Hamamıdır. Basqal Hamam Muzeyi


OTAQ I (Soyunma geyinmə otağı



Yüklə 0,86 Mb.
səhifə2/8
tarix18.06.2022
ölçüsü0,86 Mb.
#61779
1   2   3   4   5   6   7   8
hamamlast

OTAQ I (Soyunma geyinmə otağı)
Cumadar-hamamda gələnlərə fitənin verilməsi, geyimlərin yerləşdirilməsi, təhvil verilib-alınması kimi işləri icra edən şəxs idi. Bildiyimiz kimi qədimdə ictimai hamam camaatın toplaşıb söhbətləşdiyi, ünsiyyət qurub, asudə vaxtlarını keçirdikləri bir məkan idi. Hamama həm qadınlar, həm də kişilər gedirdilər. Lakin istənilən vaxt deyil, xüsusi olaraq təyin olunmuş günlərdə gedə bilərdilər. Belə ki, həftənin müəyyən günləri qadınlar üçün, digər günləri isə kişilərin gəlməsi üçün müəyyən edilirdi. Bunu xalqa çatdıran isə xüsusi bir şəxs var idi ki, o da cumadar idi. Hətta el arasında “Cumadarın şahlığı hamamçılıqdır” deyə bir atalar sözü də vardır. Hüseynqulu Sarabski köhnə bədii kitabında yazır: “Hamam zənanə (qadın) olanda külxanaçı və ya cumadar hamamın damına çıxar, əlində bir dəmir şeypurla (əyri boru şəklində ağzıgen musiqi və ya siqnal aləti) xalqa səslənərdi. Əhali başa düşərdi ki, bu gün hamam zənanədir. Hamamın qapısından qırmızı mərcanı fitə asardılar ki, yoldan ötən və şeypur səsi eşitməyən kişilər hamamın zənanə olduğunu bilsinlər”. Cumadar eyni zamanda hamama gələnlərin geyimlərinə nəzarət edər, geyinib-soyunmaqda belə bəzən köməklik edərdi.
Bu otaqda döşəmədən 50-60 sm hündürlükdə səkilər vardır ki, onun üzərinə həsirlər (bəzi ağacların liflərindən, küləşdən, qamışdan toxunan məmulat.) sərilirdi. Hal-hazırda ölkənin cənub zonası olan Masallı-Lənkəran bölgələrində toxunur. Girişdəki enli səki isə hamamçı üçün xüsusi olaraq ayrılmış bir yer idi. Kişi hamamı günündə həmin yerdə kişi, qadınların hamam günündə isə qadın əyləşər, ödənişləri toplayardı.
Boğçalar- hamama getmək üçün xüsusi bir hazırlıq edilirdi. Ailədə hər kəsin özünəməxsus kisəsi, daban daşı, qətfə (dəsmal), gilabi (və ya sabun) və hamamda yuyunduqdan sonra geyinmək üçün yeni geyim olurdu. Bəzən isə içməli su, yemək (şirin çörək, meyvə) belə aparırdılar. Bu geyimləri bir yerə toplayıb “sərqətfə” deyilən böyük ölçülü pambıq parça ilə bağlayırdılar. Buna da “boğça” deyilirdi. Bu parçanı qadınlar yuyunduqdan sonra bəzən başlarına da bağlayırdılar. Boğça hamama daxil olduqdan sonra hamamda xüsusi boğçalara nəzarət edən şəxsə verir, çıxarkən də təhvil alınardı.
Ələkbər Rzaquliyev (1903-1974)- boyakarlıq və qrafika janrında bir-birindən maraqlı əsərlərin müəllifidir. Rəssam daha çox qrafika janrında əsərlər yaratmışdır. Yaradıcılığı olduqca çətin bir dövrə təsadüf edən rəssam üç dəfə sürgün edilmiş, lakin buna baxmayaraq rəssamlıqdan uzaqlaşmamışdır. Düşdüyü çətin həyat şəraitinə baxmayaraq yaradıcılığını davam etdirmişdir. Onun əsərləri bir sıra dünya muzeylərində, şəxsi kolleksiya və qalereyalarda, eləcə də yerli muzeylərdə mühafizə edilir. Onun “Köhnə Bakı” silsiləsi (1958–72) adlı qrafik əsərləri sırasında “Azərbaycanlı qadın” (1926), “Hamama gedən qadın” (1961), “Boğça aparan qadın” (1966) adlı əsərlərində boğça təsvirinə rast gəlinir. Bu əsərlər linoqravüra texnikası ilə işlənmişdir (Qrafikanın bir növü olan linoqravüra texnikasında- linoleum üzərində kiçik məxsusi bıçaq vasitəsilə rəsm cızılır. Daha sonra səthin üzəri qatı poliqrafiya rəngi ilə örtülür. Bu texnikanın əsas effekti ağ və qara rəngin kəskin kontrastlarından ibarətdir).
Hamama gedən qadın” (1961)- bu əsərdə dövrün hamam mədəniyyəti (ənənəsi), geyim tərzi haqqında müəyyən nüanslar öz əksini tapmışdır. Əsərdə əlində sərinc, başında boğça hamama gedən qadın təsvir olunmuşdur. Bu əsərə tamaşa edərkən tamaşaçıda hamama gedən qadınların geyimi haqqında müəyyən təsəvvür formalaşır. Linaqravüra texnikası ilə işlənilmiş əsərin ön planında qadın obrazı arxa fonda isə qadın və kişi fiqurları təsvir olunmuşdur. Qadının üzündəki riqab, sərinc, boğça və arxa fondakı kişinin önlüyündəki ağ rəng vasitəsi ilə vurğulanmış ağ-qara rəng sahələrinin ritmik effektindən məharətlə istifadə kompozisiyanın tarazlığını və eyni zamanda cazibədarlığını təmin edir.
Boğça ilə qadın”- rəssam ön planda başında boğça ilə hamama yollanan qadın obrazını təsvir etmişdir. Bu əsər də rəssamın “Bakı tipləri” silsiləsinə aiddir. Əsər digər tablolar kimi qrafikanın linoqravüra texnikasında işlənmişdir. Ön planda qadın obrazı, arxa planda isə tasda paltar yuyan qadın fiquru əks olunmuşdur. Eyni zamanda arxa fonda yaşayış tikililərinin əksi də diqqəti cəlb edir.
Hamam sandığı- hamam həm də sosial vəziyyətin nümayiş edildiyi bir yer olmuşdur. Xanımlar zinət əşyalarını nümayiş etdirmək məqsədilə taxır və hamama girdikdə xüsusi mücrüyə qoyar və qıfılla bağlayırdılar. Bu mücrü isə hamam sandığı adlanırdı. Bəzi imkanlı xanımların hamam sandığını köməkçilərinin daşıdığı haqqında da məlumatlar mövcuddur. Qızıl zinət əşyalarından əlavə bu sandıqda gilabi, sabun, bir sıra kosmetik vasitələr də qoyulurdu. Hamam sandıqları adətən misdən hazırlanırdı. Hamam sandığının üzəri nəbati və həndəsi ornamentlərlə cızma üsulu ilə bəzədilmişdir.

Fitə- hamamda çimərkən belə bağlanılan qumaş parçadır. Əsasən qırmızı rəngdə olur (mərcanı və mavi rəngləri də məlumdur). Fitəni cumadar hamama gələnlərə verirdi.(paylayırdı) Əyinlərini soyunduqdan sonra fitəni bellərinə bağlayıb yuyunma otağına gedərdilər (keçərdilər). Fitə haqqında məlumata Nizami Gəncəvinin “Xosrov və Şirin” poemasında rast gəlinir:
Mavi rəngli fitə bağladı Şirin,

Yüklə 0,86 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin