Harmonik rəqsi hərəkət (mexaniki və elektromaqnit). Sönən rəqslər. Mexaniki və elektromaqnit dalğaları


Məcburi rəqslər. Mexaniki rezonans



Yüklə 210,03 Kb.
səhifə3/3
tarix02.01.2022
ölçüsü210,03 Kb.
#41807
1   2   3
Harmonik rəqsi hərəkət

Məcburi rəqslər. Mexaniki rezonans.

Rəqs edən sistemə periodik dəyişən xarici qüvvə təsir edərsə onun rəqsləri sönmür. Bu zaman yaranan rəqslərə məcburi rəqslər, təsir edən qüvvəyə isə məcburedici qüvvə deyilir. Bu qüvvənin sistem üzərində gördüyü iş, sistemə xaricdən periodik olaraq əlavə enerji verilməsini təmin edir. Ona görə də sürtünmə qüvvəsinin təsirinə baxmayaraq sistemin rəqsi sönmür. Yaydan asılmış m kütləli cisim   qanunu üzrə dəyişən məcburedici qüvvənin təsiri nəticəsində rəqs edər.

Rəqsin amplitudu böyüdükcə sürtünmə qüvvəsinin dəf etməyə sərf olunan enerji itkisi də artır. Nəticədə elə bir an gəlir ki, xarici qüvvənin işi, sistemdəki enerji itkisinə bərabər olur. Bu halda sistemdə sabit amplitudlu məcburi rəqs əmələ gəlir.

Məcburedici qüvvənin təsiri altında rəqs edən sistemin tənliyini yazmaq üçün məcbuedici qüvvədən başqa sistemə təsir edən kvazi – elastki və sürtünmə qüvvələrinin də nəzərə almaq lazımdır. Nyutonun 2 – ci qanununa görə məcburi rəqs edən sistemin hərəkət tənliyi aşağıdakı kimi olar:



tənliyinin həlli aşağıdakı kimidir:



(2) iafdəsində məcburi rqəsin tənliyinə daxil olan amplitud A, başlanğıc faza isə   - dır. Məxsusi rəqsin tezliyi məcburedici qüvvənin dəyişmə tezliyindən asılıdır. Mühitin sürtünmə qüvvəsi nəzərə alınmadıqda sistemə təsir edən məcburedici qüvvənin tezliyi, məxsusi rəqslərin tezliyinə bərabər olduqda, məcburi rəqlərin amplitudu maksimum qiymət alır. Bu hadisə rezonans adlanır

Mühitin müqavimət qüvvəsinin rezonans hadisəsinə böyük təsiri var. Rezonans halında məcburedici qüvvənin müsbət işinin hamısı sürtünmə qüvvəsinin mənfi işinə sərf edilən enerjini əvəz edir. Mühitin sürtünmə əmsalı az olduqca, qərarlaşmış rəqslərin amplitudu bir o qədər böyük olur.

Rezonans əyrilərinin maksimuma uyğun gələn tezliyə rezonans tezliyi deyilir. Rezonans tezliyi məxsusi rəqs tezliyi ilə aşağıdakı kimi əlaqədardır:





Rezonans hadisəsinin bəzi zərərli təsirinə baxmayaraq, texnikada böyük əhəmiyyətə malikdir. Ondan akustikada, radiotexnikada, müxtəlif optik hadisələrdə və texnikanın müxtəlif sahələrində istifadə olunur.
Yüklə 210,03 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin