çıxdı          küçəyə, gördü Rüstəm bir faytonla         

qapıda durub. Rüstəm Əkbəri yanına alıb          faytonçuya buyurdu: “Sür! Faytonçu tiri-şəhab    

     tək sürüb bir mehmanxananın qabağında dayandı.          Əkbər sual elədi ki, Rüstəm, bu nə

yerdir          məni gətirdin? Mən indiyədək bir mehmanxanaya          girməmişəm. 

             Rüstəm dedi: 

             - Heç danışma, sənin borcun          itaətdir. 

             Faytonçunu yola salıb, Əkbərlə          qol-qola verib pilləkəndən yuxarı çıxdı.         

Yuxarıda qulluqçu otağın qapısını açıb,          özü iki əlini yanına qoyub, soldat misal durub

onları          içəri saldı. Əkbər otağa girəndə          gördüki, ortalıqda ağ süfrə ilə örtülmüş         

mizin ətrafında iki nəfər cavan rus oğlanları          və iki rus xanımları əyləşib söhbət         

edirlər. Əkbər belə güman etdi ki, səhvən          özgə otağa giriblər, çox xəcalət çəkdi,         

amma Rüstəm onun çiyninə vurub dedi: 

             - Qardaş, bu məclisi mən qabaqca          burada hazırlayıb, sənin dalınca gəlmişəm.      

   İrəli gəl, səni aşna eləyim. 

             Əkbərin qolundan tutub əyləşənlərə          tərəf çəkdi və oğlanlar ayağa qalxıb         

onların qabaqlarına gəldilər. Rüstəm əvvəl          Əkbəri onlarla tanış elədi və sonra xanımlara    

     tərəf Əkbəri aparıb dedi: 

             - Xanımlar, təvəqqe edirəm          bu balaca ana uşağı ilə tanış olasınız,          hələ

bunun dodağından ana südü qurumayıb,          özü də çox yaxşı uşaqdır və          anasından

nəhayət dərəcədə qorxur.          

             Xanımlar təbəssümlə ona          əl uzatdılar. Əkbər burnunun ucunadək qızarıb          bir

tövr öz familiyasını dedi. Dərhal çay          və əfliyyət mizin üstündə hazır oldu.          Əkbər bir

stəkan çay götürüb başladı          içməyə, ancaq binəva özünü elə          itirmişdi ki, bilmirdi çayı

 7 / 11


Ata və oğul

qulağınamı,          ya burnunamı içsin. Amma Rüstəm, iki nəfər          rus və xanımlarla otağı bir

sərçəli          samanlığa döndərmişdilər. Orada olan danışıqlar,          şivələr, hərəkətlər hamısı   

      Əkbər üçün təzə şey idi. İkinci          dəfə çay gələndə, Əkbər stəkanı          götürüb, çəkilib

kənarda bir divan üstündə          oturdu. Rüstəm isə xanımların birinə göz          elədi və xanım

gedib Əkbərin yanında əyləşib          başladı onunla şivə ilə söhbət etməyə.          Biçarə Əkbər

xəcalətdən bir hala düşmüşdü          ki, əgər bir hazır qəbir yerdə tapsa idi, əlbəttə,         

təvəqqe elərdi ki, onu orada dəfn etsinlər. 

             Gah tərləyirdi, gah qızarırdı,          gah saralırdı. Bilmirdi nə desin, nə cavab versin.        

 Hər şeydən ağır Əkbərə yoldaşlarının          xəlvət gülməyi gəlirdi. Nökər daxil          olub, mizin

üstünü təmizləyib başladı          onun dörd ətrafına rəngbərəng şamlar          düzməyə. Əkbər

təəccüblə          buna baxanda xanım soruşdu ki, yəqin bəs bunlardan          bir şey başa

düşməyirsən, görünür,          sən, həqiqətən balaca uşaqsan: qoy mən səni          başa salım. Bu

büsat şampanski büsatıdır.          

             Şamları yandırandan sonra nökər          gedib neçə şüşə şampan şərabı,          gətirdi,

şüşənin ağzı tapança          kimi açılanda Əkbər səksəndi və buna          da xanımlar artıq

güldülər. Əkbərin          yanında əyləşən xanım qalxıb iki piyalə          şərab töküb birini özü alıb,

o birisini          Əkbərə uzatdı, dedi: 

             - Təvəqqe edirəm bu piyaləni          mənim sağlığıma içəsən! 

             Əkbər dayandı. Bilmədi nə          eləsin. Məclis hamısı töküldü binəva          Əkbərin

üstünə ki, əgər bu şərabı          içməsən, əvvəl öz avamlığını          sübut edirsən və ikincisi bu

xanımı özündən          artıq incidirsən. Rüstəm, əlində piyalə,          qalxıb üzünü Əkbərə tutub

dedi: 

             - Qardaş, “xahi nəşəvi risva,          həmrəngi cəmaət şov!”



4

          Heç danışıq yeri deyil

və dayanmağın          da mənası yoxdur, labüd gərək içəsən,          “begir in cami-təlx əz dəsti

şirin”


5

.          Əkbər bilmərrə

özünü itirib, bixud          şərabı xanımın əlindən alıb başına          çəkdi. 

             Məlumdur ki, hər bir günaha əvvəl          qədəm qoymaq çətindir. 

             Əkbər şərabı içəndən          sonra o biri xanım ayağa durub xahiş etdi ki, onun sağlığına

         da içsin. Binəva Əkbər labüd qalıb ikinci          piyaləni həm boşaltdı. Sonra Rüstəm,

əlində          piyalə, ayağa qalxıb dedi: 

             - Camaat, bizim bu gecəmiz çox əziz          gecələrdən oldu. Çünki bu gecə bir

dünyadan          bixəbər ana uşağını səvaba daxil etdik          və mən bu məlum gecədə sizə söz

verirəm          ki, bir az sonra Əkbər kimi şürbi cəmi şəhərlərdə          tapılmasın, ona göre

təvəqqe edirəm ki,          şeytan kargahının bu təzə fəhləsinin          sağlığına içək. Əkbər

qardaş,          sağ ol! Qonaqların hamısı piyalələrini Əkbərin          sağlığına boşaltdılar. Rüstəm 

        Əkbəri başa saldı ki, gərək o da yığıncağın          sağlığına içsin. Çünki qayda belədir.         

Əkbər naəlac qalıb yenə şərabı          içdi. Üçüncü piyalədən sonra Əkbərin          dili açılıb

başladı bilafasilə danışmağa          və piyalələri boşaltmağa. Axır keflənib          divanın üstə

yıxılıb yatdı. Bir vədə          eşitdi ki, bağırırlar. Oyanıb gördü          ki, sübh açılıb, amma

yoldaşları içirlər.          Rüstəm dedi: 

             - Əkbər, bu dəfə sənə          kifayət elər. Belə-belə öyrənirsən!          Ayağı bir-bir

qoyarlar nərdivana. 

             Camaat ayağa qalxıb nökəri          çağırıb buyurdular hesab gətirsin. Əkbər          istədi

pul versin, qoymadılar. Amma dedilər ki, gələn          bu gün həmin bu mənzildə sənə qonaq ola 

        bilərik. Əkbər çox şadlıqla onları          qonaq çağırdı. 

             Əkbər çıxıb faytona minib          yola düşdü və yolda fikir edirdi ki, anasına          nə

 8 / 11


Ata və oğul

cavab versin. Evə gəlib gördü anası yatmayıb          və gecəyarısı Kərbəlayı Qulaməli          iki

dəfə Rüstəmin evinə gedib, hər dəfə          deyiblər ki, Əkbər orada yoxdur. 

             Əkbər anasının sualına          başladı növbənöv hədərən-pədərən          cavab verməyə:

gah dedi Rüstəmgildə gecə          keçməyinə görə yatmışdım; onun          üçün elə deyiblər. Gah

dedi xoş gecə          olmağına görə Rüstəmlə şəhər          kənarına səyahətə çıxmışdıq.         

Axır, elə gördü anası onun yalanını          anlayıb, dedi: 

             - Ay rəhmətliyin qızı, az çürüyünə          çəksənə, nə çox çövürüb          soruşursan! Nə

vaxtadək məni uşaq kimi güdəcəksən!           

    Əkbərin          anasına bu növ cavabı nə tövr təsir etdisə,          binəva övrət o gün

axşamadək ağladı          və bir-iki dəfə də Kərbəlayı Qulaməliyə          dedi ki, Kərbəlayı,

deyəsən Hacı Xəlilin          yurdunda bayquş ulayacaq! Amma Kərbəlayı cavab verdi          ki,

uşaqdır, beyni qandır; mən ona nəsihət          elərəm, inşallah, düzələr. 

             Əkbər anasının məğlubə          olmağından, əvvəl dilgir olub və sonra öz-özünə         

dedi ki: bu yaxşıdır, bundan sonra yoldaşlar mənim          adımı “ana uşağı” qoyub tənə

etməzlər.          

             Gələn həftə Əkbər          Rüstəmə xəbər verdi ki, axşam məclisi          tərtib eləsin və

axşam anasından biizn evdən          çıxıb mehmanxanaya, haman otağa gəlib gördü         

Rüstəm bir böyük övrət və kişi          məclisi tərtib eləyib. Əyləşdilər kefə.          Amma Əkbər

içən deyildi. Rüstəm yeyirdi,          içirdi, söhbət edirdi və hamı da, ələlxüsus          xanımlar ona

afərin deyirdilər. Sübhədək          kef edib Əkbər min manatdan artıq pul verib evə gəldi.         

Evdə anası oğlunun nə yerdə olduğunu nə          qədər soruşdusa da, Əkbər cavab verməyib     

    axır qəzəbnak: “Bir yol, sənin borcun deyil!” – deyib          gedib yatdı. 

             Binəva övrət xüffətindən          naxoşluğa düşüb, bir neçə gün          yatıb tanrı

rəhmətinə gəldi. 

             Bir-iki ay anasının vəfatından          sonra Əkbər dükanı bağlayıb, evi Kərbəlayı         

Qulaməliyə tapşırıb Rüstəmlə bir          yerdə yola düşdü Moskva şəhərinə,          bəzzaziyyə

malı gətirib təzə mağaza          qoymağa. Moskvadan yolları düşdü Peterburqa,          oradan

Berlinə, Berlindən Parisə. Bir ay sərasər          Rüstəm Əkbəri Parisin işrətxanalarında         

gəzdirib öz gününə saldı və bu səyahət          Əkbərə yüz min manatdan artığa durdu. Axır         

Parisdə bir gözəl (madam San fua adlı) xanıma          bənd olub, ildə iyirmi dörd min manata

danışıb          və qabaqca neçə min manatlıq libas və cavahirat          alıb, özü ilə vətənə gətirib

mehmanxanada          mənzil verdi. Və başladı evin övzanını          dəyişməyə. Otaqları Yevropa

qaydasına salıb,          baha qiymətlərə miz və sandallarla müzəyyən          edib və madam San

Fua üçün bir gözəl otaq          hazırlayıb köçürtdü evinə və qoca          Kərbəlayı Qulaməliyə yüz

manat verib rədd          etdi və əvəzinə bir aşpaz, bir lakey və          madam üçün bir qız

qulluqçusu baha qiymətə          tutdu və sonra bir fayton, bir kareta və dörd dəst          Orlovski

at böyük məbləğə alıb madama          peşkəş elədi. 

             Madam San Fua Əkbərin canına bir          yaman zəli olub başladı müdam onun qanını  

       sormağa. Bir gün Əkbər evə peşkəşsiz          gələndə axşamadək madam onu dindirmirdi.

Hər          gecə Əkbərin evində qumar məclisi qurulub, otuz          minlərlə pullar uduzulurdu və

hər gecə də          Rüstəm öz yoldaşları ilə Əkbərin          evində qonaq idi. Əkbər ticarəti əldən

buraxmışdı          və işi ancaq eyş-işrət və qumar idi. 

             Bir gün Əkbər ayılıb          gördü ki, atasından qalan evlərin ikisi də girov          qoyulub

və cibində də pul qalmayıb. Hacı Xəlildən          qalan dövlətin hamısı Yevropa səyahətinə,         

içkiyə qumara, madamın məvacibinə və peşkəşlərinə          gedib. 

             Axır bir gün madam San Fua Əkbərə          məlum etdi ki, daha onunla ola bilməyəcək,

 9 / 11


Ata və oğul

çünki          budur, iki aydır ona pul çatmır və peşkəş          gəlmir. Xülasə, Əkbər dövləti itirib,     

    ona sahiblik etməyə qabil deyildir. 

             Əkbər nə qədər ağladı,          yalvardı, kar görmədi. Madam öz şeylərini          yığıb

mehmanxanaya köçdü. Əkbər          hirsdən və xiffətdən naxoş oldu. 

             Rüstəm bir-iki dəfə onun yanına          gəlib sonra tərəddüdü kəsdi. Axır Əkbər         

ona kağız yazıb təvəqqe etdi ki, bir yanına          gəlsin. Cavab gəlmədi. Bir gün Əkbərə         

xəbər gətirdilər ki, Rüstəm madam San Fua          ilə yaxınlaşıb və madamın xərci ilə,         

onunla mehmanxanada olur. Bu xəbər Əkbəri lap mütəğəyyir          etdi. 

             Əkbər bir aydan ziyadə naxoş          yatıb durdu ayağa. Bir gün küçə ilə          gedərkən

gördü bir gözəl faytonda Rüstəmlə          madam San Fua çox mehriban əyləşib ona tərəf         

gəlirlər. Əkbər əl elədi, faytonu saxladılar.          Yaxına gəlib bir güllə madama, birini də

Rüstəmə          vurub hər ikisini öldürdü və oradan gəlib          özünü divana təslim etdi. 

             İki ildən sonra movqiflərin birinə          varid olub gördüm qoca Kərbəlayı Qulaməli         

movqifin qabağında dalını divara söykəmiş          əyləşib. Soruşdum: 

             - Kərbəlayı, sən hara, bu yerlər          hara? 

             Dedi: 

             - Qurbanın olum, əlacım nədir.          Qırx il atasının çörəyini yemişəm,          əgər onun

yaman günündə gözdən qoysam,          o çörək mənim gözlərimə durar. 

             Dedim: 

             - Kərbəlayı, başa düşə          bilmirəm: yaman gün nədir, çörək nədir?          

             Bu sözün cavabın, əvəzinə,          bir ahi-sərd çəkib kənarda durmuş bir dəstə         

soldata əli ilə işarə etdi. Soldatlara tərəf          gedib, gördüm ortalarında neçə nəfər         

dustaq, kimi ayağı zəncirli və kimi zəncirsiz,          yerdə əyləşiblər və bir nəfər          cavan

oğlan baş və bığı ağarmış,          bir çuvala başını söykəyib yatıb. Diqqətlə          baxanda

Əkbəri tanıdım, halətim dəyişdi.          Üz döndərib Kərbəlayı Qulaməliyə          tərəf qayıtdım.

Kərbəlayı soruşdu:          

             - Gördün? 

             Dedim: 

             - Gördüm, Kərbəlayı, bunu          haraya aparırlar? 

             Dedi: 

             - Kəsiblər İrqut quberniyasına          getsin. Mənim də əlacım yoxdur, qarabaqara

dalınca          sürünürəm. 

             Dedim: 

             - Kərbəlayı, sən qoca adam          bir belə yolu gedəmi bilərsən? 

             Dedi: 

             - Qurbanın olum, özüm də bilirəm          ki, mən heç yana gedib çıxa bilməyəcəyəm,      

   yolda bir yerdə ölüb qalanam, amma getməsəm qorxuram          qiyamət günündə Hacı Xəlilin

yanına          üzüqara gələm. 

             Bir azdan sonra dəmiryol qatarı gəlib          movqifin qabağında dayandı. Dustaqları bir

dəmir          pəncərəli vaqona doldurublar və Kərbəlayı          Qulaməli dal vaqona minib dedi: 

             - Qurbanın olum, salamat qal, Allah səni          pənahında saxlasın. 

             Qatar yola düşdü və mən          də məhbut onun, gözdən itənədək dalınca          baxdım

və bu böhtün içində Sədi mərhumun          bir fərdi yadıma düşdü: 

         

             “Ba bədan yar gəşt həmsəri-Lut          

             Xanəndani-nübüvvətəş          güm şüd”

6

.  



 10 / 11

Ata və oğul

1

Bir məclis ki, hər iki        dünyanın şahidləri oraya gəlirlər. 



2

Eşitmək        hara, görmək hara! 

3

Borc 


4

Biabır olmaq istəməyirsənsə,        camaatla həmrəng ol. 

5

Bu acı        piyaləni şirin əldən al.



6

Lutun arvadı pis adamlarla        yoldaş oldu, peyğəmbərlik xanədani itdi. 

 

  

 11 / 11



Bomba

   Qorodovoy Kərbəlayi          Zal iyirmi beş ildən artıq idi polis idarəsində          xidmət edirdi.

Onun arvadı hərdənbir deyərdi:          

            - A kişi, sənin saqqalına nə şaşka          yaraşır, nə də şapka. Gəl sən bu

qorodovoyluqdan          əl çək! Bir balaca alış-verişə yapış.          Bir baqqal dükanı aç! 

            Kərbəlayi Zal cavab verərdi: 

            - Arvad, sən hökümətin ləzzətini          anlamırsan. Əgər səni qorodovoy eyləyələr,         

min il qulluqdan çıxmazsan; bir də, mən iyirmi beş          ildən artıqdır ki, polis qulluğundayam.

Bir-iki ildən          sonra pensiyam çıxacaq. Ondan sonra rahat əyləşib          pensiyəni yeyərik. 

            Belə danışıqdan sonra arvad həmişə          sakit olardı. 

            - Nə deyirəm, kişi, özün bil!          

            Bu dəfə Kərbəlayi Zalın ovqatı          təlx idi. Dəftərxanada pristav çağırıb          demişdi: 

            - Kərbəlayi Zal, səndən narazıyam.          Sən köhnə, dünya görmüş qorodovoysan.        

 Bununla belə, dünən Rusiyadan gəlmiş qorodovoy,          görürsən, bomba tapır, tüfəng tapır,    

     patron tapır... Həm ağasının üzünü          ağ eləyir, həm özünün. Amma sən indiyədək         

bir sınıq balta da tapmayıbsan. Görünür,          sən də rüşvət alırsan, yainki qocalıb          zay

olubsan. Əgər belə getsə, bizim bir yerdə          qulluq eləməyimiz tutmayacaq. 

            Bu sözlər bir ox olub, Kərbəlayi          Zalın bu tərəfindən dəyib, o biri tərəfindən         

çıxdı. Axşam bikef gəldi evə. Arvad soruşdu:          

            - Nə var? 

            Dedi: 

            - Heç, bir az başım ağrıyır.          

            Arvad abgüşt bişirmişdi. Gətirib          qoydu kişinin qabağına. Bir-iki tikə alıb, “iştahım     

    yoxdu” deyib yatmaq istədi. Nə qədər etdisə gözünə          yuxu gəlmədi. Axır durub, bir

stəkan çay içib          getdi qarovula. 

            Kərbəlayi Zal “Qanlı küçə”          ilə “Zavallı” küçənin küncündə          durub pristavın

sözlərini fikir edirdi. Gecə yarısından          bir xeyli keçmiş Kərbəlayi Zal gördü ki,          usta

Feyzulla nalbəndin qapısında bir kişi dayandı.          Yedəyində də bir at, atın üstündə bir         

cüt çuval və çuvalın içində bir növ          girdə şeylər. At sahibi ilə ev sahibi çuvalları          atın

üstündən ehmallıca alıb apardılar          və sonra atı içəri çəkib qapını          bağladılar. 

            Kərbəlayi Zal bu keyfiyyəti görüb          öz-özünə dedi: “Daha baxtımın ulduzu parıldadı.  

       Gecənin bu vaxtında gələn girdə şey xatalı          şey ola”. 

            O saat fit çaldı, yaxındakı qorodovoy          Patap gəldi. 

            - Vot Patap, bomba rabatay! 

            - Qde? 

            - Dom Feyzulla bomba pirnesom. 

            Patap – İvana xəbər elədi, İvan          – oqolodoçniyə, oqolodoçin – pristava, pristav –

qalabəyinə,          qalabəyi – jandarmlar rəisinə. Yarım saatdan sonra          usta Feyzullanın

evini qazaq, saldat, qorodovoy bürüdü.          

            Qapını döydülər. 

            Usta Feyzulla çıxdı, xəbər          aldı: 

            - Kimsən? 

            Dedilər: 

            - Aç qapını. 

            Qapını açan tək binəvanın          dili tutuldu. Bir təhər soruşdu ki, “bəs niyə         

 1 / 2


Bomba

buyurubsunuz?” Dedilər: 

             - Danışma, gərək sənin evin          axtarılsın! 

            Gecə yarısı Feyzullanın arvadını,          uşaqlarını ürəkqopma azarına salıb,          evin

altını üstünə çevirdilər. Heç          zad tapa bilmədilər. Axırda otaqların birinə          girib gördülər

küncə iki çuval qoyulub.          

            Kərbəlayi Zal çuvalları görən          tək qışqırdı: 

            - Barin, vot, vot bomba! 

            Camaat çuvalları əhatə etdi, amma          yaxın getməyə heç kəs cürət etmirdi.         

Deyirdilər: “İndi açılar, hamını qırar”.          

            Yazıq Feyzulla da, qolları bağlı,          bir kənarda saxlamışdılar. Feyzulla, evində bir       

  şey tapılmadığını cürətləndi          və birdən səsləndi: 

            - Ay ağalar, o çuvalların nəyindən          qorxursunuz? 

            İzin verin qollarımı açsınlar,          o çuvalların içindəkini bir-bir çıxarıb          sizə

göstərim. 

             Feyzullanın qolunu açdılar. Gəlib          çuvalların ağzını açıb içindən          beş dənə

qarpız çıxartdı. 

            O biri çuvalda da qarpızdan başqa bir          şey yox idi. 

             Səhər Kərbəlayi Zalı qulluqdan          xaric etdilər. 

 

  



 2 / 2

Çeşmək

    Şəhərimizdə          məşhur advokat Mahmud bəy əhli-kef və əhli-damaq          bir vücud idi.

Əhalidən, hər ürəyi darıxan,          istəyəndə ki, bir qədər kefi açılsın,          gedərdi Mahmud

bəyin söhbətinə və həqiqət          onun yanında əyləşənlər iki-üç          saat dünyada qeydini

yadından çıxarardı. Mahmud          bəyin mənzilində lətifələr danışıb          gülməkdən sivay bir

iş olmazdı. Şəhərin          cəmi zəriflərinin yığıncağı Mahmud          bəyin mənzili idi. Bunu da

qeyd etməliyəm ki, iş          vaxtında hər bir kənar söhbəti atıb ciddi          işə məşğul olardı.

Şəhərin          ən qabil advokatlarından sayılardı. 

             Mahmud bəy kitaba və qəzetə          aşiq bir adam idi. Çox gözəl bir kitabxanası         

var idi və Rusiyada çıxan qəzetlərin zübdələrinə          həmişəlik abunəçi idi. 

             Hər vaxt gəlsə idin, masasının          üstünü qəzetlərlə dolu görərdin.          Dost, aşnalar

çox vaxt onun yanına xüsusən qəzet          oxumağa gedərdilər. 

             Mahmud bəyin əziz dostlarından          Mirzə Əhməd, bir gün əyləşib, gözündə         

Mahmud bəyin çeşməyi, bir-iki saat qəzet oxuyandan          sonra durub xudahafiz edib gedir. 

             Əhməd bəy gedəndən sonra,          Mahmud bəy çeşməyi masanın üstündə         

görməyib, güman edir ki, Əhməd bəy çeşməyi          səhvən özü ilə aparmış ola. O saat         

nökəri, Əhməd bəyin dalınca çeşməyi          gətirmək üçün qaçırdır. Lakin          nökər gedəndən

sonra, Mahmud bəy qəzetləri          aralayıb çeşməyi qəzetlərin altından          tapır. 

             Nökər gəlib Əhməd bəyin          qapısını döyür, Əhməd bəy çıxır:          

             - Qapı döyən, kimsən? 

             - Mənəm, Abbasqulu. Mahmud bəyin          nökəri. 

             - Nə var, Abbasqulu! Xeyirdirmi? 

             - Xeyir olmamış nə var. Bəyin          çeşməyini götürmüşsünüz.          Ağam deyirdi

versin. 


             - Get ağana deyilən: qabaqca bir masasının          üstünü axtarsın, sonra səni

göndərsin.          Çıx get. Məndə çeşmək-filan yoxdur.          

             Nökər qayıdıb əhvalatı          ağasına yetirir. 

             Mahmud bəy hərçənd çeşməyi          tapmışdı, bununla belə, təfrih üçün          dostu

Əhməd bəyi bir növ dilxor etmək fikrinə          düşür. 

             Pəncərənin qabağında          durub küçəyə baxarkən, gördü Əhməd          bəyin oğlu

Mehdi gedir. O saat dayandırır: 

             - Mehdi, sən allah, evə çatan kimi          atana deginən mənim çeşməyimi göndərsin.      

   

             Mehdinin dalınca Əhməd bəyin          qonşusu tarzən Qulunu görür. 



             - Qulu, mən ölüm, Əhməd          bəyin qapısından keçəndə onun darvazasını         

taqqıldat. Deginən mənim çeşməyimi səhvən          aparıb. Onu göndərsin. 

             Xülasə, o gün üç-dörd          adamdan və sabahı günü yenə də bir dörd-beş         

adamdan sifariş edib Əhməd bəydən çeşmək          istəyir. 

             Üçüncü gün Əhməd          bəy özü gəlir Mahmud bəyin evinə. Əvvəl          bir az çırtıq

çalıb oynayır, sonra deyir:          

             - Sabah gedirəm vağzala, oradan da o          yana gedirəm. Hər nə bilirsən bundan

sonra elə!          

             Bir-iki stəkan çay içəndən          sonra Əhməd bəy durub gedir. 

             Mahmud bəy əyləşib, Əhməd          bəy gedəsi yolda olan cəmi dost-aşnalarına

məktublar          yazıb, haman axşam yola düşən faytonlarla göndərir.          

 1 / 4


Çeşmək

             O biri gün Əhməd bəy bir fayton          tutub şəhərdən çıxır. Birinci mənzilə          çatan

tək baqqal Kosa Baxşalı gəlir: 

             - Əhməd bəy, salaməleyküm.          

             - Əleykəssalam, kefin necədir?          

             - Niyə, sizin dövlətinizdən...          Şəhərdən çıxanda Mahmud bəyi görmədiniz          ki? 

             - Bir gün irəli görüşdük.          Necə? 

             - Heç, elə budur, mənə bir          kağız yazıbdır ki, guya siz onun çeşməyini         

aparıbsınız. Yazır ki, sənin dükanının          qabağından ötəcək; əlbəttə, mənim          çeşməyimi

ondan alıb göndərəsən!          

             Əhməd bəy, ovqatı təlx          olmuş, cavab verir ki, qardaş, Mahmud bəy mənimlə         

zarafat edir. Yazginən ki, çeşməyi masanın üstündə          qoyub gəlmişəm. 

             Kosa Baxşalı inanar-inanmaz gedir. 

             Faytonçu atlara bir az arpadan, sudan verib          qoşub yola düşür. 

             İki-üç saat yol getmiş, görür          ki, bir atlı daldan sürətlə “dayan, dayan!” –

qışqıra-qışqıra          gəlir. Faytonçu dayanır, atlı yetişir. 

             - Faytonda Əhməd bəy deyilmi? 

             - Bəli! 

             - Salaməleyküm. Bağışlayın,          Əhməd bəy! Sizi yoldan elədim. Sizdə Mahmud

bəyin          çeşməyi var. Yazıbdır ki, kor kimi qalmışam.          Nə kitab oxuya bilirəm, nə də yazı

yaza bilirəm.          Əhməd bəy yəqin sizin evin yanından ötəcək.          Mənim çeşməyimi ondan

alıb bir adam ilə          göndərəsən. 

             Əhməd bəy and içib bunu da          inandırır ki, bu, zarafatdır. Onda çeşmək         

yoxdur. 


             İkinci mənzildə Əhməd          bəy faytondan düşüb bir nəfər aşnasını          görmək üçün

bazara gedir. 

             Nalbənd Paşa at ayağına mıx          çaldıqda bunu görüb əlini saxlayır: 

             - Bağışlayın, siz Əhməd          bəy deyilmisiniz? 

             - Mənəm, necə? 

             - Mahmud bəy kağız yazıb,          onun səndə çeşməyi var, zəhmət olmasa,          ver,

gedən adam var, göndərim. 

             Əhməd bəy qeyzdən daha özünü          saxlamayıb deyir: 

             - Mahmud bəy də qələt eləyir,          sən də. Rəhmətlik uşağı, qoymazsınız         

yolumuzla gedək cəhənnəmə? 

             - Bəy, haraya gedəcəksən,          get, sözüm yoxdur; daha mənim təqsirim nədir,         

üstümə qeyzlənirsən? Vermirsiniz, yazaram ki,          vermədi. 

             - Yazgilən vermədi! 

             - Baş üstə! 

             Əhməd bəy nalbənd Paşadan          ötüb aşnasının dükanına gəlir.          Aşnası əvvəl

bununla görüşdükdə          Mahmud bəyin çeşməyini istəyir. 

              Əhməd bəy çatır vağzala.          Karvansaranın qabağında dayanan tək, karvansaraçı   

      Qurbanov gəlib salam verib “xoş gəldin” deyəndən          sonra Mahmud bəyin çeşməyini

istəyir. Əhməd          bəy bunu da başa salır ki, bu, Mahmud bəy tərəfindən          yoldaşlıqda bir

zarafatdır.

    Bir neçə          gün Əhməd bəyi dindirən olmur. Bir gecə          yatdığı zaman, görür qapını

bərk          çırpırlar. Qapını açıb görürlər          açıqkəndli Səməd yüzbaşıdır.          

             - Səməd yüzbaşı, bu gecəyarısı          xeyirdirmi? 

 2 / 4


Çeşmək

             - Əhməd bəy buraya düşüb?          

             - Bəli! 

             - Ona deyin ki, onda Mahmud bəyin çeşməyi          var, versin. Sabah gərək buradan

poçta salıb göndərim.          

             Əhməd bəy dəli kimi yerindən          qalxır. 

             - A gədə, həpənd uşağı,          mən çeşmək oğrusu idim? 

             Səməd yüzbaşı da hər          adamdan söz saxlayan deyil. Cavabında deyir: 

             - Həpənd oğlu sən özünsən.          Mahmud bəy kimi dağdan ağır kişi məgər          yalan

yazır; yainki mən uşağam ki, bu gecəyarısı          iyirmi verst at sürdürəm? Çox danışmaq lazım 

        deyil. Dinməz-söyləməz çeşməyi bu saat          ver. Yoxsa almamış yaxandan əl

götürmərəm.          

             Bir qədər də köftgudan sonra,          Səməd yüzbaşı çağırırlar          evin içinə.

Yorğan-döşək verirlər,          yatır. Sübh Əhməd bəy deyir: 

             - Səməd yüzbaşı, məndə          çeşmək-filan yoxdur. Bəlkə səhvən götürüb          evdə

qoymuş olam. Oğluma yazaram tapıb aparıb          versin. 

             Beləliklə bir növ onu sakit edib          yola salırlar. Xülasə, Əhməd bəy Tiflisə          gedir,

çeşmək istəyirlər, Gəncəyə          gedir, həmçinin, Bakıya, həmçinin. Axır          labüdd qalıb baş

götürüb Türküstana          qaçır. Burada iki il qalır. Daha Türküstanda          onu dindirən olmur.

İki ildən sonra yenə qayıdır          Qafqaza, şəhərə getməyib, Aclar kəndinə          gedib Abbas

bəyin evinə düşür. 

             Qış gecələrinin birində          Əhməd bəy və Abbas bəy buxarı kənarında          əyləşib

turac kəbabı yedikləri halda, görürlər          qapı açıldı. Bir nəfər başı, gözü          sarıqlı girdi

içəri. Bu adam başlığını          başından açınca tanınmır. Sifəti açılanda          görürlər ki, bu,

sövdəgər Məşədi          Dadaşın qardaşı Ələkbərdir. 

             Ələkbər hərçi istəyir          salam versin, soyuqdan dili tutulduğundan bacarmır. Ev

sahibi          qalxıb tez onun qolundan tutub, gətirib buxarının          qırağında əyləşdirir. Bir

azdan sonra Ələkbərin          dili açılır. Ev sahibi soruşur: 

             - Ay Ələkbər, bu qiyamətdə          nə düşübdür sənə bir belə yol          at sürüb

gəlmisən? Xeyirdirmi? 

             Ələkbər dili güclə söz          tutaraq, ancaq bu cavabı verə bilir: 

             - Çe... çe... çe... çeşmək!          

             Bu keyfiyyət Əhməd bəyi bilmərrə          halətindən çıxardır. Qalxır, başlayır         

otaqda o baş-bu başa getməyə: 

             - Rəhmətlik oğlu! Zarafat bir gün          olar, bir ay olar, bir il olar. Tiflisə qaçdım, olmadı, 

        Türküstana qaçdım, olmadı... Mən başımı          götürüb dünyadan da ki, qaça bilmərəm.    

     

             - Ələkbər, qadan alım, Mahmud          bəyi tanıyırsan. Budur iki ildən artıqdır,         



mənimlə bir çeşmək zarafatını başlayıb,          sabah bu soyuğa baxmayaraq birbaşa gedərəm

şəhərə,          özü ilə görüşüb bu məsələni          qurtararam. 

             Ələkbər heç vədə          inanmazdı ki, Mahmud bəy kimi bir möhtərəm adam,          bu

qışın qiyamət günündə ona on-on          beş verst yol at çapdırsın; nədir, mənim          Əhməd

bəylə zarafatım var. Yəqin etdi ki,          həqiqət Əhməd bəy onun çeşməyini          götürübdür və

indi də ki, şəhərə          gedir. Yəqin hesablaşar. 

             Səhər Əhməd bəy çay          içib şəhərə rəvan oldu. 

             Mahmud bəy günorta, nahar etdiyi zaman          bir də gördü ki, Əhməd bəy qapıdan      

   girdi. Onun qabağına gedib həmişəki kimi başladı          çırtıq vurub, atılıb oynamağa, amma

 3 / 4


Çeşmək

gördü          ki, Əhməd bəy donmuş adam tək durub, bunun hərəkətinə          cavab vermir.

Birdən Əhməd bəyin gözündən          yaş cari oldu və dedi: 

             - Ay canım, belə də zarafat olarmı?          Bir-iki dəfə zarafat etdin, kifayətdir. Bütün        

 dünyanı mənim başıma dəng etmisən.          Mən bədbəxtdən nə istəyirsən? Səni          and

verirəm balalarının canına, atanın goruna,          bir yerdə yediyimiz duz-çörəyə. Daha məndən  

       əl çək. Qoy rahat gora baş aparım. 

             Mahmud bəy söz verdi ki, bundan sonra          onunla işi olmasın. Ancaq dedi: 

             - Sən buradan gedəndə dedin: nə          bilirsən elə! Mən də bildiyimi elədim. Əlimin       

  suyunu sənə göstərdim. Bundan sonra and olsun oğlumun          canına, çeşmək sözünü

dilimə də          gətirmərəm. Gəl öpüşək, barışaq.          

             Mahmud bəy və Əhməd bəy          qucaqlaşıb öpüşdülər və əyləşib          bir yerdə

nahar etdilər. 

         Əhməd bəy getdi. 

             Mahmud bəy, doğrudur, bu gündən          ondan əl çəkdi, daha çeşmək sifarişini         

ona etmirdi. Amma bu əhvalat cəmi şəhərə          yayılmışdı. Dükanlarda, bazarda,

yığıncaqlarda          ancaq Mahmud bəy ilə Əhməd bəyin çeşmək          əhvalatından başqa bir

söhbət yox idi. 

             Əhməd bəy bundan da diltəng          olub həmişəlik xanənişin olub altı-yeddi          sənə

evindən çıxmadı. Şəhərdə          belə danışırdılar ki, Əhməd bəy          xəbti-dimağ

1

 olub.


Doğrudur, bunu          öz ailəsindən sivay görən yox idi, amma hamı          bunu doğru bilirdi. 

             Axır günlər, Əhməd bəy          evinin üstündə çəkilən səlat, onun          vəfat xəbərini

şəhər əhlinə yetirdi.          

             Camaat hər yerdən dəstə-dəstə          onun təşyii-cənazəsi üçün cəm          oldular. 

             Əhməd bəyin nəşinin üstündə          hamıdan çox ağlayan və “qardaş vay” – deyib

başına          döyən Mahmud bəy idi. Dostunun dəfni üçün          hətta Mahmud bəy yüz manat

da para verdi.  

 

1



Başına hava gəlib. 

 

  



 4 / 4

Diş ağrısı

Hacı Rüstəm Təzəşəhərdə mötəbər və möhtərəm bir tacir idi. Onun həmişə şüarı bu idi: “Fürsət

fövt eyləməz aqil, məgər nadan ola”. Ticarətə yeni qədəm qoyanlara nəsihəti bu idi: “Oğlum,

qazancın azı, çoxu olmaz. Bir yerdə ki, qazanc yeri gördün, özünü at oraya. Deyirlər şərab

alış-verişi haramdır. Boş sözdür. Bu hədisi ermənilər çıxarıblar ki, şərab alış-verişini öz əllərində

saxlasınlar. Vaxta ki, şərab alış-verişində qazanc gördün, al sat! Mən özüm qoca kişi, Məkkəni,

Mədinəni ziyarət etmiş və üzümü həcərüləsvədə sürtmüşəm. Vaxta ki, mən deyirəm, qəbul

edin!” Hacı Rüstəm heç vaxt ömründə fürsəti fövt etməmiş. Odur ki, Təzəşəhərdə üç böyük evi,

iki meyvə bağı və bir topdağıtmaz dükanı var. Bununla belə, heç bir işdə danışıb kəsişməsə,

əlini cibinə salmaz. Məlumdur ki, xəzinədən gələn vergi elanının müqabilində danışıq olmaz.

Hacı Rüstəm burada da çalışırdı ki, bir neçə şahı, heç olmasa bir neçə qəpik saldırsın. Görəndə

ki, danışıq yeri yoxdur, kağızı verərdi oğluna:

 -Ay bala, çötkəni götür, hesabla gör burada səhv yoxdur ki.

 Taks-maks bilməzdi. Bazara gündə yüz taks qoysunlar, danışıb kəsişməsə idi, yarım girvənkə

soğan da almazdı.

 Oğluna düşəndə deyərdi:

 -Bu əyyamın cavanları hər biri ildə neçə yüz manat “eh neyləyim”ə verir. Məsələn: gedir

bazardan çit ya meyvə alır, gəlir evə, hesablayanda görür iki şahı artıq veribdir. O saat deyir:

“Eh, neyləyim, cəhənnəmə! Durub iki şahıdan ötrü bir də dükançı ilə çənə-boğaza

çıxmayacağam ki?!” Çənə-boğaza da çıxaram, dükançının atasına da od vuraram. Faytona

minirlər. Taksi beş şahıdır. Düşəndə baxır ki, cibində xırda pul ancaq altı şahıdır, görürsən

hamısını atdı faytonçunun üstünə. Soruşsan ki, niyə faytonçudan bir şahını almadın, deyəcək:

“Eh, neyləyim, atasının əti olsun”. Bu, axmaq işdir. Qoyma bir qəpiyin nahaq yerə getsin.

 Vaxtından, mövqedən istifadəni həmişə cavanlara məsləhət görürdü.

 Burada bir balaca haşiyə çıxıb yenə də mətləb üstə qayıdaq.

 Bir nəfər maraldan nağıl edirdilər. Ələhdəhü ələlravi-vəbalı nağıl edənin boynuna,

yalan-doğruluğuna zəmanət etmirəm. Yalan olsa da “əz gil saxtənd, xub saxtənd”

1

. Bəli, bir



nəfər maraldan nağıl edirdilər ki, o da fürsəti fövt eləməzdi. İranda çox bikar gəzəndən sonra

baxır, görür ki, siğəxanalar sahiblərinə çoxlu mənfəət verirlər. Ancaq onu dayandıran bir məsələ

idi. Baxırdı hər siğəxanada bir nəfər müəllim, axund əyləşib, gələnlərə siğə oxuyur. Maral molla

da deyildi. Sonra görür ki, burada mollalıq artıq gərək deyil. Tək bunu bilmək kifayətdir:

“Müttətuhü nəfsi binəfsikə, - qəbiltu!”

2

Vəssalam. Bu sözlər deyiləndən sonra qız olur siğə eləməyə gələnin halal malı. Maral savadlı



idi. Təbi-şeri də vardı.

 Çox fikirdən sonra mənzil kirə edib neçə nəfər küçələrdə dolanan arvadlardan oraya doldurub

başına bir karlı əmmamə sarıyıb əyləşdi yuxarı başda və məşğul oldu ticarətə.

 “Müttətuhü nəfəsi binəfsikə, - qəbiltu!”

 Bunun nəticəsi olaraq, küçələr yetimlərlə dolacaq, Cəhənnəmə dolsun. Yetimə nə var?

Dəyirmanın navından salarsan, donquzluğundan diri çıxar. Yetimin üzü daşdan bərk olar.

Burnunun fırtdığını yeyib böyüyəcək.

 Bir neçə müddət maral bu işə məşğul oldu. Axırda İran polis adamlarının dəqiqədə bir yol

gələnlərinin, “müftə” istifadə edənlərinin əllərindən təngə gəlib, siğəxananı bağlayıb, ağ

əmmaməni ala-bəzək əmmaməyə döndərib mərsiyəxan sifəti ilə Qafqaza gəlir. Neçə il

kəmali-müvəffəqiyyətlə rövzəxanlıq eləyir. Axırda doqquz yüz beşinci ilin inqilabı düşür. Hər

 1 / 5


Diş ağrısı

yerdə mətbuat işləri başlayır genişlənməyə. Camaatın təvəccöhü yavaş-yavaş mollalardan

dönür. Maral o saat bunun gələcəyini görür. Əmmaməni yerə qoyub ziyalılarla yaxınlaşıb əl

qoyur qəzetlərə, zamanaya müvafiq əşar yazmağa. Bununla hüsnü-rəğbət və şöhrət qazanır.

Bir az keçir. İran inqilabı başlanır. Səttar xan, Bağır xan, Yefrəm xan, nəmənə xan, nəstə xan...

Maral başlayır patron-tüfəng ticarətinə. Söz yox ki, burada da filan qədər para qazanır. Axır

hökumət bunu tutub sürgün edir. Maral sürgündə da bikar durmur. Bir dənə baqqal dükanı açıb

əyləşir.


 On yeddinci ilin inqilabında vətənə qayıdıb hamını inandırır ki, o əsla ticarət etmirdi. Onun

çalışmağı ancaq İran inqilabçılarına müavinət göstərmək idi. İrana göndərdiyi əslihə təşkilat malı

idi və bunun üstündə də sürgün edilmişdi. Beləliklə, özünü menşeviklər partiyasına soxur. Sonra

kələyinin üstü açılıb partiyadan qovurlar. Qafqazda qala bilməyib. Biri maralı Xorasanda

görmüşdü. Deyirdi ki, bu saat orada siğə dəllalığı edir. Karvansaraları dolanıb zəvvarlara siğə

təklif edir:

 -Məşədi, siğə nə mixabi?

3

 Çox təcrübə etdikdən sonra hər yerin adamları nə növ arvad xoşladıqlarını gözəl bilir. Məsələn,



Bakıdan gələnlər... Kifayətdir, təfsil başlasaq, axırda cəncələ düşərik.

 Bəli, Hacı Rüstəmdən danışaq.

 Hacı Rüstəmin atası baqqal idi. Hər il yay fəslində yaylağa motal, yağ almağa gedərdi. Xırman

zamanı da gedib kənbəkənd gəzib nisyə yığardı. Çox vaxt oğlunu da özü ilə aparardı. Hacı

Rüstəm baxıb atasının pul qazanmaq yolunda çəkdiyi zəhməti görürdü. Bir yandan da baxardı

ki, İrandan keçmiş bir seyid, iki quruş mayası yox, “ya cədda!” deyib xırmanları dolanır,

axşamadək bir at yükü taxıl cəm eləyir, aparır, bazarda satır, yenə düşür kəndlərə. Hacı

Rüstəmin cavanlıqdan gözləri açıq idi. Baxdı ki, baqqalıqdan seyidlik xeyirlidir, nə səriştə,

şecərə istəyən var, nə bir sorğu-sual edən.

 Atası öləndən sonra dükanı bağlayıb başına bir yaşıl əmmamə sarıyıb başladı seyid sifəti ilə

gəzməyə. Həqiqətdə pul başladı başından yağmağa.

 Bir dəfə yolu, yaylağa gedən elata düşdü. Köç mənzil eləyib, heyvanları düzə buraxmışdı. Hacı

Rüstəm gəlib “cəddinin payını” istədi. Köç əhli etina eləmədi. Atının yedəyindən tutub, alaçıqları

bir-bir gəzdi. Bir şey olmadı. Labüdd qalıb birdən qışqırdı:

 -Camaat, mənim cəddimin payını verməsəniz, sizin südünüzü qana döndərəcəyəm!

 Bu sözlə dırnağının arası qırmızı cövhərlə dolu barmağını “ya cədda!” deyib bir qazan təzə

sağılmış südün içinə salıb buladı. Fövrən südün rəngi qızardı.

 Bu “möcüz”ü ağadan görən köç əhli, onun ayağına düşüb üzr istəyib torba dağarcığını

doldurdular. Atını burnunadək yükləyib gəldi evinə.

 Bir az zamanda Hacı Rüstəm atasının iki-üç dövlətincə dövlət qazandı.

 Günlərin bir günündə xəbər gəldi ki, hökumət Təzəşəhər binası qoyur. Xahiş edənə pulsuz ev

və bağ yeri verib, on iki il də hər bir xəracatdan azad edirlər.

 Bu xəbəri eşidib Hacı Rüstəm evi böyük oğluna tapşırıb birbaş Təzəşəhərə üz qoydu. Yetişib

gördü ki, hər yerdən ev yeri almaq üçün adam gəlib. Ətraf tamam avamstan. Bu yerdə yaxşı

dövlət qayırmaq olar. Ərizə verib həm ev yeri, həm bağ yeri alıb qayıtdı vətənə. Burada

satmalını satıb aparmalını götürüb, köç-külfətini yığışdırıb köçdü, Təzəşəhərə. O vaxtdan orada

sakindir; yaxşı dövlət qazanıb Məkkəyə gedib.

 Mən görəndə yaşı həştadı addamışdı. Camaat arasında da böyük etibar sahibi idi.

 Onun öz işlərində sərhesab olduğundan bir şey yenə nağıl edim.

 Bir gün Hacı Rüstəmin dükan qonşusu, usta Həsən papaqçı gördü: budur hacı, başı-gözü

sarıqlı yaman bir halda gəlir.

 2 / 5


Diş ağrısı

 -Ay hacı, olmasın azar, sifətini niyə sarımısan?

 -Usta Həsən, ölürəm! Bu gecə səhərədək ulamışam.

 -Nə olub? De görüm!

 -Nə olacaq, dişim məni öldürür.

 -Mən də dedim görəsən nə var. Diş ağrısının bircə əlacı var: kəlbətin. Hətta bu xüsusda atalar

da deyiblər:

  Qonşun pisdir, köç qurtar.

 Dişin pisdir, çək qurtar.

 Arvadın pisdir, boşa qurtar.

 Canın pisdir, öl qurtar.  

  -Rəhmətlik oğlu, sənin də içini zarafat almışdır. Mən deyirəm ölürəm, bu da oturub mənə

qurt-quran açır.

 -Axır mən nə eləyim?

 -Get çəkdir qurtarsın!

 -Elə mən də ona gəlmişəm. deyirlər, burada bir yaxşı ləzgi dəlləyi var. Amandır, harada olsa,

gör onu tapdıra bilərsənmi?

 -Ay hacı, dəllək nədir? Çağıracaqsan, gəlib bir at kəlbətininin salacaq dişinə, dartıb əngini də

dişinin üstündə çəkəcək. Burada gözəl diş həkimi var. Səni aparım onun yanına. Bir dəqiqədə

dişini çəkib səni rahat eləsin.

 -O, mənim bir dişimi çəkməyə məndən neçə alacaq?

 -Necə neçə alacaq? Nə istər, verərsən.

 -Yox, qardaş, mən tacir adamam, mənim hər bir haqq-hesabım gərək aydın olsun.

 -On şahı verərsən, qurtarar gedər.

 -On şahı nədir, kişi? On şahıya mən on dənə diş çəkdirərəm. Bircə qulaq as, sənə başıma

gələndən bir keyfiyyət nağıl eləyim. Cavan vaxtımda... Uf!.. uf... uf!.. Aman, aman, öldüm.

Qurbanınız olum. Cavan vaxtımda (hələ buraya köçməmişdim) sağ tərəfdən, üst dişlərimdən biri

bərk ağrıdı. Üstünə sağlıq, usta Həsən! Bir ağrı tutdu ki, dizin-dizin sürünüb əlimlə ot yoldum.

Adam göndərdim, bazardan dəllək Məşədi Teymur vardı, onu çağırtdım. Uf... uf... uf!.. Yenə nə

yaman ağrısı tutdu bu zəhrimarın! Məşədi Teymur gəldi baxdı dedi ki: “Çəkməkdən sivay əlacı

yoxdur”. Dedim: “Nə bilirsən, elə!” Kəlbətini ilişdirdi dişimə, gücü gəldikcə dartdı. Diş çıxmır ki,

çıxmır... Yazıq məşədinin alnından tər tökülür. Hərdənbir deyir: “Ağa Rüstəm, bərk dur!” (O vaxt

hacı deyildim). Deyirəm: “Durmuşam”. Xülasə... Uf... uf... uf!.. Aman allah... Aman allah.. Elə ki

gördü gücü çatmır, dedi: “Dur ayağa”. Qalxdım ayağa. Kəlbətini bir də ilişdirdi. Bir də baxdım

məşədi ayaqlarını yerdən üzüb dişimdən asılıb. Daha dişim davam eləməyib bir köklü ağac kimi

yerindən qopdu. Yazıq Məşədi Teymur yerə dəyib çul kimi sərildi. Yalan olmasın, yarım saat o

halətdə qaldı. Bir belə zəhmətdən sonra ona mən iki şahı qara pul verdim. Hər qəpiyinə bir dəfə

“allah kisənə bərəkət versin!” dedi. İndi mən aparım matışkanın birinə on şahı verim? Nədi-nədi,

bir az “şto-mişto” oxuyub? Bacarmayacağam.

 -Ay kişi, bunun əli təmiz, ayağı təmiz, çiçək kimi. Məşədi Teymur hara, bu hara!

 3 / 5


Diş ağrısı

 -Necə! Məşədi Teymurun əlindən onun əli təmizdir? Məşədi Teymur gündə üç dəfə dəstəmaz

alır, amma sənin matışkan təharət nə olduğunu bilmir... Aman!.. aman... aman... Başım çatladı!

 -Danışma, dur düş qabağıma, gedək. Sən dişini çəkdirərsən, mən də bir az şirə çəkərəm. Onu

görəndə deyəcəksən: dişimin otuz ikisini də buna çəkdirim.

 Usta Həsən Hacı Rüstəmi apardı diş həkiminin yanına.

 Həkim, təmtəraqlı bir xanım, hacını əyləşdirdi kürsünün üstündə.

 -Ağrıyan dişinizi göstərin!

 Hacı dedi:

 -Xanım, mən tacirəm; qabaqca buyur, görək nə alacaqsan?

 -Dişçəkmənin taksası on şahıdır.

 -Mən heç bir girvəngə kələmi taksa ilə almıram. Taksa ilə diş çəkdirəcəyəm? Sənə bircə abbası

verəcəyəm, dişimi çəkəcəksən, vəssalam!

 -Bura sənin dükanın deyil, çənə bazarına çıxasan. Xahiş eləmirsən, gedə bilərsən.

 Hacı dayanıb fikrə getdi. Bir azdan sonra dedi: 

 -Eybi yoxdur, çək! Ağrıyan dişim budur.

 Həkim dişi çəkib qoydu yerə.

 Hacı üzünü usta Həsənə tutub dedi:

 -Usta Həsən! Allah sənin evini bərbad eləsin, məni yaxşı həkim yanına gətirdin. Bu ki,

baytardır. Belə də həkim olar? Allah bunun evini yıxsın!

 Həkim soruşdu:

 -Nə olub?

 -Nə olacaq? Allah sənin bəlanı versin. Ağrıyan dişimi qoyub salamat dişimi çəkdin!

 Həkim hərçi inandırdı ki:

 -Özün göstərdiyin dişi çəkimişəm.

 Hacı söyüb-söylənib dedi:

 -Di gəl, evi yıxılmışın qızı, bax ağrıyan dişim budur.

 Həkim onu da çəkib yerə qoydu.

 Hacı ilan çalmış tək yerindən qalxdı:

 -Ay sənin adını həkim qoyub bura göndərənin atası it olsun! Ay sənə dərs verənin atası

görbagör olsun! Gərək dəlləkliyini bizim başımızda öyrənəsən? Səni həkim yazanın qələmi

sınsın. Yenə salamat dişimi çəkdi. Ağrıyan dişim bax budur, bu!

 Həkim nə qədər and içdi isə, yenə hacı sakit olmadı.

 -Adını diş həkim qoyunca, gedib özün üçün bir yüngül peşə tapa idin. Bax, zalımın qızı, ağrıyan

dişim budur!

 Bu dəfə həkim hacının ağrıyan dişini çəkdi. Hacı on şahı verib söylənə-söylənə çıxdı çölə və

çöldə usta Həsənə dedi:

 -Usta Həsən! Gördün, analar necə oğul doğub! Bax əsil ticarət buna deyərlər. Dişimi bir

abbasıya çəkməyə razı olmadı, mən dişin birisini ona on yeddi qəpiyə çəkdirdim. Bundan sonra

qiyamətədək Hacı Rüstəm onun yadından çıxmaz.  

  

1

Palçıqdan qayırmışlar, yaxşı qayırmışlar.



 4 / 5

Diş ağrısı

2

Ruhanilər kəbin və siğə etdikləri zaman bu duanı oxuyardılar.



3

Məşədi, siğə istəmirsən? 

  

 5 / 5


Sarı toyuq

  Cavan Əhməd on sənə idi ki, öz arvadı Güləndamla yaşayırdı. Güləndam Əhmədin həm

arvadı, həm əmisi qızı idi. Bunları beşikdə ikən bir-birinə nişanlamışdılar. Əmi qızı və əmi oğlu

xeyli mehriban dolanmaqda idilər. Bu on sənənin müddətində bircə dəfə də olsun aralarında nə

inciklik və nə də bir dürüşt danışıq olmamışdı. Bunların bircə qəmləri var idi: övladları olmurdu.

Bu övladsızlıqları hamıdan artıq onların ata-analarına təsir edirdi.

   Anası qızının neçə pirə və ocağa aparmışdı. “Altıbarmaq” seyidə əlli manat verib dua

yazdırmışdı. Amma bunların heç birisi bir nəticə bağışlamamışdı. Axırda oğlanın anası dedi:

   - Mən oğlumu sonsuz qoya bilmərəm; gedib ona döşü südlü arvad alacağam. Bəlkə oğlumun

övladı ola.

   Qızın anası da pirdən, ocaqlardan əl üzdükdən sonra bu əmrə razı olub dedi:

   - Yaxşısı budur ki, Güləndam özü Əhmədi evlənməyə məcbur edə; mən onunla danışaram və

onu razı elərəm. Güləndam ərini özü evləndirdikdən sonra danışmağa haqqı olmayıb dinc və

dinməz oturar və əri ilə də aralarında heç bir köftgu olmaz.

   Qızın anası necə ki, demişdi, elə də etdi.

   Axşam vaxtı Əhməd qulluqdan evə qayıdanda əmisi qızında başqa halət gördü; gözləri Zöhrə

ulduzutək parıldayırdı. Əmisi oğlu qapıdan daxil olan tək yüyürüb boynunu qucaqlayıb

“marçhamarç” üzündən öpdü. Sonra başladı oynayaraq və gülərək masanın üstünə qab-qacaq

düzməyə. Yemək vaxtı tez-tez ərinin üzünə baxıb, gülüb başını aşağı salırdı. Əhməd indiyədək

arvadında bu haləti görmədiyindən, təəccüb edib mənasını anlamırdı.

   Əhməd nahar yeyib yatmaq otağına getdi, amma hərçi çalışdısa da gözünə yuxu getmədi.

Əmisi qızında gördüyü halət bir an onun gözü önündən getmirdi.

   Axşam çayında Güləndam Əhmədə dedi:

   - Əhməd, sənə bir söz deyəcəyəm, əgər məni sevirsənsə, gərək “yox” deməyəsən.

   Əhməd cavabında:

   - Sənin bu günkü halətindən ürəyində bir söz olduğu aşkar görünürdü. Söylə görüm.

   - Əmioğlu, bizim övladımız yoxdur və mən də açıq görürəm ki, bu halət sənə təsir edir;

pəncərənin qabağında oturub küçə ilə məktəbə gedən uşaqları görəndə, ah çəkirsən...

   Əhməd onun sözünü kəsdi:

   - Sözün nədir, açıq söylə. Yəni bunu demək istəyirsən ki, mən gedim sənin üstünə evlənim?

   - Ay əmioğlu, evlənəndə nə olar? Bir yaxşı balan olar, axşamadək oynadaram. Sən mənim

canım, izin ver gedim sənə bir yaxşı, məndən də gözəl bir gəlin gətirim.

   - Əmiqızı, məgər danışmağa başına söhbət qəhətdir? Əvvəla, yüz oğul-qız qurban olsun

sənin bir tükünə. İkincisi, mən ömrüm olanı səndən sivay bir qadına gözümün qulağı ilə də

baxmayacağam, bu barədə sən xatircəm ol. Üçüncüsü, bizim qanunumuz Şura qanunudur; bir

kişi iki arvad ala bilməz. Başqa arvad almaq üçün gərək səni boşayam, bunu da ki, yerlə göy

bir-birinə qovuşsa eləmərəm.

   - Mən elə işi görərəm ki, Şura hökumətinin xəbərdarlığı olmaz. Qulluqçu adı ilə gətirərsən evə,

sonra da molla çağırarsan, gələr evdə xəlvətcə kəbinini kəsər, heç kəsin də xəbəri olmaz.

   - Bu sözü danışdın, elə qoy burada qalsın.

   - Sən özün deyirsən ki, məni canından artıq istəyirsən, amma mən sənə “sən mənim canım”

deyirəm, mənim sözümü yerə salırsan.

   - Belə olan surətdə gəl əyri oturaq, düz danışaq. Tutalım ki, mən sənin sözünə baxıb

evləndim, molla da xəlvət gəlib kəbin kəsdi, aya, ondan sonra sən davam gətirə bilərsənmi?

   - Niyə davam gətirmərəm? Çox göyçək davam gətirərəm. Aldığın arvadı ana-bacı kimi

 1 / 5


Sarı toyuq

istərəm, ondan olan uşaqları öz balalarım kimi atıb-tutaram.

   - Əmiqızı, davam gətirə bilməzsən.

   - Onda görünür ki, sən mənə hələ dürüst bələd olmayıbsan.

   - Bələd olmağa ehtiyac yoxdur, qadınların hamısı bir təbiətdə olarlar.

   - Mən sən dediklərindən deyiləm.

   - İndi, deyirsən davam gətirərəm?

   - Bəli, deyirəm.

   - Xub, mən səni imtahan edərəm, görüm necə davam gətirəcəksən.

   Güləndamın dili danışırdısa da ürəyi nanə yarpağı kimi əsirdi. O, fikir edirdi: “Tutaq əmioğlum

evləndi. Bəlkə təzə gətirdiyi arvadı məndən çox istədi? Onda mən başımı haraya qoyaram?

Çıxıb atam evinə gedərəmsə, hamı mənə tənə edər”. Deyərlər: “On ilin arvadına nə oldu ki,

birdən evini-eşiyini buraxıb atası evinə getdi?” Zəhər yeyib özümü öldürsəm, daha bədtər. Yenə

deyəcəklər: “Görəsən nə əməli var idi ki, xalqın üzünə baxmaqdan xəcalət çəkib özünü

öldürdü”.

   O biri gün səhər Əhməd durub evdən çıxanda Güləndam dedi:

   - Əmioğlu, sözümüz sözdür, söz veribsən, möhkəm dur.

   - Baş üstə.

   Əhməd gedəndən sonra Güləndamın anası gəlib qızından xəbər aldı:

   - A bala, ərinlə danışdınmı? Nə dedi?

   - Çox danışıqdan sonra razı elədim.

   - Çox gözəl. Ancaq, bala, davamın olsun. Bircə il davam gətirsən, adət eləyəcəksən.

   - Ana can, niyə davam gətirmirəm; təki onun övladı olsun. Övladsızlıq ona çox əsər edir.

Mənim də ona baxanda ürəyim yanır.

  

 

***



   

 Axşam Əhməd evə qayıtdıqda gördü bir kişi əlində neçə toyuq tutub satır. Bunların içindən bir

kök sarı toyuq seçib, alıb evə gətirdi. Güləndam toyuğu görəndə xəbər aldı:

   - Ay əmioğlu, bu toyuğu haradan aldın, bu nə yaxşı kök toyuqdur?

   Əhməd cavabında:

   - Bu toyuq mənim təzə arvadımdır. Kəbininin də kəsdirmişəm. Bu saat mollanın evindən

gəlirəm.

   Güləndamın rəngi qaçdı. Əhmədin üzünə kədərli baxıb dedi:

   - Mən sənə söz dedim, sən də mənim sözümü lağa qoyursan? Mən səninlə zarafat etmirdim,

ürək sözümü deyirdim.

   - Heç mən də zarafat eləmirəm. Doğru söz deyirəm. Bu toyuğu apar, balaca otaqda bağla,

altına da bir həsir sal.

   Güləndam üzünü kənara tutaraq:

 2 / 5


Sarı toyuq

   - Nə borcumdur, gətiribsən, apar, özün necə bilirsən rahat elə.

   Əhməd ürəyində gülərək, sarı toyuğu aparıb balaca otaqda altına bir parça həsir salıb

bağladı. Sonra arvadının yanına gəlib xəbər aldı:

   - Əmiqızı, düyü torbası haradadır? Yerini de, bir az düyü çıxarıb aparım verim toyuq yesin.

Yazıq acdır.

   - Mən nə bilim düyü torbası hansı cəhənnəmdədir. Get dolabı axtar.

   Əhməd gülərək dolabdan bir ovuc düyü götürüb, aparıb toyuğun qabağına atdı.

   Gecə yatmaq zamanı gələndə, Güləndam Əhməddən xəbər aldı:

   - Bu evdə yatacaqsan, yoxsa balaca otaqda?

   - Balaca otaqda.

   Güləndam rəxti-xab götürüb getdi balaca otağa. Toyuğun yanından ötəndə ona bir təpik

vurdu. Əhməd toyuğun civiltisini eşidib səsləndi:

   - O toyuq niyə cığıldadı? Ona nə elədin?

   Güləndam cavabında:

   - Mən nə bilim niyə cığıldadı. Gəl özün xəbər al. Mən ki, toyuq dili bilmirəm.

   - Ona güldən ağır söz deyərsən, ya bir əziyyət edərsən, aramızda inciklik olar.

   Güləndam otağa qayıdarkən gözünün yaşını sildiyini Əhməd görüb bir söz demədi. On

sənənin müddətində onların aralarında belə danışıq olmamışdı.

   Əhməd gecə balaca otaqda yatdı.

   Güləndam isə gecəni sübhədək ağlayaraq keçirdi. Gecə tez-tez durub, balaca otağın

qapısından qulaq verib, Əhmədin bərk yatdığını yəqin edib yenə yerinə qayıdırdı.

   Əhməd sübh tezdən gördü Güləndam yoxdur. Ora-buranı arayıb, çıxıb getdiyini bildi. Özü

üçün çay tədarük edib içib getdi qulluğuna. (Əhməd kooperativ dükanında pirkeşik idi). 

***

  

  Güləndamın anası öz evində oturub çay içirdi. Birdən qapı açıldı. Güləndam hirsli-hirsli daxil



olub bir söz deməyərək əyləşdi. Anası xəbər aldı:

   - Ay qız, bu tezliklə xeyirdirmi? Gözlərin niyə belə qızarıbdır? Yoxsa Əhmədlə dalaşıbsan?

   - Nə işim var dalaşam? Əhməd özlüyündə, mən də özlüyümdə.

   - Axır yenə bir dürüst danış görüm, nə var? Sən sözsüz deyilsən.

   - Nə olacaq? Gecə-gündüz məni dəng eləyib, “ərini evləndir, ərini evləndir” deyirdin. İndi odur,

itin birini gətirib mənim başıma mindiribdir. Mənə də deyir: “Onun yanından ötərsən, vay sənin

halına”, on illik yoldaşını bir sarı itə dəyişibdir. Buna dözmək olar?

   - Ay qız, sarı it nədir? Yoxsa sarı saçlı qız alıbdır? Bu əyyamın cavanlarında din yox, məzhəb

yox, onlardan hər nə bəd əməl desən baş verər. Vay mənim başıma daş düşsün! Mən məgər

belə demişdim? Qızcığazımın günü qara olacaq!

   Qız dedi:

   - Hamısını sən elədin. Dinc-dinməz evimizin içində oturub dolanırdıq. İndi mən gəlmişəm,

daha o evə qayıtmayacağam. Qoy sarı donuzun günü xoş keçsin.

   Anası dedi:

   - Qızım, yerindən oynama, bir neçə gün səbir elə görək nə olur? Dur get evinə, ərinə nahar

 3 / 5


Sarı toyuq

hazırla. Təzə gəlin sənin qab-qazanının yerini bilmir. Axşam mən də gələrəm görüm o kimin

qızıdır? Nəçidir? Ondan sonra nə lazımdır, elə edərik. Əgər ərin evində oturmaq sənə mümkün

olmasa, nə etməli, gəlib ananın evində oturarsan. Hələlik, yaxşı bala, dur get evinə.

   - Mən o evə qayıtmayacağam. Bu saat buradan durub birbaş gedəcəyəm “zaqsa”, ərizə verib

boşanacağam. - Mənim sözümə bax, yaxşı qızım, “zaqs” durub, sən durubsan. Lazım olsa mən

də səninlə bir yerdə “zaqs”a gedərəm. Dur get, bu günlük bir təhər davam elə. Sabah hər iş

düzələr.


   Güləndam anasının çox təkidindən sonra durub evinə getdi.

   Əhməd evə qayıdıb, Güləndamı ağlayan görüb dedi:

   - Əmiqızı, nə üçün ağlayırsan? Sən dedin evlən, mən də sənin sözünə baxdım. İndi bu

ağlamağın mənası nədir?

   - Heç ağlayıb eləmirəm. Gəl otur naharını elə.

   - Nahardan qabaq qoy bir sarı toyuğun qarnını doyurum. Mən bilirəm sən ona bircə dənə düyü

də verməyibsən.

   Əhməd dolabdan yenə dən götürüb, aparıb toyuğa verdi. Sonra toyuğun altındakı həsiri

çıxarıb, çöldə təmizləyib, gətirib altına saldı. Ondan sonra əlini yuyub, gəlib nahara əyləşdi,

arvadının səhər onu çaysız qoyub getdiyi haqqında bir söz demədi.

   Nahar təzəcə qurtarmışdı. Güləndamın anası daxil oldu. Əhməd həmişəki kimi cəld qalxıb:

“Ana, buyur, buyur” deyərək qayınanasına yer göstərdi.

   Güləndamın anası:

   - Ananın evi yıxılsın, - dedi. – Mən dedim özüm gəlim sənə bir halal süd əmmişin birini gətirim,

demədim get o küçədə gəzən sarısaçların birini gətir, mənim qızımın başına çıxart.

   - Ana can, sarısaç nədir? Necə sarısaç, haradadır sarısaç?

   - Sən bilirsən haradadır, mən nə bilim.

   - Di gəl o sarısaçı sənə göstərim, gör nə gözəldir. Səni inandırıram ki, sənin ürəyincə olacaq,

onu gördükdən sonra məni məzəmmət etməyəcəksən... Bircə bu balaca otağa gəl.

   Bu sözlə qayınanasının qolundan tutub balaca otağa çəkib, küncdə bağlanmış sarı toyuğu

göstərib dedi: - Aldığım, bax, ana can, budur!

   Güləndamın anası toyuğu görüb acıqla gileyləndi:

   - Məni ağbirçək vaxtımda ələ salıb oynadırsan? Mənim qızım bu toyuğun üstündə səninlə

dava çəkir? Məgər mənim qızım dəli-divanədir?

   - Ana can, özüm ölüm ki, alıb gətirdiyim budur. Çağır qızın özündən xəbər al. – Bunu deyib

Güləndamı səslədi.

   Güləndam içəri daxil olduqda, anası xəbər aldı:

   - Ay qız, dediyin sarısaç haradadır?

   - Sarısaç yoxdur, elə bu sarı toyuğu deyirəm. Doğrusu, ana can, bu evdə ya mən oturacağam,

ya sarı toyuq!

   Əhməd üzünü arvadına tutaraq dedi:

   - Əmiqızı, mən sənə deyəndə ki, evlənib başqa bir arvad gətirsəm, davam eləməyəcəksən,

deyirdin “çox gözəl davam edərəm”. Mən də sənə sübut etmək üçün bu toyuğu gətirdim. İndi bil

ki, sarı toyuğa davam gətirə bilməyən, həqiqi arvada heç davam gətirə bilməz. Dur bir az düyü

yu, axşama plov bişir. Bu sarı toyuğu da onun başına qoyub ləzzətlə yeyək. Anan da bizdə

qonaq qalsın.

   Əhməd bunu deyib, sarı toyuğu mətbəxə aparıb başını kəsdi.

   Axşam ər, arvad, qayınana şirin söhbət edərək toyuq-plovu ləzzətlə yedilər.

   O gündən evlənmək məsələsi həmişəlik aradan qaldırıldı.

 4 / 5


Sarı toyuq

  

 5 / 5



Document Outline

  • h1
  • h2
  • h3
  • h4
  • h5

Yüklə 305,46 Kb.

Dostları ilə paylaş:
1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin