Hamamıdır. Basqal Hamam Muzeyi



Yüklə 0,86 Mb.
səhifə6/8
tarix18.06.2022
ölçüsü0,86 Mb.
#61779
1   2   3   4   5   6   7   8
hamamlast

Daraq - Daraq insanların qədim kəşflərindən biri hesab edilir. İlk daraqlar sümük, buynuz və ağacdan hazırlanırdı. Arxeoloji qazıntılar zamanı əldə edilmiş daraqlar bunu deməyə əsas verir. Avropada tapılan ilk daraqlar daş dövrünə aid edilir. Bu daraqlar sadə formada hazırlanırdı. Qadınların sevimli bəzək alətinə çevrilən daraqlar zaman keçdikcə bahalı daş-qaşlarla bəzədilir, orta əsrlərdə isə üzərində mifoloji heyvanlar, mələklər təsvir olunurdu. Belə daraqları varlı, kübar qadınlar istifadə edirdi. 1862-ci ildən plasmasın əldə olunması ilə artıq kütləvi daraq istehsalına başlanıldı. Bununla da bütün zümrələrdən olan insanlar asanlıqla daraq əldə edə bilirdilər.

Şərqdə ilk daraq balıq sümüyündən hazırlanmış, daha sonralar isə fil sümüyündən daraqların hazırlanılmasına başlanılmışdır. Azərbaycanda isə III-IV əsrlərə aid daraqlar mingəçevirdə aparılmış arxeoloji qazıntılar zamanı aşkarlanmışdır. Bu daraq sümükdən (heyvan sümüyü) hazırlanmış üzərində heyvan –maral təsvir olunmuşdur. Daraqlar əsasən qadınların istifadə etdikləri bəzək aləti olmuşdur. Lakin zaman keçdikcə kişilər üçün də məxsus daraqlar hazırlanırdı ki, bunlar günümüzdə də olduğu kimi nisbətən kiçik ölçülü olurdu.




Ülgüc- Təqribən bizim eradan əvvəl 330-cu ildə Makedoniyalı İskəndərin hökmranlığı dövründə yunanlar və romalılar təraş olmaq üçün misirlilərin üsulundan – bürünc sıyırıcılardan istifadə etməyə başladılar. Döyüşçülər saqqallarını və saçlarını keçəl qırxmağa başladılar. Çünki dava zamanı düşmənlər onların saçlarından dartırdılar. O dövrdən etibarən üzü tüklü və təraş olmayan insanları “barbar” adlandırmağa başladılar. “Barbar” sözü də latın dilindən tərcümədə saqqal mənasını verir. Zaman keçdikcə ülgüclər daha da təkmilləşir və dünyada yayılmağa başladı. Fərqli materiallardan müxtəlif formalı ülgüclərin hazırlanılmasına başlanıldı.
Əzim Əzimzadə (1880-1943)- 1880-ci ilin aprel ayında Novxanı kəndində anadan olmuşdur. İbtidai təhsilini rus-tatar məktəbində almışdır. Yaradıcılığı boyu əsrlərdən bəri formalaşan Təbriz-Azərbaycan miniatür məktəbinin və rus rəssamlıq məktəbinin ənənələrindən bəhrələnmişdir. Rəssamlığa məşhur «Molla Nəsrəddin» jurnalında öz əsərlərini dərc etdirməklə başlamışdır. 1906-cı ildən «Molla Nəsrəddin», «Baraban», «Zənbur», «Tuti», «Kəlniyyət» və sair jurnalların səhifələrində satirik qrafik karikaturalarını nəşr etdirməklə Azərbaycan satirik qrafikasının əsasını qoymuşdur. 
Əzimzadənin əsərlərinin əsas mövzusunu sosial təzadlar, adətlər və xalqın məişəti təşkil edirdi. Ə. Əzimzadə satirik şair M. Ə. Sabirin “Hophopnamə”sinə çəkdiyi illüstrasiyalarla kitab qrafikası sənətinin də əsasını qoymuşdur. Onun teatrlara çəkdiyi geyim eskizləri və dekorasiyalar Azərbaycan rəssamlığının bu sahədəki inkişafına xüsusi təkan vermişdir. 1920-1943-cü illərdə Ə. Əzimzadə Azərbaycan rəssamlıq texnikumunda müəllim, 1932-1937-ci illərdə isə direktor olmuşdur. Əzim Aslan oğlu Əzimzadə 1943-cü il may ayının 15-də Bakıda vəfat etmişdir. Bakı Rəssamlıq Texnikumu, eləcə də Bakı küçələrindən biri onun adını daşıyır. Yaşadığı evdə rəssamın ev muzeyi açılmış, evin yaxınlılığındakı bağda büstü qoyulmuşdur.
Rəssam yaradıcılığı boyu gündəlik həyat, milli adət-ənənələr və müxtəlif mövzulara müraciət etmişdir. Bunlardan bayramlar, adət-ənənələr mövzusu rəssamın yaradıcıığında önəmli yer tutur. Rəssamın yaradıcılığında bir mövzuya iki dəfə müraciət edərək təzadı aydın şəkildə tamaşaçının diqqətinə çatdırmışdır. Bunlardan “Kasıb evində toy” və “Varlı evində toy”, “Kasıb evində Ramazan bayramı” və “Varlı evində Ramazan bayramı” adlı ikili (qarşılıqlı təzad) əsərlərini nümunə göstərmək olar. Xalqın həyatında mühüm yer tutan hamam mədəniyyətinə həsr edilmiş tablolardan “Qadın hamamı” və “Kişi hamamı” adlı əsərləri də bu qəlibdəndir. Sulu boya ilə işlənmiş əsərlərdə hamam mədəniyyəti haqqında bir sıra məqamlar öz əksini tapmışdır.
Qadın hamamı” əsərində rəssam qadın hamamındakı bir günü təsvir etmişdir. Burada bir çox məqamlar işıqlandırılmış, faktlar öz təsdiqini tapmışdır. Əsərə tamaşa edərkən həmin dövrdə qadınların hamama gələrkən istifadə etdikləri qızıl zinət əşyaları taxdığının şahidi oluruq. Bu təsadüfi deyildir. Çünki hamam qadınların sosiallaşdığı, görüşüb söhbətləşdiyi, bir yerə toplanıb vaxt keçirdikləri (toylardan sonra) yer idi. Bu səbəbdən də zinət əşyalarını nümayiş etdirmək məqsədilə taxırdılar.
Kompozisiyada təsvir olunan obrazların kimisi paltar yuyur, kimisi musiqi ifa edir, kimisi isə çay süfrəsi ətrafında söhbətləşir, istirahət edirlər. Rəssam kompozisiyanın sağında boğçalara nəzarət edən xanımları və ödənişləri toplayan hamamçının təsvirini vermişdir. Əsərdə fitə, sərnic, dolça, boğça kimi hamam aksesuarları öz əksini tapmışdır. Hətta hamamın interyerini belə rəssam xüsusi məharətlə təsvir etmişdir.
Kişi hamamı” əsərində də rəssam eynilə digər əsərdə olduğu kimi kişilərin hamamda keçirdikləri bir günü təsvir etmişdir. Burada öncə qeyd edilən faktlar öz əksini tapır. Həm kişi, həm də qadın hamamında istifadə edilən fitənin isə eyni rəngli olması diqqəti cəlb edir. Burada kişilərin istirahəti, qəlyan çəkməsi, nərd oynaması, qarpız kəsməsi səhnələri əks olunmuşdur. Hər iki əsərdə rəssam hamamlarda insanların istirahət edib dincəldiyini, səmərəli vaxt keçirdikləri bir məkan olduğunu tamaşaçıya çatdırır. Rəssam şux rənglərin tonallığından faydalanaraq xoş əhval ruhiyyə bəxş edən əsərlər yaratmışdır. Ümumi olaraq bu iki əsər hamam mədəniyyəti, hamamda istifadə edilən əşyalar, icra edilən əyləncə və mərasimlər haqqında dolğun məlumat daşıyıcısı kimi də qiymətləndirilə bilər.



Yüklə 0,86 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin