Hamamıdır. Basqal Hamam Muzeyi


Hamamın qızdırılması prinsip-Maket-



Yüklə 0,86 Mb.
səhifə7/8
tarix18.06.2022
ölçüsü0,86 Mb.
#61779
1   2   3   4   5   6   7   8
hamamlast

Hamamın qızdırılması prinsip-Maket- hamamın suyu Külxana adlanan xüsusi olaraq tikilmiş otaqlarda qızdırılırdı. Külxanaya su ovdan adlanan yeraltı su anbarından kəhriz su sistemi vasitəsilə daxil olurdu. Kəhriz qurunt sularını ovdanda toplamaq və ya hansısa müəyyən əraziyə axıdılması üçün orta əsrlərdə istifadə edilən xüsusi qurğu olmuşdur. Külxanada suyun sabit temperaturda qalmasına ocaqçı adlanan şəxs-işçi nəzarət edirdi. Hamam əsasən odunla qızdırılırdı. Qızdırılmış su hamamın döşəməsində və divarlarda quraşdırılmış saxsı borular (tüng) vasitəsilə hamama paylanılırdı. Beləliklə həm hamam qızır, həm də isti su təmin edilirdi. İsti su istifadə edildikcə soyuq su öz axarı ilə ovdandan külxanaya daxil olurdu.


Animasiya- hamamda kisəçi, masaj edən və digər işçilər xidmətlər də göstərirdilər. Bu animasiyada kişi (hamamında göstərilən xidmətlər canlandırılmışdır) hamamındakı xidmət-masaj əks olunmuşdur. Animasiya (19-cu əsrdə Tiflisdə yaşamış məşhur rusiyalı fotoqraf Dimitri Yermakovun fotoları əsasında hazırlanmışdır.
Dimitri Yermakov- 1845-ci ildə Tbilisidə doğulmuşdur. Təhsilini Ananuridəki Hərbi Topoqrafiya Akademiyasında almışdır. 1860-cı illərdə, təhsilini bitirdikdən sonra Tbilisidə özünün "Rembrant" adlı fotostudiyasını açmışdır. 1910-cu ildə Əhməd şah Qacarın (qacarlar nəslinin nümayəndəsi-sonuncu İran şahı) rəsmi fotoqrafı olmuşdur. Əsasən Qafqaz zonası, habelə Mərkəzi Asiya xalqlarının həyatlarını əks etdirən fotolar çəkmişdir. Onun fotoları TiflisTehranMoskvaAmsterdam və Parisdəki muzeylərdə sərgilənir.

OTAQ III
Xəlvətxana- hamamın nisbətən kiçik hücrəsidir ki, bu yuyunmaq üçün (nəzərdə tutulmuş xəvəti məkan) nəzərdə tutlmuşdur. Xəlvətxana sözü tək, kimsənin olmaması mənasını verir. Hamama gələnlər xəlvətxanada yuyunar, daha sonra istirahət güşəsinə keçib dincəlib, istirahət edirdilər. Burada kisə çəkmək üçün xüsusi yer də ayrılırdı. Kisəni xüsusi olaraq bu işlə məşğul olan kisəçi adlanan şəxslər icra edirdi. Kisəçi həm də masaj edirdi. Eyni zamanda burada çimərkən istifadə etmək üçün mis tas və tayqulp qoyulurdu.
(Xəlvətxana sözünə bayatılarda da rast gəlinir:
Həyətləri nanadı;
Qulağında tanadı;
Əyil, üzündən öpüm;
Əcəb xəlvətxanadı! (Bayatı))



Yüklə 0,86 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin