Harmonik rəqsi xarakterizə edən əsas kəmiyyətlər. Harmonik rəqsi hərəkətdə yerdəyişmə zamandan asılı olaraq
qanunu üzrə dəyişir. (1) tənliyinə daxil olan A, harmonik rəqsi hərəkəti xarakterizə edən əsas kımiyyətlərdir, başlanğıc faza adlanır. Kosinusun maksimum qiyməti vahidə bərabər olduğundan (1) tənliyindən görünür ki, yerdəyişmənin maksimum qiyməti xmaks=A olur. Buradan aydın olur ki, rəqsin amplitudu rəqs edən cismin tarazlıq vəziyyətindən hesablanan ən böyük yerdəyişməsinə bərabərdir.
Harmonik rəqsi hərəkətdə yerdəyişmə +A ilə -A arasında dəyişir. Bir tam rəqsə sərf olunan zamana rəqsin periodu (T) deyilir.
Zaman T qədər dəyişdikdə rəqsin fazası 2π qədər dəyişər onda ( ):
Buradan:
Rəqsi hərəkəti xarakterizə edən kəmiyytlərdən biri də tezlikdir. Bir san – dəki rəqslərin sayına tezlik deyilir. Rəqsin tezliyi ilə period arasında aşağıdakı əlaqə vardır:
Rəqs tezliyi ilə dairəvi tezlik arasında əlaqə yaradaq. Bunun üçün (2) ifadəsində (3) düsturunu nəzərə alsaq, onda:
dairəvi tezliyinin ifadəsini (1) tənliyində yazsaq , yerdəyişmə ilə tezlik arasındakı əlaqəni alarıq:
Sönən rəqslər.
Bu vaxta kimi baxdığımız rəqslər, elastiki və ya kvazi elastiki qüvvənin təsiri nəticəsində baş verirdi. Hər bir real rəqs sisteminə mühitin sürtünmə qüvvəsi təsir edir ki, bu qüvvə onun enerjisinin azalmasına səbəb olur. Enerji itkisi xarici qüvvələrin təsiri nətiəsində bərpa olunmazsa, bu halda rəqqasın rəqsi sönür. Deməli, sürtünmənin mövcud olduğu mühitdə rəqs edən sistemə xarici məcburedici qüvvə təsir etmirsə, rəqslər sönən olur. Sönən rəqsləri təcrübədə Maksvel rəqqası vasitəsilə müşahidə etmək olar. Maksvel rəqqası oxuna ip salınmış diskdən ibarətdir. Ağırlıq qüvvəsinin təsiri nəticəsində Maksvel rəqqası şaquli istiqamətdə öz oxu ətrafında rəqs edir. İpi rəqqasın oxuna dolamaqla rəqqası hər hansı h hündürlüyünə qaldırıb, ona mgh potensial enerjisi veririk. Rəqqası buraxdıqda o, hərəkət edib aşağı kənar vəziyyətinə düşür, ətaləti nəticəsində orada dayanmayıb yenidən yuxarı kənar vəziyyətinə qalxmır, enerjinin bir hissəsi sürtünmə qüvvəsinə qarşı görülən işə sərf olunur. Bu hərəkət təkrarlanaraq müəyyən vaxtdan sonra dayanır. Bu halda əmələ gələn rəqslər harmonik rəqsi hərəkət olmur. Sürtünmə qüvvəsi hərəkəti yavaşıtdığından rəqsin periodu artır, amplitudu isə azalır. Amplitudun azalması və periodun artması rəqs edən cismə təsir edən sürtünmə qüvvəsinin təbiətindən asılıdır.
Bir – birindən 1 tam period fərqlənən amplitudun iki ardıcıl qiyməti nisbətinin loqarifmasına sönmənin loqarifmik dekrementi deyilir:
Dostları ilə paylaş: |