Hacı Xəlil, müsin şəxs, həştad beş il dünyada ömür edəndən sonra



Yüklə 305,46 Kb.
Pdf görüntüsü
səhifə1/2
tarix31.01.2017
ölçüsü305,46 Kb.
#7082
  1   2

Ata və oğul

    Hacı          Xəlil, müsin şəxs, həştad beş il dünyada          ömür edəndən sonra,

xudavəndi-aləmin əmrini          yerinə yetirməkdə idi. Bir böyük otağın          ortasında Hacını

üzü qibləyə uzadıb,          başının üstündə molla tilavəti-Quran          etməyə məşğul idi. Sağ

tərəfdən          Hacının övrəti əyləşib, əlində          dəsmal, həzin-həzin Hacı ilə keçirdiyi günləri  

       yada salıb ağlayırdı. Sol tərəfdən          Hacının cavan oğlu kürsü üstündə          oturub bikef

gözlərini bir nöqtəyə dikmişdi          və tək-tək ahi-zərd ürəyindən çəkirdi.          Hacının qədim

nökəri Kərbəlayı          Qulaməli iranlı, qapının ağzında ayaq üstündə          durub gözlərinin

yaşını abi-niysan kimi ağ          saqqalından axıdırdı. Heç kəs bir söz          danışmırdı, hamının

gözü Hacının          üzündə idi. 

             Hacı Xəlili böht aparmışdı          və bu böhtün içində onun keçən günləri          bir-bir

gəlib gözünün qabağından ötürdü.          Budur, balaca Xəlil səkkiz yaşındadır. Atası         

qovurmaçı Səlim öz övrətinə deyir:          “Övrət, bu uşağın məktəbə getmək          vaxtıdır,

mənim sənətim də bir elə          sənət deyil ki, aparım bu yazığı da öyrədim.          Meydanın

ortasında baharın yağışı,          qışın qarı başıma yağa-yağa; yayın          istisi bir yandan və

ocağın istisi o biri tərəfdən          məni yandıra-yandıra mən çörək qazanıram.          Bunlar

hamısı mənim bisavadlığımdandır.          Heç olmasa bu uşağı oxudaq, bəlkə savadı         

cəhətinə asan çörək qazanıb bizə          rəhmət oxuya”. Xəlilin anası ərinin sözlərini         

bəyənib, durub bir qazan su qızdırıb Xəlilin          başını yudu, birçəklərini daradı, çiyninə         

heybə salıb içinə para çörək qoydu,          atasına qoşub “oğul, Allah özü sənə          yar olsun”

deyib məktəbə yola saldı. 

             Hacının mollası və məktəb          yoldaşları bir-bir onun gözünün qabağından         

keçirdilər. Budur, Mirzə Nəsib, iranlı qoca kişi          yuxarı başda əyləşib, qabağında bir         

dəstə çubuq, qözlərində eynək, uşaqlara          məşqbaşı yazmağa məşğuldur və          uşaqlar

divarın dibində cərgə ilə düzülüb          oturublar. Kimisi dərs oxuyur, kimisi falaqqadan təzə

çıxmış          ayaqlarını ovuşdurub ağlayır və kimisi yoldaşlarının          papaqlarından yun

qopardıb manqala salır ki, bəlkə          gün çıxa. Amma Xəlil özü bir küncdə          əyləşib, əlində

çərəkəsi,          diqqəti tamamilə dərsini əzbərləməkdədir.          Ələlxüsus yadına gəlir Quran

çıxdığı          gün ki, atası ona bir dəst təzə libas tikdirib          dedi: “Bala, Allahdan arzu edirdim

sənin qazancından bir çörək          yeyib ondan sonra öləydim”. Atasının bu sözləri          Xəlilin

ürəyində bir nisgil olub, ölənədək          qalmışdı; çünki atası onun qazancını          görməyib,

onu bir balaca bacı ilə ana əlində          yetim qoyub Allahın rəhmətinə getdi. 

             Biçarə Xəlil on beş yaşında          yetim qalıb, bir xırda savadla məktəbi tərk edib         

anasına və bacısına çörək qazanmaq          fikrinə düşdü. 

             Xəlilin atasından bir balaca, iki otaqdan          ibarət ev və iyirmi iki manat kağız pul

qalmışdı.          Bir neçə gün binəva uşaq çalışıb          vuruşdu, amma heç bir yerdə özünə

qulluq          tapa bilmədi, axır anası görüb ki, kişidən          qalan pulun çox yarısı xərclənib və

halət          bu günə keçsə, pulun qalanı da qurtarsa, elə          acından öləsidir. Bir gün, cümə

günü          bir cüt mərdanə corab bazardan alıb, oğlunu yanına          salıb getdi Mirzə Nəsibin

evinə. Yazıq övrət          Mirzə Nəsibin övrətinin yanına gəlib bu          sözləri dedi: “Xanım, bu

uşaq axundun dəstpərvərdəsidir.          Neçə il buna dərs verib, savad sahibi eləyib, indi         

də axundun özünə məlumdur ki, bunun atası          ölüb, heç bir şey də özündən sonra         

qoymayıb. Bir küflət gözünü dikib bir balaca          yetimə. Bu bir cüt corabı qoy axundun

qabağına,          mənim dilimcə ona yalvar, degilən Allah xatirinə indiyədək          bu uşağa ata

olub, indi buna rəhm edib bunu bir yerə          nökərçiliyə də olsa versin ki, bəlkə          ayda

 1 / 11


Ata və oğul

beş-altı manat məvacib alıb onunla özünü          və yetim bacısını saxlasın”. 

             Anasının bu sözləri heç          Hacı Xəlilin yadından çıxmazdı, tez-tez          bu sözləri

övrətinə və aşnalarına          deyərdi və həmişə də Mirzə Nəsibə          rəhmət oxuyardı və

deyərdi ki: “Mənim bir          parça çörəyimin səbəbi o mərhum olur”.          

             Mirzə Nəsib, Xəlilin anasının          danışığını o biri otaqdan eşidirdi,          qoca mirzəyə

övrətin sözləri qədər          təsir etdi ki, gözündən biixtiyar yaş cari oldu.          Hövlnak yerindən

qalxıb övrətin otağına          keçdi. Xəlilin anası üzünü örtüb          küncə girdi və Xəlil də əlini

döşünə          qoyub, mollasına təzim edib ədəblə durdu. Mirzə          Nəsib corabı qəbul

etməyib, Xəlilin anasını          xatircəm edib yola saldı və Xəlili özü ilə          götürüb öz dostu

Ağa Hüseyn xüşkəbarfüruşun          yanına apardı. 

             Ağa Hüseyn bir dövlətmənd          şəxs idi. İranla böyük xüşkəbar          alış-verişi edirdi.

Amma bisavad olduğuna görə          həmişə bir yazı bilən adama möhtac idi.          Mirzə Nəsib

o qədər ki bacarırdı Xəlili          Ağahüseynə tərif edib təvəqqe etdi ki, onu          öz yanında

saxlasın. Ağa Hüseyn öz dostunun          təvəqqesini qəbul edib ayda altı manat məvacibə         

Xəlili dükanda qulluq etməyə qəbul etdi. Hətta          ona çörək və ildə də bir dəst libas         

verməyi həm boynuna götürdü. 

             Xəlil şadlığından bilmədi          ki, nə tövr gəldi evə çıxdı. İndi          balaca uşaq özünü

kişi və külfət          sahibi hiss edirdi və bu hiss onun üçün bir mayeyi-iftixar          olmuşdu. Altı

manat o vədə böyük pul idi;          ətin beş girvənkəsi bir abbasıya, yağın          pudunu üç

manata verirdilər və Hacı Xəlilin          yadındadır ki, altı manatla onun anası və bacısı         

mürəffəülhal dolanırdılar. 

             Xəlil başladı Ağa Hüseynə          qulluq etməyə və əvvəl gündən ixlas,          çapıqlıq və

doğrulluq göstərdi və          bunun bu sifətləri Ağa Hüseynin məhəbbətini          günü-gündən

ona artırdı. Hər bir vaxt          Mirzə Nəsibi görəndə Ağa Hüseyn rizaməndlik          edib deyirdi

ki: mən əlli ildir alış-veriş edirəm,          bu cür qoçaq oğlan görməmişəm. 

             Bir il qulluq edəndən sonra Ağa          Hüseyn Xəlilin məvacibini on manat etdi. Xəlil

ağasının          qulluğa qədr və qiymət qoymağını görüb,          bir az da ixlas və iradətini ona

artırdı. 

             Dörd il bu növlə Xəlil Ağa          Hüseynə qulluq etdi və bu dörd ilin müddətində         

məvacibi otuz manata yetişmişdi. Bu məvacibə          Xəlil nəinki ağayana dolanırdı, hətta bir-iki 

        yüz manatadək də pul cəm edib Ağa Hüseynə          tapşırığa vermişdi və Ağa Hüseyn       

  hər mal alanda Xəlilin puluna əlahiddə mal alıb-satıb          mənfəətini onun pulunun üstünə

qoyurdu.          

             Bir gün Xəlil anasına xəbər          gətirdi ki, bəs Ağa Hüseyn istəyir bunu özü          ilə

İran səfərinə aparsın və iki gündən          sonra yola düşəsidilər. Bu xəbər anasına          və

bacısına nə tövr təsir elədi, heç          Hacı Xəlilin yadından çıxmaz idi. İki gün          balasını

gözündən qoymayan ana və qardaşından          ayrılmaq istəməyən bacı xəlvətdə         

ağlayırdılar, amma Xəlilin yanında toxtaqlıq          göstərib ona tədarük görürdülər.          

             Səfər günü Xəlil əmisi          kəlləpəz İmanı gətirib evlərində          həyan qoyub anası və

bacısı ilə ağlaya-ağlaya          vida etdi. Biçarə övrət Quran götürüb          əziz oğlunu Quranın

altından keçirib dalınca          bir qab su atıb ağlaya-ağlaya mənzilə qayıtdı.          

             Xəlil Ağa Hüseynlə bahəm          varid oldular İran torpağına. Ağa Hüseyn cəmi         

xüşbərə mərkəzlərini və alış-veriş          yollarını ona göstərdi və axırda üzün          ona tutub

dedi: 

             - Bala, mən səni buraya özüm          üçün kömək gətirmişəm. Mən,          budur, neçə



ildir İrana səfər edirəm. Heç          bir səfərdə köməyə ehtiyacım olmayıb,          ancaq sən

 2 / 11


Ata və oğul

həmişə qulluqçuluq etməyib axırda          özün üçün bir alış-veriş etmək          fikrinə

düşəcəksən, ona görə mən          istəyirəm ki, ticarətin hər bir yolunu və qaidəsini          sənə

öyrədim.


    Xəlil,          Ağa Hüseynin bu sözlərinə bilmədi nə          tövr rizaməndlik etsin. İrana əvvəl

viruddan          Xəlilin zəkavəti, çapıqlığı, ayıqlığı          Ağa Hüseyni təəccübə gətirdi. Ağa         

Hüseyn öz dəstpərvərdəsinin bu qabiliyyətini          görüb, artıq xoşhal olub fəxr edirdi. 

             Lazım olan qədər xüşkəbər          alıb ulaqlara yükləyib yola saldılar. Xəlil Ağa         

Hüseyndən soruşdu ki, nə üçün ulaqları          kirayəsinə tutursan? 

             Ağa Hüseyn soruşdu ki, bəs          necə olsun? 

             Dedi: 

             - Yaxşı olar ki, ulaqları da pulla          alaq, tainki vətəndə həm xüşkəbarı,          həm də

ulaqları qazancına sataq. 

             Ağa Hüseyn Xəlilin bu sözlərini          eşidib, bir az böhtə gedib dedi: 

             - Bala, bu maddə ki səndə var, inşallah          gələcəkdə çox böyük sövdəgər         

olarsan. Gələn il dəxi mən gəlməyib səni          İrana tək alış-verişə göndərəcəyəm.          

             O il Ağa Hüseyn çox böyük          nəf elədi və bu nəfi də Xəlilin ayağının         

sayəsindən hesab edirdi. 

             İkinci il Ağa Hüseyn Xəlilin          əlinə böyük məbləğ verib, tək          İrana göndərdi və

bu səfərdə Xəlil          yenə artıq diqqət və qabiliyyət göstərib,          güclü mal alıb qayıtdı və o il

Ağa          Hüseynin nəfi keçən ildən artıq oldu. Xəlilin          bu zəhmətinə görə Ağa Hüseyn o

ilin          mənfəətinin yarısını ona bağışladı.          Bu ildən də sonra yenə Xəlil üç dəfə         

İran səfərinə gedib, hər dəfə baqaidə          xeyir edib qayıtdı. 

             Bir gün Ağa Hüseyn Xəlili          çağırıb dedi: 

             - Oğul, budur, neçə ildir mənim          yanımda qulluq edirsən və mən də bu müddətdə   

      sənin mənə aybaay verdiyin pullarla sənin üçün          alış-veriş etmişəm. Bu gecə hesaba

baxıb          görürəm ki, sənin məndə səkkiz min          manata qədər pulun var. Bu pulla sən

özün üçün          məxsus bir alış-veriş aça bilərsən.          Özün də qabil oğlansan; demək olar

ki, anadan          dünyaya tacir gəlibsən. Mənim borcumdur sənə          təklif edim, istəsən

mənim yanımda qalarsan,          ya ayrı iş başlamaq xahiş edərsən. 

             Xəlil cavab verdi ki, əmi (axır          vaxtlar Xəlil Ağa Hüseynin öz xahişinə görə         

ona əmi deyirdi), o yaxşılıq ki indiyə qədər          mənim haqqımda edibsən, məni sənə

həmişəlik          qul edib və mən səndən ayrıla bilməyəcəyəm.          Amma təvəqqe edirəm ki,

məni özünə          öz puluma görə şərik edəsən, ta yenə          bir yerdə ticarət edək. 

             Ağa Hüseyn Xəlilin üzündən          öpüb dedi: 

             - Oğlum, sən ki belə istiqamətli          oğlansan, Allah sənin başından tökəcək.         

Başqa adam səkkiz min adı eşitsə idi, o saat          azıb yolundan çıxardı. 

             Haman il Xəlil bacısını ərə          verib, özü də evlənmək fikrinə düşdü.          Fikrini

anasına izhar etdi və anası gedib Mirzə Nəsibin          nəvəsini ona istəyib aldı (haman o qızı      

   ki, bu saat Hacı Xəlilin yanında oturub ağlayır).          

             Mirzə Nəsib vəfat etmişdi          və külfəti həmişə Ağa Hüseyndən          və Xəlildən ianə

alıb dolanırdı. Xəlilin          toy xərcini Ağa Hüseyn öz öhdəsinə          götürüb əlavə yaxşı

peşkəşlər          özünə və övrətinə verdi. 

             Bundan sonra yeddi il Xəlil və Ağa          Hüseyn bir yerdə alış-veriş etdilər. Səkkizinci   

      il Ağa Hüseyn vəfat etdi və onun var-yoxu keçdi          qaraşının əlinə, çünki Ağa Hüseynin   

      özünün zürriyyəti yox idi. 

             Ağa Hüseynin vəfatından sonra          Xəlil ayrılmaq istədi, hesab çəkdilər. Xəlilin         

 3 / 11


Ata və oğul

payına yetmiş iki min manat pul düşdü. 

             Vu gündən Xəlil həm ev həm          alış-veriş sahibi olub, özü üçün          məxsus bir

dükan açıb başladı İranla          ticarəti. Bir neçə ildən sonra Xəlilin alış-verişi          böyüdü və

Xəlil İrandan başqa Buxara          və İstanbulla əlaqə bağladı. Əlli yaşına          yetişəndə

Məkkeyi-mükərrəməni          ziyarət edib Hacı ləqəbi ilə müləqqəb          oldu. Hacı Xəlil öz

qabiliyyətinin, bacarığının          və kəmalının səbəbinə şəhərdə,          tacirlər arasında əvvəlinci

şəxs hesab olurdu.          Axirüləmr öləndə iki böyük evi və          milyondan ziyada pulu var idi. 

             Hacının zikr olan günləri          necə ki, ərz olundu, bir-bir gözünün qabağından         

keçirdi. Zamanı ki, Hacı öldüyünü hiss          etdi, yerindən hövlnak gözün açıb, yastıqdan         

başını qovzayıb üzünü tutdu oğluna,          dedi: 

             - Bala, Əkbər, yaxınıma gəl.          

             Əkbər kürsünün üstündən          düşüb atasının yanında əyləşdi.          Hacı Xəlil

Əkbərin əlin əlinə alıb          bir basdı ürəyinə, dedi: 

             - Oğul, mənim ömrümdə          Allah mənə neçə oğul və qız verib,          yenə məsləhət

bilib əlimdən alıb. Mənim          və bu yazıq ananın ümidi və gözünün          axır dikəcəyi

dünyada sən olubsan. Yüz zəhmətlə          səni mən bu boya yetirmişəm, lazım olan tərbiyəni     

    sənə vermişəm. Hərçənd işqoladan          yarımçıq çıxıbsan, amma yenə heç          olmasa

sənin savadın və qabiliyyətin işqola qurtarmış          adamların savadından və qabiliyyətindən az

deyil          idi. Bala, mənim ömrüm qurtarıb, ölürəm.          Ona görə istəyirəm sənə bir neçə       

  vəsiyyət eləyim. Mənim vəsiyyətim qoca,          dünyagörmüş və səni iki gözündən          artıq

istəyən ata vəsiyyətidir. Əgər          əməl eləyəsən ziyan çəkməzsən.          

             Əvvəl, bala, bu qoca anan ki, burada          oturub, sənin çox zəhmətini çəkib, sənə        

 süd verib, gündüzlər və gecələr gözlərini          sənin gözlərinə dikib nə rahat olmayıb,          nə

yatmayıb, səni dizlərin üstə bəsləyib,          sənin barəndə cəmi analıq haqqını yerinə         

yetirib. İndi də ömrü keçib, əldən          düşüb, sən də onun axır günündə          gözdən

qoymuyasan, həm mənim ruhum səndən          razı olar, həm Allah. İkinci vəziyyətim sənə         

budur: əgər yenə istəyəsən mənim ruhum          səndən razı olsun, bu qoca Kərbəlayı

Qulaməlidən          muğayat ol. Çünki onun ömrü bu qapıda nökərçilikdə          keçib. Bu

Kərbəlayı yaxşı kişidir,          Allah bəndəsi, doğru, dürüst adamdır. Hörmətə          layiq kişidir.

Necə ki mən onu indiyə qədər          saxlamışam, sən də onu elə saxla, Allah səndən          razı

olar. 


             Kərbəlayı Qulaməli Hacının          bu sözlərini eşidəndə uca səs ilə hönkürüb          bihal

dizi üstə çökdü: “Ağa, Allah məni          səndən sonra dünyada qoymasın” – deyib qışqırtı         

ilə ağladı. Hacı əli ilə ona işarə          edib, guya, sakit ol, dedi və sonra yenə üzünü         

çöndərdi oğluna tərəf və söylədi:          “Bala, mən həştad beş il dünyada ömr etmişəm.          Bu

tul ömrümdə çox vilayətlər gəzib          cürbəcür adamlara rast gəlmişəm; deyirlər          çox

oxuyan çox bilməz, çox gəzən çox          bilər. Ona görə bir neçə nəsihət də          sənə

eləyəcəyəm. Amma dürüst qulaq          asıb, dürüst də qulağında saxlayasan. Əvvəla,         

bala, bu gündən ömrünün axırınadək          sən bunu heç xəyalından çıxartma ki, müsəlmansan.

         Quranın və peyğəmbərin şəriətinin          hökmlərinə həmişə itaət elə və          bilgilən ki,

bu itaətin axirət ruyi-səfidliyindən          savay, dünya xoşbəxtliyi də səninlə olar          və Allahın

əli və kölgəsi heç vaxt          sənin üstündən kəm olmaz. Oğul, cavansan,          cavanlığın səhv

və xətası olar, çalış          xəta etmə. Əgər xudanəkərdə, səndən          bir səhv baş versə, tövbə

elə, həmişə          səy elə heç kəsə sənin nə dilindən,          nə əlindən və nə əməlindən ziyan     

    dəysin. Bacar dünyada hamıya yaxşılıq elə,          kömək istəyən və sənin pənahına         

qaçanı heç naümid qaytarma, çünki acizə,          mərizə, yoxsula kömək eləmək yaxşı         

 4 / 11


Ata və oğul

sifətlərin biridir.

    Oğul!          Mən sənə çox dövlət və mülk qoyub          gedirəm və bu dövlətin binası mənim

savadım          olub. Ona görə, bala, övladın olsa bitərbiyə          qoyma və elma axtaran fəqir

uşaqlarına kömək          elə. Çünki onlar oxuyub adam olsalar, sən onlara baxdıqca         

həmişə şad olub və bu şadlıqdan bir          ayrı cür ləzzət aparacaqsan. 

             Yaman yoldaşdan, oğul, həmişə          uzaq qaç. Çünki yaman yoldaş səbəbinə         

insan min bəlayə düçar olar, abrusu əlindən          gedər, xalq arasında bədnam olar. Yenə

deyirəm,          aman yaman yoldaş əlindən! 

             Hacı Xəlilin səsi gəldikcə          zəifləşirdi, axırda nəfəsi bilmərrə          qət olub

yavaş-yavaş dodaqları tərpənirdi.          Yəqin nəsihəti qurtarmamışdı, hərçənd          səsi

gəlmirdi, axır qalan nəfəsi ilə ürəyini          boşaldırdı. Axirüləmr nəfti qurtarmış          çıraq tək

Hacı Xəlil söndü, əli          boşalıb Əkbərin əli xilas oldu. 

             Hacının evindən nalə bülənd          olub, məhəllə əhlinə onun vəfatını          bildirdi. 

             Hacı Xəlil vəfat etdi. Yəni          dünyadan bir şəxs rehlət etdi ki, neçə füqəra          əlini

tutmuşdu, ac qarınlar doydurmuşdu. Çılpağa          libas vermişdi. Ona görə bu şəxs nəinki         

öz xiş və əqvamının, bəlkə şəhər          əhlinin əlindən getdi. 

             Xoş o şəxsin halına ki, öləndən          sonra onun adı dillərdə diri qala və ehtiram və       

  rəhmətlə yad ola: 

         

             Dövləti-cavid yaft hər ki, nikunam          zist, 

             Kəz əqəbəş zikri-xeyr          zində künəd namra. 

         

             Əhli-şəhr Hacı Xəlilin          vəfatından müxbir olub, cəm oldular onun evinə.         

Aparıb nəşini dəfn etdilər və el adəti          ilə üç gün baqaidət təziyə saxlayıb,          üçüncü gün

Əkbəri gətirib atasının          dükanını açıb əyləşdirdilər          və xeyir-dua verib, “Allah səni

atayın yurdunda qayim və          qədim eləsin” deyib hər kəs öz evinə getdi.          Bu gündən

Əkbər hər bir ixtiyaratı əlinə          alıb Hacı Xəlil mərhumun məsnədində          əyləşdi. 

             Əkbər dükanda əyləşib          başladı alış-verişi. Bir neçə aydan          sonra bir gün

Əkbər dükanda ikən gördü          onun qədim şkola yoldaşı Rüstəm dükana          girdi, Əkbər

yoldaşının gəlməyinə          çox şad olub, nökəri göndərdi çayçı          dükanından çay gətirsin,

əyləşdilər          söhbətə. 

             Əkbər Rüstəmi neçə          il idi görməmişdi, ona görə gözün onun          üzündən

kəsməyib danışığına          qulaq asırdı. Amma Rüstəmin sifətində heç          cavanlıq nişanəsi

görünmürdü, hərçənd          onun sinni Əkbərdən artıq deyildisə də yenə          ondan on beş

yaş böyük görünürdü.          Gözlərinin, altının göyərtisi onun yuxusuz          gecələr keçirməyinə

şəhadət edirdi.          

             Əkbər, yoldaşının bu          neçə ildə harada olduğunu sual elədi. 

             Rüstəm papağı götürüb          yerə qoydu və cibindən bir gümüş papiros          qutusu

çıxardıb Əkbərə təklif elədi          və Əkbərin papiros çəkmədiyini bilib, özü          birini yandırıb

bir-iki qullab alıb dedi: 

             - Qardaşım Əkbər! Bu neçə          ildə başıma o qədər qəzavü qədər          gəlib ki, nə

deməklə və nə yazmaqla qurtarmaz.          Vallah bilmirəm haradan sənə söyləyim –

Parisdənmi,          Berlindənmi, Vyanadanmı və yaxud bizim Peterburqdanmı?!          Sən

bilirsən ki mən burada oxumaq istəməyib,          atama dedim ki, gərək məni hökmən Parisə       

  göndərəsən. Yazıq kişi də nə anlayır          ki, dördüncü klasdan qaçmış heyvanı          Parisin

heç bir tövləsinə qoymazlar. Kişidən          min manat pul vurub “ağanı Allah saxlasın” deyib

 5 / 11


Ata və oğul

getdim          birbaş Parisə. Paris nə Paris! Yer üzünün          behişti desəm yenə xəta

eləməmişəm!          Nə küçələr, nə bazarlar, nə mehmanxanalar,          nə teatrlar və

kafeşantanlar!.. Görsən bilmərrə          əqlini itirib dəli olarsan. O xanımları ki mən          Parisin

kafeşantanlarında görmüşəm, sən          görsən Məcnunə dönüb biyabanə düşərsən.         

Necə xanımlar şəhbaz baxışlı, ahu gözlü,          şirin hərəkətli, şəhd sözlü! Sən          də

deyirsən dünya görürəm? Ərik, kişmişin          şirəsinə bulana-bulana gün keçirirsən, deyirsən    

     ki, elə dünyanın zindəganı budur. 

             Bu yerdə Əkbər Rüstəmin          sözünü kəsib dedi: 

             - Rüstəm, bağışla, sən          dünyagörmüş adamsan, amma mən avamam, bəs         

bir-iki dəfə kafeşantan sözü dedin, o nə          deməkdir? 

             - Kafeşantan, yəni xurma çuvalı...          xa-xa-xa!.. Kafeşantan, yəni behiştin bir guşəsi! 

        O yerdir ki, orada həm ruhun ləzzət aparır, həm          bədənin! O yerdir ki, orada cəmi

dünyanın qeydi          yadından çıxır, yəni gözəllər          məclisi, yəqin Sədidə oxuyubsan: “Bu

məcmən          ki, dər ayənd şahidani dü aləm!”

1

          Kafeşantanda cəm olurlar Parisin



gözəlləri. Həm          sənin üçün teatr gətirirlər, həm oynuyurlar,          həm oxuyurlar və bir

məclis ki, hər iki dünyanın          şahidləri oraya gəlirlər. Xahiş etsən səninlə          şam edib

sübhədək sənə mehman olurlar. Xülasə,          nə deyim, görməmisən bilməzsən. “Şənidən        

 key büvəd manəndi didən”

2

.          Dəxi nə ərz



eləyim, üç aydan sonra baxdım          gördüm min manatdan ancaq iki yüz frank ki, eləsin         

bizim pul yetmiş beş manat, cibimdə pul qalıb. Atama          tel vurub min manat da istədim və

daldan bir kağız          yazdım ki, hər ay mənə üç yüz manat          pul göndərməsən özümü

öldürəcəyəm.          Atam min manatı göndərib, sonra da bir kağız          yazmışdı ki, “bala,

mənim gözümün ağı-qarası          sənsən. Dövlətim hamısı sənə qalasıdır.          Mən sənə ayda

beş yüz manat da göndərim,          ancaq sən oxu, adam ol və korluq çəkmə”. Binəva          kişi

belə fikir edirdi ki, bəli, mənim oğlum          oxuyub böyük yaranal olub gələcək. Mən də         

ona baxıb fəxr edəcəyəm, dəxi demirdi ki,          oğlu pulu ondan ötrü istəyir ki, onun vasitəsilə   

      dünyadan kam alsın. Bir də sənə deyim ki, mənim          atamdan axmaq kimisi dünyada az

tapılar. Belə güman          edir ki, dünya ondan ötrü yaranıb ki, bazara gedib,          evə gəlib

çörək yeyib, namaz qılıb          yatasan. Neyləyim, bircə gecə kafeşantanda əyləşə,          onda

görər ki, dünya nədən ötrüdür          və insan nə üçün yaranıb. Yazıq kişi,          əvam kişi! 

             İndi, Əkbər, bircə mənə          de görüm, sən nəyə lazımsan oturubsan bu          fındığın,

şabalıdın içində,          özünü də çəkibsən elə bilirsən          adamsan? Adam deyilsən, heç zad

deyilsən! Amma mənim          sənə yazığım gəlir, gərək sənə          dünyanın ləzzətini göstərəm.

Sən          bir fikir elə gör, bu növ alış-veriş sənin          özünə, dövlətinə yaraşarmı? Atan         

kişmiş, xurmaya uşaqlıqdan adət etmişdi,          ona görə ayrı alış-verişə həvəsi          yox idi.

Amma keçmiş zaman bir ayrı, bu zaman bir ayrı!          Sən mənim məsləhətimə bax: bu dükanı 

        bağla, bir ayrı bəzzaziyə mağazası aç,          get Moskvadan, Peterburqdan, Parisdən mal

gətir. Eşitmək          hara, görmək hara! Həm alış-veriş elə,          həm də dünyadan ləzzət apar.

Əgər xahiş          etsən, əvvəl səfərdə mən özüm          də sənə yoldaş ola bilərəm. Sən belə      

   güman etmə mən işrət mədənlərindən          savayı heç bir yerə bələd deyiləm. And olsun       

  sənin canına, elə alış-veriş elərəm          ki, bir tacir bacarmıya. 

             Xülasə... Rüstəm öz sərgüzəştindən          bu növ nəql edib Əkbərin halətini digərgun    

     etdi. Axır ayağa qalxıb Əkbərdən üç          günün müddətinə yüz manat qərz

3

          alıb yola



düşdü. 

             Rüstəm getdi, Əkbər isə          dükanda qərarı gəlməyib axşama bir-iki saat          qalmış

dükanı bağlayıb evə getdi. Anası          sual etdi ki, “bala, nə üçün belə tez qayıtdın?”         

 6 / 11


Yüklə 305,46 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin