Yorğunluq və ürəkbulanma ... daha bir neçə həftə tab gətirsəniz , əziyyətlər bitəcək. Bel xəttiniz tədricən itməyə başlayır.
Onuncu həftə.
Yorğunluq və ürəkbulanma hələ də Sizi narahat edirsə, bütün səbrinizi toplayın! Daha bir neçə həftə tab gətirsəniz , əziyyətlər bitəcək
(hər halda, hamilə qadınların əksəriyyətində belə olur). Süd vəzilərinin mərkəzi nahiyyəsində mərci dənəsi ölçüsündə düyünlər yarana
bilər. Bunlar “Mantqomeri düyünləri “ adlanır və tər vəzlərinin böyüməsindən başqa bir şey deyil. Bu Sizin orqanizminizdə hamiləlik
nəticəsində yaranan daha bir dəyişiklikdir.
Birinci həftə üçün olan tövsiyyələri yaddan çıxarmayın.
GƏLƏCƏK UŞAQ
Ibrahimova B.
14
02/02/2002
Sizin körpəniz inkişafının yeni mərhələsinə - fetal dövrə daxil olur. Indi o, döl adlanır. Bu an üçün o, artıq möhtəşəm nailiyyətlər əldə
etmişdir!
Oynaqlar, əl və ayaq barmaqları, qulaq seyvanları, üst dodaq formalaşmışdır. Diafraqma – qarın boşluğu ilə döş qəfəsini ayıran pərdə
demək olar ki, hazırdır. Xarici cinsi orqanların formalaşması başlanır. “Quyruq” itir. Süd dişlərinin əsası (onlar həyatın birinci ilində
çıxacaq) inkişaf etməyə başlayır.
Körpə komfort bir şəkildə amnion mayesi (və ya dölyanı sular) ilə dolu olan döl qovuğunun içərisində yerləşir. Qovuqdakı mayenin
miqdarı – 20 ml – dir. O demək olar ki, şəffafdır. Körpənin gözləri geniş açılmış vəziyyətdədir, lakin onun görmə qabiliyyətinin olub-
olmaması haqqında heç bir mülahizə yürütmək mümkün deyil.
Dölün çəkisi 4 qrama qədərdir, “təpə”dən “sağrı” nahiyyəsinə qədər olan üzünlüğü 27-35 mm-dir. Əgər o, uşaqlıq divarına toxunursa,
divardan təkanla aralana bilər! Lakin Siz hələ bunu hiss edə bilməzsiniz.
Bu dövrdə hamilə qadınların çəkisinin çox artması demək olar ki, təsadüf olunmur...
On birinci həftə
Ibrahimova B.
15
02/02/2002
Yəqin ki, əhval-ruhiyyənizin sonsuz dəyişmələri Sizi təngə gətirib. Qadınların bir çoxu menstruasiyadan əvvəl olduğu kimi, hamiləlik
zamanı da emosional sferanın qeyri-sabitliyini (sinir sisteminin hədsiz qıcıqlanması, narahatlıq və səbəbsiz həyəcan, kövrəklik) hiss
edirlər. Bunun da səbəbi Sizin orqanizminizdə gedən hormonal dəyişikliklərdir.
Hər bir qadın özünəməxsus tərzdə belə emosional qarışıqlıqdan çıxış yolu tapmağa çalışır. Kimi başını ev işləri ilə qatır, kimi xobbisi ilə
daha da sıx məşğul olur. Bəzi qadınlar təsdiq edirlər ki, ən yaxşı çıxış yolu öz hisslərini nəzarət altına almaq, yəni meditasiya ilə məşğul
olmaqdır. Bunun üçün satışda olan xüsusi audio, video kasetlərdən, CD disklərdən istifadə etmək olar. Peşəkar psixoterapevtin
məsləhəti də effektiv ola bilər.
Təbii ki, Sizin qeyri-sabit əhvalınız həyat yoldaşınız üçün də ağır yükə çevrilir. O hər şeyi anlayışla qarşılamalıdır. Sevən insan hər cür
yardıma hazır olmalıdır. Çox vaxt bu yardım sadəcə olaraq, təsəlli verməkdən, səbirli olmaqdan, qayğı göstərməkdən ibarət olur. Bunda
çətin nə var ki? Buna baxmayaraq, heç vaxt ona təşəkkür etməyi unutmayın. Bu Sizə nə qədər asan gəlsə də yaddan çıxarmayın ki, bizim
yaşadığımız keşməkeşli zamanda hətta sadəliklər üçün belə, onlar bütün mənəvi imkanlarını səfərbər etməli olurlar. Həyat yoldaşınız bu
dövrdə əsil mənada arxa olmalıdır.
Əgər Sizi narahat edən psixoloci problemlər dayanıqlıdırsa, hətta getdikcə artırsa, ixtisaslı həkimə müraciət edin. Yadda saxlayın: Sizin
kimi problemləri olan qadınların 100-dən 99-na tez və müsbət nəticə verən yardım göstərmək olar.
Birinci həftə üçün olan tövsiyyələr hələ də öz mənasını itirməyib.
GƏLƏCƏK UŞAQ
Böyüyürük! Artıq körpənin çəkisi 7 qramdır. Xarici görünüş öz qeyri-adiliyini saxlayır: yuxarı ətraflar aşaği ətraflara nisbətən daha uzun
görünür. Bədənə nisbətən baş hissəsinin ölçüləri daha böyükdür. Qoy bu Sizi narahat etməsin – dünyaya gəlişinə yaxın bütün bu
uyğunsuzluqlar aradan qalxacaq (nə vaxtsa, Siz də bu şəkildə olmusunuz). Bu həfə döş sümüyünün formalaşması sona çatır. Əl və ayaq
barmaqları hələ də inkişafdadır.
Yeni “xəbər”: gözün qüsehli qişası (göz rəngini göstərən hissə) inkişafa başlayır.
Sonoqramda döl delə görünür:
Ibrahimova B.
16
02/02/2002
Ümumi vəziyyətin yaxşılaşma əlamətləri yarana bilər. Dölün çəkisi 14 qram, uzunluğu 9 sm-dir!
On ikinci həftə.
Bir çox hamilə qadınlar bu həftəni “köklü dəyişikliklərin” başlanğıcı kimi yadda saxlayacaqlar. Istərdik ki, Siz də bu xoşbəxt qadınlar
sırasında olasınız və nəhayət Siz erkən toksikozun “sərt caynaqlarından” azad olasınız.
Hamiləliyin normal gedişi üçün lazım olan hormonların ifrazında aparıcı rol ciftin üzərinə düşür. Hamiləliyin lap əvvəlində bu vəzifə
yetkin yumurta hüceyrənin yerində yaranmış sarı cismin öhdəsində idi. 2,5 ay ərzində Sizi narahat edən də məhz onun fəaliyyəti idi.
Indi Siz solmaqda olan sarı cismin “ölümünə” “sevinə” bilərsiniz. Amma yaxşı olar ki, bütün “şıltaqlıqlarını” ona bağışlayıb, xoş sözlə
yola salasınız. Çünki, yaratdığı bütün əziyyətli, xoşagəlməz hadisələrə baxmayaraq, gələcəkdə Sizin həyatınızın mənasını təşkil edəcək
körpənin dünyaya gəlməsində onun da rolu var, həm də çox böyük rolu!
Lakin bəzi hamilə qadınlarda toksikoz əlamətləri daha uzun müddət davam edir, xüsusən, çoxdöllü hamiləliklərdə.
GƏLƏCƏK UŞAQ
Inkişaf tam həcmi ilə davam edir. Artıq körpənin qara ciyəri öd (gələcəkdə yağların həzminə xidmət edəcək maddə) ifraz etməyə
başlamışdır. Bağırsaqlar da öz qabiliyyətini yoxlamlq məqsədi ilə ara-sıra yığılmalar yerinə yetirirlər. Belə yığılmalar peristaltika adlanır.
Bağırsaqların peristaltikası qəbul edilmiş qidanın tədricən əks istiqamətdə deyil, məhz ağız boşluğundan ... doğru hərəkət etməsini
təmin edir. ÜÇ nöqtənin yerinə lazım olan sözü özünüz qoyun.
Ibrahimova B.
17
02/02/2002
Baş beynin inkişafı davam edir. Indi o, yetkin insanın kişik ölçülü maketini xatırladır. Bu təəccüb doğurmamalıdır, çünki, onun çəkisi
cəmi 13-14 qrama qədərdir, ümumi uzunluğu isə 9 sm-dir.
Ikinci kvartalda Sizi xoş gördük! Körpənin süd dişləri formalaşmışdır.
On üçüncü həftə.
Ikinci kvartalda Sizi xoş gördük! Sizi təbrik edirik – yolun üçdə birini arxada buraxdınız. Əgər Sizə verilən proqnozlar özünü
doğrultmayıb və hələ də toksikozdan əziyyət çəkirsinizsə, ruhdan düşməyin. Tezliklə vəziyyət yungulləşəcək.
Bu mərhələdə Əlahəzrət Hamiləlik qadınlara daha bir sürpriz təqdim edə bilər. Söhbət qəbzlikdən gedir. Bu hal bir qədər əvvəl və bir
qədər sonra da yarana bilər.
Qəbzliyin yaranması hamilə qadının bağırsaqlarında peristaltikanın zəifləməsi ilə əlaqədardır. Bu o deməkdir ki, qida hissələri
bağırsaqların daxilində əvvəlkinə nisbətən daha zəif sürətlə hərəkət edir, buna görədə orada bərkiyir və tıxanıb qalır. Peristaltikanın
pozulması hormonal dəyişikliklərlə bağlıdır. Eyni zamanda böyüməkdə olan uşaqlıq da qəbizliyin yaranmasına təsir göstərir. Get-gedə
uşaqlığın ölçülərinin artması qarın boşluğunda bağırsaqların yerini dar edir. Halbuki, uşaqlığın böyüməsi daha sonrakı dövrlərdə
qəbizliyin yaranma səbəbinə çevrilir.
Qəbzlik gələcək anaya heç də yaxşı ümidlər vermir. Bu hal özü – özlüyündə mənfi hisslər yaratması ilə yanaşı, həm də ağırlaşmalar verə
bilər. Hamiləlik zamanı qəbzlik, sonralar əksər hallarda babasil deməkdir. Bu, düz bağırsaq venalarının müxtəlif ölçülü düyün şəkilli
varikoz genişlənməsidir. Babasil düyünləri həm daxildə (düz bağırsaq mənfəzində) həm də xaricdə (anal dəlik nahiyyəsində) yerləşə
Ibrahimova B.
18
02/02/2002
bilər. Babasil düyünlərinə hamiləlik zamanı kifayət qədər tez-tez təsadüf olunur. Lakin onlara diqqətlə yanaşdıqda, özlərini “sakit
aparırlar”. Əks halda babasil düyünləri iltihablaşaraq, Sizə kəskin ağrı və qanaxma şəklində narahatlıqlar yarada bilələr. Babasildən yaxa
qurtarmaq az faiz təşkil edən xoşbəxt qadınlara müyəssər olur, lakin qəbzliyə müharibə elan etməklə bunun qarşısını almaq olar.
Sizə bir neçə məsləhət verə bilərik:
Qəbul etdiyiniz qida əsasən bitki mənşəli olmalıdır. Bitki məniəli qida tam həzm olunmur lakin nəcis kütləsinin həcminin artmasına, bu
da öz növbəsində dolmuş bağırsağı daha fəal işləməyə məcbur edərək, azad olmasına səbəb olur. Doğrudur, bəzi bitkilər məsələn, lobya,
kələm qazəmələgəlmə prosesini artıraraq, qarnın köpməsinə səbəb olur. Yaxşı olar ki, bu məhsullardan imtina edəsiniz. Əgər Siz bu
məhsulları qəbul edib, belə halla qarşılaşmısınızsa, o zaman, bir neçə fincan çobanyastığı çayı və ya bir neçə həb aktivləşdirilmiş kömür
qəbul edin. Bununla Siz körpəyə heç bir ziyan vurmayacaqsınız.
Təbii xüsusiyyətləri hesabına qarına yumşaldıcı təsir göstərən məhsullardan istifadə edin. Rəndələnmiş çuğundur vəya onun şirəsi əksər
qadınlara belə təsir göstərir.100-150 ml qaynadılmış suya bir dessert qaşığı bal əlavə edib, içmək də yaxşı effect verə bilər. Bu “eliksiri” ac
qarnına içib, sonra ilıq isitqac qoymaqla, sol yanı üstə uzanmaq lazımdır. Rəfiqələrinizlə məsləhətləşin, yəqin ki, qəbzliyə “qalib” gəlmək
üçün onların da Sizə verə biləcək yoxlanmış üsulları vardır. Lakin əgər əldə etdiyiniz məlumat Sizə inandırıcı gəlmirsə, onu tətbiq
etməzdən əvvəl mütləq həkiminizlə məsləhətləşin. Bu, xüsusilə qarına yumuşaldıcı təsir edən dərman preparatlarına aiddir. Bu
preparatları ancaq həkim təyin edir.
Qarnı bağlayan məhsulların (bəzi armud növləri, düyü, çoxlu miqdarda xaş-xaş və s.) qəbulundan imtina edin. Bu məhsullarsız da
qəbizliyin yaranması üçün kifayət qədər səbəb var.
Mümkün qədər aktiv hərəkət recimini saxlamağa çalışın. Piyada gəzin, su hovuzunu və fiziki məşğələləri yaddan çıxarmayın. Əgər
bütün bu tədbirlər Sizə kömək etməzsə, həkimə müraciət edin. Indi satışda geniş çeşiddə dərman preparatları var və mütəxəssis Sizin
üçün optimal olanını təklif də bilər.
GƏLƏCƏK UŞAQ
Bu həftədə çox mühüm hadisələr baş verir. Bütün 20 ədəd süd dişi artıq formalaşmışdır (onlar səbirsizliklə öz vaxtlarını gözləyirlər). Döl
bağırsaqları qarın boşluğunda öz yerini tutur, onun daxilində həzmdə böyük rolu olan kirpiklər əmələ gəlir. Artıq körpənin mədəaltı
vəzi insulin ifraz edir.
Ibrahimova B.
19
02/02/2002
Döl, təqribən, 28 gramdır.
Şəklə diqqət yetirin – dölün ayağı demək olar ki, tam formalaşmışdır. Təəccüblüsü burasıdır ki, bu hadisə çox böyük sürətlə gedir.
Qarın divarının ortasında tünd rəngli xətt əmələ gələ biər.
On dördüncü həftə
Bir çox qadınlar bildirirlər ki, hamiləliyin nə olduğunu ancaq toksikoz bitdikdən sonra hiss etmişlər.
Ibrahimova B.
20
02/02/2002
Bu doğrudan da belədir, çünki, qadınlarda analıq hissi məhz birincidən ikinci kvartala keçid dövründə yaranır. Bu hiss gün-gündən
möhkəmlənir və bu, hər bir qadının keçirə biləcəyi ən möhtəşəm hissdir. Bu hissi əzizləyin, onun qədir-qiyəmtini bilin. Məhz bu hiss
hamiləlik zamanı baş verə bilən irili-xırdalı bütün çətinliklərdən keçməyə Sizə kömək edəcək.
Beləliklə, Siz hamiləliyin çiçəklənmə dövrünün astanasındasınız. Ona görə indi irəlidə yarana biləcək müxtəlif çətinliklərdən söhbət
açmaqla, Sizin kefinizi pozmaq istəməzdik. Hələ bu barədə danışacağıq.
GƏLƏCƏK UŞAQ
Dölün uzunluğu 12,5 sm-dir.
Körpənin orqanizmində artıq sidik əmələ gəlir və o, sidiyi dölyanı sulara ifraz edir. Həmçinin, döl, dölyanı suları ağciyərlərinə çəkib
sonra xaric etmək yolu ilə doğulduqdan sonra tənəffüs etmək üçün məşq edir. Mədəaltı vəz boyatmada və maddələr mübadiləsində çox
böyük rolu olan insulin hormonu ifraz etməyə başlayır.
Ibrahimova B.
21
02/02/2002
Alfa – fetoproteinin, xorion qonadotropininin və konyuqasiya olunmamış estriolun səviyyəsini yoxlamaq üçün qan vermək lazımdır.
On beşinci həftə.
Beləliklə yəqin ki, Siz “Hamiləliyin II kvartalı” adlı tamaşada aldığınız rolu hərtərəfli qavramısınız. Ümid edirik ki, belə bənzətmələr
Sizin də xoşunuza gələcək. Qürur hisi ilə Gələcək Ana adını daşıya bilərsiniz. Sizin ailə üzvəriniz də bu faktı hər an yadda saxlamlıdır.
Adətən, bu dövr üçün artıq baş verəcək artım hadisəsinə ailədə “işçi” bir münasibət yaranır. Hər bir ailə üzvü bacardığı kimi yardım
göstərməyə və dəstək olmağa çalışır. Bu cür münasibəti düzgün qiymətləndirməyə çalışın, çünki bütün bu hadisələr ailə münasibətlərini
daha da möhkəmləndirir.
Güzgüyə baxdığınızda imicinizdə daha bir dəyişikliyin baş verdiyini görə bilərsiniz. Bu, qasıq bitişməsindən göbəyə qədər uzanan tünd
rəngli xətt ola biər. Melanin piqmentinin toplanması olan bu xətt, hormonların daha bir “şıltaqlığıdır”. Narahat olmağına dəyməz,
doğuşdan sonra bu xətt itəcək.
GƏLƏCƏK UŞAQ
Uşağın başında tük əmələ gəlir. Əlbəttə ki. bunlar sonralar daraqla daradığımız saçlar deyil. Dərisi hələ çox zərifdir, rəngi çəhrayıdan
daha çox qırmızıdır. Alimlərin hesablamalarına görə bu dövrdə körpənin kiçicik ürəyi sutka ərzində 23 litr qan qovur!
Körpə vaxtaşırı sidik kisəsini boşaldır. Sidik amnion sularına qarışır və onun tərkibini sabit saxlayır. Lakin körpənin sidiyindən başqa
dölyanı suların əsasını döl qovuğunun hüceyrələrinin ifraz etdiyi maddələr təşkil edir.Bu hüceyrələr sutka ərzində 8-10 dəfə yeniləşir.
Bu proses lazımi kimyəvi tərkib (suyun, mineral maddələrin və kimyəvi maddələrin nisbəti) saxlamaqla, sterilliyi qorumağa imkan verir.
Döl qovuğunun və dölyanı suların çox böyük əhəmiyyəti var. Həm dölü mexaniki zədələnmələrdən qoruyur, sərbəst hərəkti təmin edir,
həzm sisteminin ağciyərlərin və böyrəklərin inkişafına yardım edir. Birinci növbəfə döl qovuğu və onun içərisindəki maye körpənin
yaşadığı ilk məkandır.
Körpə aktiv olaraq bu məkanı tədqiq edir, onunla kimyəvi maddələr və informasiya mübadiləsi aparır. Bu məkanın çox komfortlu
olduqunu da qeyd etməliyik. Təsəffür etməyə çalışın – ilıq, təmiz, demək olar ki, şəffaf maye; həyatın kəskin reallıqlarını – dünya ətalət
Ibrahimova B.
22
02/02/2002
qanunu, gözqamaşdırıcı işıq, sənaye hay-küyünün xaosu kimi narahatlıqların hiss olunmadığı bir məkan, çəkisizlik, tutqun işıq, dölyanı
sulardan keçən müxtəlif ahəngli səslər.
Durmaq bilməyən yapon alimləri “süni uşaqlıq” yaratmışlar. Bu, içərisindəki şərait bətndaxili şəraitə yaxınlaşdırılmış bir kameradır.
Kamera elastik materiallardan hazırlanıb, içərisi də xüsusi maye ilə doldurulub. Böyük adam dölə xas tərzdə forma alarsa, orada tam
yerləşə biər. Bu “süni uşaqlıqda” olmuş insanların keçirdiyi hissləri xəbər alarkən, bu cür yüngüllük, komfort, relaksasiya və müdafiyə
hissinin heç vaxt keçirmədiklərini söyləmişlər (daha doğrusu uzun zamandan bəri keçirmədikləri).
Su – körpənin ən sevdiyi və alışdığı bir məkandır. Bu səbəbdən suda doğuş və çox erkən zamanlarda uşaqlara üzməyin öyrədilməsi
ideyası geniş populyarlıq qazanmışdır. Qabaqcıl uşaq klinikalarında müxtəlif çatmamazlıqları olan uşaqlara bərpa tədbirləri apararkən,
su məşğələlərindən və “quru immersiyadan” (çəkisizlik şəraitinin yaradılması) istifadə edirlər.Sizin körpə dünyaya göz açdıqdan sonra,
onun çimizdirmə mərasimərini, ona sevinc bəxş edəcək sehrli bir hadisəyə çevirməlisiniz. Bu hadisə hələ 6 ay sonra baş verəcək. Lakin,
indidən bu barədə fikirləşmək ziyan etməz (körpənin yolunu gözləyərək, xəyal qurduğunuz axşamlarda).
Bu dövrdə körpənin görünüşü belədir. Onun baş barmağını necə sorduğunu irəlidə görəcəksiniz.
Ibrahimova B.
23
02/02/2002
Bu həftə Siz ilk dəfə dölün hərəkətini hiss edə bilərsiniz. Ultrasəs müayinəsi vasitəsilə dölün cinsini təyin etmək mümkündür.
On altıncı həftə.
Bu həftə Siz ilk dəfə dölün hərəkətini hiss edə bilərsiniz. Ultrasəs müayinəsi vasitəsilə dölün cinsini təyin etmək mümkündür. Əgər bu
birinci hamiləlik deyilsə, və ya, hamilə qadın bədən quruluşuna görə zərifdirsə, bunu hiss etməsi daha realdır. Qadınlar təkrar hamiləlik
zamanı birinci hamiləlikdən fərqli olaraq, dölün tərpənməsini 2-4 həftə əvvəl hiss edirlər. Bunun səbəbi odur ki, belə qadınlar artıq bu
hisslə tanışdırlar. Ilkin hamiləlik zamanı qadınların 22-23 həftəyə qədər dölün tərpənməsini hiss etməməsi heç də təəccüblü deyil: bu
tərpənişlər sonrakı təpiklərdən çox daha zəifdir.
Ilk tərpəniş tarixi doğuş tarixini hesablamağa kömək edə bilər. Lakin bu göstəricinin dəqiqliyi o qədər də yüksək deyil.
Alfa – fetoproteinin, xorion qonadotropininin və konyuqasiya olunmamış estriolun səviyyəsini yoxlamaq üçün qan vermək lazımdır.
Bəzi fərdi xəstəliklər (məs: Daun sindromu, kəllə-beyin yırtığı, anensefaliyalar, qarnın ön divarının parçalanması və s.) zamanı bu
Ibrahimova B.
24
02/02/2002
göstəricilər normadan uzaqlaşa bilər. Belə müayinələrin nəticələri bu cür xəstəliklərə olan şübhələri ya təsdiq ya da inkar edə bilər. Bu
müayinələrin aparılması üçün qanınızı gələn həftədə də verə bilərsiniz. Əsas olan odur ki, 15 – ci və 20 - ci həftələr arasındakı müddət
ərzində 1-2 həftəlik intervalla 2 dəfə qan verəsiniz. Məsələn, 16 və 19-cu həftədə, və ya 17 və 20-ci həftədə. Bu məqsədlə ginekoloqunuza
və ya tibbi – genetik məsləhətxanaya müraciət edin.
GƏLƏCƏK UŞAQ
Körpə Sizin və Tanrının köməyi ilə öz üzərində yorulmadan çalı.maqda davam edir.
Indi onun qulaq seyvanları demək olarki, öz yerini tutmuşdur. Daha öncə onlar daha aşağıda yerləşirdilər (yəni, boyuna daha yaxın).
Daha bir cizgi – dırnaqlar tam olaraq, formalaşmışdır.
Böyrəklər və sidik kisəsi tərəfindən də irəliləyiş var – hər 45 dəqiqədən bir körpə sidik ifraz edir. Əl ayaq hərəkətlərinin koordinasiyası
artır. Körpənin boyu da artmışdır – onun tam uzunluğu 16 sm-dir!
Bu isə söz verdiyimiz görüntü: körpə baş barmağını sorur. Bu, belə qəbilədən olan son şəkil deyil (çünki, bu vərdiş doğuşa qədər davam
edir).
Körpənin çəkisi 140 qr-dır.
On yeddinci həftə.
Ibrahimova B.
25
02/02/2002
Uşaqlığınızın dibi qasıq bitişməsi ilə göbək arasında olan məsafənin tam ortasına uyğun gəlir. Əgər qasıq bitişməsinin harada
yerləşdiyini bilmirsinizsə, aydinlaşdırırıq: barmağınızı göbəkdən aşağı düz xətt boyunca aparın , sumuk hiss etdiyiniz yer qasıq
bitişməsidir.
Orqanizminiz dövran edən qanın həcmini artırır. Bu, dölü qidalandırıcı maddələr və oksigen ilə təmin etmək üçün vacibdir. Ürəyinizin
işi də bu arada artmışdır, çünki, əlavə qan həcmini damarlara qovmaq üçün əlavə səylər gərəkir. Ürəyin nasos funksiyası 20% artır.
Bəzən bu əlavə səy özünü göstərir. Ola bilər ki, tərləmə və uşaqlıq ifrazatı artsın – bu, orqanizmdə həmişəkindən daha çox mayenin
dövran etməsindən irəli gəlir. Bunlar təhlükəli deyil. Sadəcə olaraq, qigiyena tədbirlərinin artırılmasını tələb edir. Alfa – fetoproteinləri
unutmayın (əvvəlki həftəyə bax).
GƏLƏCƏK UŞAQ
Dölün çəkisi – 140 qrama yaxındır.
Bu həftədə yeni strukturlar yaranır. Körpə əldə etdiyi nailiyyətlərdən istifadə etməyi öyrənir. Sizdən çox uzaq olmayan səslərə reaksiya
verir. Bəzi elmi tədqiqatlar göstərir ki, ultrasəs skanerindən istifadə eyməklə, ananın qarın divarına yaxın yerləşdirilmiş dinamikdən səs
siqnalları verildikdən sonra dölün hərəki aktivliyinin dəyişilməsini aşkar etmək olar. Bu o deməkdir ki, körpənizin estetik tərbiyyəsi ilə
məşğul olmağın vaxtı çatmışddır. Bu həftədən başlayaraq “Dinləyicilərin arzusu ilə” rubrikası altında konsertlər təşkil etməyə başlayın.
Istənilən ifaçı ola bilər. Özünüz də müşayətlə və ya müşayətsiz mahnı ifa edə bilərsiniz. Repertuar zəngin olmalıdır – folklor xalq
mahnılarından başlamış indi populyar olan mahnılara qədər.
Körpənin atasını da bu işə cəlb edin - əgər oxumağı sevmirsə, şer desin. Sadəcə körpə ilə söhbət etsin.
Aktiv şəkildə audio apparatlardan istifadə edə bilərsiniz. Körpə hələ səsləri və musiqi alətlərinin səslənməsini qiymətləndirə bilməsə
də ,bu işi gecikdirməyin. Sonralar belə müsiqi təhsili almış körpə ilə oynamaqdan həzz alacaqsınız. Çünki. bir neçə aydan sonra Sizin
körpəniz əsil sənət bilicisinə cevriləcək, o, həm qiymətləndirməyi, həm də tənqid etməyi bacaracaq. (Sizin ona təklif etdiyiniz konsert
proqramlarına cavab olaraq, etdiyi təpik və itələmələr vasitəsi ilə öz fikrini bildirəcək – həm də özünəməxsus qaydada).
Ibrahimova B.
26
02/02/2002
Yatmaq və uzanmış vəziyyətdə dincəlmk artıq Sizin üçün çətin ola bilər.
On səkkizinci həftə.
Yatmaq və uzanmış vəziyyətdə dincəlmk artıq Sizin üçün çətin ola bilər. Beləki, üşaqlıq böyüyür və get – gedə özü üçün garın
boşluğunda daha geniş yer tələb edir. Yatmaq və uzanaraq istirahət etmək üçün daha optimal vəziyyət tapmağa çalışın, döş
nahiyyəsinin və ayaqların altına döşəkçələr qoyun. Fantaziyanızı işə salaraq, döşəkcələrdən optimal rahatlıq yaradan bir taxt qurun. Üfqi
vəziyyət almazdan əvvəl, çanaq hissəsi ilə əyilmə və fırlatma hərəkətləri edə bilərsiniz. Tez-tez sidiyə getməyi unutmayın. Dolu sidik
kisəsi diskomfort hissini daha da artırır.
GƏLƏCƏK UŞAQ
Dölün ümumi uzunluğu – artıq 20,5 sm-dir! Çəkisi təxminən 200 qramdır. Sümüklər bərkimyə başlamışdır. Əl və ayaq falanqaları
formalaşmışdır. Barmaqların üzərində barmaq izləri adlanan təkrarolunmaz naxışlar əmələ gəlir.
Ibrahimova B.
27
02/02/2002
Ümid edirik ki, doğuş üçün psixo-profilaktik hazırlığı və Analıq məktəbini unutmamısınız?!
On doqquzuncu həftə.
Ümid edirik ki, doğuş üçün psixo-profilaktik hazırlığı və Analıq məktəbini unutmamısınız?!
Əgər bu barədə məlumatınız yoxdursa, ginekoloqunuza sorun. Əgər bu məşğələlərin tarixi təyin olunubsa, gözləyin. Bir sıra məişət
çətinliklərini bəhanə gətirməklə bu məşğələlərdən boyun qaçırmaq məsləhət deyil.
Rusiyada, Yaponiyada və ABŞ-da aparılan statistik tədqiqatlar birmənalı olaraq, təsdiq edir ki, bu növ hazırlıq kursu keçmiş qadılarda
doğuş ağırlaşmaları daha az olur.
GƏLƏCƏK UŞAQ
Boy artmaqda davam edir. Bu həftə döl artıq 230 qrama yaxın çəkidədir. əgər döl qadın cinsindəndirsə, onunyumurtalığında artıq
primiti yumurta hüceyrələri var. Bu yumurta hüceyrələri Sizin gələcək nəvələriniz ola bilər!
Dölün bədənində tüklər əmələ gəlir (lanuqo). Doğuşdan az əvvəl bu tüklər itəcəkdir. Bəzən körpə doğulduqda bədənin ayrı-ayrı
yerlərində lanuqo qalıqları müşahidə olunur.
Süd dişlərindən dərində yerləşən daimi dişlərin əsası qoyulmuşdur.
Ibrahimova B.
28
02/02/2002
Artıq hamiləliyin orta həddini keçmisiniz!
Təbriklərimizi qəbul edin!
Iyirminci həftə.
Uşaqlıq daha da yuxarı qalxır və artıq qarnınız irəliyə doğru çıxa bilər. Bu əlamət hamiləliyin müddətinin artması ilə yanaşı tədricən
özünü daha qabarıq göstərəcək. Bu mərhələdə elə tənəffüslə probleminiz yarana bilər, çünki, qarın boşluğu orqanları diafragmanı yuxarı
itələyir, bununla ağciyərlərin sərbəst hərəkətini məhdudlaşdırır. Adətən bu əlamət döl çanaq boşluğuna oturana kimi davam edir. Ilk
hamiləlikdə bu, doğuşdan bir neçə həftə əvvəl, sonrakı hamiləlikdə isə tam doğuşdan əvvəl baş verir.
Siz daha tez-tez sidiyə getməlisiniz, bu Sizə qəribə gəlir, deyilmi?
Artıq hamiləliyin orta həddini keçmisiniz! Təbriklərimizi qəbul edin! Həyat yoldaşınızdan hədiyyə istəyə biərsiniz – siz bunu haqq
etmisiniz!
Ibrahimova B.
29
02/02/2002
GƏLƏCƏK UŞAQ
Soyulan dəri və tökülən lanuqadan pendirvari maddə yaranır. Bu ağımtıl – krem rəngli maddə körpənin qırışlarını, bəzi nahiyyələrini
örtür. Onun vəzifəsi dərini qorumaqdır. Bəzən bu maddə doğuşa qədər saxlanılır və doğuşdan sonra onu ilkin tualet zamanı steril
salfetlərlə silirlər.
Siz artıq körpənin hərəki aktivliyi əsasında onun yatma və oyanma vaxtlarını təyin edə bilərsiniz. Dölün çəkisi – 230 qramdır, boyu 25
sm-dir.
Bu həftədə dölün xarici görünüşü. Diqqət yetirin: bəlkə gələcək körpənin cinsi barədə mülahizə yürüdə bildiniz?!
Sizin döl hələ də uşaqlıq daxilində istədiyi kimi hərəkət edir.
Iyirmi birinci həftə.
Yəqin ki, bir çoxları Sizin gələcək körpənizin hansı cinsə mənsub olduğunu müəyyən etmək istəmişlər. Lakin onların istifadə etdiyi
üsullar artıq bir əfsanə, nağıl kimi səslənir. Buna baxmayaraq, əksər hamilə qadınlar, xüsusi ilə birinci hamiəlik zamanı, bu üsullara əl
atırlar. Bu bir əyləncəyə çevrilir. Bəziləri isə bu üsulları sinirləndirici hesab edirlər.
Ibrahimova B.
30
02/02/2002
Dölün cinsini təyin etmək üçün istifadə edilən üsullar (məs. populyar curnal və qəzetlərdə çap olunan çin diaqramları kimi) əyləncəli ola
bilər , lakin əldə olunan proqnozun duzgunlüyü böyük sual altındadır. Ona görə, gələcək körpənin cinsi Sizi çoz maraqlandırırsa, körpə
özü bunu aydınlaşdırmağa mane olursa (bəzən körpələr ultrasəs müayinəsi zamanı elə vəziyyət alırlar ki, onların cinsi orqanlarını
görmək mümkün olmur), o zaman hələlik bu üsullarla başınızı qata bilərsiniz.
GƏLƏCƏK UŞAQ
Sizin döl hələ də uşaqlıq daxilində istədiyi kimi hərəkət edir. Bu o deməkdir ki, körpə səhər baş aşağı, günorta yer səthinə paralel,
axşama doğru isə başı ilə uşaqlıq dibinə dirənmiş şəkildə dayana bilər. Bu yerdəyişmələr zamanı Sizin nə hiss etdiyiniz onu tamamillə
maraqlandırmır. Hamiləliyin bu kvartalının sonuna doğru döl bu vəziyyətlərdən birində dayanır. Bəzi döllər daha gec dövrlərə qədər
hərəkət etməkdə davam edirlər.
Körpəniz artıq 370 q cəkidədir.
Körpənin öz baş barmağına olan sevgisini göstərən daha bir fotoşəkil.
Çox vaxt ailə cütləri hamiləlik müddəti boyunca cinsi əlaqə problemini müzakirə edirlər.
Ibrahimova B.
31
02/02/2002
Iyirmi ikinci həftə
Bu arada Sizin sağlığınızın yaxşı olmasından əminik. Çox vaxt ailə cütləri hamiləlik müddəti boyunca cinsi əlaqə problemini müzakirə
edirlər. Bəzən isə bu məsələ heç müzakirə olunmur. Bəzən insanlar bu dövrdə aparılan cinsəl həyat haqqında yanlış fikirdə olurlar.
Hamiləliyin ilk üç ayında toksikoz vəziyyətində olarkən, təbii ki, qadınların seksual aktivliyi enir, kişilərdə isə eyni səviyyədə qalır. Bu
səəbdən ilk 12 həftə ərzində cinsi əlaqə alternativ formalarda aparıla biər (adi vaginal forma olmaya da bilər).
Ikinci kvartal başladığında, hamilə qadının əhval yaxşılaşdıqca, onun seksual aktivliyi də artır. Cinsi həvəs(libido) də artır. Qadın
orqanizmində dolaşan qanın miqdarı artdığından cinsi orqanlardan olan ifrazat da güclənir, erogen zonalar daha həssas olur. Qadınlar
cinsi əlaqədə olarkən daha tez orqazm keçirirlər. Hətta multiorqazm yaşayanlar da ola bilər. Statistik məlumata əsasən bəzi qadınlar
məhz bu dövrdə orqazm keçirməyə başlayırlar. Kişilərin əksəriyyəti bu dövrdə cinsi əlaqələrin dölə ziyan verəcəyindən ehtiyat edirlər.
Gələcək atalar “sevgi səhnəsinin” baş verdiyi yerin çox yaxınında yerləşən “lal bir seyrcinin”hər şeyi hiss edə biləcəyini düşünərək,
sıxılırlar.
Bəlkə də aşağıda verdiyimiz informasiya bu şübhə və sıxıntıları aradan qaldırmağa kömək edə bilər. Bu dövrdə cinsi əlaqəni
məhdudlaşdıran bir neçə səbəb var. Yəqin ki, bu səbəbləri ginekoloq Sizə söyləyib. Bu Sizi narahat edirsə - həkimə sual verin.
Digər hallarda isə “olum və ölüm?” sualı yersizdir. Ürəkli olun! Siz dölə ziyan vura bilməzsiniz. Əvvala, döl, qişalar və dölyanı sular
vasitəsilə mühafizə olunur. Ona görə adi cinsi akt ona heç bir zərər verə bilməz. Ikincisi, ailə cütlərinə arzuolunmayan hamiləlik qorxusu
olmadan cinsi əlaqədə olmaq fürsəti çox az halda verilir. Hamiləlik dövründə isə bu qorxuya yer yoxdur.
Sonuncusu, indiyi qədər valideynlərinin cinsi əlaqəsinin körpə tərəfindən qavarnılmasını təsdiq edən elmi məlumat yoxdur. Hətta,
körpənin baş verənləri anlamasının mümkünlüyünü qəbul etsək belə, o, bir ali varlıq kimi, bunları daha düzgun qiymətləndirə bilər. Bu,
fizioloci bir proses olub, öz qanunauyğunluğu və harmoniyası ilə ən gözəl Təbiət qanunudur vəYeni Həyatın başlanğıcıdır.
GƏLƏCƏK UŞAQ
Döl böyüməkdə və uşaqlıqdan kənar yaşama hazırlaşmaqda davam edir. Qızınızda və ya oğlunuzda – qaş əmələ gəlib! Çəkisi 420 q,
üzünlüğü – 27,5 sm-dir.
Ibrahimova B.
32
02/02/2002
Əlinizi qarın divarına qoyduqda, tanış olmayan əzələ yığılmaları hiss edə biərsiniz.
Iyirmi üçüncü həftə.
Qəbul zamanı ginekoloq qarnınızı palpasiya edir (əlləyir). Palpasiya vasitəsi ilə dölün vəziyyəti təyin olunur. Bu, dölün qarın
boşluğunda necə yerləşdiyini göstərir. Bundan başqa sm-lenti ilə uşaqlıq dibinin hündürlüyü ölçülür. Əvvəl deyildiyi kimi, uşaqlığın
dibi onun ən yüksək nöqtəsidir. Bu ölçmə dölün böyümə sürətini müəyyənləşdirir. Bəzən bu göstəricilərin “çox böyük” və ya “çox kiçik”
olması Sizi narahat edir, lakin Sizi rahat etmək üçün deməliyik ki, bəzən yuxarı-aşağı meyllər ola bilər. Təhlükəli bir hal olarsa,
ginekoloq mütləq Sizi xəbərdar edəcək. Tam sakit olmaq üçün bu sualı ona verə bilərsiniz.
Bu dövrdə Brekston Xiks yığılmaları hiss edəbilərsiniz. Başqa sözlə, əlinizi qarın divarına qoyduqda, tanış olmayan əzələ yığılmaları
yarana bilər. Buna görə narahat olmayın,uşaqlıq əzələləri öz qüvvəsini yoxlayır. Uşaqlıq bir orqan kimi qadının həyatında çox mühüm
bir rol oynayır, buna baxmayaraq, o çox vaxt “kölgədə” qalır. Uşaqlığın vacibliyini, dəyərini göstərən yeganə məqam – hamiləlikdir.
GƏLƏCƏK UŞAQ
Dırnaqlar tam foamalaşıb. Tükləri tündləşir.bağırsaqda ilk nəcis (mekonium) əmələ gəlir.
Bu həfətə cəkisi – 510q-dır.
Ibrahimova B.
33
02/02/2002
Vaxtından əvvəl doğuş əlamətləri ilə tanış olmaq vacibdir.
Iyirmi dördüncü həftə
Uşaqlıq dibi göbəkdən bir qədər yuxarıda yerləşir. Vaxtından əvvəl doğuş əlamətləri ilə tanış olmaq vacibdir (3 dəfə kənara tüpürək ki,
Sizdən uzaq olsun.). Lakin, bu əlamətləri bilməniz, gözlənilməz halların yaranmasının qarşısını ala bilər.
Vaxtından əvvəl doğuş çox vaxt yay aylarında baş verir, bu, yəqin ki, qadın orqanizminin küllü müqdarda maye itirməsi ilə izah olunur.
Ona görə yay aylarında üçünçü kvartalın sonundasınızsa, optimal maye recimini unutmayın.
Vaxtından əvvəl doğuş əlamətləri aşağıdakılardar:
•
uşaqlığın 5 saat və daha artıq müddətdə yığılması;
•
cinsi yollardan al qanın axması;
•
üzün və əllərin şişməsi, preeklampsiya ;
•
ağrı ilə müşayət olunan sidik ifrazı;
•
qarında kəskin və uzun müddətli ağrı (preeklampsiya əlamətləri);
•
kəskin və ya kəsilməyən qusma (preeklampsiya əlamətləri);
•
cinsi yollardan qəflətən şəffaf mayenin axması;
•
beldə monoton, inləyici ağrılar;
•
çanağın aşağı hissəsində təzyiq hissi.
Bu əlamətlərdən birinin və ya bir neçəsinin birlikdə baş verməsi zamanı dərhal həkimə müraciət etmək lazımdır.
Ibrahimova B.
34
02/02/2002
GƏLƏCƏK UŞAQ
Dərialtı qonur piy toxuması toplanır. Bu toxuma yüksək enrgetik əhəmiyyətə malikdir – onun yanması orqanizmdə yüksək istilik və
ATF (Sizin həyat fəaliyyətinizi təşkil edən bütün prosesləri təmin edən maddə) yaranmasına səbəb olur.
Yeni doğulmuşlar, xüsusilə də, vaxtından əvəl doğulanlar bədən temperaturunun çox pis qoruyurlar. Ona görə çox tez soyuqlamaya
məruz qalırlar və bu vəziyyətdən çıxma şansı çox cüzidir. Bu dövrdə dünyaya gəlmiş uşaqlar da belə şansızların sırasına daxildirlər. Çox
az saylı bəxtli körpələri həyatda saxlamaq üçün həkimlər hədsiz əmək sərf etmişlər və belə körpələr13-14 həftə ərzində xüsusi isti
inkubatorda yerləşdirilmişlər. Buna görə Sizin körpəniz aktiv şəkildə tünd piy toplamaqla məşğuldur.
Çəkisi 600 q-a yaxın, uzunluğu 30 sm-dir.
Yeni – doğulmuş üçün xüsusi yer hazırlamaq üçün vaxt gəlib çatmışdır.
Iyirmi beşinci həftə.
Əhvalınız bu həftədə də yaxşıdır. Bir azdan mama-ginekoloqla daha tez-tez görüşəcəksiniz. Yeni – doğulmuş üçün xüsusi yer
hazırlamaq üçün vaxt gəlib çatmışdır. Bir çox valideynlər ilk bir neçə ayı körpə ilə bir otaqda keçirirlər. Bu, gecə yedizdirmələrini və
körpənin altının dəyişdirilməsi prosesini asanlaşdırır. Həmçinin, bu, valideynləri daha az narahat etmək imkan verir. Əgər Sizin yataq
otağınızla yanaşı ayrıca uşaq otağı varsa, və Siz körpənin ayrıca olaraq, orada yatacağını qərara almısınızsa, əlavə olaraq xüsusi cihazlar
– yenidogulmuşlar üçün monitor, yedizdirmə taymerləri də əldə edin. Bu variantın öz müsbət cəhətləri var: körpə ilk gündən tək
yatmağa alışır və gələcəkdə valideynlərini “terrorizm” aktlarına məruz qoymur. Bundan başqa, ailə münasibətləri (intim) problemi də
yaranmır (bəzi insanlar körpənin yanında cinsi əlaqəyə girməyə utanırlar).
Lakin ikinci variant bizə o qədər də uyğun deyil. Ona görə onun üzərində dayanmayaq. Həmçinin, üşaq dünyaya gəldikdən sonra həyat
öz korrektivlərini verir, odur ki, neonatoloqla məsləhət edin.
Ibrahimova B.
35
02/02/2002
GƏLƏCƏK UŞAQ
Körpə günbəgün deyil, saatbasaat böyüyür!
Çəkisi 700 q-a yaxındır. Sümük-oynaq sistemi dayanmadan inkişaf edir.
Sonoqramda körpə belə görünə bilər. Sizin üçün bu görüntünü seçmək çətin ola bilər – amma ruhdan düşməyin! Ultrasəs həkimləri
məhz bu çətinlikləri aradan qaldırmaqda yardım göstərə bilərlər.
Sizin körpəniz içəridə və ətrafda baş verən hər bir şeyi eşidir.
Iyirmi altncıı həftə.
Sizin monopoliyanızın sonu gəlib çatdı!
Indi artıq körpənin etdiyi hərəkətləri digər ailə üzvləri də seyr edə bilər. Ilk növbədə atanı sevindirin (əgər bunu daha əvvəl etməsinizsə).
Yeni çətinlik yaranır: yatmaq və uzanaraq istirahət etmək üçün münasib vəziyyət tapmaq. Bütün vaxtı sol və ya sağ (daha əlverişlidir)
böyru ustə uzanmaq mümkün deyil: hamilə qadınlar üçün çoxfunksiyalı yataqlardan istifadə etmək olar. Lakin bunları satışda tapmaq
çətindir. Ona görə də yenə yaşasın dədə-baba qaydası. Müxtəlif forma və ölçülü döşəkcələr Sizin köməyinizə gələ bilər. Amma bu da
yataqda yer darlığı yarada bilər.
Ibrahimova B.
36
02/02/2002
GƏLƏCƏK UŞAQ
Sizin körpəniz içəridə və ətrafda baş verən hər bir şeyi eşidir. Körpə az olsa da, əvvəllər də bunu edə bilirdi. Indi bu daha təkmilləşmiş
formada baş verir. Varisinizi bir qədər şirnikləndirin. Əvvəllər o, ancaq Sizin ürək döyüntünüzü, qarın qurultunuzu, məişət səslərini,
“Santa Barbara” serialının qəhrəmanlarının dialoqlarını və musiqi treklərini dinləyirdisə, indi onun üçün Motsartı. Vivaldini,
Çaykovskini, Ştrausu səsləndirin. Müasirlərimizi də uutmayın. Lentə alınmış təbiət səsləri də yaxşı nəticə verə bilər.
Bunu daha erkən dövrlərdə də etmək olar. Biz inanırıq ki, Siz məhz belə etmisiniz!
Körpənin çəkisi – 800 q, uzunluğu – 32,5 sm-dir.
Bu dövrdə çəkiniz çox arta bilər.
Iyirmi yeddinci həftə.
Ibrahimova B.
37
02/02/2002
Bu dövrdə çəkiniz çox arta bilər. Insanlar arasında müxtəlif fikirlər yürüdülür, lakin qeyd etməliyik ki, hamiləlik ərzində əldə eydiyiniz
artıq kq-lar Sizi narahat etməməlidir. Çəkinin artması hamilə qadının orqanizmində sağlam dəyişikliklərin baş verməsini göstərir.
Demək olar ki. bütün qadınlarda döş vəzilərinin ölçü və çəkisinin artması müşahidə olunur. Adi halda qadınların süd vəzilərinin çəkisi
orta hesabla 200 q-r, lakin hamilə qadınlarda isə 780 q-r ola bilər.
Əldə etdiyiniz artıq çəkinin böyük hissəsi dölyanı suların və əlavə qan həçminin hesabınadır. Körpənin və ciftin də çəkisini ora əlavə
etməyi unutmayın. Belə olduğu halda Sizin əldə etdiyiniz şəxsi çəki çox cüzi olur. Orta hesabla, qadın bütün hamiləlik boyunca 11-13 kq
ala bilər.
Yadda saxlayın ki, hamiləlik, arıqlama məqsədi ilə saxladığınız müxtəlif pəhrizləri davam etdirmək üçün heç də uyğun vaxt deyil.
Artıq çəkiniz Sizi narahat etsə belə, onu azaltmağa çalışmayın – bu körpəyə ziyan vura bilər.
GƏLƏCƏK UŞAQ
Körpə daim suda olduğu üçün dərisi qırışlıdır. Doğuşa bir neçə həftə qalmış bu qırışlar itəcək.
Körpənin çəkisi 900-q-a yaxındır.
Ibrahimova B.
38
02/02/2002
Doğuş, vaxtından əvvəl baş verərsə, körpənin yaşama şansı var.
Iyirmi səkkisinci həftə.
Qadın.
Mama-ginekoloqla görüşləriniz 2 dəfə artacaq. Mütəxəssislə gələcək doğuşun perspektivləri barədə danışmağın tam zamanıdırı.
Doğuşun ağrısızlaşdırılması, epiziotomiya, doğuş fəaliyyətinin stimulyasiyası kimi vəziyyətləri əvvəlcədən aydınlaşdırmaq pis olmazdı.
Bunların hər biri ilə doğuş zamanı üz-üzə gələ bilərsiniz, ona görə də, bu barədə məlumatlı olmanız çox əhəmiyyətlidir.
Bəlkə də süd vəziləriniz molozivo adlanan qatı maddə ifraz etməyə başlamışdır. Lakin bunun hələ olmaması heç də mənfi bir əlamət
kimi qiymətləndirilməməlidir.
Rh-konflikti olan qadınlara bu dövrdə ana və döl orqanizmləri arasında konflikti azaltmaq məqsəi ilə bəzi xüsusi maddələr (Rhogam
tipli) yeridilir.
Əgər həyat yoldaşınız Rh (-), Sizdə Rh (+) dirsə, bu Sizi narahat etməməlidir.
GƏLƏCƏK UŞAQ
Körpənizin kiprikləri də var!
Əgər oğlandırsa, bu həftədə yumurtalar xayaya düşür (onlar qarın boşlüğünda idilər). Uzunluğu 35 sm-dir, çəkisi 1 kq-r.
Bu həftədə doğulmuş uşaqlaq müasir tibbi texnologiyanın köməyi ilə yaşama şansı əldə edirlər.
Ibrahimova B.
39
02/02/2002
Döl, doğuşa və uşaqlıqdan kənar həyata hazırlıq işləri ilə məşğuldur.
Iyirmi doqquzuncu həftə.
Qadın.
Sonuncu kvartala xoş gəlmisiniz!
Döl böyüməkdə davam edir və Sizin narahatlığınız arta bilər. Bu təbiidir, çünki hamiləlik vəziyyətində olan uşaqlığın yaxınlığında
yerləşən daxili orqanlarınızın yeri getdikcə daralır.
Xoşagəlməz hissləri azaltmaq üçün qamətinizi düz saxlayın, yeməyinizə diqqət yetirin (köp verən qida məhsullarını qəbul etməyin),
idman və istirahət edin. Lakin bütün bunlara ramən tənəffüsün çətinliyi, beldə və ayaqlarda ağırlıq hissi Sizi tərk etməyə də bilər.
Möhkəm olun!
GƏLƏCƏK UŞAQ
Döl, doğuşa və uşaqlıqdan kənar həyata hazırlıq işləri ilə məşğuldur. O, artıq bədən temperaturunu nisbətən tənzim etməyi öyrənmişdir.
Onun orqanizmində qirmızı qan kürəciklərinin yaranması üçün tam məhsuliyyəti qırmızı sümük iliyi daşıyır. Gün ərzində körpə
dölyanı sulara yarım-litrə yaxın sidik ifraz edir!
Ibrahimova B.
40
02/02/2002
Dölün hərəkətləri bir qədər başqa xarakter daşıyır. Vəhşicəsinə yuvarlanmalar artıq diz və dirsəklə edilən təkanlarla əvəz olunmuşdur.
Bu qanunauyğundur , beləki, döl artıq kifayət qədər böyükdur və “bu küçə ona dar gəlir”. Bu hərəkətləri saymaqla, körpənin
vəziyyətinə nəzarət etməyə çalışın.
Dölün çəkisi – təxminən 1150 qramdır.
Siz artıq körpənin yatma və oyanma vaxtını təyin edə bilərsiniz.
Otuzuncu həftə.
Qadın.
Qamətinizin düzgünlüyünə diqqət verin. Bu, diskomfortu azaltmaq üçün hələ də vacibdir. Indi Sizin bədəninizin ağırlıq mərkəzi yerini
dəyişir.
Əhvalınızın və energetik vəziyyətinizin saxlanmasında fiziki məşğələlər də böyük rol oynayır. Bu məşğələlr, həmçinin, doğuşa
hazırlaşmaqda da kömək edə bilər. Lakin həddinizi aşmayın. Əgər hamiləlikdən əvvəlki yaşamınız fiziki məşğələlər cəhətdən zəngin
olmayıbsa, xüsusilə diqqətli olmalısınız. Piyada yürüş və üzmə ən optimal fiziki yük olmalıdır. Bu yürüşlər çox uzun məsafəli və sürətli
olmamalıdır. Müxtəlif növ dartınmalar da xeyrli ola bilər. Bunlar xoşagəlməz hissləri azaldır.
Ibrahimova B.
41
02/02/2002
GƏLƏCƏK UŞAQ
Körpənin onu əhatə edən məkan haqqında ətraflə məlumatı var. Bizə elə gəlir ki. uşaqlıq qaranlıq bir yerdir, həqiqətdə isə bu belə deyil.
Hamilə qadinin yerləşdiyi məkanın işıqlanmasından asılı olaraq, uşaqlığın işıqlanması da dəyişir. Yəni, körpə işıq və qaranlıq anlayışları
ilə tanışdır.
Siz artıq körpənin yatma və oyanma vaxtını təyin edə bilərsiniz. Bəzi analara elə gəlir ki, onlar aktiv işlə məşğul olduqda, körpə yatır və
əksinə, ananın yuxusu gələndə körpə ən aktiv vəziyyətdə olur. Lakin bu o demək deyil ki, uşağın “yuxusu qaçıb”.
Əgər özünüzdə Brekston – Xiks yığılmaları hiss edirsinizsə (bu barədə əvvəl deyilmişdi), onları Analıq Məktəbində əldə etdiyiniz
vərdişləri (doğuş üçün psixo-profilaktik hazırlıq) möhkəmləndirmək üçün istifadə edin. Sizin bədəniniz aktiv olaraq, doğuşa hazırlaşır.
Döl uşaqlıq yığılmalarını hiss edir. Lakin bunlar körpəyə ziyan etmir.
Körpəniz təqribən 1400 qramdır. Uzunluğu – 37,5 sm-dir.
Döl özünə get-gedə daha çox yer tələb edir... uşaqlıq digər orqanları həmişəki yerindən edir.
Otuz birinci həftə.
Ibrahimova B.
42
02/02/2002
Qadın.
Qarnınız böyüməkdə davam edir. Döş qəfəsində və çanaqda xoşa gəlməz hisslər Sizi narahat edir. Bu təbiidir. Böyüməkdə olan döl get-
gedə daha böyük ərazi tələb edir. Bəzi qadınlarda bu dövrdə dayanıqlı mədə qıcqırması yaranır (əvvəllər də bəzən mədə qıcqırması ola
bilərdi). Bunun səbəbbi də eynidir – böyüməkdə olan uşaqlıq digər orqanlarıın yerini dəyişdirir, mədənin işini çətinləşdirir. Çalışın tez-
tez və az-az yemək qəbul edəsiniz. Yeməkdən sonra yarı-oturaq vəziyyət alsanız, bu da mədə qıcqırmasının qarşısını almaqda yardım
edə bilər.
Tez-tez rast gəlinən şikayştlərdən biri də bel nahiyyəsində ağrıdır. Bu ağrılar müxtəlif dövrlərdə yarana bilər. Bəzən isə doğuşdan bir
neçə ay sonra da ola bilər. Bu ağrı hissini azaltmaq üçün qamətinizi düz saxlayın. Həyat yoldaşınız yadda saxlamalıdır ki, onun gündəlik
vəzifələrindən biri də Sizin belinizi sığallamaqdır. Qadın orqanizmi xüsusi hormon – relaksin ifraz edir. Bu hormoh canaq sümükləri
bitişmələrini daha yumuşaq edir, bu isə öz növbəsində, çanaq halqasına “dartılma” qabiliyyəti verir. Əgər körpə dünyaya gələn kimi
danışa bilsəydi məhz bunun üçün Sizə öz təşəkkürünü bildirərdi. Ananın çanaq halqası nə qədər “yumşaq” və hərəkətli olsa, körpə
doğuş zamanı bir o qədər az əziyyət çəkər. Hamilə qadın üçün isə relaksin hormonunun ifrazı daha bir xoşagəlməz haldır, çünki bunun
nəticəsində onun yerişi “ördək” yerişini xatırladır. Narahat olmayın – hamiləlikdən sonra bu da keçib, gedəcək.
Bəzi qadınlar hamiləliyin bu fazasında da kəskin narahatlıqlar hiss etməyəcəklər. Bu o demək deyil ki, Sizin orqanizminiz doğuşa
hazırlaşmır. Sadəcə olaraq, hər bir qadının hamiləliyi keçirmə qabiliyyəti onun fərdi keyfiyyətlərindən – ağrıya dözümlülük, fiziki
inkişaf və s. asılıdır. Əgər Siz bu sinifə aidsinizsə, Sizə ancaq “paxıllıq etmək” olar!
GƏLƏCƏK UŞAQ
Piyada yürüşlərdən sonra, hətta sakitlik halında yaranan təngnəfəslik sizi narahat etməməlidir. Plasenta körpəni qorumaq üçün əlindən
gələni əsir gəmir.
Bu vaxt dölün bəbəkləri yetişmiş insanlarda olduğu kimi işığa və qaranlığa reaksiya verir. Dəri altında ağ piy toxuması toplanır, odur ki,
dəri çəhrayı rəng almağa başlayır (əvvəlllər qırmızı idi). Dırnaqları barmaqların (demək olar ki) ucuna çatır.
Dölün çəkisi 1500 qrama yaxındır.
Ibrahimova B.
43
02/02/2002
Adətən, bu dövrdə hamilə qadınmların çoxu ciddi olaraq, doğuş haqqında fikirləşməyə başlayır.
Otuz ikinci həftə.
Qadın.
Uşaqlıq yığılmalarının baş verməsi (Brekston – Xiks yadınızdadırmı?) daha da tezləşə bilər. Adətən, bu dövrdə hamilə qadınmların çoxu
ciddi olaraq, doğuş və onun qadın uşaq və ailə üçün yaratdığı problemlər haqqında fikirləşməyə başlayır. Bu fikirlərinizdə Siz tək
deyilsiniz. Suallar tipikdir: necə və nə zaman doğum evinə yerləşəcək? Özü ilə nə götürməlidir? Doğum evinə kim yola salacaq? Ilk dəfə
doğan qadınları isə ən çox bu prosesin ağrılı olması narahat edir.
Doğum evinə haqqında olan suallrınıza mam - günekoloq daha dolğun cavab verə bilər. Əgər hamiləlik normal keçibsə, hamilə qadın
doğum evinə artıq doğuşun I dörünə girdikdən sonra təcili yardın ilə gətirilir. Ayrı – ayrı hallarda bunu həkimniiz qərarlaşdırır.
“Yol catantanızın” içərisinə qoymalı olduğunuz əşyalar (alt paltarı, qablar, tualet vəsaiti, dərmanlar və uşaq üçüm “pamperslər”) da
müxtəlif ola bilər. Bu doğum evində Sizin üçün yaradılacaq şəraitdən asılıdır. Ona görə də doğum evini əvvəlcədən təyin etmək yaxşı
olardı.
Doğuşun ağrılılığı barədə suala bir mənalı cavab vermək olmaz. 10% qadınlar doğuşun dözülməz ağrili olduğunu, digər 10% isə ağrısız
olduğunu söyləyir, yerdə qalan 80% isə bu iki fikir arasında meyl edirlər.
Özünüz araşdırmağa çalışın. Doğuş vaxtı ağrını nə verə bilər? Bunu Analıq Məkətəbində etsəniz (doğuşa psixo – profilaktik hazırlıq),
daha yaxşı olar. Bu məşğələlərə gedən hamilə qadınlar doğuşu daha asan keçirirlər.
GƏLƏCƏK UŞAQ
Körpənin üzündə olan qırışlar itmişdir. Körpənin başı kifayət qədər tüklə örtülüdür. Çəkisi böyük sürətlə artır (son ay ərzində 900
qram!). İndi cəkisi 1 kq 700 q-a yaxındır, boyu – 40 sm.
Ibrahimova B.
44
02/02/2002
Indi körpənin Sizi dizi və ya dirsəyi ilə itələdiyini ayıra bilirsiniz.
Otuz üçüncü həftə.
Qadın.
Indi körpənin Sizi dizi və ya dirsəyi ilə itələdiyini ayıra bilirsiniz. Indi o, əvvəlkindən daha az hərəkət edir. Bəzən uşaqlıq boşluğunda
ritmik təkanlar hiss edə bilərsiniz, yəqin ki, bu körpənin hıçqırmasını göstərir. Qorxulu bir şey yoxdur, narahat olmayın.
Doğuş, doğuşdansonrakı dövr və yeni doğulmuş uşaq haqqında biliyinizi artırmaqda davam edin. Indi nə qədər çox öyrənsəniz, sonra
bir o qədər asan olacaq. Böyük Rus sərkərdəsi Suvorovun sözləri (“Yürüşdə nə qədər çətin olsa, döyüşdə bir o qədər asan olar”) təkcə
əsgərlərə aid deyil.
GƏLƏCƏK UŞAQ
Körpədə surfaktant adlanan xüsusi maddə əmələ gəlmişdir. Bu maddə körpəyə doğulduqdan sonra sərbəst tənəffüs etməkdə kömək
edəcək. Bu dövrdə dünyaya gələn yarımçıq doğulmuş körpələrin tənəffüsündə daha az problem yaranır.
Cəkisi 1 kq 900 q – a yaxındır.
Ibrahimova B.
45
02/02/2002
Doğuşun əsas anlarını nəzərdən keçirək...
Otuz dördüncü həftə.
Qadın.
Sizin bədəniniz doğuş hazırlaşmaqda davam edir. Indi uşaqlıq yığılmaları bir qədər başqa xarakter daşıyır. Doğuşun əsas anlarını
nəzərdən keçirək.
Doğuşun üç əsas dövrü var:
Dostları ilə paylaş: |